Bazar ertəsi günü, 14 sentyabr 2026
     

FİFA-UEFA müharibəsi başladı - Tramp-Avropa münaqişəsinin davamı?..

Image


Akif Nağı: “ABŞ və Avropa arasındakı ziddiyyətlər idman sahəsinə daşınmamalıdır”

ABŞ Konqresində demokrat konqresmen Ceymi Raskin FIFA prezidenti Canni İnfantinodan və qurum rəhbərliyindən Donald Tramp administrasiyası ilə əlaqələrə dair məlumat tələb edib. Sorğuya Trump Tower-də FIFA ofisinin icarəsi, Trampa təqdim olunan "Sülh Mükafatı", mümkün maliyyə əlaqələri və 2026-cı il Dünya Çempionatının bilet siyasəti ilə bağlı yazışmalar daxildir. Bu addım artıq təkcə idman məsələsi deyil, FIFA ilə siyasi hakimiyyət arasındakı münasibətlərin şəffaflığı və qurumun müstəqilliyi ilə bağlı suallar doğurur. Demokratlar Konqresdə üstünlük qazanacağı halda, məsələnin rəsmi araşdırmaya çevrilməsi ehtimalı da istisna edilmir.

İndi isə FIFA prezidenti Canni İnfantino bəyanat verib ki, futbol üzrə dünya çempionatının bəzi hissələrini xüsusi investorlara satmaq istəyir. UEFA isə buna qarşı çıxır. FİFA və UEFA arasında nə baş verir - bu iki qurum arasında gedən proses ABŞ-la Avropa arasında gedən siyasi proseslərin əks-sədası deyilmi? Bəllidir ki, Tramp hakimiyyəti dövründə Avropa ölkələrinə rüsumlar qoyub, sanksiyalar tətbiq edib, onları müdafiəyə az pul xərcləməkdə ittiham edir, Danimarkanın torpağını əlindən almaq istəyir və s. İndi sanki ABŞ ilə Avropa arasındakı ziddiyyətlər FİFA və UEFA arasına transfer edilir. Demək olarmı ki, FİFA ilə UEFA arasındakı ziddiyyətlər ABŞ ilə Avropa arasındakı ziddiyyətlərin nəticəsidir?

Akif Nağı:

Politoloq Akif Nağı məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ və Avropa arasında siyasi və iqtisadi qarşıdurma mövcuddur. Onun sözlərinə görə, bunun əsas səbəbi Amerika rəhbərliyinin təkqütblü dünya nizamı formalaşdırmağa çalışmasıdır. Donald Tramp isə bu prosesi daha enerjili şəkildə həyata keçirməyə cəhd edir və artıq müəyyən nəticələr də əldə olunub.

A.Nağının fikrincə, Avropa, Çin, Rusiya, Hindistan və türk dünyası isə çoxqütblü dünya modelinin tərəfdarıdır. Bu baxımdan ABŞ və Avropa arasında ciddi qarşıdurma mövcuddur və həmin gərginlik müxtəlif sahələrə sirayət edir.

"Belə görünür ki, bu qarşıdurma artıq futbol sahəsinə də sıçrayır. Son dünya çempionatı zamanı Trampla FIFA prezidenti Canni İnfantino arasında xüsusi münasibətin olduğu hiss edilirdi. Çempionatın gedişində ABŞ millisinin hücumçusu Folarin Baloqunun aldığı qırmızı vərəqəyə görə tətbiq olunan diskvalifikasiyanın Trampın İnfantinoya etdiyi telefon zəngindən sonra ləğv edildiyi iddia olunur. Bu da geniş müzakirələrə səbəb oldu.

İndi isə, qeyri-rəsmi iddialara görə, Tramp dostu Canni İnfantinonun BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək istəyir. Buna müəyyən mənada ABŞ-la Avropa arasındakı qarşıdurmanın tərkib hissəsi kimi də baxmaq olar. Bu məsələyə Avropa ilə yanaşı, ABŞ müxalifəti də etiraz edir. Əgər növbəti seçkilərdən sonra demokratlar Senatda üstünlük əldə etsələr, bu məsələ daha dərindən araşdırıla bilər.

Amma görünən odur ki, Tramp heç nədən çəkinmir və ən müxtəlif vasitələrdən istifadə edir. Bir tərəfdən rüsumları artırmaqla, digər tərəfdən hərbi qüvvələrini Avropadan çıxarmaq hədəsi ilə, bəzi dövlət rəhbərlərini etik normalardan kənar şəkildə təhqir etməklə öz üstünlüyünü nümayiş etdirməyə və Avropanı özünə tabe etdirməyə çalışır.

Yaxın Şərqdə və Rusiya-Ukrayna cəbhəsində davam edən proseslər ABŞ və Avropanı yenidən yaxınlaşmağa məcbur edib. Lakin ABŞ-ın həmin mövqeyi və niyyəti hələ də qalmaqdadır. Avropa isə buna müqavimət göstərir.

Hesab edirəm ki, bu qarşıdurma nəticəsində Amerika müəyyən üstünlük əldə edə bilər. Amma bütövlükdə idman uduzacaq, futbol dünyası zərər görəcək. Bu gün dünyanın ən populyar idman növü futboldur və insanlar bu sahədə baş verənlərə çox həssas yanaşırlar. Son futbol üzrə dünya çempionatı da cəmiyyətdə müəyyən məyusluq yaratdı. Futbolun siyasiləşdirilməsi ilə bağlı ABŞ prezidentinə qarşı müxtəlif ittihamlar səsləndirildi.

Yəqin ki, ABŞ və Avropa rəhbərliyi bunu adi tamaşaçılardan daha yaxşı anlayır. İdmanın nüfuzuna xələl gətirməmək üçün ən azı bu məsələdə öz mövqelərini yumşaldacaqlar və idmanı ABŞ ilə Avropa arasında siyasi mübarizə meydanına çevirməyəcəklər. Yəni bu, ABŞ və Avropa arasındakı ziddiyyətlərin növbəti təzahürüdür. Ancaq digər sahələrdən fərqli olaraq, idmanı siyasiləşdirmək olmaz. Hətta qədim dövrlərdə belə, idman yarışları keçirilən zaman müharibələr dayandırılırdı ki, yarışların keçirilməsi üçün şərait yaradılsın. Çünki idman dünyada həmrəyliyi, sivil mübarizə mədəniyyətini təbliğ edir, xalqları bir araya gətirir və dünya ictimaiyyətinin diqqətini özünə cəlb edir. İdmanın öz missiyasında qalması hamı tərəfindən qəbul edilən prinsipdir. Buna görə də ABŞ və Avropa bu qarşıdurmanı idman sahəsinə daşımamalı, bu istiqamətdə geri addım atmalıdır".

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ