çərşənbə günü, 11 noyabr 2026
     

İrəvan sülhü əngəlləyir, Bakı və Moskvanın səbrini daşırır

Image


Ermənistan Azərbaycandan sülh müqaviləsi üzrə yeni təklif alıb və hazırda onun mətni üzərində işləyir. Belə bir açıqlama ilə Almaniyada olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edib. O, təklifin mətninə dair detallara varmayıb.

“Azatutyun” radiosu yazır ki, Ermənistan tərəfi təxminən bir ay bundan əvvəl Azərbaycana sülh müqaviləsinin layihəsi ilə bağlı yeni təkliflərini təqdim edib. Mirzoyan bu təkliflərin nədən ibarət olduğu barədə suala da cavab verməyib. O deyib ki, sülh müqaviləsi üzrə danışıqlar fasiləsiz prosesdir. Mirzoyan bir daha təkrar edib ki, ötən ilin dekabrında Moskvada üçtərəfli danışıqlarda Laçın dəhlizinin bağlı olmasına görə iştirak etməyib: “Buna baxmayaraq, biz Azərbaycan tərəfinə sülh müqaviləsi üzrə yeni təkliflərimizi vermişik və deməliyəm ki, bir neçə gün bundan əvvəl Azərbaycandan növbəti cavab və təklif almışıq. Təkrar edirəm ki, bu, fasiləsiz prosesdir və biz mətn üzərində işimizi davam etdirir, bir neçə mərhələdə təkliflər mübadiləsi ilə müzakirələrimizi davam etdiririk”. Bunlarla yanaşı, Mirzoyan sərsəmləyərək, yenə Azərbaycanı sülh prosesini pozmaqda ittiham etməyə cəhd edib. Lakin Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə dərhal reaksiya verib. XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə  Mirzoyanın onlardan yeni təkliflər almaları ilə bağlı açıqlamasına münasibət bildirib. Nazirliyin saytında yer alan açıqlamada vurğulanır ki, Mirzoyanın istinad etdiyi təkliflər bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim olunub. Lakin o, təkliflərin detallarına toxunmayıb. Onun fikrincə, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. A.Hacızadənin qeyd etməsinə görə, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabrında danışıqlardan imtina edib. Onun sözlərinə görə, indi isə sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradırlar: “Azərbaycan, Ermənistandan fərqli olaraq, sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”. Burada qeyd edək ki, son iki ildə müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb. Amma ötən ilin sonları hər iki danışıqlar dayanıb. Azərbaycan rəsmiləri Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların dayanmasına səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib. Praqada Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti də iştirak etmişdi. Azərbaycan rəsmiləri hesab edirdilər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Bir qədər sonra - dekabrda isə İrəvan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində Moskvada planlaşdırılan görüşün Laçın dəhlizindəki vəziyyət tənzimlənədək təxirə salınmasını istəmişdi. Halbuki, Laçın yolundakı aksiyanın Ermənistana heç bir dəxli yoxdur və bu, sırf ölkəmizin daxili işidir.

Kreml artıq bir neçə dəfə Ermənistanın mövqeyindən narazılığını ifadə edib. Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova Moskvanın Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşünü təşkil eləməyə hazır olduğunu deyib: “Bu barədə həm Bakıya, həm də İrəvana məlumat vermişik, açıqlamalar vermişdik. Hesab edirik ki, ərazidə vaxtaşırı baş verən çətinliklər danışıqlar prosesində hansısa “donmalar” üçün bəhanə verəcək əngələ çevrilməməlidir”. Bu isə o deməkdir ki, Kreml İrəvanı bəhanə uyduran tərəf kimi qəbul edir. Rus ekspert Dmitri Suslov bildirir ki, baş verənlər fonunda Kremlə qarşı çıxmaq İrəvan üçün yaxşı nəticələr verməyəcək: “Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır. Ukrayna hadisələri ilə bağlı Rusiyanın müxtəlif regionlardakı, xüsusən də Cənubi Qafqazdakı maraqlarını unutduğunu düşünmək səhvdir. Lakin Moskvanın postsovet məkanında istifadə edə biləcəyi alətlər bu gün getdikcə azalır. Bəzi skeptik qiymətləndirmələrə baxmayaraq, Rusiya Ermənistanı tərk etməyəcək. Rusiyanın bölgədən çıxması siyasi vəziyyətin əsaslı şəkildə dəyişməsinə və regional sabitliyin pozulmasına gətirib çıxarardı. İrəvandakı mövcud siyasi vəziyyət Moskvanı narahat etməyə bilməz. Çünki Ermənistan hakimiyyəti balanslaşdırılmış siyasət yürütməyi dayandırıb və bu, İrəvanın xarici siyasət vektorunu dəyişməsi ehtimalı ilə bağlı müəyyən narahatlıqlar yaradır”. Suslov qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlərdə hər şey ideal deyil, problemlər var: “Son zamanlar Ermənistan informasiya məkanında iki ölkə arasında münasibətlərə yenidən baxılması tezisi gündəmə gəlir. Lakin belə siyasətin real nəticələri barədə heç kim düşünmür. Ən əsası isə, antirusiya ritorikasının müəlliflərindən heç biri real alternativ təklif etmir. Rusiya qalmaqda maraqlıdır. Kreml, İrəvandan bu və ya digər dəstək üçün şərt kimi Rusiya ilə münasibətləri kəsməyi tələb edən Qərbdən fərqli olaraq, Ermənistandan nümayişkaranə rusiyayönlü mövqe tutmasını tələb etmir. Bildiyiniz kimi, Ermənistan hakimiyyəti bu il ölkə ərazisində KTMT təlimləri keçirməkdən imtina edib. Həmçinin KTMT-nin Ermənistana monitorinq qrupunun göndərilməsi təklifini də rədd edib. Moskvada bu addımlara narahatlıqla yanaşılır və Ermənistanın hazırkı rəhbərliyinin tam olaraq Qərbə arxalana biləcəyinə dair aydın siqnal kimi qiymətləndirilir. Moskva anlayır ki, erməni cəmiyyətində Rusiya və KTMT-nin İrəvanı müdafiə etmədiyinə dair məyusluq var. Amma Rusiyanın vasitəçiliyi və onun prezidentinin şəxsi səyləri olmasaydı, baş verən proseslərdə vəziyyət daha da pis olardı. İrəvandan tez-tez Rusiyaya Azərbaycan və Türkiyəyə qarşı erməni tərəfini tutmaq tələbləri irəli sürülür. Amma Moskva buna getsə, Cənubi Qafqazda böyük Rusiya-Türkiyə müharibəsi baş verəcək ki, bu da son dərəcə lazımsızdır. Bu, hətta İrəvanın özünün maraqlarına uyğundur. Qərbin Rusiyaya qarşı apardığı hibrid müharibə Moskvanın Ankaradan asılılığını artırır. Ancaq Türkiyə Rusiyanın müttəfiqi deyil. Türkiyə bir tərəfdən onun tərəfdaşıdır, digər tərəfdən isə rəqibdir. Rusiya və Türkiyə bir çox sahədə və müxtəlif bölgələrdə rəqabət aparır. Ankara rəqabəti və əməkdaşlığı birləşdirir və Qərb qüvvələri Rusiyanı böyük dövlət kimi məhv etməyə çalışır. Türkiyə isə, öz milli maraqlarından və suveren xarici siyasətindən əl çəkmiş digər NATO ölkələrindən fərqli olaraq, öz milli maraqlarını müdafiə edir”. Ekspert bildirir ki, indiki halda Qafqazda sülh Rusiya və Türkiyənin maraqlarına cavab verir. Lakin İrəvanın bunu əngəlləməsi Kremlin, elə Bakının da sərt cavab reaksiyasına səbəb ola bilər.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ