çərşənbə günü, 11 noyabr 2026
     

Zəlzələ zərərdidələrinə iki münasibət - Türkiyə nümunəsi və İranda mollaların münasibəti...

Image


Bugünlərdə sosial mediada İranın Xoy əyalətindəki zəlzələdən sonra insanların çadırlarda, ağır şəraitdə problemlərlə üz-üzə qalması müzakirələrə səbəb olub. Onlar, yanvarın 29-dakı zəlzələdən xeyli vaxt keçsə də, mərkəzi hökumətin kömək göndərməməsindən gileylənirlər. Ümumiyyətlə, Tehran hökuməti azərbaycanlıların sıx yaşadığı bölgələrin problemlərini, demək olar ki, diqqətdə saxlamır.

İranda yaşayan, adının çəkilməsini istəməyən azərbaycanlı fəal “Fərda” radiosuna bildirir ki, Xoyda durum acınacaqlıdır, ancaq buna baxmayaraq, əhali oranı tərk etmir: “Hava şəraitinə baxmayaraq, millət orda dayanıb, öz torpaqlarını buraxıb getmir. Bu millətə İran hökuməti sahib çıxmadı, başlı-başına buraxıblar. Dərhal milli hərəkat məsələyə qarışdı, maddi və mənəvi yardım ilə bağlı əhaliyə müraciət etdilər”. “Amerikanın səsi” qeyd edir ki, İranın hökumət rəsmiləri zəlzələdən zərər çəkmiş bölgələrdə çadır, istilik cihazları və qida paylanmasında çatışmazlıq olduğunu etiraf ediblər. “Təsnim” xəbər agentliyi isə yazır ki, İran prezidenti İbrahim Rəisi fevralın 5-də zəlzələ bölgəsinə baş çəkib, burdakı əhaliyə mümkün qədər tez problemləri çözməyə çalışacaqlarını deyib. Amma reallıqda heç bir addım atılmır. İrandakı fəal da deyir ki, hökumət hər zaman burdakı etniklərə biganəlik göstərib. Xoydakı durum da bunun bir nümunəsidir: “Bildiyiniz kimi, Urmiyə gölü məsələsi Xoy zəlzələsindən böyük cinayətdir. Burada ölkənin iqlimini bir-birinə vurublar. Güney Azərbaycan məsələsinə, coğrafiyasına baxanda, demək olar ki, İranda millətlərin çoxu zülm altındadır. Amma Güney Azərbaycan milləti əsarət altında yaşayır”. 10 ildən çoxdur ki, İrandakı milli fəallar Urmiyə gölünün quruması ilə bağlı vaxtaşırı etiraz aksiyaları keçirir. Fəallar hesab edir ki, hökumət gölün qurumasının qarşısını almaq üçün ciddi addımlar atmır. Türkiyədə yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının mərkəzi şura üzvü Bulud Ələmdar bildirir ki, ümumiyyətlə, azərbaycanlılar yaşayan ərazilərdə problemlər təkcə bununla bitmir, oralarda yol, xəstəxana, düzgün tibbi yardım, keyfiyyətli təhsil, sosial iqtisadi problemlər var. İranda azərbaycanlılar, əsasən, Təbriz, Ərdəbil, Zəncan, Urmiya və başqa şəhərlərdə yaşayırlar. B.Ələmdar qeyd edir ki, hər il İranın büdcəsindən bu ərazilərin sosial iqtisadi həyatının yaxşılaşdırılması, yerli əhalinin problemlərinin həll olunması üçün pullar ayrılsa da, ya bu pullar gəlib çatmır, ya da ehtiyac olmadığı səbəb gətirilərək büdcəyə geri göndərilir: “Yəzd, məsələn, Təbrizin beşdə biri qədərdir. Amma ora yatırılan pul Azərbaycana ayrılandan beş qat çox olur. Ərdəbil, Urmiya bütün araşdırmalarda ən çox xəstəlik olan, ən az təhsil alan, ən pis sosial iqtisadi şərait olan yerlərdəndir”. B.Ələmdar deyir ki, şəraitsizlikdən indi Ərdəbildən, Urmiyadan əhali köçüb farsların yaşadığı yerlərə gedir.

Azərbaycanın İranda səfiri olmuş Nəsib Nəsibli “Azadlıq” radiosuna bildirib ki, İranda türklərin yaşadıqları ərazilərdə bizneslə məşğul olmaq da problemlidir. O qeyd edir ki, hələ 1946-cı ildən fəaliyyətə başlayan kiçik fabriklər ya bağlanıb, ya da öz fəaliyyətlərini Körfəz ölkələrinə çəkiblər: “İranda etnik azlıqlara biganə münasibət 100 ilə yaxındır ki, davam edir. İrandakı etnik durum, İranın 1925-də sonra qeyri-farslara münasibəti bəllidir. O vaxtdan bəri “bir millət, bir dövlət” prinsipindən çıxış edərək qeyri-farsların varlığı inkar edildi, eləcə də türklərin. Siyasətləri buna uyğun da davam edir. Təxminən 100 illik zülm var”. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev son zamanlar çıxışlarında İrandakı azərbaycanlıların ana dilində təhsil hüququndan məhrum olmasına toxunub, deyib ki, İrandakı azərbaycanlıların müdafiəsi üçün hər şey ediləcək, çünki onlar bizim millətin bir parçasadır. Keçmiş səfir N.Nəsibli deyir ki, İran Azərbaycanında yaşayanlara Azərbaycanın ən böyük təsir gücü onun özünün müstəqil varlığıdır, inkişaf etmiş dövlət olmasıdır: “Azərbaycan Respublikasının varlığını da İran özü üçün təhlükə sayır, təhdid sayır”. İranda Xoydakı zəlzələyə gəlincə isə, IRNA yazır ki, İran hökuməti hələ zərərin hesablandığını bildirir. Xoylu fizik alimi və zəlzələ qurbanlarına yardım kampaniyasında iştirak edən fəal Behzad Xanalılı isə evsiz qalanların yerləşdirildiyi çadırların ümumən soyuq hava şəraitinə uyğun olmadığını deyir: “İndi demək olar ki, hər kəsin bir çadırı var içinə girməyə. Amma bəzən ola bilir ki, iki ailə, üç ailə bir çadırın altına girib. Bir təəssüfedici məsələ də bu ki, bu çadırlar çox nazikdir. Xoyun soyuq havasında, 5 dərəcə sıfırın altında məcbur qalırlar bu nazik çadırlarda yatsınlar. Bəzən çadırın üstünə plastik-filan örtürlər və bu da havanın içəriyə getməsində problem yaradır”. Xanalılı çadırların qurulduğu düşərgələrdə texniki işlərin aşağı standartlarla aparıldığına diqqət çəkir və daha ciddi təhlükələrin ola biləcəyini istisna etmir. O hesab edir ki, son aylarda Xoydakı zəlzələlər xaricində, İranın digər bölgələrində təbii fəlakətlər baş vermədiyinə görə, dövlətin Xoya yardımı daha yüksək səviyyədə ola bilərdi: “Bu son zəlzələyə baxanda, Xoyun hava limanı var və çadır da çox rahat, 24 saatdan az zamanda təyyarə ilə bölgəyə çatdırıla bilərdi. Ölkənin digər bölgələrinə baxanda, başqa yerdə təbii fəlakət baş verməmişdi, sadəcə Xoy zəlzələsi idi. Yəni dövlətin başı başqa bir fəlakətlə qarışıq deyildi. Çox rahat 24 saatda böyük düşərgələr qura bilərdi... Baxırıq ki, yaxın şəhərlərdən, Təbrizdən, Urmiyədən, Zəncandan, Mərənddən və digər şəhərlərdən fəallar çadır da toplayıb, könüllü olaraq Xoya yardıma gəldilər. Biz artıq bir şey istəmirik. Amma millətimiz olmasaydı, çox daha çətin duruma düşə bilərdik. Bütün bunlar dövlətin tədbirsizliyini göstərir”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ