Bazar ertəsi günü, 09 noyabr 2026
     

İnternetdə yayılan “psixoloji” testlər və onların bizə satdığı ümid və arzular...

Image


Xəyallarımız, fikirlərimiz və arzularımız, onları hər an düşünməsək də, həmişə şüurumuz səviyyəsində mövcuddurlar. Ancaq çox vaxt psixoloji manipulyasiyanın əsas qurbanı olan məhz xəyallarımız və düşüncələrimiz olur. Bu manipulyasiya üsullarından biri gələcək və xarakter ilə bağlı testlərdir.

İnternetdə hamımız “Test: Hansı ev sizin üçün idealdır?” və ya “Bir şəkil seçin, hansı xarakterin sizə məxsus olduğunu sizə deyək” kimi gurultulu başlıqlarla rastlaşırıq. Əvvəldən özümüzə bunun absurd olduğunu desək belə, bu cür başlıqlar diqqətimizi cəlb edir. Bu qismən ona görədir ki, kim olduğumuzu, problemləri necə həll edəcəyimizi və başqalarının bizim haqqımızda nə düşündüyünü bilmək istəyirik. Əlavə olaraq, bəzi testlər insanlara keçmiş və gələcək haqqında bəzən absurd dərəcədə gülməli, bəzən isə çox ümidləndirici nəticələr verirlər.

Bakı-Xəbər qəzetinin nümayəndəsi bu tipli testlərdən birini analiz etdi. Testin tapşırığına əsasən, hansı xarakterin insana aid olduğunu öyrənmək üçün 9 ev şəkillərindən birini seçmək lazım idi. Respondentimizin aldığı cavab, onun sözlərinə görə, onun öz xarakteri haqqındakı fikri ilə tamamilə üst-üstə düşür. Məhz bu tipli təsadüflərin çox olması, bəzi insanlarda müəyyən bir fikir yaradır ki, internetdə onlar haqqında bütün bilgilər toplanır. Bəs bu testlər sadəcə psixoloji manipulyasiya üsuludur? Yoxsa alqoritm bir şəkildə insanın almaq istədiyi cavabı hesablayıb təqdim edir?

TvPress.Az internet qəzetinin baş redaktoru Elçin Bayramlı bu problemə bu cür yanaşdı:

“İnsanlar buna diqqət yetirməsələr də, könüllü olaraq şəxsi məlumatlarını, faktları, getdikləri yerləri İnternet vasitəsi ilə yayırlar. Bu proses 15-20 ildir çox aktiv gedir. Amma təbii ki, bu testlərdə verilən nəticələrin çoxsu uydurmadır. Sadəcə alqoritm sosial şəbəkələrdə paylaşdığımız məlumatlar əsasında ümumiləşdirilmiş, amma insanları qane edəcək nəticələr təqdim edir. Burda əsas məqsəd qlobal mərkəzlərin və reklam şirkətlərin insanlar haqqında mümkün özəl məlumatları toplamaqdır”.

Elçin Bayramlı əlavə olaraq qeyd edib ki, bu “virtual köləlik” konseptinə aparan bir sistemdir. İnsanlar indi buna çox diqqət yetirib anlamasalar da, gələcəkdə bu prosessin baş verməsi böyük problemlər yarada bilər.

Bütün bunlar texniki aspektdən problemi qiymətləndirməyə əsas verir. Amma əksər hallarda bu cür testləri psixologiya ilə əlaqələndirirlər. Halbuki, bu tamamilə yalnış bir fikirdir. Birincisi, bir şeyi dəqiq müəyyənləşdirmək lazımdır - elmi dəyər daşıyacaq test yaratmaq üçün insanın psixoloji səriştəsi, yəni müvafiq təhsili olmalıdır. İxtisaslı psixoloq tədqiqatı müşayiət edən bütün nüanslara diqqət yetirir: insanın əhval-ruhiyyəsi, cavablar haqqında düşünmə müddəti, üz ifadələri və s. Bütün bunlar nəticəyə və mütəxəssisin sonradan verəcəyi tövsiyələrə təsir göstərir. Təbii ki, bu əlamətləri analiz eləmək üçün İnternetdə rastlaşdığımız sadə testlər yetərli deyil.

Bununla belə, İnternetin həyatımıza daxil olması ilə hər kəs heç bir məhdudiyyət olmadan testi tərtib edib yaya bilər. Bu prosess müəyyən qarışıqlıq yaradır. Məsələn, psixologiya ilə peşəkar səviyyədə məşğul olmayan bəzi insanlar, bir müddət sonra hazırladığı testlərə müsbət reaksiya görəndə, özlərini bu peşə ilə əlaqələndirməyə başlayırlar.

İnternetdə yayımlanan testlər də bəzən həqiqətən psixoloqlar tərəfindən tərtib olunur. Yalnız bir fərq var - insan cavab verməyə başlamamış, adətən testin yuxarısında yerləşən xəbərdarlığı oxuya bilər. Ona diqqət yetirsələr, psixoloqun hansı elmi məqsəd ilə bu testi hazırladığı, həmçinin hazırlama metodologiyasını öyrənə bilərlər.

İkincisi, düzgün parametrlərlə İnternet alqoritmi, nəzəri olaraq düşünsək, istənilən cavabı yarada bilər. Məsələn, istifadəçi seçimləri əsasında görünən Facebook reklamlarında olduğu kimi. Və bir çox insanlar bundan tamamilə əmindirlər. Buna əsaslanaraq sual yaranır ki, niyə belə testlər hələ də çox geniş auditoriya əhatəsinə malikdir?

Psixoloq Vəfa Rəşidova, Bakı-Xəbər qəzetinə bu prosessin baş verməsinin bir neçə səbəbini qeyd edib:

“Bir çox insan stress və gərginlik keçir və bu tip testlər az da olsa, diqqəti bu hisslərdən yayındırmağa kömək edir. Başqa bir səbəb insanların hər zaman bir şeyə inanmaq istəməsi ola bilər. Bəzi insanlar sırf maraqdan, bəziləri isə sadəcə vaxt var deyə və ya başqa bir işin olmadığı üçün keçir. Açıqcasına inanmayan, amma yenə də bu cür sınaqlardan keçənlər isə şüuraltı olaraq hələ də nəyə inanacaqlarını tapmaq istəyirlər ki, sonradan bunun əsasında həyatda nəsə qazana bilsinlər.”

Vəfa Rəşidova, həmçinin əlavə etdi ki, bu proses insan testin nəticəsinin gerçəkləşəcəyinə həddindən artıq çox inandığı halda xüsusi zərər verə bilər. Bu, xüsusilə gələcəklə bağlı testlər üçün doğrudur. Bir insanın gözləntisi özünü doğrultmazsa, o, psixoloji vəziyyətinə təsir edə biləcək böyük məyusluq hiss edəcək. Amma əgər bu testlərə daha sadə yanaşma olarsa, psixoloji cəhətdən heç bir ziyanı yoxdur.

Testdən keçmək həmişə asandır, sadəcə olaraq bilmək vacibdir ki, onlar heç nəyə zəmanət vermirlər. Nəticələrində təklif etdikləri gələcəyi sizə verə bilməzlər. Ümid edirik ki, insanlar onları yalnız əyləncə məqsədləri üçün nəzərdən keçirəcəklər.

Gülnarə Rəhimova
BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi, praktikant



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ