Bazar ertəsi günü, 09 noyabr 2026
     

Beynəlxalq Qırmızı Xaç Komitəsi separatçıların açıq hamisi rolunda - qurumun etimadı alt-üst oldu…

Image


Ağdam-Xankəndi yolu ilə Qarabağda məskunlaşan ermənilərə humanitar yüklərin çatdırıalması ilə bağlı razılıq əldə edilsə də, son anda qarşı tərəf yenə bundan imtina edir. Qeyd edək ki, Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını hələ də Bərdə şəhərində gözləyir.

TIR-da Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən Xankəndidə yaşayan ermənilərə yardım məqsədi ilə göndərilən ərzaq və qeyri-ərzaq məhsulları var. Həmin yüklərin Qarabağdakı ermənilərə çatdırılması ilə bağlı razılıqdan yenə imtina edilir.

Ermənilər həm Laçından, həm də Ağdamdan ərzaq yardımını qəbul etməkdən yayınır. Azərbaycan tərəfi onun sərhəddən keçidini ölkə qanunveriçiliyinə uyğun şəkildə təmin etməyə hazır olsa da, ermənilər bu yükü də qəbul etmək istəmirlər. Çünki onlar bilir ki, Laçın məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) TIR-ı keçsə, paralel olaraq Ağdam yolundan da TIR daxil olmalıdır. Buna imkan verməmək üçün onlar Laçın yolundan gələn yükü də qəbul etmirlər. Burada BQXK-nin fəaliyyəti yenə anlaşılmazlıq yaradır. Məsələ burasındadır ki, Ağdamdan sırf BQXK-yə məxsus TIR da keçməlidir. Qeyd edək ki, Bərdədə eyniadlı otelin yanında Rusiya Qızıl Xaçının ərzaq maşını dayanıb. Bu maşın Ağdam-Xankəndi yolu ilə Xankəndinə hərəkət etməli olduğu halda, hələ də hərəkət etmir. Ermənistan və BQXK ərzaqların daşınmasına mane olmağa çalışır. Belə ki, BQXK sırf Ağdam yolu ilə yük aparmağa cəhd etmir. Bu xüsusda Azərbaycanın yaratdığı şəraitdən istifadə etmək istəmir. Sadəcə, görüntü xatirinə yük maşınını Bərdədə saxlayıb. Özünü humanitar məqsədlər naminə bütün aktların dəstəkçisi kimi təqdim etsə də, BQXK faktiki olaraq Ağdam-Xankəndi yolunun açılmaması üçün mümkün rıçaqları işə salıb. Fransanın peyki kimi davranan təsisat Qarabağın erməni sakinləri arasında bu yolun açılmaması üçün təbliğatdan tutmuş Rusiyanın Qırmızı Xaç Komitəsinə təzyiqlərə qədər ardıcıl təxribatçı fəaliyyətini artıq gizlətmir. BQXK 1949-cu il Cenevrə Konvensiyası və sənədin 1977-ci və 2005-ci illər Əlavə Protokolları ilə qarşısına qoyulmuş vəzifələrlə yox, belə təxribatçı fəaliyyətlə məşğuldur. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bu xüsusda bildirir ki, regiondan sıxışdırılan, qovulan riyakar Qərb dairələri üçün qalib Azərbaycanın qarşısına humanitar missiyalar pərdəsi altında çıxmaqdan başqa yol qalmayıb: “Azərbaycanın artan hərbi-siyasi imkanları qarşısında birbaşa prosesə müdaxilə edə bilməyən Qərb Ağdam-Xankəndi yolu ilə yükün keçirilməsinə maneçilik törədilməsində Qırmızı Xaçdan istifadə edir. Humanitar təsisatdan daha çox, radikal xristian ittifaqı kimi çıxış edən Qırmızı Xaç da Qərb dairələrinin diktəsi altında məmnuniyyətlə öz missiya və öhdəliklərini bir kənara qoyaraq selektiv yanaşmalarda ehtiva olunan pozuculuqla məşğul olmaqdadır. Əslində Qırmızı Xaçın geosiyasi oyunlara cəlb olunaraq Qərbin maraq və mənafelərini ifadə edən oyuncağa çevrilməsi beynəlxalq humanitar təşkilat kimi yox, Fransa Xarici İşlər Nazirliyinin, yaxud Sorosun departamenti kimi fəaliyyət göstərməsi bizim üçün yenilik deyil”. Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərən BQXK-nın ötən 31 ildə nə münaqişə dövründə, nə də postmüharibə reallığında Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmamışıq: “Əksinə, “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” kimi fundamental prinsipləri rəhbər tutmaq barədə öhdəlik götürən BQXK daim elə Qərbin diktəsi ilə Ermənistanla vahid tərəf kimi çıxış edib. Hətta İrəvanın hərbi ortağına çevrilib. Bu gün təsisatın kəşfiyyat xarakterli məlumatların Ermənistana ötürülməsindən humanitar missiya adı altında quldur dəstələrinə dəstək verilməsinə qədər mandatına uyğun gəlməyən çoxsaylı riyakar fəaliyyəti barədə səhih faktlarımız mövcuddur.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət tədbirləri çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində Qırmızı Xaçın qaçaqmalçılıq fəaliyyəti, eləcə də beynəlxalq axtarışda olan hərbi canilərin məsuliyyətdən yayındırılması işini təşkil etməsi kimi qanunsuz fəaliyyətləri birbaşa kameralar önündə ifşa edildi. Son dövrlərdə isə BQXK Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu və “humanitar fəlakət” şousunun mühüm iştirakçılarından biri kimi çıxış etməklə Azərbaycana münasibətdə açıq təxribat və düşmənçilik fəaliyyəti göstərməkdədir. Baxmayaraq ki, BQXK Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu maddəsinin 13-cü bəndi ilə borcludur ki, Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin. Lakin biz tam əksini görürük və bu kimi çoxsaylı anti-Azərbaycan fəaliyyətlər kifayətdir ki, elə həmin Sazişin 12-ci maddəsi və 1961-ci il Vyana Müqaviləsinin 9-cu bəndini rəhbər tutaraq artıq ifşa olunmuş bu cinayətkar qurumu Azərbaycandan çıxaraq. Üstəlik, beynəlxalq hüquqla da artıq BQXK-nın regionda fəaliyyətinə zərurət qalmayıb. Belə ki, humanitar fəaliyyətin hüquqi bazislərindən sayılan 1997-ci il Sevilya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rolun milli cəmiyyətlərə verilməsi qərara alınıb. Yəni müvafiq humanitar fəaliyyət istiqamətində artıq əsas söz sahibi BQXK yox, milli təsisat olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti olmalıdır”. Bütün bu qeyd edilənlər BQXK-nin səmimiliyini ciddi şübhə altına qoyur. BQXK bir tərəfdən Qarabağda ərzaq böhranının yarandığını deyir, digər tərəfdənsə ərzaq yüklərinin daşınmasına mane olur. İkinci tərəfdən, humanitar böhran iddiasina rəğmən, Qızıl Aypara Cəmiyyətinin yükləri də Xankəndiyə buraxılmır. Bu, göstərir ki, bəzi güclər məsələni siyasiləşdirməyə çalışır. Mövcud vəziyyətdə Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi TIR alternativ yolun olduğunu hər kəsə göstərdi. Artıq həmin yardımın qəbul edilib- edilməməsi heç nəyi dəyişmir. Çünki Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi TIR bütün əsassız təbliğatı alt-üst və ifşa etdi. Məhz buna görə də bəzi ölkələr narahat olaraq hər vəchlə indi Ağdam yolunda olan tırlara mane olmaq üçün əllərindən gələni edirlər. Onlar yaxşı anlayırlar ki, bundan sonra artıq Qarabağdakı Qırmızı Xaç Cəmiyyətinin fəaliyyəti birbaşa Bakı ofisinə tabe edilməli olacaq. Bu isə həmin təşkilat vasitəsi ilə bölgədə əvvəllər həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətə son qoyulması demək olacaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ