Bazar ertəsi günü, 09 noyabr 2026
     

Moskva-İrəvan müttəfiqliyinə son qoyulur – Paşinyan KTMT-dən çıxır

Image


Kreml İrəvandan narazılığını rəsmi səviyyədə getdikcə daha açıq mətnlə və daha yüksək səviyyədə ifadə etməyə başlayır. Bu xüsusda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Hindistanda keçirilən “Böyük iyirmilik” ölkələrinin sammitindən sonra mətbuat konfransında səsləndirdiyi fikirlər xüsusi diqqət cəlb edir.

Öncə İrəvanın Rusiya tərəfindən Ermənistanın tək buraxılması ilə bağlı ittihamlarını cavablandıran Lavrov bu məsələdə erməni tərəfinin spekulyasiya ilə məşğul olduğunu bildirib: “Erməni siyasətçilərinin Moskvanın Qarabağı Azərbaycana “verməsi” ilə bağlı bəyanatları düzgün deyil. Orada hansısa xadim, səhv etmirəmsə, parlamentin rəhbəri Rusiyanın Qarabağı Azərbaycana verdiyini bildirib. Bundan yanlış və vicdansız bəyanat təsəvvür etmək çətindir. O, 2020-ci ilin noyabrında Putin, Paşinyan və Əliyev ilk üçtərəfli sazişləri imzalayanda Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyinə istinad edib. Bu, qətiyyən həqiqətə uyğun deyil. Azərbaycan prezidenti və Ermənistanın baş naziri Praqada 1991-ci il Alma-Ata bəyannaməsini tanıdıqları deyilən bəyanat imzalayıb, bununla da, bütün suallar bağlanıb. Ermənistanın baş naziri beləlikə, o vaxtkı Dağlıq Qarabağ vilayətinin Azərbaycanın tərkib hissəsi olduğu əks olunan sənədi imzalayıb. Bizi 2020-ci ilin noyabrında Qarabağı verməkdə ittiham etmək lazım deyil, öz xalqının qarşısında müstəqil cavab vermək lazımdır”. Lavrovu daha çox qəzəbləndirən məqamlardan biri də sentyabrın 11-də başlayan Ermənistan-ABŞ hərbi təlimləri olub. O bildirib ki, aqressiv NATO ölkəsinin Cənubi Qafqaza soxulmağa çalışmasında yaxşı heç nə yoxdur. Sergey Lavrov qeyd edib ki, NATO ölkəsinin Cənubi Qafqaz regionuna soxulmağa çalışması heç kəs, o cümlədən Ermənistan üçün yaxşı deyil: "Amerikalıların dünyada yüzlərlə bazası var. Harada peyda olurlar, bu, heç bir yerdə yaxşılığa gətirib çıxarmır. Ən yaxşı halda, onlar həmin yerdə sakit oturur, çox vaxt isə siyasi proseslər daxil olmaqla hər şeyi özlərininkinə uyğunlaşdırırlar". Rusiya XİN başçısı vurğulayıb ki, Ermənistan rəhbərliyinin fəaliyyəti Rusiyada təəssüf doğurur: “Biz bu barədə demişik. İrəvanın iki ildir ki, KTMT çərçivəsində təlimlərdən imtina etməsini nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür. Ermənistan tərəfi bunu onunla izah edir ki, əgər KTMT Azərbaycanı qınasaydı, Ermənistan KTMT-də işləyərdi. O zaman biz soruşuruq ki, bəs niyə Azərbaycanı qınamayan amerikalılarla, avropalılarla təmasda olursunuz? Cavab verirlər ki, amerikalılar, avropalılar ki, bizim müttəfiqimiz deyillər, ona görə də siz qınamalısınız. Belə qəribə və adi məntiq”. Lavrov ümid edir ki, Ermənistanın xarici siyasətində Rusiya qarşısında müttəfiqlik öhdəlikləri üstünlük təşkil edəcək.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da Ermənistanın hərəkətlərinə sərt reaksiya sərgiləyib. O bildirib ki, Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin müttəfiqləri ilə təlimlər praktikasına riayət etməsi mövqeyindən çıxış edir: “Ermənistan KTMT-də müttəfiqdir, biz müttəfiqlik ruhunda bu ittifaqa üzv olanlarla təlimlərin keçirilməsi praktikasına riayət edilməsindən çıxış etmişik və çıxış edirik. Əlbəttə, biz buna diqqət yetirdik. Erməni müttəfiqlərimizin, Ermənistandakı müttəfiqlərimizin ən ciddi diqqətini ona yönəltdik ki, biz bunu narahatlıq kimi qəbul edirik".  Rus ekspert İqor Korotçenko iki ölkə arasında yaranan gərginliyin mütləq nəticəsi olacağaını bildirib.  O, yaxın perspektivdə Moskva və İrəvan arasında müttəfiqlik münasibətlərinin pozulacağını mümkün hesab edir: “Son bir neçə gündə Ermənistanın rəhbərliyi bir sıra anti-Rusiya istiqamətli hərəkətlər edib: əvvəlcə, baş nazir Nikol Paşinyanın “respublikanın təhlükəsizlik sahəsində ancaq bir ölkədən asılı olması strateji səhvdir” bəyanatı, sonra Ermənistan hökuməti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etmək üçün onun parlamentə göndərilməsi. Bu, Beynəlxalq Cinayət Məhkəməsinin mart ayında həbsinə order verdiyi Rusiya prezidenti Vladimir  Putinin Ermənistana səfərini mümkünsüz edir. Sonra İrəvan KTMT-dən öz daimi nümayəndəsini geri çağırdı və hələ də yenisini təyin etməyib. Onun müdafiə idarəsi isə elan edib ki, ABŞ ilə birlikdə Ermənistanda “Tərəfdaş Qartal-2023” hərbi təlimləri başlayır. Mənfi proqnoz gələcəkdə münasibətlərin pisləşməsindən ibarətdir, perspektivdə isə Moskva və İrəvan arasında müttəfiqlik münasibətlərinin pozulacağı da mümkündür. Təbii ki, baş verənlər, həmçinin Ermənistanın KTMT-də iştirakının dondurulması və ya hətta onun tərkibindən çıxması, müstəsna olaraq, baş nazir Nikol Paşinyanın siyasətidir. Bunun səbəbi nədir? Zənnimcə, bu suala cavabı iki müstəvidə vermək olar. Birincisi, aydındır ki, o vaxtlar Ermənistanda “məxməri inqilab”ın qələbəsi Qərb ölkələri, xüsusən ABŞ tərəfindən dəstəklənən qərbyönümlü siyasi güclərin zəfəri idi. Ona görə də Paşinyan lap əvvəldən Qərbin nüfuz mərkəzlərinin layihəsi olub. Digər tərəfdən, ölkəsi Rusiya ilə siyasi, iqtisadi, hərbi təmaslar sistemində olan baş nazir qəti addımlar ata bilmir və Rusiya Federasiyası ilə münasibətlərin pozulması üzrə hansısa çevik qərarlar qəbul etmək iqtidarında deyildi. Lakin Paşinyanın komandasının qərbyönümlü olması ilə bağlı düşünürəm ki, heç bir illüziya olmayıb. Beləliklə, bu gün baş verənlər erməni rəhbərliyinin müvafiq siyasi kursunun nəticəsidir”. İkinci səbəbdən danışan İqor Korotçenko qeyd edib ki, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyəti və kapitulyasiyasından sonra bu ölkədə siyasi böhran başlayıb və Paşinyan bütün vasitələrlə öz hakimiyyətini qoruyub saxlamaq üçün siyasi manevrlər etməyə məcbur olub: “Ermənistan cəmiyyətinin Qarabağı həmişəlik itirdiyini və yaxın vaxtlarda Qarabağ ermənilərinin Azərbaycanın hüquqi və siyasi sisteminə reinteqrasiyası proseslərinin praktiki olaraq başlayacağını dərk etməsi şəraitində mütləq şəkildə narazılıqlar yaranır və insanlar vəziyyətin bu həddə çatmasında kimin təqsirkar olduğunu araşdıracaqlar. Paşinyan üçün sırf siyasi cəhətdən, hakimiyyətdə qalmasını təmin etmək üçün indi Rusiyanı bütün destruktiv proseslərin təqsirkarı elan etmək sərfəlidir ki, bu da bu və ya digər dərəcədə Ermənistanın maraqlarına təsir edir və onlara toxunur. Beləliklə, Paşinyanın anti-Rusiya ritorikası, sonradan isə Rusiya əleyhinə fəaliyyəti erməni cəmiyyətinə elə təqdim edilir ki, guya Rusiya Ermənistanın müdafiəsi üzrə öz öhdəliklərini yerinə yetirmir. Fikrimcə, indi bu iki amil vəziyyətin inkişafının gedişini və dinamikasını müəyyən edir”. Ermənistan-Amerika hərbi təlimlərinə gəldikdə, ekspert onları Rusiyaya qarşı tamamilə düşmən hərəkəti adlandırıb: “Biz bu barədə İrəvanın bəyanatından sonra xəbər tutduq. Aydındır ki, bu məsələ əvvəlcədən Vaşinqton ilə Paşinyanın aparatı arasında gizli diplomatik kanallar vasitəsilə razılaşdırılıb. Bu, KTMT-yə üzv ölkə kimi, Ermənistanın öhdəliklərinə daban-dabana ziddir və mənfi xarakterli güclü əməli addımdır. Bu addım onsuz da əlverişli olmayan Rusiya-Ermənistan münasibətlərini ciddi şəkildə çətinləşdirir və daha da pisləşdirəcək. Bu məsələdə Moskvanın mövqeyi belədir: bir tərəfdən Paşinyan və onun komandasının bu cür hərəkətlərinin qəbuledilməz olması barədə siqnallar verilir, digər tərəfdən ehtimal olunur ki, hər şey yaxşı olacaq və Ermənistan KTMT-də qalacaq. Zənnimcə, həqiqət həmişə ortada olur, amma Rusiyanın Cənubi Qafqazda maraqları və Rusiya-Ermənistan münasibətləri üçün proqnoz mənfidir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ