çərşənbə günü, 11 noyabr 2026
     

Molla rejiminin Təbrizlə bağlı mənfur planları üzə çıxdı...

Image


Cənubi Azərnbaycanla bağlı İran rejiminin növbəti mənfur planı üzə çıxıb. Rejim bu dəfə tarixi Təbriz şəhərini hədəfə alıb. Təbrizdən olan millət vəkili və Şərqi Azərbaycanın sabiq valisi Əhməd Əlirza Beygi bu xüsusda şok məlumatlar açıqlayıb. O, İran dövlətinin Təbrizi kiçiltməyi planlaşdırdığını bəyan edib. 

Əhməd Əlirza Beygi İranın Daxili İşlər Nazirliyində Təbriz üçün yaramaz  və alçaq bir plan cızıldığını deyib. Millət vəkili  bu sözləri Təbrizə bağlı Basmınc şəhərinin Şura üzvləri ilə keçirdiyi iclasda dilə gətirib. Təbrizdə fəaliyyət göstərən “Nasr News” saytı Əlirza Beyginin mövzu ilə bağlı danışığının videosunu yayıb. Millət vəkilinin sözlərinə görə, Daxili İşlər Nazirliyində Təbrizi kiçiltməyə dair yaramaz bir plan var: “Təbrizə bağlı bölgələrə şəhər və şəhristan statusu verərək Təbrizi kiçiltmək istəyirlər”. Əlirza Beygi İran hakimiyyətinin Təbrizin adına layiq, tarixi və geosiyasi önəminə uyğun bir mövqeyə çatmasına əngəl törətdiyini qeyd edib: “Təbriz şəhəri deyir ki, mənim Məşrutə dönəmində verdiyim mücadilədən dolayı vəkil haqqım daha yüksəkdir. Çünki mən Təbrizəm. Amma iki ildən sonra bizə deyəcəklər ki, nə Təbrizi? Sizin əhaliniz Xürrəmabad qədərdir. Niyə? Çünki buranın inzibatı bölgüsü dəyişəcək”. O, Təbrizin təsir dairəsinin İran sərhədilə məhdudlaşmadığını, Qafqaz və Türkiyəyə qədər uzandığını vurğulayıb: “Artıq mən deyə bilməyəcəyəm ki, Təbriz bölgənin ən önəmli siyasi və demoqrafik mərkəzidir. Deyə bilməyəcəyəm ki, yalnız İran İslam Cümhuriyyətinin sərhədləri deyil, Qafqaz və ya məsələn, Ərzurum, bunlar hamısı Təbrizin təsir dairəsindədir. Rejim deyəcək ki, sən Təbrizsən və olsa-olsa, bir milyon əhalin var. Bu bir alçaq plandır ki, Təbriz üçün cızılıb, ancaq biz bunun nə demək olduğunu dəqiq anlaya bilmirik”. Bundan əvvəl də Əlirza Beygi  Təbrizin layiq olduğu siyasi və diplomatik statusdan məhrum buraxılmasını dəfələrlə tənqid edib. O, 2020-ci ilin dekabr ayında dönəmin xarici işlər naziri Cavad Zərifin Türkiyə prezidenti Ərdoğanın Bakıda oxuduğu “Arazı ayırdılar” şeirinə təpkisini tənqid edərək, Türkiyə ilə münasibətlərin pozulmamasını istəyib və xarici siyasətdə Təbrizə də rol verilməsini tələb edib. Qeyd edək ki, Təbriz həmişə İran rejimi üçün sanki bir kabus olub. Şəhərin strateji əhəmiyyəti də böyükdür. Belə ki, Cənubi Azərbaycanın ən böyük şəhəri, iqtisadi və mədəni mərkəzi olan Təbriz İranla Rusiya və Türkiyə arasında ticarətdə əsas tranzit yolu üzərindədir. Təbriz həm də mühüm sənaye mərkəzidir: maşınqayırma və neft emalı, yüngül sənaye və yeyinti məhsulları, neft istehsalı və iqtisadiyyatının digər böyük sənaye sahələri var. Burada bəzi bir sıra mühüm məqamlar da qeyd edilməlidir. Belə ki, Təbriz də daxil olmaqla, Güney Azərbaycan İran iqtisadiyyatı üçün müstəsna önəm kəsb edir. Məsələn, İrandan İraqa, Türkiyəyə, Azərbaycana gəlmək üçün Qərbi Azərbaycan ərazisindən keçmək lazımdır. Eləcə də İran Ermənistan ərazisinə göndərdiyi hər şeyi Cənubi Azərbaycan ərazisindən ötürür. Deməli, İran bütün əlaqələrini Azərbaycan üzərindən qurmağa məcburdur. Bu da o deməkdir ki, Güney Azərbaycan əraziləri İranın iqtisadi və digər əlaqələrində mühüm yer tutur. Amma İranın bütün bu əlaqələrindən Güney Azərbaycanın həmin ərazilərinə heç bir fayda yoxdur. Ordan əldə edilən bütün qazanc mərkəzi Tehrana gedir və daha çox farslara sərf olunur.  Daha bir maraqlı məqam odur ki, İranın farslar və digər millətlər yaşayan bölgələri böyük şoran torpaqlardır və qeyri-məhsuldardır. Güney Azərbaycan torpaqları isə bunun əksidir. Beləliklə də  Güney Azərbaycanın torpaqları şoran olmadığı üçün çox qiymətlidir. Amma bütün bu inkişafı saxlamaq üçün Güney Azərbaycan bölgəsinə iqtisadi yardım lazımdır. Yəni fermerlərə, müəssisə sahiblərinə maliyyə yardımı edilməli, kreditlər ayrılmalıdır. Ancaq Tehran hakimiyyətinin Azərbaycan türkünə qarşı sosial-mədəni sahədə illər uzunu yürütdüyü diskriminasiya siyasəti onun iqtisadi-sosial vəziyyətinə təsirsiz ötüşmür. Məsələn, ötən əsrin əvvəlində Güney Azərbaycan ərazisi öz iqtisadiyyatına görə birinci yerdə idi. Amma indi vəziyyət dəyişib və bu, İran rejiminin məkrli siyasətindən qaynaqlanır.

İran rejimi güneydə əhaliyə qarşı demoqrafik ayrıseçkilik siyasətini də genişləndirir. Məsələn, Güney Azərbaycan şəhərlərinə başqa millətlər, əsasən də kürdlər yerləşdirilir. Onlar arasında PKK terrorçuları da var. Qeyd edək ki, PKK və ona bağlı olan digər kürd separatçı təşkilatları öz xəritələrinə Güney Azərbaycanın Urmiyə, Maku, Salmas, Sündüz, Xoy kimi şəhərlərini salıblar. Ümumiyyətlə, İran öz çirkin məqsədlərinə çatmaq üçün terrorçulara qucaq açmaqdan çəkinmir. Hətta artıq bəllidir ki, “Əl-Qaidə”nin yeni lideri qruplaşmanı İrandan idarə edir. Belə ki, Birləşmiş Ştatların “Əl-Qaidə” lideri Ayman Əl-Zəvahirini Əfqanıstanın paytaxtı Kabildə hava hücumu zamanı öldürməsindən altı ay sonra terror qruplaşmasının rəhbərliyi onun İrandakı varisinə keçib. BMT-yə üzv dövlətlərin kəşfiyyat məlumatlarına əsaslanan yeni hesabatda Sayif Əl-Adil adlı bu şəxs haqqında “hazırda Əl-Qaidənin faktiki lideridir və davamlılığı təmsil edir” qənaətinə gəlinib. “Əl-Qaidə” 2022-ci il iyulun 31-də Əl-Zəvahirinin ölümü ilə nəticələnən hava zərbəsindən sonra rəhbərliyinin statusu ilə bağlı səssizlik nümayiş etdirib. Amma ABŞ-ın agentləri də olmaqla, Qərb kəşfiyyat agentlikləri uzun müddətdir ki, Əl-Adilə Əl-Zəvahirinin ehtimal olunan varisi kimi baxıb və Misirin keçmiş xüsusi təyinatlılar zabitini müxtəlif yerlərdə böyük əməliyyat təcrübəsi olan bacarıqlı komandir kimi təsvir edib. 1990-cı illərin əvvəllərindən başlayaraq Əl-Adil Əfqanıstan, Pakistan və Sudandakı döyüşçülərə hərbi və kəşfiyyat təlimləri verən komandanın üzvü olub. Hazırda da İrana sığınıb.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ