Bazar ertəsi günü, 09 noyabr 2026
     

Beynəlxalq vasitəçilər Xankəndidə indiki qondarma “seçkinin” qarşısını almalı idilər...

Image


Separatçı tör-töküntüsü yenə də qanunsuz davranışlarını davam etdirir. Oyuncaq “prezident” Araik Arutyunyan getdikdən sonra separatçılar yeni “prezident” və “parlament” “seçkiləri” keçirirlər. Mətbuatda yazılanlara görə, sentyabrın 9-da, yəni bu gün Qarabağda separatçı qurumun “parlamenti” “prezident” “seçməlidir”. Bəzi şərhçilərə görə, Qarabağ separatçılarının “lideri” olmaq uğrunda bir neçə nəfər “mübarizə aparır”.

Oyuncaq rejimdə “keçiriləcək seçki” ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi artıq bəyanat verib.  “Bu qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır”. Bu fikir Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 8-də yaydığı açıqlamada yer alır. XİN-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə cari vəziyyətlə əlaqədar brifinq keçirilib. Brifinqlə bağlı məlumatda habelə qeyd edilib ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil.

Beynəlxalq vasitəçilər Xankəndidə indiki qondarma “seçkinin” qarşısını almalı idilər, bəs niyə almadılar?

“Alyans” strateji araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov baki-xeber.com-a şərhində “bu gün Qarabağda keçiriləcək “prezident seçkisi” bizim üçün tam əhəmiyyətsiz bir hadisədir. Bu addım Qarabağda vəziyyəti gərginləşdirməkdən başqa heç nəyə xidmət etmir. Şübhə yoxdur ki, dünya da bu addıma seyrçi mövqeyindən yanaşacaq, yenə də “humanitar fəlakət” nağılları danışılmaqda davam ediləcək. Halbuki, beynəlxalq ictimaiyyət, beynəlxalq vasitəçilər bu qondarma “seçkinin” keçirilməsinin qarşısını almalı idilər. Amma gördüyünüz kimi, buna hər hansı cəhdlər edilmədi.

Çox təəssüf ki, dünya birliyi bölgədəki reallıqları görmək istəmir və baş verən hadisələri “humanitar məsələ” kimi izah etməyə çalışır. Əslinə qalsa söhbət Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qəsddən gedir və ermənilər qəti şəkildə Azərbaycanın tərkibində yaşamayacaqlarını deyirlər. Ağdam yolu ilə gətirilən humanitar yardımı qəbul etməməyin kökündə də bu amil dayanır. Azərbaycandan gələn yardımı qəbul etmək, Azərbaycanla reinteqrasiyaya hazır olmaq kimi yozula bilər və bu son 30 ildə bölgədə baş verən hadisələrdən təngə gəlmiş sadə ermənilərdə Azərbaycanın tərkibində sakit yaşamaq ümidləri yarada bilər. Qarabağda “hakimiyyəti” ələ almış cinayətkar dəstəni təbiidir ki, bu qane etmir” - deyə bildirdi.

A.Səmədovun vurğuladığına görə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını deyən Ermənistan da ikibaşlı oynamağa davam edir, bir tərəfdən Praqda və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını deyir, o biri tərəfdən Qarabağda yaşayan ermənilərin “müstəqillik günü”nü  təbrik edir, onlara “dövlətlərarası” kredit ayırır. O, bildirdi ki, qondarma “seçki” də Ermənistanın ayırdığı “əlverişli kredit” hesabına keçirilir. A.Səmədov vurğuladı ki, bu  il Ermənistan Qarabağa təqribən 370 milyon dollar “dövlətlərarası” kredit ayırıb. “Dünya birliyinin heç vaxt ağlına gəlməyib ki, soruşsun, Ermənistan hansı dövlətə kredit ayırır? Qarabağ deyilən “dövlət” varmı? Çox təəssüf ki, hələ Paşinyana bu sualı vermək nə ABŞ-ın, nə də onun Avropa İttifaqındakı müttəfiqlərinin ağlına gəlmir. Qərbin bu münasibətindən faydalanan separatçı ermənilər öz şoularını davam etdirirlər, Qarabağdakı ermənilərin acından “öldüyünü” deyirlər, onu da əlavə edirlər ki, “biz qürurlu insanlarıq və Azərbaycandan gələn yardımı qəbul etmərik”. Ermənilərin nə qədər “qürurlu” olduğunu, öz məqsədlərinə çatmaq üçün hansı dərəcədə özlərini alçaltmağa qadir olduğunu bütün dünya bilir. Ümumiyyətlə, ermənilər qürurdan danışacaq axırıncı insanlardır...”

...Çox təəssüf ABŞ-ın bu məsələdə qəti mövqe tutmaq istəmədiyini deyən A.Səmədov təəssüflə qeyd edir ki, ABŞ-a nisbətən Rusiya çox aydın mövqe tutur, açıq şəkildə deyir ki, Ağdam yolu açılmalıdır və bundan sonra Laçın yolu ilə yüklərin daşınması məsələsi müzakirə oluna bilər. A.Səmədov əlavə etdi ki, amma ABŞ bu qədər aydın mövqe ortaya qoymayıb, ilk növbədə açıq olan Laçın yolu ilə humanitar yüklərin daşınmasına “imkan verilməsini” tələb edir, Azərbaycan isə bu addımı atmayacağını deyir. “Çünki bu addım sadə ermənilərin maraqlarına uyğun gəlmir. Azərbaycanın bu təzyiqlərə cavab verərək humanitar yükləri Laçın yolu ilə buraxması Qarabağda həmin cinayətkar dəstənin mövqeyini bir az da möhkəmləndirə və sadə insanları çaşdıra, onları Qarabağ ermənilərini girov saxlayan cinayətkar dəstənin “haqlı olduğuna” inandıra bilər ki, bu son nəticədə sadə erməni vətəndaşlarımızın faciələrinin davam etməsinə gətirib çıxara bilər. Azərbaycan bu proseslərə son qoymaq istəyir. Və hamıya başa salmaq istəyir ki, Qarabağdakı ermənilər Azərbaycanın tərkibində, onun suverenliyi altında yaşayacaq, ermənilərin hüquq və təhlükəsizliyi təmin olunacaq, separatizmin kökü qazınacaq. Həm ermənilərə, həm də Azərbaycanda yaşayan digər xalqlara böyük fəlakət gətirən separatizmin kökləri tamamilə kəsiləcək. Bundan sonra bir də Qarabağda bu cür qanlı fəlakətlər törətmək imkanı saxlanılmayacaq. Bundan sonra Qarabağ erməniləri, yaxud onları yoldan çıxaran bir qrup cinayətkar dəstə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozmağa cəsarət göstərə bilməyəcəklər. Bu həqiqətləri həm dünya birliyi, həm də ermənilər nə qədər tez dərk etsələr bir o qədər hamı üçün yaxşı olacaq. Çox təəssüf ki, hələlik ilk növbədə ABŞ Ermənistana və Qarabağdakı ermənilərə öz qəti sözünü deməkdən çəkinir. Bu da həm reinteqrasiya proseslərini, həm də Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin təmin olunmasını ləngidir” - deyə A.Səmədov qeyd etdi.

Sonda onu da qeyd edək ki, Samvel Şahmaryan, separatçıların yeni rəhbəri "seçilib".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ