Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qafqaz İslam Ordusunun və Çanaqqala diviziyasının qazisi Məhəmməd Əfəndi Həsənoğlu...

Image


1918-ci ilin iyun ayında Qaraməryəm-Müsüslü cəbhə xəttini Türk sərkərdəsi Nuru paşa Killigilin (1886-1947) başçılığı altında qələbə ilə keçən 5-ci Qafqaz İslam Ordusunun Şimal cinahının nizami qüvvələrinin döyüş yolu Bakı şəhərinədək Ağsu nahiyəsi və hüdudlarında Külüllü, Qubaxəlilli, Padar, Kəlağayılı, Nəmirli, Pirhəsənli... kəndlərindən, Girdimançay və Ağsuçay hövzələrindən keçərək düşmənlərə ağır zərbələr endirmişlər.

Tarixin dönəmində təkrar kəsişən anların mistik-duyğusal fəlsəfi izahı ilə yanaşı, həm də kerçəkliyin Həyat yazısına çevrilmə qanunauyğunluğu da vardır ki, bu hal Osmanlı Türkiyəsinin Ankara şəhərində doğulan və Nuru Paşanın başçılığı ilə 5-ci Qafqaz İslam Ordusu və 15-ci Çanaqala diviziyasının tərkibində Azərbaycan Cumhuriyyətinin müdafiəsində silahı-canı ilə bərabər iştirak edən Məhəmməd Əfəndi Həsənoğlunun (1887-1939) alın yazısının “səhifə”lərinə çevrilmişdir.

Bu “səhifə”lər ona görə şərəflidir ki, Həyat-Ömür salnaməsində Dövlətçiliyimizin varlığı və Xalqımızın bütövlüyü tərənnüm edilir, düşmən qarşısında qalib olan Haqq mücadiləmizin Tarixi yazılmışdır...

Azərbaycan xalqına və müstəqil dövlətçiliyinə qarşı 1918-ci ildə rus-bolşevik və hay-daşnak birləşmiş siyasi-hərbi qüvvələri tərəfindən amansızlıqla həyata keçirilən soyqırım faciələrinə qarşı mübarizədə “Qardaş yeri”ni tutmağa can atan 5-ci Qafqaz İslam Ordusu Qızıl İrmaq çayından Xəzər dənizi sahillərinədək şərəfli döyüş yolu keçmişdir.

Məhəmməd Əfəndi sakit həyat dönəmində xatırlayırmış ki, mənfur düşmənləri Güzdək kəndi-Şubanı dağ istiqamətində Xəzər dənizi sahillərinədək sığışdırmaqla onlara layiqli cəzalarını vermişlər...

Amma, bölük başçıları Qadir Əfəndinin Şamaxı nahiyəsinin “Acı dərə yeri”ndə (Bakı-Şamaxı yolunun 105-ci km-də) kafir gülləsinə tuş gəlməyi, ağır yaralanması və Şəhid olmasını isə heç vaxt unuda bilməmişdir.

Yaralandığı yerdə dəfn edilən Qadir Əfəndinin qəbri indi Vətən ziyarətgahıdır.

Yol, cəbhə, döyüş və çiyin yoldaşı olan Xalid Əfəndi ilə birlikdə 1918-ci ilin sentyabr ayında Ağsu nahiyəsinə qayıdıb, bu torpağa “Ana bir, dili bir, dini bir-Vətən” deyən qazilər sonda Padar kəndində yeni yurd-ocaq yaratmışlar.

1918-1920-ci illərdə səngərin əks tərəfində duran düşmən qüvvələr Sovet hakimiyyəti illərində  Azərbaycan dövlətinin ali-yüksək rəhbərliyi səviyyəsində olduqlarından mübarizə daha ağrılı və dözülməz olmuşdur, həm Azərbaycan Milli Ordusunun, həm də 5-ci Qafqaz İslam Ordusunun üzvləri üçün.

Yaşadığı illərdə dini-ruhsal dəyərlərə önəm verən, Haqqa, İlahi fəlsəfəyə etiqad edən (bu müddət ərzində o, qonşu Nəmirli, Çiyni, Kəlağaylı, Nöycü, Külüllü...kəndlərində dini-irfani məslislər aparırdı) Məhəmməd Əfəndi 1939-cu ildə təqiblərə və iblisanə mühakimələrə dözməyərək ürəktutmasından vəfat etmiş, Girdiman çayı sahilində kənd qəbirstanlığında dəfn edilmişdir. Çayda bir neçə dəfə sel olduğundan qəbrin yeri dəyişdirilib, taxta “baş daşı” isə yox olmuşdur...o dövrdə Türk-Qazi qəbrinin yerini qoruyub saxlaçaq özü də bir “igidlik dərsi” idi.

Qarabuğdayı, hündür boylu, ailəcanlı, mülayim təbiətli Qazi Məhəmməd Əfəndinin bütün əşyalarını və ona məxsus ləvazimatları həyat yoldaşı Mələk Alı qızı (1910-1966, nahiyənin Nöycü kəndindən olub) təhlükə-qorxu ucbatından məhv etmişdir. Hətta, rus-hay təzyiqləri o qədər amansız olub ki, Mələk xanımı Qazi həyat yoldaşından imtina etməyə məcbur ediblər.

Qazi Xalid Əfəndini isə 1944-cü ildə Qazaxıstana sürgün etmişlər, həyatı orada sona yetib. Ailəsində qalan bir oğlu az keçməmiş vəfat etmiş, yoldaşı Əfruz xanım 1956-cı ildən dünyadan köçmüş, Padar kənd qəbirstanlığında dəfn edilmişdir.

Məhəmməd Əfəndi sağlığında dəfələrlə Türkiyə Cumhuriyyətinə keçməyə, Ankara şəhərindəki doğmaları ilə əlaqə yaratmağa, hətta sərhəddə belə görüşməyə cəhd göstərsə də nəticəsiz qalıb, sonrakı dövrlərdə oğlu (qızı Fatma xanım da (1938) Padar kəndində yaşayır) Məhəmmədəli (1933) uzun illər ərzində atası haqqında məlumatları əldə etməyə çalışsa da, başqa bilgilərə əldə edə bilməmişdir.

Şamaxı qəzasının Ağsu nahiyəsinin Qəşəd kəndində Qazi həyatını yaşayan, Məhəmməd Əfəndinin silahdaşlarından biri də İbrahim Əfəndi Həsən oğlu (1880-1946, el arasında Əhməd Əfəndi deyilib) olub.

Osmanlı Türkiyəsinin İzmir şəhərindən olan İbrahim Əfəndi sıravi döyüşçü olsa da, Qars-İqdır cəbhələrini, Gümrü-Basarkeçər döyüş xəttini keçərək Azərbaycan Cumhuriyyəti hüdudlarında Gəncə şəhərindən Şeyx Səidli (Şıxzərli) kəndinədək (müasir Qobustan rayonu) şərəfli döyüş yolu keçmişdir. Bir neçə silah yoldaşı ilə Ləngəbiz yaylasının ətəyindəki Qəşəd, Keçdiməz (Osman Əfəndi) kəndlərində, Ağsu nahiyə mərkəzində (Əhməd Əfəndi) həyatlarını sürmüşlər.

İsmayıl Əfəndi kəndin təsərrüfat (M.C.Bağırov adına kolxozda) işlərində çalışsa da irfani həyat tərzinə üstünlük vermiş, Quran oxumuş, namaz qılıb-oruc tutmuş, məclislərdə dini-fəlsəfi söhbətlər aparmış, İlahi Haqq kəlamlarının elmi-dünyəvi məzmununu təhlil etmiş, irfani təbliğatı yaymışdır. Dini-ruhani və təsərrüfat adamı olan İsmayıl əfəndinin mahir ovçuluğu da olmuşdur, kəndin aşağı hissəsində, “Dib yolu”nda ipək iplərdən toxuduğu çələ ilə bəzgəg (gündə 10-15) tutarmış. Nəticəsi Anar Nizaməddin oğlu (1978) Babasinın cələlərini qoruyub saxlayır və istifadə edir. 1930-cu illərdə Kürqırağı kəndlərdə (kənddən 80-100 km aralı) “Məsmə biyarı”nda olanda onun çaydan balıqtutma üsulları (deşilmiş kisələrlə) xeyli “məhsuldar”, bərəkətli olduğu indi də xatırlanır...

O, doğma Vətəninə qayıtmağa cəhd göstərsə də, geri qayıda bilməmişdir. Geri də onun ailəsi, dörd uşağı qalmışdır.

1919-cu ildə Qəşəd kənd sakini Səmərrux Şikar qızı (1899-1962) ilə ailə qurmuş, uşaqlarına İzmir şəhərindəki yadigarlarının adını qoymuşdur (Fatma,1920-1984; Nemət,1923-2000; Nənəş,1932-2001; Mustafa, 1937-2012...).

Qəşəd kənd sakinlərindən Abdulla Abdulhüseyn oğlu (1881-1969), Zərbalı Ağaməmməd oğlu, Ədil Mehdi oğlu (1902-1977)... ilə həmsöhbət olub, yaxınlıq edib.

1993-cü ildən sonra Nemət İbrahim Əfəndi oğlu Türkiyədəki qohumları ilə əlaqə yaratmağa bir neçə dəfə cəhd etsə də, bu istəyi nəticəsiz qalmışdır.

Qazi İbrahim Əfəndi 1946-cı ildə vəfat etmiş və Şeyx Dursun qəbirstanlığında dəfn edilmişdir.

Qara dəniz sahillərindən Xəzər dənizi hövzəsinədək şərəfli döyüş yolu keçən 5-ci Qafqaz İslam Ordusunun Türk Şəhidlərindən Qədir əfəndinin, Qazilərdən Məhəmməd əfəndinin, İbrahim əfəndinin, Camal əfəndinin...silahdaşlarından olan Osman bəy Əli oğlu da Şirvan bölgəsinin Ağsu nahiyəsinin Keçdiməz kəndini ozünə Vətənin bir parçası-“Ömür-Həyat ocağı” seçmişdir.

Qobustan nahiyəsinin Şeyx Seyidli/Şıxzərli kəndi ətrafında yaralandıqdan sonra döyüş yolunun keçdiyi bu kəndə qayıtmış (döyüş yoldaşları ilə birlikdə), 1935-ci ilədək burada yaşamışdır.

İstanbul şəhərinin Qəssabçılar məhəlləsinin varlı-imkanlı ailəsindən olan (dediyinə görə 5 mərtəbəli mülklərində ailə doğmaları-qardaşları Nuru, Midhət, Ağapaşa..., bacıları, əmi uşaqları... bir yerdə yaşayıb) Osman bəy 18 yaşında olarkən Nuru paşanın başçılıq etdiyi Ordu sırasına qoşulanda artıq Həcc ziyarətini yerinə yetirmişdi.

Ona görə də kənddə ona “Hacı Osman əfəndi” deyə müraciət ediblər. Dini-irfani bilgilərə malik olmaqla yanaşı, həm də yaxşı bənna, bölgədə tanınan usta olub (qonşu Bico kəndində inzibati binanı, mədəniyyət evini, Şamaxı şəhərində yaşayış evləri...tikib), eləcə də imanlı bir ocağın yiyəsi olub, bu kənddə ailə qurduğu Minə Qurbanəli qızı Seyidova (1914-1984) ilə birlikdə ömür sürüb. Uşaqlarına Nuru paşanın, əzizlərinin (Midhət, Hədimə, Nəzifə...) adlarını verib, daha çox iki qızı yaşayıb-Nəzifə (1925-2013) və Almaz (1929-2020).

Almaz xanımın ailəsində Osman əfəndinin iki qız nəvəsi yaşayıb- Solmazxanım Saday qızı (1955) və Bəsirə (1960).

Osman əfəndi Keçməzdin kəndində yaşadığı illərdə Türkiyədəki valideynləri, qardaş-bacıları ilə məktub yazışması aparıb, əlaqələr yaratmış, ətraf kəndlərdə yaşayan silahdaşları ilə dostluq münasibətlərinə malik olub (Padar, Qəşəd kəndləri ilə, İsmayıl əfəndiyə “əmioğlu” deyirdi).

1918-1920-ci illərdə rus-bolşevik və hay-daşnak qüvvələrinə qarşı döyüşən Türk-İslam və Azərbaycan Milli ordularının əsgər-zabit heyətinin üzvləri 1920-ci ildən sonra Azərbaycanda hakimiyyəti qəsb edən rus-hay birliyinin “sosializm quruluşuna qarşı düşmən mövqe tutduqları” bəhanəsi ilə repressiya siyasətinin çoxmilyonlu qurbanlarından biri də  Osman əfəndi olub, 1935-ci ildə, həmin ildən sonra soyuq Sibirdə sürgün həyatı yaşayaraq ömrünü başa vurmuşdur (1945-ci ildə).

Ailə üzvlərinin bildirdiyinə görə, sürgündə qazi silahdaşı Camal əfəndi ilə birlikdə olub, ondan xəbəri də o çatdırmışdı doğmalarına (əslən suriya türkmanlarından olan Camal əfəndi Abdulla oğlu Hüseyn (1895-1974) Qobustan şəhərində yaşamış və orada dəfn olunmuşdur).

(Yazının hazırlanmasında həm də Ağsu rayonunun Padar kənd sakini Məhəmmədəli Məhəmməd əfəndi oğlu Həsənovun (1936), Qəşəd kənd sakini İlham Nuru oğlu Bağırovun (1955) və Keçdiməz kənd sakini Bəsirə Saday qızı Osmanova-Eyvazovanın (1960) məlumatlarından istifadə olunmuşdur.)

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ