çərşənbə günü, 11 noyabr 2026
     

Rusiya Paşinyanın "sülhməramlılara BMT mandatı" çağırışını da kəskin rədd etdi...

Image


Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Petr İliçev deyib ki, BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil: “Regionda sülhün və təhlükəsizliyin bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir".

O bildirib ki, bölgədə sabitliyin yeganə təminatçısı Rusiya sülhməramlı kontingentidir: “Kontingentə BMT mandatı verməyə ehtiyac yoxdur, çünki Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında sülhməramlıların fəaliyyəti aydın şəkildə müəyyən edilib. Yəni tərəflər arasında konsensus var”.

XİN rəsmisi bildirib ki, Rusiya sülhməramlı kontingenti Qarabağda sülh və təhlükəsizliyin təminatı ilə bağlı bütün vəzifələrinin öhdəsindən layiqli şəkildə gəlir.

Göründüyü kimi, Rusiya rəsmi şəkildə Ermənistanın bölgədəki sülhməramlıların mandatının dəyişdirilməsi səylərinə kəskin etiraz edir. Ermənistan Rusiyanın etiraz etdiyi bu təşəbbüsü davam etdirəcəkmi?

Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ ilə bağlı bizim mövqeyimiz 2020 - ci il 10 noyabr razılaşmasında Rusiyanın silahlı qüvvələrinin sülhməramlı missiya ilə Qarabağa gəlməsi ilə bağlı qərarlaşıb: “Amma biz bu illər ərzində artıq üçüncü ildir görürük ki, Rusiyanın burdakı silahlı qüvvələri bir çox hallarda üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmir. Belə dedikdə mən nəyi nəzərdə tuturam? Əlbəttə, burda Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə silah - sürsatın gətirilməsi, minaların daşınması, hətta İran yaraqlılarının belə gəlməsi, çox təəssüf ki, onların nəzarət etdiyi ərazilərdən keçirilməklə baş verir. Əgər onlar doğru - dürüst nəzarət etmiş olsaydılar silahlar daşınmamalı idi, yaraqlılar gəlməməli idi. Və başqa məsələlərdə həmin razılaşmanın digər şərtləri də var. Bu da ondan ibarətdir ki, Qarabağda olan bütün yaraqlılar çıxarılmalı idi, çıxarılmayıb. Eyni zamanda Qarabağ ərazisindən köçkün olan azərbaycanlılar həmin əraziyə qaytarılmalı idi, bu da hələlik təmin edilməyib. Zəngəzur dəhlizi açılmalı idi, bu da Rusiya tərəfinin vəzifəsindən asılı idi. Rusiya  sülhyaradıcı dövlət olaraq dəhlizin açılışını təmin etməli idi. Amma etmədi. Qısası, bu gün Rusiyanın sülhməramlıları bu və ya digər formada öz üzərlərinə düşən işləri icra etsələr də, bütövlükdə işlərin hamısı həyata keçirilmir, ermənilərə sanki dəstək olunur, ermənilər qorunur, erməni qaçqınlarının yenidən köçürülməsi, himayə olunması və s. baş verir. Amma təbii ki, razılaşmanın şərti 5 il müddətinədir. 5 ildən tez onların buradan çıxarılması məsələsini qoymaq olar. Eyni zamanda etiraf etmək lazımdır ki, bəzən bu silahlı qüvvələr bu və ya digər formada münaqişənin qarşısının alınmasında iştirak edirlər. Söhbət ondan gedir ki, onların əslində BMT sülhməramlıları ilə əvəz edilməsi bizə nə verib? Biz hətta Rusiyanın sülhməramlılarını özümüzə təhdid kimi görürük, doğru saymırıq”.

Partiya sədrinin sözlərinə görə,  ermənilər də deyir ki, bu azdı, gəlin bura amerikanlıları da, fransızları da, başqalarını da əlavə edək: “Necə ki, o vaxt ATƏT-də həmsədrliklə  30 il heç nə etmədilər, əksinə, Azərbaycanın əleyhinə, ermənilərin xeyrinə işlədilər, ermənilərin burdakı işğal zonasında qalmasını təmin etdilər. İndi sanki Rusiya ermənilərə az gəlir, digər müttəfiqləri də çağırmaq istəyirlər. Tək Rusiya azdır, üçlükdə, dördlükdə, beşlikdə daha yaxşı erməniləri qorunmağa cəhd edirlər. Mən bunu təqdir etmirəm, pisləyirəm. Tək BMT sülhməramlıları deyil, ümumiyyətlə bütün sülhməramlıların ərazidən çıxarılması məsələsini ortaya qoymaq lazımdır. Azərbaycan daxilində öz məsələlərini həll etməlidir. Orada erməni icması  var. Qarabağda olan erməni icması qanunsuzluq edir, özbaşınalıq edir, silahlanır. Yəni bunlara bildirilməlidir ki, ya yaşayın, Azərbaycan qanunlarına tabe olun. Ya da bu ərazidən çıxın gedin. Çox sadə. Hansısa sülhməramlıya ehtiyac yoxdur. Sülhməramlı Azərbaycan ərazisində problemi saxlayır, bəlanı qoruyur. Azərbaycan ərazisində daim təhdid olacaq bir təhlükəni himayə edirlər. Bu da bizim maraqlarımıza uyğun deyil. Mən düşünürəm ki, bu müqavilə ya  vaxtından tez başa çatacaq - Rusiya Ukrayna müharibəsindən sonra, ya da 5 il müddətindən sonra olacaq. Hər halda bu müddət başa çatanda oradan Rusiya sülhməramlıları da çıxarılmalıdır və heç bir xarici ölkənin də silahlı qüvvələri Azərbaycana gətirilməməlidir. Azərbaycan özü öz daxilindəki məsələləri həll etməlidir. Qarabağdakı erməni  icmasına da çox sərt bildirilməlidir ki, ya Azərbaycan qanunlarına tabe olun, Azərbaycan ərazisində yaşayın, ya da tərk edin bizim ərazilərimizi. Münaqişənin həllinin çox sadə yolu budur. Onların beynəlxalq təşkilatlarda və digər dövlətlərdə olan himayəçilərinə də bildirmək lazımdır ki, ermənilər sizin üçün bu qədər əhəmiyyətlidirsə, zəhmət çəkin, erməniləri aparın öz ərazilərinizdə yaşadın. Mən ərazimi vermişdim ki, yaşayın. Onlar da gəldilər və özlərini pis apardılar. Ona görə də özünü pis aparan kirayənişinlərdən mən ərazimi boşaldıram”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ