Bazar günü günü, 16 avqust 2026
     

Meşə yanğını kimi yayılan koronavirusun dördüncü dalğası gəlir...

Image


Koronavirus pandemiyasına qarşı aparılan mübarizə hələ də istənilən nəticəni vermir. Əksinə, virusun yeni ştammları səbəbindən dünyada yeni dalğa başlanır.

Belçika Louvain Universitetinin immunologiya professoru Jan-Luk Qala bildirir ki, Avropada dördüncü koronavirus dalğası qaçılmazdır. Mütəxəssisin sözlərinə görə, yeni ştamm səbəbindən koronavirus infeksiyası hallarının sayı ciddi şəkildə artır. Odur ki, peyvəndlər “delta” və “delta plus” variantlarına qarşı daha az təsirli olur: “Epidemiyanın gərginləşməsi çox sürətli şəkildə baş verə bilər. Dördüncü dalğa qaçılmazdır. Yəqin ki, bu, payızda baş verəcək. “Delta” ştammı və ötürülməsi haqqında daha çox məlumata ehtiyac var. Bundan başqa, koronavirus müalicəsinin aspektini də unutmayın. Erkən mərhələdə dərmanlar təsirli ola bilər. Məhdudiyyətlərin çox tez aradan qaldırılması bizi geri atsa da, nəticədə Avropada kütləvi immunitetə qovuşacağıq”. Jan-Luk Qala qeyd edib ki, bəşəriyyətin hər il qrip virusu kimi koronovirusa görə də təkrar vaksinasiyaya ehtiyacı ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da baş verənlər fonunda bədbin açıqlamalar verir. Qebreyesus qeyd edir ki, bu gün yeni koronavirus ştammlarının yayılması peyvəndlənmə sürətini üstələyir. O bildirib ki, ölkələr arasında peyvəndin qeyri-bərabər şəkildə paylanması davam edərsə, koronavirusla mübarizədə elmi irəliləyişin əldə olunması mənasızdır: “COVID-19 ştammları yüksək yoluxuculuq qabiliyyətinə görə vaksinlər üzərində qələbə çalır. Vaksinlərin istehsalında və paylanmasında yaranan bərabərsizlik səbəbindən ştammlar dünyada sürətlə yayılır”. “Vaksin millətçiliyi”ni tənqid edən Qebreyesus qeyd edib ki, yoxsul ölkələr vaksinsiz qalıb. Bir sıra dövlətlərin epidemioloji təhlükəsizlik tədbirlərini vaxtından əvvəl zəiflətdiyini dey.n Qebreyesus COVID-19 pandemiyasının hələ bitmədiyini və bir çox bölgədə yoluxmalarda kəskin artım olduğunu da xatırladıb. ÜST rəhbəri Hindistan, Afrika və Latın Amerikasında oksigen və tibbi avadanlıqların çatışmazlığına diqqət çəkib: “Psixoloji, epidemioloji, iqtisadi baxımdan dünyanın birləşmək və pandemiyanı birlikdə həll etmək vaxtı gəlib”. Onun fikrincə, koronavirus pandemiyası, dünya ictimaiyyətinin ona qarşı mübarizədə əldə etdiyi nailiyyətlərə baxmayaraq, çox təhlükəli mərhələdədir: "Pandemiyaya nəzarətdə irəliləyişə nail olsaq belə, o çox təhlükəli mərhələdədir. İndi pandemiya ilə əlaqəli məhdudiyyətlər koronavirusla mübarizə vasitələrinə sahib olan, ilk növbədə isə peyvəndi olan dövlətlər tərəfindən yumşaldılır. Eyni zamanda, kifayət qədər təchizata çıxışı olmayan ölkələr xəstəxanaya yerləşdirmə və ölüm hallarının dalğaları ilə qarşılaşırlar”. O, Afrika, Asiya və Amerika ölkələrində yoluxma hallarının kəskin artmasına diqqət çəkib. Qebreyesusun sözlərinə görə, pandemiya qlobal ictimai malların tədarükündə bir neçə şirkətə güvənmənin nəticə etibarı ilə özünü məhdudlaşdırmaq və risqə məruz qalmaq demək olduğunu göstərdi.

BMT baş katibi Antonio Quterreş də həyəcan təbili çalır. Onun sözlərinə görə, dünya ictimaiyyəti daha ölümcül ştammların peyda olmasına səbəb olacaq koronavirusun yayılmasının qarşısını almalıdır: “Virusun meşə yanğını kimi yayılmasına izn versək, milyonlarla insan bu təhlükə ilə üz-üzə qalacaq. O nə qədər çox yayılırsa, o qədər çox ştamm peyda olur. Ən faciəlisi isə meydana gələn mutasiyaların peyvəndlərimizi təsirsiz hala gətirməsi risqinin olmasıdır”. Quterres bu səbəbdən qlobal peyvənd planına ehtiyac olduğunu təkrar-təkrar vurğuladığını bildirib: “Mikroskopik virus artıq dörd milyondan çox insanın ölümünə səbəb olub və dünya iqtisadiyyatını pozub. Biz isə hələ də virusa qalib gəlib-gəlməyəcəyimizi dəqiq bilmirik”. İndiikdə isə virusa qarşı ən effektiv yol kimi vaksinasiya prosesi göstərilir. Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya cari il yanvarın 18-də başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosundan bildirilib ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi alqışlanmalı nailiyyətdir. Qeyd edilib ki, Azərbaycanda vaksinasiya pandemiyanın erkən mərhələsində başlayıb və bugünədək ölkə əhalisinin təxminən 20 faizi peyvəndlənib: “Bu nailiyyəti alqışlamaq olar, çünki biz bilirik ki, vaksin xəstəliyin ağır formasına yoluxma və xəstəxanaya yerləşdirilmə risqini azaldır. Azərbaycanda yeni yoluxma halları mayın ortalarından etibarən azalır və əhali bununla əlaqədar müsbət əhval-ruhiyyədədir. Amma koronavirus pandemiyası hələ başa çatmayıb və biz yeni ştammların yayılması fonunda çox ehtiyatlı olmalıyıq".

Azərbaycan vaksinasiya məsələsində də Cənubi Qafqazda lider ölkədir. Dövlət əhalinin vaksinləşməsi üçün kifayət qədər vəsait ayırıb və bu vaksinlər alınaraq ölkəmizə gətirilir. Azərbaycan yüksək keyfiyyətli vaksin istehsal edən ölkələrlə, şirkətlərlə əməkdaşlıq edir, dünyada ən yüksək dərəcədə qəbul edilən vaksinlər ölkəmizdə tətbiq edilir. ÜST tərəfindən Azərbaycanın həyata keçirdiyi vaksinasiya prosesinin təqdir edilməsi də bunu göstərir.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ