çərşənbə günü, 11 noyabr 2026
     

İrəvan Kremli qəzəbləndirdi - erməni işğalındakı 8 kəndimizin qaytarılması tezləşə bilər

Image


Avropa Ittifaqı missiyasının Ermənistana gəlişindən Rusiyanın ciddi şəkildə narazı qalması bəlli həqiqətdir. Artıq Rusiya rəsmi şəkildə bu məsələyə etirazını bildirməklə yanaşı, həm də atdığı bu addıma görə İrəvana daha sərt formada xəbərdarlıq edir.

Ümumiyyətlə, Rusiyada yanaşma bundan ibarətdir ki, Avropa İttifaqının regiona sülh missiyası adı altında monitorinq missiyası göndərməsi regionda Kremlin mövqelərini sarsıtmağa hesablanıb. Eyni zamanda belə vəziyyətdən Azərbaycan da narazıdır. Çünki sülh üçün belə vəziyyətdə Ermənistanın yaratdığı təhlükə artır. Beləliklə, bu, həm beynəlxalq hüququn norma və prinsiplərinə, həm də İkinci Qarabağ müharibəsindən sonra ölkələr arasında imzalanmış bəyanatların qarşıya qoyduğu vəzifələrin icrasına problem yaradır. Azərbaycan regionda sülh təşəbbüsçüsü kimi tanınır və bunun reallaşdırılması istiqamətində əsaslı addımlar atır. Təbii ki, Azərbaycanın qələbəsini, Ermənistanın isə məğlubiyyətini hələ də həzm edə bilməyən ermənipərəst qüvvələr və ikili standartlar mərəzindən qurtula bilməyən bəzi beynəlxalq təşkilatlar ciddi narahatdır. Məsələn, Avropa İttifaqının yeni missiya formalaşdıraraq ona əlavə mandatlar vermək və Ermənistana göndərmək qərarı bu quruma olan inamı tamamilə heçə endirib. Hadisələrin bu səpkidə inkiaşfından Rusiya da ciddi narazılıq edir. Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodinin dedikləri isə belə vəziyyətdə Ermənistan üçün çox sərt xəbərdarlıqdır. Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Vyaşeslav Volodin Qarabağ məsələsini müzakirə ediblər. Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan bu məsələnin həllində Rusiya Prezidenti Vladimir Putinin rolunu yüksək qiymətləndirir. Dövlət Dumasının sədri öz növbəsində Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞPA-nı regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdlərinə qarşı xəbərdarlıq edib, onların Ukraynadakı fəaliyyətinin nəyə gətirib çıxardığını xatırladıb. Vyaçeslav Volodin vurğulayıb ki, məsələnin həlli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı sazişə əsaslanmalıdır: “Gəlin, ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının liderləri səviyyəsində qəbul olunmuş qərarlar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edəcəyik”. Volodin Avropa institutları istiqamətində bəyanatlar verənlərin, sadəcə olaraq, ölkəni itirə biləcəklərini də söyləyib: “Avropa Parlamentinə müraciət etməzdən və bu qurumu bəzi məsələlərin həllinə cəlb etməzdən əvvəl cavab verməliyik: ümumiyyətlə, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunubmu? Belə bir nümunə yoxdur. Ukraynada baş verənlərə baxın, Almaniya kansleri Merkel, sonra isə Fransa prezidenti Olland hansı bəyanatları verdilər. İndi göründüyü kimi, onlar bütün dünyanı aldadıblar, yalan danışıblar və özləri də müharibəyə hazırlaşıblar”. Volodin vurğulayıb ki, buna görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər on dəfə düşünməli və bunun necə bitəcəyini ölçüb-biçməlidirlər. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko da Sahibə Qafarova ilə görüşdə eyni mövqeni sərgiləyir. Valentina Matviyenko Azərbaycan, Rusiya və Ermənistan tərəfindən üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb. Təbii ki, bütün bu xəbərdarlıqlar Ermənistana ünvanlanıb. Erməni politoloq Benyamin Poqosyan qeyd edir ki, son günlərdə Ermənistan-Rusiya təmaslarının aktivliyi Kremlin Aİ-nin missiyasının İrəvana göndərilməsindən doğan narahatlığı ilə əlaqəlidir: “Rusiyanın yüksək rütbəli rəsmilərinin açıq bəyanatlarına əsasən, Moskva regionda avropalı müşahidəçilərin yerləşdirilməsindən narahatdır. Moskva qorxur ki, mülki missiya gələcəkdə hərbi missiyaya çevrilib, Ermənistanda daha da genişlənəcək”.

Digər erməni politoloq Benyamin Matevosyan qeyd edir ki, Kremlin yanaşması İrəvanın əleyhinədir və Bakı bundan sonrakı məqsədləri, məsələn, məlum 8 kəndin nəzarətinə qaytarılması üçün faydalanacaq: “Paşinyan bildirir ki, Aİ Ermənistanın sərhədlərini tanıyıb və ona görə bu qurumun missiyası Ermənistana gətirilib. Bəs Aİ Praqada Azərbaycanın ərazi bütövlüyünü hansı sərhədlər çərçivəsində tanıyıb? Azərbaycan prezidenti İlham Əliyevin dediyi 8 kənd bura daxildirmi?  Paşinyan parlamentdə bəyan etdi ki, 2022-ci ilin oktyabrında Praqada keçirilən dördtərəfli görüşdə Aİ Ermənistanın sərhədlərini aydın şəkildə müəyyən edib və bu sərhədə nəzarət etmək üçün müşahidəçilərini göndərəcək. Paşinyanın bəyanatının mənfi tərəfi var: əgər Aİ Ermənistanın sərhədlərini müəyyən edibsə, başqa sözlə, “X” sərhədləri daxilində onun ərazi bütövlüyünü tanıyıbsa, bu o deməkdir ki, “Y” sərhədləri daxilində də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bakıda ərazi bütövlüyü anlayışı isə yalnız Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsi ilə qəbul edilir. Ancaq indiki vəziyyətdə mən Qarabağla deyil, Ermənistanla bağlı reallıqlara aydınlıq gətirmək istərdim. Çünki rəsmi Bakının mövqeyinə görə, Ermənistan daha ​​8 kəndi qaytarmalıdır. İlham Əliyev Fransa prezidenti ilə söhbətində birbaşa deyib ki, Ermənistan Azərbaycana məxsus 8 kəndi işğal altında saxlayır. Əgər Praqada Paşinyan təkcə Qarabağın deyil, 8 kəndin üzərində də Azərbaycanın suverenliyini tanıyıbsa, eyni zamanda, Aİ də Azərbaycanın ərazi bütövlüyünü göstərilən 8 kəndlə də tanıyıbsa, bu gün açıq şəkildə demək lazımdır ki, biz itirdik. Nə itirdik? Bu kəndlərə nəzarət etməmək təkcə Zəngəzur və Qarabağ üçün deyil, bütün Ermənistan üçün enerji və nəqliyyat təcridinə gətirib çıxarır”. Matevosyan qeyd edib ki, ən mühüm dövlətlərarası magistral Ermənistanın mərkəzi hissəsini Zəngəzur, Qarabağ və İranla birləşdirən Kərki kəndindən keçir: “Əgər Kərki əldən getsə, o zaman Ermənistanın Qarabağda və İranda yalnız bir çıxış yolu olacaq - Vedi yolu. Aşağı Əskiparaya gəlincə, Gürcüstana dövlətlərarası yol oradan keçir. Bu əraziyə nəzarətin itirilməsi Gürcüstandan Ermənistana (Qırmızı Körpü - Sevkar - Berd xətti ilə keçən) qaz kəmərinin fiziki mövcudluğunu da “təhlükə” altına qoyur. Bu ərazilərin itirilməsi böyük risklər daşıyır. Əgər Aİ Praqada Ermənistanın ərazi bütövlüyünü tanıyıbsa və bunun nəticəsində Bakı Laçın yolunun “bağlayıbsa”, onda Aİ Azərbaycanın ərazi bütövlüyünü hansı konkret sərhədlər çərçivəsində tanıyıb. Göstərilən yaşayış məntəqələri və onlardan keçən kommunikasiyalar ora daxil olurmu? Sual həyati əhəmiyyət kəsb edir, çünki heç kim təminat verə bilməz ki, Qarabağdan sonra Qərbi Azərbaycan icması öz tarixi torpaqlarına, yəni Ermənistanın şəhər və kəndlərinə geri qayıtmağı tələb etməyəcək”. Ekspertə görə, bu vəziyyətdə Rusiyanın daha çox Azərbaycanın mövqeyini dəstəkləməsi Ermənistan üçün daha böyük problem deməkdir. Ekspertin qənaətincə, Ermənistanda hazırkı hakimiyyətin üzləşdiyi ən böyük problemlərdən biri ondan ibarətdir ki, diplomatik platformada Ermənistan artıq Qərblə Rusiya arasında ziddiyyətlərin mərkəzinə düşüb.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ