çərşənbə günü, 11 noyabr 2026
     

İrəvanda ölüm-dirim hakimiyyət-kilsə savaşı başladı...

Image


Bütün ermənilərin katolikosu II Qaregin ilk dəfə olaraq Eçmiədzin taxt-tacı ilə Nikol Paşinyan hökuməti arasında fikir ayrılıqlarının olduğunu açıq şəkildə etiraf edib. O, bu barədə “Hraparak” qəzetinə müsahibəsində bildirib. Katolikos hansı məsələlərdə fikir ayrılığının olduğunu dəqiqləşdirməyib.

Sadəcə bildirib ki, fikir ayrılıqları var: “Gizlətməyəcəm, kilsə ilə hakimiyyət arasında fikir ayrılıqları var. Kilsə çalışır ki, ölkənin inkişafı və təhlükəsizliyinə, dövlətçiliyin möhkəmlənməsinə töhfəsini versin. Kilsənin milli və sosial məsələlərlə bağlı bəyanatlarını və mövqeyini dərk etmək lazımdır". Eçmiədzinin mətbuat xidmətinin rəhbəri keşiş Yesai Artenyan da ziddiyyətlərin nədən ibarət olduğunu açmaq istəməyib.

Etnoqraf Hranuş Xaratyan baş verənlərlə bağlı bildirir: “Hakimiyyət və kilsə bir-birinə nifrət edir. Amma bir-birinə nifrət etsələr də, bir-birini sevsələr də hər ikisi ölkə, cəmiyyət, insanlar, ümumi ictimai həmrəylik üçün cavabdehdir”. O, kilsənin və hakimiyyətin fikir ayrılıqları haqqında bu qədər açıq danışdığını xatırlamır. Etnoqrafın fikrincə, onların arasında dərin ziddiyyətlər olsa belə, hakimiyyət kəskin məqamları hamarlaşdırmağa çalışmalıdır: “Bu iki ən mühüm qurum bir-biri ilə səssizcə toqquşsa belə, heç olmasa bəzi məsələlər üzrə birgə fəaliyyət göstərməlidirlər”. Baş nazirlə Eçmiədzinin arasında ziddiyyətlər 44 günlük müharibədən sonra, Paşinyanın istefası tələbi ilə etirazlar başlayanda daha da dərinləşib. O vaxt müxtəlif strukturlardan istefaya çağırışlar səslənirdi, Ermənistan tarixində ilk dəfə Eçmiədzin də bu tələbə qoşulub. Katolikos II Qaregin o vaxt iddia edib ki, ictimai həyatda təlatümlərin, mümkün toqquşmaların və faciəvi nəticələrin qarşısını almaq üçün Paşinyan istefaya verməlidir. Paşinyan da öz növbəsində dini elitanı tənqid edib. Katolikosun bəyanatından bir neçə ay sonra 2021-ci il parlament seçkiləri üçün seçki kampaniyası zamanı o, korrupsioner məmurları xatırladıb. Qeyd edib ki, kilsədə korrupsiyaya bulaşmış ruhanilər var. Katolikosla baş nazir arasındakı ziddiyyətlər hətta dövlət və dini bayramlarda da görünür. Rəsmilər Milad mərasimində iştirak etmirlər, müstəqillik və ordu günü münasibətilə ruhanilər və məmurlar Yerablura ayrı-ayrılıqda çıxırlar. Paşinyan hakimiyyətə gəldikdən sonra Erməni Apostol Kilsəsinə qarşı etirazlar başlayıb. Həmin vaxt bir qrup vətəndaş katolikosun istefasını tələb edərək, onun iqamətgahına girməyə cəhd edib və II Qareginin avtomobilinin qarşısını kəsiblər. Bir neçə din xadimi vətəndaşlara qoşulub. Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəldikdən sonra tez-tez ruhanilərin davranışını tənqid edir. Baş nazir vəzifəsinə gəldikdən bir il sonra o, mətbuat konfransında hökumətə qarşı sui-qəsd hazırlamağa çalışan kilsə xadimlərini diz çökdürəcəyi ilə hədələyib: “Biz kilsənin daxili həyatına qarışmırıq deyəndə, bəzi keşişlər bundan nəticə çıxararaq deyirlər ki, bu əvvəlki hakimiyyətə oxşamır, bu zəif hakimiyyətdir, gəlin bu hakimiyyətin altını qazaq. Onlar çox güclü cavab zərbəsi alacaqlar, sözün hərfi və məcazi mənasında diz çökdürüləcəklər”. Paşinyan diaspor komitəsini ləğv edəndə kilsə ona qarşı çıxdı. Ümumerməni katolikosu ona açıq məktub ünvanlayaraq, erməni diasporunun fəaliyətini yüksək qiymətləndirmiş, komitəyə ehtiyacın olduğunu vurğulamışdı.

Qeyd edək ki, II Qaregin 1990-cı ildən ümumerməni katolikosudur. Qüdsdəki və İstanbuldakı erməni kilsələri onu maddi məsələlərə həddindən artıq üstünlük verməyə və avtoritarlığa görə tənqid ediblər. Hələ 2011-ci ildə araşdırmaçı jurnalistlər Eçmiədzin kilsəsinin başçısını maliyyə fırıldaqlarında və mafioz işlər görməkdə suçlayırdılar. Ermənistan ictimaiyyətində bu şəxsə qarşı inamsızlıq, ikrah hissi oyanmaqdadır. Sadə vətəndaşlar, o cümlədən ziyalılar II Qareginin fəaliyyətini qənaətbəxş saymırlar, hətta bəzi hallarda onu şəxsi mənafeyini ümumi maraqlardan üstün tutmaqda ittiham edirlər. 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra isə hakimiyyət kilsənin rolunu məhdudlaşdırmağa çalışır. Bu siyasətin davam etməsi fonunda II Qaregin artıq açıq şəkildə hakimiyyətlə aralarında ziddiyyətin dərinləşdiyini bildirir. Etnoqraf Hranuş Xaratyan kilsənin erməni xalqının mənəvi və milli kimliyini qoruyub saxlamaq missiyasının Konstitusiyada təsbit edildiyini vurğulayır. Onun sözlərinə görə, hər kəs bundan xəbərdar olmalıdır, həm dövlət, həm də kilsə sosial həmrəyliyə cavabdehdir: “Baxışlar baxımından və ya sadə insani mənada şəxsi dözümsüzlük ola bilər, lakin hər ikisi məsuliyyət daşıyır”. Amma kilsənin siyasətə qarışmaq cəhdləri Paşinyanı qane etmir. Bu mənada, onunla II Qaregin arasında ziddiyyətlərin daha da dərinləşməsi gözlənilir. Kilsə bəyan edib ki, Eçmiədzinin dəstəyi olmadan heç bir hakimiyyət qala bilməz. Paşinyan da bunu özünə qarşı çağırış kimi qəbul edir və kilsənin rəhbərliyində özünə loyal olan insanların yer almasını istəyir. Bu isə onlar arasında ziddiyyəti daha da dərinləşdirir. Paşinyan II Qareginin yaşlı və xəstə olmasını, eyni zamanda, kilsənin siyasətə yersiz müdaxilələrini əsas gətirərək bir növ onu vəzifəsindən uzaqlaşdırmağı, əsaslı dini islahatlar həyata keçirməyi planlaşdırır. Buna kilsə tərəfindən müqavimət isə ziddiyyətləri daha da dərinləşdirir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ