çərşənbə günü, 11 noyabr 2026
     

Rus ekspertlər İrəvana səsləndi - “...Moskva səssiz qalmayacaq”

Image


Avropa İttifaqı Şurası Ermənistanda mülki missiya yaratmaq barədə qərar verdikdən sonra bu adla regiona öz qüvvələrini yeritməyə hazırlaşır. Hər halda, Avropa Parlamentinin fransalı üzvü, Fransanın Avropa məsələləri üzrə keçmiş naziri Natali Luazonun açıqlamaları bu qənaətə gəlməyə əsas verir.

Natali Luazo bu xüsusda bildirib: “Mən daha genişmiqyaslı və ölçülü yeni Avropa İttifaqı  missiyasını qətiyyətlə dəstəkləyirəm. Şadam ki, Fransa missiyaya 8 jandarm verəcək. Missiya fevralın 20-də başlayacaq və mən həmin gün Ermənistanda olacam. Mən Ermənistanın missiyaya dəstəyini və əməkdaşlığını alqışlayıram. Bu ərazidə gözlərimiz, qulaqlarımız olacaq və onun varlığı yeni “hücumlar”ın qarşısını almalıdır”.
Luazo əlavə edib ki, Avropa İttifaqı etimad, sabitlik və təhlükəsizliyi artırmaq üçün Ermənistandadır və buna görə də xoş niyyətlə bütün maraqlı tərəflərlə danışığa açıq olacaq. Lakin Fransanın missiyaya 8 jandarm verməsi artıq qurumda güc strukturlarının olması anlamına gəlir. Bundan ən çox narazı qalan isə Rusiyadır. Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko da qeyd edir ki, Fransanın Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək Aİ missiyasının tərkibində jandarmalar göndərməsi Cənubi Qafqazın sabitliyinə mənfi təsir göstərəcək: “Çünki Aİ-nin monitorinq missiyası kəşfiyyat və polis xarakteri daşıyır. Sözügedən missiya diplomatik pərdə altında gizlənən peşəkar polis zabitləri, kəşfiyyatçılar və hərbi kəşfiyyat xidmətlərinin nümayəndələridir. Ona görə də bu missiyanın Ermənistan ərazisinə gəlişi və onun fəaliyyəti təhrikedici mənfi xarakter daşıyacaq. Aİ missiyasının məqsədi Ermənistan ərazisində NATO-nun daimi hərbi mövcudluğunu legitimləşdirmək, eyni zamanda da möhkəmləndirməkdir. Təbii ki, Ermənistanın KTMT-dən çıxması və Rusiya ilə müttəfiqlik münasibətlərinin pozulması üçün lazımi siyasi şəraitin hazırlanması da bura daxildir”. Ekspert bildirib ki, Rusiya artıq buna diplomatik şəkildə reaksiya verib: “Sergey Lavrovun erməni cəmiyyətində səs-küy yaradan kifayət qədər sərt müsahibəsi Kremlin reaksiyasının göstəricisidir. Başa düşürük ki, Ermənistan Qərblə müttəfiqlik münasibətləri qurmaq, Rusiyanı və onun maraqlarını regiondan sıxışdırıb çıxarmaq kursuna doğru gedir. Rusiya öncə diplomatik reaksiya verdi, əsas cavab tədbirlərinə gəlincə, hazırda Kremlin qərarqəbuletmə mərkəzlərində müvafiq müzakirələr aparılır. Çünki Moskva Aİ missiyasının burada yerləşdirilməsini alqışlamayacaq və ya buna səssiz qalmayacaq”. Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, siyasi ekspert Dmitri Solonnikov bildirib ki, Ermənistan nəticələri fikirləşməlidir: “Avropa İttifaqının missiyasını dəvət etmək Ermənistanın beynəlxalq münasibətlərin subyekti kimi suveren hüququdur. Hər bir ölkə öz sərhədini qorumaq üçün müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələrini dəvət edə bilər. Burada əsas məsələ, Ermənistanın bu addımının nəyə gətirib çıxacaracağıdır”. Onun sözlərinə görə, bu, Ermənistanı Rusiyadan qoparmaq siyasətinin davamıdır: “Heç kəsə sirr deyil ki, Paşinyan ABŞ-dan maliyyələşən QHT-lərin köməyi ilə hakimiyyətə gəlib. Bunlar Soros Fondu və digər təşkilatlardır. Bu maliyyəçilər əvvəlcədən qarşılarına Ermənistanı beynəlxalq münasibətlərin Rusiyayönümlü spektrından Amerikayönlü spektrına çevirmək vəzifəsini qoyublar. Bu proses tədricən həyata keçirilir, necə ki, Ukraynada bunu etdilər. Tədricən Ukraynanı Rusiyadan qopardılar. Bir an içində Ermənistanı da Rusiyadan qoparmaq mümkün deyil. Bir müddətdir ki, Paşinyanın əli ilə Ermənistanın üzünü Rusiyadan çeviriblər. Ölkədə daim anti-Rusiya təbliğatı aparılır, anti-Rusiya informasiya kanalları yaradılır. İnsanların şüur altında Rusiyanın düşmən obrazı yaradılır. Bundan sonra isə artıq texnoloji addımlar atmağa başlayırlar. Avropa İttifaqının missiyasının dəvət olunması məhz texnoloji addımdır. Avropa İttifaqı nə deməkdir? Bu, hərbi planda NATO-ya söykənən siyasi təşkilatdır. Hamı yaxşı başa düşməlidir ki, bu, NATO ölkələrinin missiyasıdır. Oradakılar isə NATO-nun mülki geyimdə olan zabitləri olacaq”.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək missiyasının Fransa və Ermənistanın birgə layihəsi olduğunu diqqətə çatdırıb: “Bu, Azərbaycana və Ermənistana düşmən layihədir. Onlar heç də neytral müşahidəçi deyillər. Bu müşahidəçilər əvvəlcədən, ötən ilin payızında Parisdə Ermənistan və Fransa liderləri tərəfindən hazırlanmış plan əsasında ora yerləşdirilir. Bu plan Rusiya sülhməramlılarını regiondan çıxarıb, ora Fransanın simasında Avropa İttifaqını yerləşdirmək məqsədi daşıyır. Fransa bu şəkildə Ermənistanın əsas müttəfiqi olaraq Rusiyadan qisas almaq istəyir. Ona görə ki, Rusiya hərbçiləri bir sıra Afrika ölkələrində - Mali, Burkina-Faso və Mərkəzi Afrika Respublikasında təhlükəsizliyin zəmanəti sahəsində fransızları əvəz edib. Demək olar ki, Fransa bu gün itirdiyi Afrika ölkələrini Ermənistanla əvəz etmək istəyir. Ermənistan isə bununla yanaşı, həm də KTMT-nin regiona missiya göndərməsinə mane olub”.Markov qeyd edib ki, rus cəmiyyəti Qarabağı Ermənistan və Azərbaycanın mübarizəsi kimi tanıyır: “Bu vəziyyətdə İrəvan rus sülhməramlıları fransızlar və ya Aİ-nin təsirində olan başqa ölkələrin hərbçiləri ilə əvəz etmək istəyir. Aydındır ki, Paşinyan bu istəyini reallaşdırmaq üçün çox cəhd edəcək. Amma onların cəhdləri iki ciddi müqavimətlə üzləşəcək. Birincisi, Azərbaycanın müqaviməti ilə. Rəsmi Bakının razılığı olmadan onun suveren ərazisinə - Qarabağa hansısa sülhməramlıların göndərilməsi mümkün deyil. Azərbaycan isə buna razılıq verməyəcək. İkincisi isə, Ermənistan Kremlin müqaviməti ilə üzləşəcək. Rusiya Cənubi Qafqazda, yəni Qarabağda sülhməramlı rolunda Fransa və ya ona düşmən olan digər NATO ölkələri ilə əvəz olunmasını qətiyyən istəmir”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ