"İstiqlal uğrunda canını verənlər bugünkü zəfərin təməlini atdılar" - Ersin Tatar

img

Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanda müstəqillik uğrunda mücadilənin dönüş nöqtəsi olan 20 yanvar 1990-cı ildə şəhid olanların xatirəsinə anım mesajı yayımlayıb.

Baki-xeber.com-un xəbərinə görə, ŞKTC prezidenti mesajında bunları qeyd edib: "Şimali Kipr Türk Cümhuriyyəti olaraq, öz adımdan və xalqımın adından 20 Yanvar 1990-cı ildə qardaş Azərbaycanın müstəqilliyi uğrunda həyatını gözünü qırpmadan fəda edən əziz şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Can Azərbaycanın 20 Yanvar 1990-cı il şəhidləri istiqlal uğrunda can verərkən bugünkü zəfərin də təməlini atdılar. Onları sevgi, sayğı və hörmətlə anırıq".

SAMİRƏ

Son xəbərlər