Çox təəssüf ki, bəziləri Azərbaycan dövlətçiliyini və Prezidenti yolverilməz şəkildə aşağılayan bəyanatdan sonra Jirinovskinin təkrar izahını, guya onun bizdən üzr istəməsi kimi qəbul etdi. Əslində isə bu "liberalın" izahı üzrxahlıq mənasından çox uzaqdır və mahiyyətcə əvvəlkinin davamıdır.
Bu sözləri özünün Facebook hesabında “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazıb. A.Quliyev deyir ki, Jirinovskinin sözügedən açıqlamasına təkrar baxın və bu iki bəyanatın müqayisəsi sizə hər şeyi deyəcək: “Jirinovski ikinci bəyanatında deyib ki, heç kimi təhqir etməmişəm, İlham Əliyevi "müdrik xadim" adlandırmışam, əgər Azərbaycanda hesab edilirsə nota verilməlidir, o zaman nəzərə alsınlar ki, mənim söz demək azadlığım var. Sitat burda bitdi.
Əvvəla , Volfun oğlu ilk açıq təhqiredici bəyanatında "müdrik dövlət xadimi" sözlərini Heydər Əliyevə aid edib, indiki Prezident barədə isə sadəcə "İlham" formasında xitab etməklə xoş olmayan rəyini ortaya qoyub.
İkinci, sonrakı bəyanatında "mənim söz azadlığım var" deməklə isə əslində "əcəb edirəm" deyib.
Ardınca isə politoloq sual edir: “Burada üzrxahlıq harda qaldı?..”