çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycan-İtaliya əməkdaşlığının Avropa üçün müstəsna önəmi...

Image


Azərbaycanın Qərb dünyasında ən önəçli tərəfdaşlarından biri qismində İtaliyanın mühüm yer tutması məlum həqiqətdir. Ölkəmiz ötən əsrdə yenidən müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan və İtaliya strateji tərəfdaş olan dost dövlətlərə çevriliblər. Bu gün də Azərbaycanla İtaliya arasında münasibətlər strateji müttəfiqlik səviyyəsində uğurla inkişaf edir.

Azərbaycan və İtaliya arasında münasibətlərin dinamik inkişafını şərtləndirən səbəblərdən biri də  ölkəmzin Vətən müharibəsində sonuncunun bizə verdiyi dəstək, haqq işimizi dəstəkləməsi oldu. Hərbi əməliyyatlar dövründə həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter alıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti pislənilib. Münaqişənin həlli ilə bağlı ədalətli mövqe sərgiləyən İtaliyanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqe bir çox ölkələr üçün örnək idi. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində rəsmi Roma tərəfindən Azərbaycana dost münasibət açıq şəkildə bəyan olunub. İtaliyanın ayrı-ayrı rəsmi orqanlarında müxtəlif səviyyələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə bağlı sənədlər qəbul olunub. Bu gün də İtaliya bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Belə ki, İtaliya BMT-nin qətnamələrinə, 10 noyabr bəyanatından irəli gələn öhdəliklərə əməl edilməsinin vacibliyini önə çəkir. İtaliya Senatının və Deputatlar Palatasının iki nümayəndə heyəti Azərbaycanda səfərdə olublar. Onlar erməni işğalçılarının Gəncədə, Ağdamda törətdikləri dağıntıları öz gözləri ilə müşahidə ediblər. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər, bu qanlı hadisəni qətiyyətlə pisləyiblər. Azərbaycan isə müharibə dövründə dost ölkələrin yanında olmalarını yüksək dəyərləndirir. Elə Prezident İlham Əliyev də bəyan edib ki, müharibə dövründə Azərbaycana dəstək verən dost ölkələr işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunacaqlar. Artıq İtaliya dost ölkə olaraq Qarabağda quruculuq işlərində aktiv iştirak edir. Azərbaycanla İtaliya arasındakı siyasi dialoqun yüksək səviyyədə olduğu üçün, iki ölkə arasında iqtisadi-ticarət əlaqələri də daim yüksələn xətlə inkişaf edir. Onu da qeyd edək ki, prezident İlham Əliyev 2022-ci il sentyabrın 1-2-də İtaliyaya işgüzar səfəri qarşılıqlı əlaqələrin daha da dərinləşməsində növbəti addım oldu. Sentyabrın 1-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində dövlətimizin başçısı İtaliya-Azərbaycan əlaqələrinin mövcud vəziyyəti barədə geniş danışdı. Bu xüsusda dövlət başçısı mühüm biq məqama diqqət çəkərək qeyd edib: “Tərəfdaşlığımız uğurla həyata keçirilir. Bizim ikitərəfli gündəliyimiz getdikcə genişlənir. Təbii ki, bunun əsas hissəsini enerji və ticarət təşkil edir. Lakin bunlar yeganə mövzular deyil. Səfirliyimizin yeni binasında biz İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş gözəl mərasimin şahidi olduq. Bunlar ADA Universiteti və İtaliyanın beş universiteti - Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Gözəl məkanda yerləşən universitet binası inşa edilməkdədir və 2024-cü ilin sonunadək hazır olacaq. Biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib. Əlbəttə, bu gün Bakını İtaliya sahilləri ilə birləşdirən 3500 kilometrlik enerji körpüsü enerji təhlükəsizliyi körpüsüdür. Bu, təkcə İtaliyaya şamil edilmir. Əminəm ki, İtaliya Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacaqdır. Beləliklə, burada enerji seqmenti, iqtisadiyyat və ticarətin inkişafı mövzuları var. İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Bundan başqa, təhsil, mədəniyyət və bir sıra digər sahələr var. Yəni, strateji tərəfdaşlıqla bağlı bəyanat fəaliyyətdədir”.

Qeyd edək ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. O vaxt bu xüsusda  İtaliya prezidenti Sercio Mattarella prezident İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən qeyd edib: “Mən artıq cənab prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək”. Qarşılqlı əlaqələrin inkişafını göstərən daha bir məqam Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasıdır. Hazırda Bakıda İtaliya-Azərbaycan Universitetinin inşası davam edir.Qeyd edək ki, ötən ilin aprelində Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Bu universitet prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək. İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Bu xüsusda, ADA Universiteti ilə İtaliyanın adıçəkilən universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Burada təsis olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, o cümlədən şəhərsalma və landşaft memarlığı, dizayn, o cümlədən interyer dizaynı, məhsul və xidmət dizaynı, kommunikasiya dizaynı, sosial elmlər o cümlədən biznesin idarəolunması, italiyaşünaslıq, innovasiya və sahibkarlıq istiqamətləri üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq olunacağı elm və bilik ocağı olacaq. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan və İtaliya arasında enerji sahəsində əməkdaşlıq dinamik inkişaf edir. Bunun daha bir təzahürü 2023-cü il fevralı “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması fonunda özünü göstərir. Ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək yeni stansiya milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunmasına mühüm töhfə verəcək. Yeni stansiyanın istifadəyə verilməsindən sonra həm sürətlə böyüyən milli iqtisadiyyatın elektrik enerjisinə artan tələbatının ödənilməsi səviyyəsi yaxşılaşacaq, həm də Azərbaycanın elektrik enerjisi ixracı imkanları əhəmiyyətli dərəcədə artacaq. Nəticədə Mingəçevir şəhərinin Azərbaycanın və Qafqazın energetika xəritəsindəki mövqeyi daha da güclənəcək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı payı yüksələcək. “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev məsələ ilə bağlı bildirir: “Təməli qoyulan yeni stansiya Azərbaycanın müstəqilliyi dövründə tikilən ən böyük elektrik stansiyasıdır. Bu möhtəşəm tədbir münasibətilə bütün xalqımızı təbrik edirəm. Gücü 1280 MVt olan stansiya “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə inteqrasiya edildikdən sonra onun gücü 1880 MVt-a çatdırılacaq”. Layihənin bir sıra göstəricilərə görə əhəmiyyətini xüsusi vurğulayan B.Rzayev bildirib ki, Mingəçevir şəhərində müvafiq infrastruktur, o cümlədən ötürücü xətlər, qaz xətləri və s. mövcud olduğuna görə bu layihənin dəyəri ənənəvi layihələrdən 2,5-3 dəfə aşağıdır. Yeni stansiya il ərzində respublikamızda 800 milyon–1 milyard kubmetr qaza qənaət olunmasına imkan verəcək. Ümumiyyətlə, indiki bazar qiymətləri ilə baxsaq, layihəyə cəlb olunan investisiyanın ən uzağı 6 ilə geri qayıtması gözlənilir. Hazırda Azərbaycanda yaşıl enerjinin istehsalı və ixracı ilə bağlı qarşıda mühüm vəzifələrin durduğunu vurğulayan B.Rzayev deyib: “Bu istilik elektrik stansiyasının bir önəmli xüsusiyyəti də odur ki, prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan yaşıl enerji proqramının icrasına və “yaşıl enerji”nin ixracına mühüm töhfə verəcək”. Bu stansiya sayəsində qənaət edilən təbii qaz Avropaya nəql olunacaq. Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün qeyd edək ki,  2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.  Bu fonda  İtaliya Azərbaycanın Avropaya ixrac etdiyi qazın həcmini artırmaq üçün TAP qaz kəmərinin imkanlarını daha artırmaq istiqamətində işləri davam etdirir. Azərbaycan böyük qaz ehtiyatına malikdir və 2027-ci ildə Avropaya qaz ixracının həcmini 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdıracaq. Buna görə də İtaliya yeni infrastruktur yaradır ki, gələcəkdə 30 milyard kubmetrə qədər qazı qəbul edib paylaya bilsin. Ümumiyyətlə, “Cənub Qaz Dəhlizi” Azərbaycanın irəli sürdüyü ən vacib beynəlxalq əhəmiyyətli enerji layihəsidir. İtaliya Azərbaycanı etibarlı tərəfdaş hesab edərək bu layihəni nəinki dəstəkləyib, eyni zamanda buna qoşularaq layihənin tərkib hissəsi olan TAP-ın reallaşmasında mühüm işlər görüb. Ümumiyyətlə, Azərbaycanla İtaliya arasında qaz, neft və enerji sahələrində əməkdaşlıq sürətlə inkişaf edir. Bu gün İtaliya şirkətləri ölkəmizin işğaldan azad olunmuş ərazilərində “yaşıl kimya”, “yaşıl enerji” və “ağıllı şəhər” layihələrinin həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan getdikcə Avropanın enerji təhlükəsizliyində mühüm rolunu daha da artırır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ