çərşənbə günü, 07 oktyabr 2026
     

Sosial şəbəkələri tənzimləmək üçün presedent formalaşdı...

Image


Rusiyada sosial şəbəkələrdə “uyğunsuz  məzmunun bloklanması”nı ehtiva edən qanun qüvvəyə minib.  Fevralın 1-dən qüvvəyə minən bu qanun, əslində , “İnformasiyanın Mühafizəsi Qanunu”nun yenilənmiş, əlavələr edilmiş versiyasından ibarətdir. Amma məzmununda sosial şəbəkələrin tənzimlənməsinə yönəlik əlavə və dəyişikliklər o qədər əhatəli, çoxçeşidlidir ki, onu sosial şəbəkələrin tənzimlənməsi barədə yeni qanun kimi də təqdim edirlər.

Yeni qanun sosial şəbəkələrin Rusiya seqmenti üçün standartları müəyyən edir, onların fəaliyyət çərçivəsini cızır. Oncə sosial şəbəkələrdə  “uyğunsuz  məzmun” anlayışına aydınlıq gətirilir. Buraya narkotik maddələrin istehsalını və istifadəsini, uşaq pornoqrafiyasını, intihara çağırışları təşviq edən, cəmiyyətə və dövlətə qarşı hörmətsizlik, üsyana çağırış və sair tipli xəbərləri ehtiva edən statuslar aid edilir.

Paralel olaraq, qanunda sosial şəbəkələrin strukturu  müəyyən edilir. Qeyd olunur ki, auditoriyası 500 nəfərdən artıq insanı əhatə edən platformalar sosial şəbəkə hesab olunur və qanunla tənzimlənən platformalar çevrəsinə daxil edilirlər. Bu standartlara daxil olan sosial şəbəkə platformaları üzərlərindən yayılan məzmuna görə məsuliyyət daşıyırlar. Onlar

qanunsuz materialları özləri yığışdırmağa borcludurlar. Resurs rəhbərliyi məzmunun qanunsuzluğundan əmin deyilsə, aydınlaşdırmaq üçün dövlət tərəfindən məsul edilmiş “Rospotrebnadzor”la  əlaqə qurmalıdır. Şərtlərə uyğun gəlməyən məzmunun bloklanmasına icazə verilir. Bloklanma ilə razılaşmayan istifadəçilər qərara etiraz üçün departamentə müraciət edə bilərlər.

Şərtləri pozanlar üçün nəzərdə tutulan cəzanın növü təkcə bloklanmaqdan ibarət deyil.

Məlumat vaxtında çıxarılmasa, həm istifadəçilər, həm də şəbəkə resursları ciddi cərimələrlə üzləşə bilər. Cərimələrin məbləği fiziki şəxslər üçün 200 min rubla qədər, vəzifəli şəxslər üçün 800 min rubla qədər, hüquqi şəxslər üçün 8 milyona qədərdir. Təkrar pozuntular halında cərimələrin miqdarı  artırılır.

Qeyd edək ki, sosial şəbəkələrin tənzimlənməsi üçün dünyanın əksər ölkələrində çoxsaylı  təkliflər irəli sürülüb, modellər təqdim edilib. Lakin modern dünya üçün uyğun olacaq vahid model formalaşmayıb. Belə ki, ayrı-ayrı ölkələrdə, xüsusilə Çin, İran və digərlərində tətbiq edilən modellər sosial şəbəkələrin tənzimlənməsindən daha çox, onların fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəlib ki, bu da mütərəqqi dünya tərəfindən məqbul sayılmayıb. Tənzimləməni demokratik prinsiplər çərçivəsində ehtiva edən təşəbbüslər Almaniyadan gəlib. Amma “alman modelinin” özü də yarımçıq qalıb, sosial şəbəkələr üçün xarakterik olan problemləri tam əhatə etməyib: struktur, yayım çevrəsi, məsuliyyət standartları barədə tam  təsəvvür formalaşdırmayıb. Türkiyədə 2020-ci ildə qəbul edilən qanun daha əhatəlidir, həm də mütərəqqidir. Türk modeli sosial şəbəkəl’rin məhdudlaşdırılmasına deyil, standartların müəyyənləşdirilməsinə yönəlib. 9 maddədən ibarət olan bu qanunun əsas tələbi budur ki, xaricdən idarə olunan hər hansı sosial şəbəkənin ölkə üzrə istifadəçilərinin sayı 1 milyon nəfərdən artıq insanı əhatə edirsə, Türkiyədə yerli təmsilçisi təyin edilməli,  həmin təmsilçi sosial şəbəkələrdəki təhqir, böhtan, narkotik maddələrin təbliği və ya neqativ paylaşımlara görə məsuliyyət daşımalıdır. Əgər təmsilçi müəyyən edilməzsə, 5 mərhələdə cəza tədbirləri tətbiq oluna bilər. Əvvəlcə 10 milyon türk lirəsindən başlayan cərimələr 30 milyona qədər arta, sonda sosial şəbəkənin Türkiyə seqmentinin fəaliyyəti məhdudlaşdırıla bilər. Amma Türkiyə modeli də tam deyil, sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə etmir. Göründüyü kimi, burada sosial şəbəkə admininin məsuliyyəti müəyyən edilsə də, fərdi istifadəçilərin məsuliyətinə az yer verilir, bütün problemlər əhatə edilmir. Rusiyada fevralın 1-dən qüvvəyə minən qanun bu baxımdan daha əhatəlidir, ən  müxtəlif  məqamları əhatə edir. Demək olar ki, dünya ölkələrinə sosial şəbəkələrin tənzimlənməsi üçün yeni model təqdim edilib, yeni presedent formalaşırılıb. Ehtimal edilir ki, əksər ölkələr bu modeli nümunə olaraq götürməklə, üzərində təkmilləşdirmələr aparacaq, yeni milli qanunlar qəbul edəcəklər.

Təkmilləşdirmə və tamamlanmaya isə ciddi ehtiyac var. Belə ki, ayrı-ayrı ölkələrdə qəbul edilən qanunlar sosial şəbəkələrin məzmun baxımından tənzimlənməsini ehtiva etsələr də, digər məqamlara aydınlıq gətirilmir.  Məsələn, “Keyfiyyətli Jurnalistika Uğrunda Qlobal Platforma” bəyan edir ki, mövcud sosial şəbəkə platformalarının, həmçinin, texnologiya nəhənglərinin, xüsusilə ən məşhur olan GAFAM –ın (Google, Apple, Facebook, Amazon, Microsoft)  ayrı-ayrı ölkələrdə əldə etdikləri gəlirlərin üzərinə vergi tətbiq edilməlidir: “Bu şirkətlər dünyada 900 milyard dollar dəyərində gəlir əldə etsələr də, gəlir əldə etdikləri ölkələrin əksəriyyətində vergi ödəmirlər. Bu gəlirlərin üzərinə  6% səviyyəsində vergi verilməsi öhdəliyi qoyulmalı, əldə edilən vəsait peşəkar medianın inkişafına yönəldilməlidir. Əldə ediləcək gəlirin məbləği 54 milyard dollara bərabər ola bilər”.

Digər bir problem isə ABŞ-da qabardıldı. Tvitter, Facebook və Instaqram ABŞ-ın keçmiş  prezidenti Donald Trampı cəzalandıraraq onun hesablarını dondurdu. Səbəb olaraq yanvarın 6-da Tramp tərəfdarlarının qiyam etməsini, Konqressə basqın etmələrini göstərsələr də, ortada maraq və qərəzlərinin olduğunu tam  gizlədə bilmədilər. Sosial şəbəkə nəhəngləri o qədər imkan əldə ediblər ki, artıq siyasi gündəmə müdaxilə edir, situasiyanı müəyyənləşdirməyə cəhd göstərirlər. Bu təhlükəni öncədən görən Tramp hələ  2020-ci ilin may ayında “Onlayn senzuradan müdafiə haqqında” sərəncam imzalamışdı.

Güman etmək olar ki, yaxın gələcəkdə sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə edən yeni qanunvericilik təşəbbüsləri ortaya çıxacaq, sosial şəbəkələrin tənzimlənməsi dünyanın trend mövzusuna çevriləcək.

Müşfiq ƏLƏSGƏRLİ

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ