çərşənbə günü, 11 noyabr 2026
     

Molla rejiminin ildönüm tədbirinə xalqı zorla çıxardırlar - Bakıda ziyafət pozuldu

Image


Rza şah Pəhləvini devirməklə və bu gün İran adlanan ölkənin ərazisində yaşayan bütün xalqlara şirin vədlər verməklə 1979-cu ildə hakimiyyətə gələn molla rejimi hər il inqilabın ildönümünü böyük təntənə ilə qeyd edirdi. İran İslam İnqilabının ildönümlərini insanlar bayram edirdi. Lakin inqilabın 44-cü ildönümü tamamilə fərqli şəkildə qarşılanır. Məlumatlara görə, molla rejiminin bu tarixi bayram etməsi xalqın ürəyindən deyil və onlar buna etinasız yanaşırlar.

Əvvəlcə bildirək ki, Tehranın Azərbaycandakı səfirliyi İslam inqilabı qələbəsinin 44-cü ildönümü münasibətilə fevralın 10-u axşam saatlarında Bakıda “Baku Marriott Hotel Boulevard” mehmanxanasında rəsmi tədbir keçirməyi planlaşdırmışdı. Hətta bununla bağlı rəsmi qurumlara, siyasilərə, ictimaiyyət və KİV nümayəndələrinə dəvətnamələr də göndərilmişdi. Ancaq fevralın 9-da səfirlikdən tədbirin ləğv edildiyi bildirilib. Səbəbini isə açıqlamaqdan imtina edilib.

 Azad İran Teleqram kanalında “Çox güman ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində iki ölkə münasibətlərinin gərginləşməsindən sonra sözügedən tədbirə Azərbaycan rəsmilərinin qatılmayacağını, İran tərəfinin biabır olacağını və tədbirin sönük keçəcəyini anlayan səfirlik mərasimi ləğv etmək qərarına gəlib”-deyə vurğulanıb.

Azad İran Teleqram kanalının verdiyi məlumata görə, İranda 22 bəhmən - 11 fevral gunu ilə bağlı yürüş olmalıdır, lakin camaat bayram yürüşünə çıxmaqdan imtina edir. Molla rejimi problemləri ört-basdır etmək üçün öz tərəfdarlarını 22 bəhmən (11 fevral- inqilabın qələbəsinin 44-cü ildönümü) tədbirlərinə qatılmağa səsləyir və cümə imamları da bunu insanlara təbliğ edir

Qəzvin şəhərinin imamcüməsi 10 fevral xütbəsində deyib: "22 Bəhmən yürüşündə əfv olunmuş məhbuslar və əsa ilə yeriyənlər də iştirak etməlidir!...Bu gün bizim borcumuzdur ki, tanıdığımız hər kəsə zəng edib sabahkı yürüşdə iştirak etməyi xatırladaq",- deyə hökumət mollası vurğulayıb.

Göründüyü kimi, xalqı bayram tədbirlərinə qatmaq üçün mollalar işə salınıb. Fakt isə budur ki, xalq bu tədbirdə iştirakdan imtina edir. Bu da molla rejiminin sonunun yaxınlaşdığına əyani işarədir.

“Hazırkı rejim 1979-cu il İslam İnqilabı zamanı elan olunan ideoloji prinsiplərdən xeyli dərəcədə uzaqlaşıb”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə baki-xeber.com-a şərhində “İran İslam Respublikasında son illərdə cərəyan edən proseslərin təhlili aydın şəkildə göstərir ki, orada mövcud olan hazırkı rejim 1979-cu il İslam İnqilabı zamanı elan olunan ideoloji prinsiplərdən xeyli dərəcədə uzaqlaşıb. İlk növbədə bu rejim daxili siyasətdə sosial-iqtisadi və ictimai ədaləti təmin edə bilməyib. İranda yaşayan milli qrupların, digər millətlərin nümayəndələrinin hüquqları yetərli səviyyədə qorunmur, milli hüquqlar, demək olar ki, tamamilə məhdudlaşdırılıb. İran təkcə daxili siyasətində deyil, xarici siyasətində də İslam İnqilabı zamanı elan olunan prinsiplərdən xeyli dərəcədə uzaqlaşıb. Əgər diqqət etsək görərik ki, İslam İnqilabından sonra elan olunan başlıca prinsiplərdən biri dünyadakı müsəlmanların, məzlumların hüquqlarını müdafiəsi olub. Amma biz konkret olaraq İran İslam Respublikasının Ermənistanla münasibətlərinə diqqət yetirsək, bu prinsipdən hazırkı rejimin tamamilə uzaqlaşdığını aydın şəkildə görürük”.

E.Kəlbizadənin vurğuladığına görə, əli müsəlmanların, azərbaycanlıların qanına batan, bizlərə qarşı soyqırımlar törədən, illər boyunca müsəlman azərbaycanlıların yaşadığı torpaqları işğal altında saxlayan, islam dininə aid ibadətgahlarda donuz saxlayan, dağıdan bir dövlətlə sıx əməkdaşlıq etmək, bu əməkdaşlığın uzun illər zülmə məruz qalan digər müsəlman dövlətinə, Azərbaycana qarşı yönəlməsinin özü aydın şəkildə İranın vaxtilə elan olunan ideoji prinsiplərdən uzaqlaşdığını göstərir. “Biz bilirik ki, İranda baş verən, cəmiyyətin inkişafına səbəb olan bütün inqilablarda azərbaycanlıların xüsusi rolu olub. 1979-cu ildə İranda İslam İnqilabı baş verərkən də bu inqilabın ən böyük dəstəkçiləri elə Cənubi Azərbaycanda yaşayan əhali olub. Heç də təsadüfi deyil ki, İranda mövcud olan maraqlı fikirlərdən biri Cənubi Azərbaycanın, Təbrizin inqilabdakı rolu ilə bağlıdır. Hər zaman təhsilçilər qeyd edirlər ki, Təbriz-Cənubi Azərbaycan ayağa qalxırsa İranda istənilən dövrdə hakimiyyət dəyişikliyi labüd olur. Bu baxımdan,  1979-cu il inqilabında da baş verən proseslərdə azərbaycanlıların, Təbrizin iştirakı olmasaydı, böyük ehtimalla, həmin inqilab uğursuzluğa düçar olacaqdı. Amma biz inqilabın baş verməsindən sonra nəyi gördük? İnqilabdan sonra  azərbaycanlılara münasibət kəskin şəkildə dəyişdi. O zaman Cənubi Azərbaycanda çox nüfuzlu bir dini lider var idi-Kazım Şəriətmədari. Şəriətmədarinin ev həbsinə salınması, onun rejimin bir çox xüsusiyyətlərinə etiraz etməsi ilə bağlı sıxışdırılması tədricən Cənubi azərbaycanlıların bu inqilaba olan münasibətini də dəyişməyə başladı. Əslində, bu da bu inqilabı elan edənlərin özlərinin bu prinsipdən uzaqlaşdığını göstərdi”.

Quzey Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra burada uzun illər İran İslam İnqilabının yubileyləri ən yüksək səviyyədə qeyd olunub: “Vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu ildönümlərdə şəxsən iştirak edib, nitqlər söyləyib, iki dövlət, iki ölkənin əhalisi arasında əlaqələrin sıxlaşdırılmasının zəruriliyi ilə bağlı çox böyük, müdrik fikirlərini qeyd edib. Ulu öndər, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan dövlətinin qonşu, eyni zamanda ortaq tarixi, mədəni dəyərlərə malik olan ölkə ilə münasibətini pozmayacağını təkidlə qeyd edirdi.  Bunun qarşılığında isə biz uzun illər İran İslam Respublikasının sözdə bir, əməldə isə başqa cür davranmasının şahidi olduq. Bu gün də İranda əhalinin inqilabın ildönümü ilə bağlı bayram yürüşünə çıxmaqdan imtina etməsi, çağırışlara gəlməməsi ölkənin həm daxili, həm də xarici syasətində olan bir çox boşluqlarla, probelmlərlə bağlıdır. Bu ölkədə əhali rejimdən kifayət qədər narazıdır. Bu həm insan haqları, həm getdikcə ağırlaşan sosial-iqtisadi durumla, həm də ölkədəki milli məsələlərin tənzimlənməsindəki problemlərlə əlaqədardır.

Hesab edirəm ki, İranda mövcud olan siyasi rejim, xüsusən də hakimiyyətdə olan mühafizəkar siyasi qanad tezliklə atılan yanlış addımlardan nəticə çıxarmalıdır. Özünün həm daxili, həm də xarici siyasətində, xüsusən artıq regionun güclü dövlətlərindən biri olan Azərbaycan Respublikası ilə münasibətlərdə ciddi dəyişikliklər etməlidir. Ədalətli olmalıdır. Eyni zamanda özünün daxilində milli münasibətlərin tənzimlənməsi məsələsində ədalətli davranış ortaya qoymalıdır. İllər boyu yığılıb qalmış priblemləri aradan qaldırmağa çalışmalıdır. Əgər bu baş verməsə, bir çox əvvəlki çıxışlarımızda da qeyd etdiyimiz kimi, bu addımların atılmaması, hazırda hakimiyyətdə olan siyasi qüvvənin öz fəaliyyətində müsbət dəyişikliklər etməməsi İran üçün ağrılı nəticələrə səbəb ola bilər”.

Əli TURABOV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ