Bazar günü günü, 13 sentyabr 2026
     

Ta­rix­də iz bu­ra­xan­lar: Na­miq Ka­mal

Image


Ta­nın­mış şa­ir və ya­zı­çı Na­miq Ka­mal 21 de­kabr 1840-cı il­də ana­dan olub. Ata­sı Mus­ta­fa Asim bəy, ana­sı Fat­ma Zəh­ra xa­nım­dır. Ki­çik yaş­la­rın­da ana­sı­nı iti­rib, uşaq­lıq və gənclik il­lə­ri­ni ana tə­rəf­dən ba­ba­sı Ab­dul­lə­tif pa­şa­nın ya­nın­da ke­çi­rib.

Ab­dul­lə­tif pa­şa bir va­li ola­raq da­vam­lı yer də­yiş­di­yi­nə gö­rə ba­ba­sı­nın ya­nın­da qa­lan Na­miq Ka­mal da bir yer­də təh­sil ala bil­mə­yib. Bi­rin­ci sin­fə Bo­la­yır­da baş­la­yan Na­miq Ka­mal 12 ya­şın­da ba­ba­sı ilə əv­vəl Qar­sa, bir il son­ra isə So­fi­ya­ya ge­dib, 18 ya­şı­na qə­dər ora­da qa­lıb. İlk şe­ir­lə­ri­ni də ora­da yaz­ma­ğa baş­la­yıb, tə­səv­vüf­lə ma­raq­la­nıb.

1858-ci il­də İs­tan­bu­la gə­lən Na­miq Ka­mal di­van ədə­biy­ya­tı­nı da­vam et­di­rən şa­ir­lər­lə ta­nış olur. Les­kof­ça­lı Qa­lib bəy­lə ya­xın­dan dostluq edir. On­dan tə­sir­lə­nir. Bu tə­sir di­van tər­zin­də­ki şe­ir­lə­rin­də hə­ya­tı­nın so­nu­na qə­dər da­vam edir. 1861-ci il­də qu­ru­lan "Ən­cü­mə­ni şü­ə­ra"da iş­lə­mə­yə baş­la­yan Na­miq Ka­mal 1862-ci il­də Tər­cü­mə ota­ğı­na gi­rir. Bu­ra­da o, Qərb hey­ra­nı kəs­lər­lə ta­nış olur. Fran­sız­ca öy­rən­mə­yə və "Tas­vir-i Ef­kar"da ya­zı­lar yaz­ma­ğa baş­la­yır. Şi­na­si Pa­ri­sə get­dik­də "Tas­vi­ri Ef­kar"ı Na­miq Ka­ma­la ve­rir. Be­lə­cə, Na­miq Ka­mal qə­zet­çi­lik­lə bə­ra­bər si­ya­sə­tə də atıl­mış olur. İs­tər da­xi­li və xa­ri­ci ha­di­sə­lər haq­qın­da sərt tən­qi­di ya­zı­la­rı, is­tər­sə də jon­türklər və ya gənc os­man­lı­lar de­yə bi­li­nən giz­li ix­ti­lal cə­miy­yət­lə­ri­nə üzv ol­ma­sı hö­ku­mə­ti hə­rə­kə­tə gə­ti­rir. Rəh­bər­lik et­di­yi qə­zet bağ­la­nır. Ya­zı­çı Ər­zu­rum va­li mü­a­vin­li­yi­nə tə­yin edi­lir­sə də, ora get­mir. Mi­sir­li şah­za­də Mus­ta­fa Fa­zil pa­şa Av­ro­pa­da jon­türklə­ri dəs­tək­lə­yə­cə­yi­ni bil­dir­dik­də Na­miq Ka­mal Zi­ya pa­şa, Əli Sü­a­vi və di­gər­lə­ri ilə bə­ra­bər Pa­ri­sə qa­çır. Bun­lar Pa­ris­də əv­vəl müx­bir, son­ra da Lon­don­da "Hür­riy­yət"i çı­xa­ra­raq xa­ric­dən hö­ku­mə­tə qar­şı mü­xa­lif ol­ma­ğa da­vam edir­lər.

Na­miq Ka­mal 1870-ci il­də İs­tan­bu­la dön­dük­də dostla­rı ilə bir­lik­də "İb­rət" qə­ze­ti­ni nəşr et­mə­yə baş­la­yır. Çox cid­di mü­xa­lif ya­zı­lar yaz­dıq­la­rı­na gö­rə "İb­rət" qə­ze­ti­nin də nəş­ri döv­lət tə­rə­fin­dən qa­da­ğan olu­nur və Na­miq Ka­mal iş­lə­mə­yə Ge­li­bo­lu­ya gön­də­ri­lir. Qı­sa za­man­dan son­ra iş­dən azad edil­dik­də tək­rar İs­tan­bu­la dö­nə­rək "İb­rət" qə­ze­ti­ni ye­ni­dən nəşr et­dir­mə­yə baş­la­yır və bu qə­ze­tin rəh­bə­ri olur. Ge­dik­pa­şa­da­kı te­atrda 1873-cü il ap­rel ayı­nın 1-də ge­cə oy­na­nan "Və­tən, ya­xud Si­listrə" pye­sin­də çı­xan si­ya­si ha­di­sə­lər nə­ti­cə­sin­də "İb­rət" qə­ze­ti­nin nəş­ri tək­rar da­yan­dı­rı­lır. Na­miq Ka­mal si­ya­si məh­bus ki­mi Kipr Ma­qo­sa sür­gün olu­nur və ora­da ya­şa­ma­ğa məc­bur edi­lir. Bu­ra­da 38 ay ya­şa­yır. Əb­dü­lə­ziz xa­nın taxtdan en­di­ril­mə­si nə­ti­cə­sin­də si­ya­si məh­kum­lar üçün çı­xa­rı­lan əfv qə­ra­rın­dan is­ti­fa­də edə­rək İs­tan­bu­la dö­nür.

Ya­zı­çı­nın Ma­qos­da­kı hə­ya­tı ra­hat və məh­sul­dar keç­miş­di. Bu­ra­da sər­bəstcə gə­zir, xa­ric­lə mək­tub­la­şır, zi­ya­rət­çi­lə­ri­ni qə­bul edə bi­lir­di. Ro­man, te­atr, ta­rix və tən­qi­də da­ir bir çox əsə­ri­ni Ma­qos­da ya­zan Na­miq Ka­mal ədə­bi ça­lış­ma­la­ra ayı­ra­caq ən çox za­ma­nı bu­ra­da ta­pa bi­lir.

Na­miq Ka­mal 1876-cı il­də sür­gün­dən dön­dük­də İs­tan­bul­da bir qəh­rə­man ki­mi qar­şı­la­nır. II Əb­dül­hə­mid xan tax­ta çıx­dıq­da Na­miq Ka­ma­lı əv­vəl şu­ra­ya döv­lət nü­ma­yən­də­si se­çir, son­ra onu "Qa­nu­ni-əsa­sı"nı ha­zır­la­ya­caq ko­mis­si­ya­ya tə­yin edir. Fə­qət da­ha son­ra ya­zı­çı bir fik­ri­nə gö­rə gü­nah­kar he­sab edi­lə­rək əv­vəl al­tı ay həbs, son­ra da Mi­dil­li ada­sı­na sür­gün

edi­lir. Bu­ra­dan Ro­dos, da­ha son­ra Saq­qız ada­sı­na nə­za­rət­çi iş­çi ki­mi tə­yin edi­lir. Bu­ra­da ya­zı­çı­lıq fə­a­liy­yə­ti­ni da­vam et­di­rən Na­miq Ka­mal 1889-cu il­də bir ba­zar gü­nü və­fat edir. Və­siy­yə­ti­ni nə­zə­rə ala­raq onu Bo­la­yır­da dəfn edir­lər.

Na­miq Ka­mal Os­man­lı döv­lə­ti­nin son döv­rün­də ya­şa­yıb. Tən­zi­mat prin­sip­lə­ri­ni Os­man­lı döv­lə­ti üçün qur­tu­luş re­sep­ti ola­raq gö­rən və Qərb mə­də­niy­yə­ti tə­rəf­da­rı olan ya­zı­çı di­gər bə­zi ya­zı­çı­lar­la bə­ra­bər bu prin­sip­lə­ri mü­da­fiə edib, bun­la­rın yer­ləş­mə­si­nə və ya­yıl­ma­sı­na ça­lı­şıb, hə­yə­can­lı, axı­cı, par­laq üs­lu­bu ilə di­gər tən­zi­mat ya­zı­çı­la­rın­dan da­ha çox ta­nı­nıb. Onun nəs­lin­dən dün­ya­ya sədr-əzəm­lər, bö­yük sər­kər­də­lər, şa­ir­lər, alim­lər gəl­mib. Bu nəs­lin üzvlə­ri hər nə qə­dər ha­ki­miy­yə­tə ya­xın ol­sa­lar da, bir o qə­dər məd­hiy­yə­çi­lik­dən uzaq olub öz ye­ni­lik­çi və azad­fi­kir­li ruh­la­rı ilə da­im tə­qib­lə­rə mə­ruz qa­lıb­lar­sa da, tut­duq­la­rı yol­dan dön­mə­yib­lər. Məhz be­lə bir mü­hit­də bö­yü­yən Na­miq Ka­mal da üs­yan­kar bir ru­hun da­şı­yı­cı­sı, azad­fi­kir­li bir in­san olub.

Na­miq Ka­mal ya­ra­dı­cı hə­ya­tı­na bir jur­na­list ki­mi baş­la­yıb, in­qi­lab hə­rə­ka­tı­nı da­vam et­dir­mək üçün isə Av­ro­pa­ya mü­ha­ci­rət edib, İs­tan­bu­la qa­yı­dar­kən zin­dan və məh­bəs­lər­də xey­li il­lə­ri­ni ke­çir­mə­li olub. Ən çə­tin an­lar­da be­lə mü­ba­ri­zə əz­mi­ni itir­mə­yib, məs­lə­yin­dən dön­mə­yib. Tə­əs­süf ki, məh­sul­dar ya­ra­dı­cı­lı­ğı­nın ba­ha­rın­da, ağır ke­çən hə­ya­tı­nın isə 48-ci qı­şın­da, ye­nə 1 de­kabr gü­nün­də hə­ya­ta əbə­di əl­vi­da de­yib.

O bir za­də­gan ai­lə­si­nin uşa­ğı ol­sa da, bi­lik­lə­ri­nin ço­xu­nu öz üzə­rin­də ça­lış­ma­la­rın­dan əl­də edib. Av­ro­pa­ya mü­ha­ci­rat dö­nə­min­də, bi­la­va­si­tə Qərb alim­lə­ri, ədib­lə­ri, in­qi­lab­çı­la­rı, so­si­a­listlə­ri ilə gö­rüş­lə­ri za­ma­nı əl­də et­di­yi bi­lik­lər nə­ti­cə­sin­də si­ya­sət, ədə­biy­yat, ta­rix və s. sa­hə­lər­də də­rin en­sik­lo­pe­dik mə­lu­mat­la­ra yi­yə­lə­nib. Bu bi­lik­lər onun zə­ka­sı­nın də­rin­ləş­mə­si­nə, dün­ya­gö­rü­şü­nün zən­gin­ləş­mə­si­nə sə­bəb olub.

Öl­kə­sin­də ilk də­fə Av­ro­pa­sa­ya­ğı türk ədə­biy­ya­tı­nı ya­ra­dan və bu üs­lu­bun se­vil­mə­si­nə sə­bəb olan ya­zı­çı Na­miq Ka­mal­dır. Sə­nə­ti cə­miy­yə­tin qərbləş­mə­si üçün bir va­si­tə ola­raq gö­rən Na­miq Ka­mal bir çox ilklə­rə im­za atan sə­nət­kar­dır. Mə­sə­lən, Tür­ki­yə­də ilk də­fə "Və­tən şa­i­ri" de­yə şöh­rət qa­za­nan şa­ir odur. Da­ha son­ra 1865-ci il­dən tək­ba­şı­na qə­zet çı­xa­ran ya­zı­çı da­ha çox mil­lə­tin gö­zü­nü aça­caq, des­po­tiz­mə qar­şı, re­ji­mi yı­xa­caq ya­zı­lar yaz­ma­ğa baş­la­yıb. Ya­zı­la­rın­da sa­də xal­qa xid­mət edə­cək mək­təb­lə­rin açıl­ma­sı, qız­la­rın oxu­dul­ma­sı və tibb fa­kül­tə­sin­də an­caq fran­sız­ca de­yil, həm də türkcə dərslə­rin ve­ril­mə­sin­dən ya­zan ilk ma­a­rif­çi­lər­dən­dir. Bu çox səs-küy do­ğu­ran mə­qa­lə­lər­dən son­ra hö­ku­mət be­lə ya­zı­la­rın ya­zıl­ma­sı­nı qa­da­ğan edir və onun rəh­bər­lik et­di­yi qə­ze­ti bağ­lat­dı­rır.

Da­ha son­ra ya­zı­çı köh­nə türk di­lin­dən in­san top­lu­lu­ğu, din, məz­həb və ey­ni məz­həb­də olan ca­ma­at mə­na­sı­nı ve­rən mil­lət kəl­mə­sin­dən tö­rə­yən mil­liy­yət kəl­mə­si­nə mü­a­sir bir mə­na qa­zan­dı­rıb. Ye­nə köh­nə türkcə­də azad edil­miş kö­lə mə­na­sı­nı ve­rən hürr sö­zün­dən hür­riy­yət sö­zü­nü ya­ra­dan və bu kəl­mə­ni türkcə­yə qa­zan­dı­ran şa­ir də odur. Əs­li ərəb­cə olan və köh­nə türk di­lin­də bir hökmda­rın bir qöv­mə hökm et­mə­si mə­na­sı­nı da­şı­yan is­tib­dad kəl­mə­si­ni də türk di­li­nə Na­miq Ka­mal gə­ti­rib. Na­miq Ka­mal şe­ir­lə­rin­də də, ro­man­la­rın­da da, mə­qa­lə­lə­rin­də də qar­şı­sı­na bir məq­səd qoy­muş­du: hər kə­sin an­la­ya­ca­ğı dil­də, ye­ni üs­lub­da ədə­biy­yat ya­rat­maq. Bu­na gö­rə Av­ro­pa­sa­ya­ğı ədə­biy­yat ya­rat­maq uğ­run­da ilk mü­ba­riz Na­miq Ka­mal he­sab olu­nur.

Na­miq Ka­mal türklə­rin in­qi­lab­çı şa­ir­lə­rin­dən bi­ri­dir. O, Tür­ki­yə in­qi­lab hə­rə­ka­tı­nın ba­ni­si ki­mi XIX əs­rin 60-cı il­lə­rin­də bə­dii sö­zü si­la­ha çe­vi­rən bir şa­ir idi. Tür­ki­yə­nin ta­ri­xin­də "Ye­ni os­man­lı­lar par­ti­ya­sı"nın həm ya­ra­dı­cı­sı, həm də rəh­bər­lə­rin­dən bi­ri olub. Əsrlər­dən bə­ri Şərq türk ədə­biy­ya­tın­da şa­ir­lə­rin "gül və bül­bül" şə­ni­nə yaz­dıq­la­rı şe­ir və he­ka­yə­lər Ka­mal ya­ra­dı­cı­lı­ğın­da "Və­tən və mil­lət" ki­mi səs­lən­mə­yə baş­la­dı. O, alov­lu qə­lə­mi­nin əz­mi, və­tən­pər­vər qəl­bi­nin hök­mü ilə mil­lə­ti­ni ye­ni gün­lə­rə, hür­riy­yə­tə səs­lə­yir­di. Tür­ki­yə­də in­qi­la­bi hə­rə­ka­tın bu döv­rü­nü öy­rən­mə­yin təd­qi­qat­çı­lar üçün baş­qa bir mə­na­sı da var­dı. Ka­ma­lın da iş­ti­rak et­di­yi in­qi­la­bi hə­rə­kat məhz bu qa­nu­na­uy­ğun­luq­la­rı sü­but edən mü­hüm bir ta­ri­xi mü­ba­ri­zə epi­zo­du­dur. Be­lə ki, im­pe­ri­ya hə­ya­tı­nın bu cür dra­ma­tik şə­ra­i­tin­də ədə­biy­ya­tı xal­qın, azad­lı­ğın xid­mə­ti­nə ver­mə­yin nə qə­dər çə­tin, ağır və­zi­fə ol­du­ğu­nu sü­bu­ta eh­ti­yac yox­dur. Na­miq Ka­mal bu çə­tin­lik­dən qor­xub çə­ki­nən adam­lar­dan ol­ma­dı. O, qə­lə­mi­ni si­la­ha çe­vi­rən şa­ir, in­qi­la­bi ruh­da pyes­lər ya­zan dra­ma­turq, Av­ro­pa­sa­ya­ğı ro­man­lar mü­əl­li­fi və mü­ba­riz mət­bu­a­tın tə­rəq­qi­si yo­lun­da ça­lı­şan jur­na­list idi. Və­tən, azad­lıq, mü­ba­ri­zə, in­qi­lab məh­fum­la­rı­nı ədə­biy­ya­ta da ilk də­fə o da­xil edib. Ka­ma­lın in­qi­la­bi fə­a­liy­yə­ti və azad­lı­ğa, mü­ba­ri­zə­yə ça­ğı­ran əsər­lə­ri 1908-ci il bur­jua in­qi­la­bı­na, son­ra­lar isə Tür­ki­yə azad­lıq hə­rə­ka­tı­na, pad­şa­hın taxtdan sa­lı­na­raq Cum­hu­riy­yə­tin qu­rul­ma­sı­na cid­di tə­sir edib.

Və­tə­nin bağ­rı­na düş­mən da­ya­mış xən­cə­ri­ni
Yox­mu­dur bir qur­ta­ran bəx­ti qa­ra ma­də­ri­ni?

Bu hə­yə­can­lı mis­ra­lar­la ça­ğı­rı­şı­na Mus­ta­fa Ka­mal pa­şa Tür­ki­yə Bö­yük Mil­lət Məc­li­si­nin kür­sü­sün­dən qar­şı­lıq ve­rə­rək be­lə de­yib:

Və­tə­nin bağ­rı­na düş­mən da­ya­sın xən­cə­ri­ni
Ta­pı­lar qur­ta­ra­caq bəx­ti qa­ra ma­də­ri­ni!

Türklə­ri azad­lı­ğa, in­qi­la­ba səs­lə­yən şa­ir Na­miq Ka­mal mil­lə­tin qar­şı­sı­na is­tib­da­dı yıx­maq, onun ye­ri­nə xal­qa de­mok­ra­tik azad­lıq­lar ve­rən Cüm­hu­riy­yət ya­rat­maq və­zi­fə­si­ni qoy­du, xal­qı­nı azad­lıq uğ­run­da mü­ba­ri­zə­yə ruh­lan­dır­dı.

Ey­ni ruh da­şı­yı­cı­la­rı ara­sın­da Ka­ma­lın ən seç­kin mər­tə­bə­də dur­ma­sı­nı Tür­ki­yə­nin mil­lət­çi şa­i­rə­si Xa­li­də Ədib xa­nım be­lə qə­lə­mə alıb: "Mən­cə ən yük­sək və la­yiq olan Ka­mal­dır. O, mərd, cə­sur, fə­da­kar, bir qa­yə aşi­qi, qəh­rə­man ruh­lu bir şa­ir­dir!" Həm­dul­lah Süb­hi bəy isə Na­miq Ka­ma­lı də­yər­lən­di­rər­kən: "Mə­nə məm­lə­kə­ti­min eş­qi­ni, yük­sək və əsil şey­lə­rin sev­gi­si­ni, qüv­və­tə və zül­mə ka­fa tut­ma­nın zöv­qü­nü öy­rə­dən Ka­mal bəy ol­du" - de­yib.

Na­miq Ka­ma­lın və­tən­pər­vər­li­yi ox­şa­dı­lan, bən­zə­di­lən və­tən­pər­vər­lik de­yil. O, qəlbdən al­dı­ğı fi­kir­lər­lə türk ru­hun­da və türk ədə­biy­ya­tın­da möv­cud olan Və­tən sev­gi­si­ni bü­tün­ləş­di­rən və hə­rə­kə­tə gə­ti­rən bir ya­zı­çı­dır. Na­miq Ka­ma­la gö­rə, Və­tən sa­də­cə üzə­rin­də do­ğu­lan və ya­şa­nı­lan bir yer de­yil. Və­tən öv­lad­la­rın­dan iba­rət in­san top­lu­su ara­sın­da dil bir­li­yi, mən­fə­ət bir­li­yi, fi­kir və sev­gi qar­daş­lı­ğı ya­ra­dan mü­qəd­dəs bir tor­paq­dır ki, hər da­şı üçün bir can ve­ri­lib, hər ovuc tor­pa­ğı "əc­dad­la­rın vü­cu­dun­dan ya­di­gar qa­lıb". Na­miq Ka­ma­la gö­rə, "Os­man­lı Və­tə­ni­ni qur­tar­maq və fə­da olur­ca­sı­na qo­ru­maq, İs­lam və­tə­ni­ni isə bir ide­al ola­raq ürək­lər­də ya­şat­maq gə­rək­dir.

Na­miq Ka­mal bü­tün ya­zı­la­rın­da və­tən­se­vər­lik, azad­lıq, məş­ru­tiy­yət, si­ya­si müs­tə­qil­lik, ma­a­rif, qəh­rə­man­lıq ki­mi möv­zu­lar üzə­rin­də iş­lə­yib. Məş­hur ya­zı­çı bir tə­rəf­dən qə­zet­lər­də gün­də­lik si­ya­si və so­si­al möv­zu­lar­da­kı fi­kir­lə­ri­ni irə­li sü­rüb, di­gər tə­rəf­dən də ey­ni möv­zu­la­rı ədə­bi əsər­lə­rin­də di­lə gə­ti­rib. Bu fə­a­liy­yət­lə­rin ge­niş xalq küt­lə­lə­rin­də tə­sir­li ol­ma­sı üçün dil və ifa­də­lə­rin sa­də­ləş­mə­si­nə səy gös­tə­rib. Şe­ir­lə ya­na­şı tən­qid, te­atr, ro­man, ta­rix möv­zu­la­rın­da da əsər­lər ya­zan Na­miq Ka­ma­lın iyir­mi­yə ya­xın əsə­ri var.

50 ya­şı be­lə bü­töv ya­şa­ya bil­mə­yən, Və­tən azad­lı­ğı yo­lun­da mü­ba­ri­zə­lər­də ömür ke­çi­rən Na­miq Ka­ma­lı bü­tün türkdil­li xalqlar hör­mət­lə yad et­mə­li­dir!

Ru­hu şad ol­sun!

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ