Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiya Ermənistanın "strateji müttəfiq" statusunu dəyişəcək...

Image


Ermənistanın siyasi rəhbərliyi son dövrlər Rusiya əleyhinə ritorikanı gücləndirmək qərarına gəlib. Şübhəsiz ki, rəsmi İrəvanın son vaxtlar Rusiya və rus sülhməramlıları əleyhinə səsləndirdiyi bəyanatlar buna dəlalət edir.

Baş nazir Nikol Paşinyan hər fürsətdə məsuliyyəti Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzərinə yıxmaqla şimaldan narazı olduğunu dilə gətirir, eyni zamanda açıqlamaları ilə strateji müttəfiq axtarışına çıxdığını gizlətmir.

Hadisələrin inkişafı bu axarda davam etdiyi bir zamanda Ermənistan Belarusda keçirilən KTMT təlimlərindən imtina etdi. Rəsmi İrəvanın bu addımının da Rusiyaya qarşı hesablanmış addım olduğu, artıq KTMT alyansını tərk etməyə hazır olduğu barədə söhbətlər dövriyyəyə buraxıldı. Bu hadisə ilə paralel olaraq, baş nazir Nikol Paşinyan Rusiyanı tək strateji müttəfiq seçməyin yanlış olduğunu etiraf etdi və yeni strateji müttəfiqlər axtarışında olduğu barədə siqnallar ötürməyə başladı.

Amma məsələ bununla da bitmədi. Sentyabrın 11-də Ermənistanda ABŞ hərbçiləri ilə birgə təlimlər başlayır. 10 gün davam edəcək təlimlə N.Paşinyan arı yuvasına çöp soxmuş sayılır. Rəsmi İrəvan geosiyasi manevr etmək istəsə də, siyasi və hərbi rəhbərlikdə deyəsən bunun təhlükəli, geridönüşü olmayan bir yola qədəm qoyduğunu dərk edən şəxs yoxdur.

Bütün bunların müqabilində Rusiya Ermənistanla bağlı  “strateji müttəfiqlik” statusunu dəyişəcəkmi?

Hərbi ekspert Elxan Şıxəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, baş verənlər Ermənistanla Rusiyanın  çox gərgin, siyasi dönəmlər keçirirdiyini göstərir: “Biz bilirik ki, Ermənistanın uzun müddət Cənubi Qafqazda təhlükəsizliyinə təminat Rusiya idi. Ümumiyyətlə, Ermənistanın təhlükəsizlik baxımdan ayaqda qalmasının bu günə qədər səbəbkarı Rusiya olub. İndi baş verənlərin fonunda, xüsusən də Azərbaycan Qarabağ məsələsinin bir hissəsində Rusiyanın neytral qalması Ermənistanı qane etmir. Bunun üzərindən də siyasi polemikalar və bir - birinə sərt ittihamlar ən yüksək səviyyədə səsləndirilib. Əsas da Ermənistan İtaliya qəzetinə verdiyi müsahibəsində dedi ki, bizim təhlükəsizliyimiz üzərinə Rusiyaya bel bağlamağımız ən böyük strateji səhv idi. Əslində biz Ermənistanın, Paşinyan hakimiyyətinin tarixinə getsək, görərik ki,  Ermənistanın 2018 - ci ildə ABŞ səfirliyində olan beyin mərkəzi dəstəklədi. Əslində 2018 - ci ildən bu günə kimi Ermənistanı Rusiyanın for-postluğundan çıxarmağa cəhd idi, bu plan. Bu palanı həyata keçirən Paşinyanı da proje olaraq da yaratdılar. İndi Ermənistan kimin for-postu olacaq bəlli deyil və informasiya müharibəsi gedir. Bu sahədə də nələrsə baş verir. ABŞ , Avropa İttifaqı və Fransa yavaş - yavaş Ermənistana mülki missiyalarını yeridir. Çox gümanki, gələcəkdə Ermənistan Rusiyanın 102 - ci bazasını federal sərhəd xidmətinin hərbiçilərinə verərsə, orda təxminən altı minə yaxın kontingenti var. Oranı çıxara bilsələr, Avropa İttifaqının mülki missiyası hərbiləşdirilmiş missiyaya keçəcək. Bunu da etmək, Ermənistanın Rusiyanı bölgədən təsirini sıfırlamaq üçün KTMT - dən çıxmalıdır. Bəyanatlar da səsləndirilir, xüsusən də KTMT - dən onların nümayəndəsinin geri çağırılmasında, Ermənistanda KTMT təlimlərindən imtina etmələrində, geri çağırılan nümayəndənin yerinə yeni şəxsin təyin olunmamasında Ermənistan hökumətinin strateji olaraq Rusiya ilə  bütün ipləri qoparması siyasətini görürük. Amma,Rusiya buna necə yanaşacaq? Bu böyük bir sualdır. Ermənistanı yaradan, dəstəkləyən qüvvələr Rusiya Ukrayna müharibəsinin fonunda düşünürlər ki, Rusiyanın siyasi - hərbi gücü sıfırlansa, zəifləsə Ermənistan Rusiyanın yerinə keçə bilər. Rusiya siyasilərinin mövqeləri çox kəskindi. Əslində bunu Ermənistan tərəfdən Rusiyaya qarşı xəyanət və arxadan zərbə adlandırırlar. Rusiya olmasa idi, Ermənistan ola bilməzdi. Hələ Sovet dövrü də buna daxildir. Birinci Qarabağ müharibəsində də, ərazilərimizin işğalında da Ermənistanı dəstəkləyən Rusiya idi. Ona görə də, Ermənistanın mövcudluğunun Rusiyaya bağlı olması hər kəsə bəllidir. Xüsusən də indi İranla Türkiyənin sərhədlərinin təhlükəsizliyini federal sərhəd xidməti təşkil edir. 102 - baza hələ zamanında Ermənistanın təhlükəsizliyini təmin etmək üçün yaranmışdı. İqtisadiyatının da 60, 70 faizi Rusiya tərəfindən özələşdirilmişdi. Ona görə də, bəllidir ki, Rusiya bunu asanlıqla Ermənistana bağışlamayacaq. Rusiya ilə Ukrayna kimi, Ermənistanla da sərhədi olsa idi, çoxdan cəzalandırardı. Ancaq, assimetrik metodlarla bunu həyata keçirəcək. Xüsusən də, daxildən dövlət çevrilişi, təxribatlar, Paşinyanın mümkün olacaq qədər fiziki məhvinə gətirib çıxaran addımlarla bunu edəcək. Rusiya Gederal Təhlükəsizlik Xidmətinin kifayət qədər metodları var. Artıq bu münasibətlərin kəskin səviyəyə gəlməsinə də həm Roma Statasunun Ermənistan parlementində ratifikasiyası, həmçinin Paşinyanın həyat yoldaşının Ukryanaya səfəri və ordan humanitar yardımın götürmələri səbəb oldu. Rusiyanın başı nə qədər də Ukrayna müharibəsinə qarışmış olsa da, Ermənistanın bu xəyanətinu bağışlayacaq deyil. İstənilən bütün zamanlarda Ermənistanın imperiyalara qarşı bu satqınlıqlarını biz gördük, indi də Rusiyaya qarşı etdilər. İmperiyalar xəyanəti bağışlamırlar. Ona görə də düşünürəm ki, Rusiya da dərindən Ermənistanı ciddi şəkildə cəzalandırmaq üçün planlar hazırlayır. Bunun da necə olacağını biz görəcəyik”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ