çərşənbə günü, 11 noyabr 2026
     

Paşinyan Ermənistanda Kreml "uşaqlarının ovuna çıxdı"...

Image


Son günlərdə Ermənistanda diqqət çəkən məqamlardan biri burada Rusiyaya bağlı qüvvələrin zərərsizləşdirilməsidir. Məsələn, bəllidir ki, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyana bağlı qüvvələr Rusiyanın Ermənistanda əsas dayaqlarıdır. İndi onların inzibati yolla sıradan çıxarılması gedir.

Qeyd edilənlər fonunda Ermənistanda müxalif “Hayastan” fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib. Beləliklə, Ohanyanın təqsirləndirilən qismində məsuliyyətə cəlb olunmasına yol açılıb. Ermənistan Baş Prokurorluğu artıq neçə  gün idi ki, Seyran Ohanyan və deputat Armen Çarçyanın deputat toxunulmazlığının ləğv olunması üçün vəsatət təqdim etmişdi. Baş prokuror Anna Vardapetyan fevralın 8-də “Hayastan” fraksiyasının liderinə qarşı üçüncü cinayət işini təqdim edib. Bu cinayət işi barədə məlumatı yalnız iqtidardan olan millət vəkilləri dinləyib. Müxalifət deputatları Milli Məclisin bu iclasında iştirak etməyiblər. Baş prokuror bildirib ki, bu cinayət işinin istintaqı da Seyran Ohanyanın müdafiə naziri olduğu vaxt nazirliyə məxsus binaları aşağı qiymətlə satışa çıxardığını göstərib. Anna Vardapetyanın sözlərinə görə, Ohanyan 2008-ci ilin 14 aprelindən 2008-ci ilin sentyabrınadək olan müddətdə özünün xidməti səlahiyyətlərindən qrup maraqları üçün istifadə edib. Baş prokuror onu da deyib ki, bu dövrdə İrəvanın Erebuni və Şenqavit rayonlarında yerləşən iki bina biznesmen Vahe Yakubyana satılıb və nəticədə dövlətə 5 milyard dram və ya 12.5 milyon dollar ziyan dəyib: “Vahe Yakubyan və cinayətkar qrupun digər üzvləri dəyəri 5 milyard 884 milyon 300 min dram olan binanı 5 milyard 181 milyon 300 min dram ucuzuna almaqla, əslində onun bazar dəyərinin yalnız 12 faizini ödəyiblər”. Bu iş üzrə üçüncü prezident Serj Sarkisyanın da dindirildiyi xəbər verilir. Anna Vardapetyan Seyran Ohanyanın qanun pozuntularına yol verməsi zaman birbaşa Serj Sarkisyanın göstərişi ilə hərəkət etməsinin sübut olunmadığını qeyd edib. Ohanyanla bağlı digər cinayət işi nazirliyin ərazisinin satılması ilə bağlıdır. Üçüncü cinayət işində isə söhbət yararsız raketlərin alınmasından gedir. Həmin iş üzrə daha bir keçmiş müdafiə naziri David Tonoyan həbs edilib. Seyran Ohanyan bu işlər üzrə özünə qarşı ittihamları “yalan” adlandırıb.

Prokurorluq “İzmirliyan” tibb mərkəzinin keçmiş direktoru Armen Çarçyanın da deputat toxunulmazlığının ləğvinə nail olub. O, 2017-ci ildə saxta tibb arayışı verməkdə ittiham olunur. Söhbət 2016-cı ildə polis məntəqəsini zəbt edən silahlı qruplaşma üçün ərzaq gətirən Artur Sarkisyana onun sağlamlığı barədə verilmiş arayışdan gedir. Ermənistan parlamenti gizli səsvermənin nəticələri əsasında “Hayastan” fraksiyasının nümayəndəsi olan Armen Çarçyanı deputat toxunulmazlığından məhrum edib. Səsvermədə 68 deputat iştirak edib ki, onların 67 nəfəri qərarın lehinə səs verib. Qeyd olunub ki, bu addımın atılmasında məqsəd onun barəsində cinayət araşdırmasının başlanmasıdır. Çarçyandan ölkəni tərk etməməsi barədə iltizam alınıb. Çarçyana qarşı tibb mərkəzinin direktoru vəzifəsində çalışdığı müddətdə rüşvətxorluğa və seçicilərə qarşı təzyiqə yol vermə ilə bağlı da ittiham irəli sürülüb. Beləliklə, Köçəryana bağlı siyasi qüvvələr Ermənistanda inzibati yolla sıradan çıxarılır. Bu isə həm də Rusiyanın Ermənistanda zəiflədilməsi deməkdir. İndi hakimiyyətin əsas məqsədlərindən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq, ölkədəki rus hərbi bazalarını bağlamaqdır. Rusiyalı politoloq Aleksey Tokarev bunların Kreml tərəfindən müvafiq qaydada reaksiya ilə müşayiət olunacağını bildirir: “Hazırda Kreml Ermənistanın nə istədiyini və erməni milli maraqlarının nədən ibarət olduğunu başa düşmür. “Xarici siyasət oriyentasiyanız necədir” sualına müxtəlif ictimai-siyasi qüvvələrə müraciət etsəniz, fərqli cavablar alacaqsınız. “Təhlükəsizliyinizi kim təmin etməlidir” sualına üç cavab alacaqsınız: İran, Fransa və Rusiya. “Qarabağda sülhməramlılar qalmalıdılarmı” sualına da müxtəlif cavablar alacaqsınız. Hətta “İrəvan Qarabağla bundan sonra nə etməyi planlaşdırır” sualına da fərqli cavablar verilir. Ermənistanda proseslərə hakim gücün bir, xalqın başqa, müxalifətin isə tamam başqa baxışı var. Buna görə də İrəvanın nə istədiyi bəlli deyil”. Tokarev qeyd edib ki, bu gün Ermənistanda İrəvanın Qarabağı tərk etmək istəməməsi ilə bağlı dəqiq konsolidə edilmiş mövqe yoxdur: “Üstəlik, Ermənistanda mühüm regional məsələlərlə bağlı fikirləri dövlət aparatının bəzi nümayəndələri və hakimiyyətə birbaşa aidiyyəti olmayan ayrı-ayrı media orqanları təbliğ edir. Amma Moskva onların gündəminin necə formalaşdığını yaxşı başa düşür. Kreml İrəvan hakimiyyətinin Rusiya-Ermənistan dialoqu ilə bağlı sistemli iş görməməsindən çaşqındır. Ermənistan rəhbərliyi səfərləri və sənədləri koordinasiya edir, sonra isə onlar pozulur və ya pislənir ki, bu da ikitərəfli münasibətlərdə müəyyən çətinliklərə səbəb olur. Əminliklə bu suallara cavab almaq istəyirsən: Qarabağda hadisələrin gələcək inkişafını necə görürsünüz? Ermənistan siyasi isteblişmentinin Qərbə üz tutması fonunda Rusiyanı sıxışdırmaq siyasəti davam edərsə, gələcəkdə nə böyük fəlakətlər gözlənilir, başa düşülürmü? Ermənistan cəmiyyəti, indiki siyasət davam etdirilərsə, İrəvanı hansı tarixi və humanitar fəlakətin gözlədiyini anlayırmı?”. O, Kremlin sakit dayanmayacağını da xüsusi olaraq vurğulayır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ