çərşənbə günü, 11 noyabr 2026
     

Bakının şərtləri İrəvan və Qarabağ erməniləri tərəfindən qəbul edilir

Image


Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması son günlərdə yenidən ən aktual mövzulardan birinə çevrilib. Belə görünür ki, hazırda sülh müqaviləsinin mətninin razılaşdırlması üzərində intensiv iş gedir. Azərbaycanın Ermənistana təqdim etdiyi təklifləri qarşı tərəf öyrənmək və öz cavabını hazırlamaqla məşğuldur.

Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sarkis Xandanyan da qeyd edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir. O bildirir ki, hər iki tərəf tədricən bir-birinə sülh sazişinin mətni ilə bağlı təkliflər verir: “Bu yaxınlarda Azərbaycan Ermənistana öz təkliflərini verib. Ermənistan bu təkliflər üzərində işləyir və onlar hazır olduqdan sonra bizim təkliflərimiz Azərbaycana göndəriləcək”. Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldığını bildirmişdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə məsələ ilə bağlı bir qədər ətraflı açıqlama verib. Onun dediklərindən bu nəticəyə gəlmək olar ki, Ermənistan Qarabağda qalan ermənilərin taleyi ilə bağlı məsələnin Azərbaycaın daxili işi olması fikri ilə tədricən razılaşır. Armen Qriqoryan bildirir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində Qarabağın adı çəkilir, amma bu hələ yekun sənəd deyil: “Nəzərə almaq lazımdır ki, bu sənəd hələ yekun sənəd deyil. Danışıqlar aparılır. Mən başa düşürəm ki, cəmiyyət, jurnalistlər bu məsələdə konkretlik gözləyirlər. Mən isə gözləyirəm ki, bizi də müəyyən mənada başa düşsünlər. Başa düşsünlər ki, bu, danışıq prosesidir. Danışıqlarda belə yanaşma var: əgər hər şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdirilmayıb”. Qriqoryan bildirib ki, Ermənistan Xankəndi və Bakı arasında şəffaf müzakirələrin aparılmasına tərəfdardır. Onun sözlərinə görə, Ermənistan beynəlxalq partnyorları ilə bu mexanizmin baş tutması üçün işləyir: “Bu mexanizm həmin beynəlxalq sənəddə, ətrafında danışıqlar gedən sülh müqaviləsində qeyd oluna bilər. O başqa beynəlxalq strukturların çərçivəsində və ya başqa formatda da ola bilər. Bu məsələdə dəqiqlik yoxdur. Bu hələ müzakirə predmetidir. Biz buna aydınlıq gətirmək üçün müzakirəni davam etdirməliyik. Bu bir daha göstərir ki, Ermənistan daha çox aydınlıq üçün çıxış edir”. “Erməni tərəfi üçün Qarabağ məsələsinin hansısa bir şəkildə sülh müqaviləsinə salınması prinsipial məsələdirmi” sualına cavab verən Qriqoryan bildirib: “Erməni tərəfi üçün prinsipial olan Xankəndi və Bakının çərçivəsində təhlükəsizlik və hüququ müzakirə edəcəkləri şəffaf mexanizmin yaradılmasıdır. Bunun hansı formatda ediləcəyi vacib deyil. Başlıcası mexanizmin yaradılmasıdır”. Burada qeyd edək ki, əslində, Azərbaycan Qarabağ erməniləri ilə kənar vasitəçi olmadan dialoq tərəfdarıdır. Özü də Azərbaycanın müəyyən etdiyi şəxslər qarşı tərəfdən ölkəmizlə dialoq apara bilər. Ermənistanın bura heç bir aidiyyəti yoxdur.

Qriqoryan sülh müqaviləsinə “konstruktiv qeyri-müəyyənlik” termininin daxil ediləcəyinə dair dolaşan söhbətlər barədə suala  da cavab verib. Bu barədə “Azatutyun” radiosuna  təhlilçi Tatul Akopyan məlumat vermişdi. Armen Qriqoryan bu barədə ilk dəfədir eşitdiyini deyib: “Mən bu barədə ilk dəfədir ki, eşidirəm. Konstruktiv qeyri-müəyyənlik? Sülh müqaviləsi ümumiyyətlə hər şeyin mümkün dərəcədə aydın olması üçündür. Erməni tərəfi bu aydınlıq üzərində işləyir...”. Təhlükəsizlik Şurasının katibi bir daha vurğulayıb ki, erməni tərəfi Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir. Armen Qriqoryanın sözlərinə görə, erməni tərəfi bu işlənmiş mətni Azərbaycana təqdim edəcək.

Bundan əvvəl  politoloq Tatul Akopyan sülh müqaviləsinin mətninə ingiliscə “constructive ambiguity” və ya “konstruktiv qeyri-müəyyənlik” termininin daxil edildiyini iddia etmişdi. Akopyan demişdi ki, bu formuldan ən çətin qərarların qəbulunda istifadə olunur: “Konstruktiv qeyri-müəyyənlik qalanda bunu hər bir tərəf öz bildiyi kimi interpretasiya edir. Yəni tərəflər nəsə imzalamaq istəyirlər, amma elə bir bənd var ki, onların sənədi imzalamasına imkan vermir. Hazırda bu danışıqlara bir bənd əlavə olunub ki, Bakı “bəli, Ermənistan mahiyyətcə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır” deyə bilsin. Məndə olan məlumata görə, belə bir məsələ olub”. Təhlilçi dediklərinə bir qədər də aydınlıq gətirib:  “Bu, Qarabağın statusunun qeyri-müəyyən gələcəyə saxlanması deməkdir. Bu şərt Azərbaycan üçün məqbul deyildi və Azərbaycanın Ermənistanla sərhədində toqquşma  baş verdi. Bundan sonra məhz bu yeni formul olan konstruktiv qeyri-müəyyənlik irəli sürülüb. Baxaq görək nə olur. Ümid edirəm ki, tərəflər bu formul ətrafında razılığa gələ biləcəklər”. Bu fonda Ermənistanın “Past” nəşri yazır ki, Qarabağda “hakimiyyətdaxili” münasibətlər gərgin olmaqda davam edir, üstəlik, son günlər Arayik Arutyunyan və Ruben Vardanyan arasında ziddiyyətlər güclənib: “Əldə etdiyimiz məlumata görə, əsas fikir ayrılıqları “Qarabağın statusu və gələcəyi” ilə bağlı baxışlara aiddir: əgər Ermənistan hakimiyyəti və Arayik Arutyunyan Azərbaycanla inteqrasiya prosesləri ilə bağlı diskursa daha çox meyllidirsə, Vardanyan hesab edir ki, bu tədricən problemin “dəfn olunmasına”, “Qarabağın subyektivliyi”nin mütləq aradan qaldırılmasına və əhalinin azalmasına gətirib çıxaracaq. Buna görə də faktiki olaraq hazırda Qarabağda ikiqütblü “hakimiyyət” mövcuddur ki, onun bir tərəfində Nikol Paşinyan və Arayik Arutyunyanın “inteqrasiyaçı” prinsipləri ilə razılaşan məmurlar, digər tərəfdə isə Ruben Vardanyanın “subyektiv” prinsiplərinin tərəfdarları var. Hazırda mövcud vəziyyəti nəzərə alaraq, Laçın yolu bağlandığı üçün “tərəflər” atmosferi daha da qızışdırmaqdan çəkinir. Lakin qeyd edilir ki, Azərbaycanın imtina etdiyi Ruben Vardanyan prosesdən çıxarılır. O da var ki, Arayik Arutyunyan da cinayətlərinə görə Bakı ilə danışıqlar apara bilməz. Bu fonda Azərbaycanın razılıq verdiyi şəxs Qarabağ ermənilərini Bakı ilə təmaslarda təmsil edə bilər. Armen Qriqoryanın dediklərindən belə bəlli olur ki, proseslər elə bu səpkidə inkişaf edir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ