çərşənbə günü, 11 noyabr 2026
     

Molla rejimindən İsveçə sığınmış güneyli ictimai xadim nələrdən keçdi... - II yazı

Image


“Cənubi azərbaycanlı mühacirlər” rubrikasında dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla müsahibələr təqdim edirik. Budəfəki qonağımız İsveçdə mühacir həyatı yaşayan, 40 ildir Güney Azərbaycana gedə bilməyən ictimai-siyasi fəal, İsveçdəki Azərbaycan Federasiyasının sabiq rəhbəri Səttar Sayın Sevgindir.

Səttar bəy İsveçin Stokholm şəhərində yaşayır, onunla vatsap üzərindən söhbətləşdik. 40 ildir hər gün GüneyAzərbaycana qovuşmaq ümidi ilə yaşayır. Öz vətənində müəllim işləyib, ana dililimizin keşiyində dayanıb.

  • “...Bu belə davam edə bilməz, bu rejim dağılacaq, çökəcək...”

Bu gün də yaşadığı İsveçdə bütöv Azərbaycan naminə mücadilə verir. Həyat hekayəsini Səttar bəyin özündən eşidək...

- Qızıma Şəlalə adını qoymağa icazə vermədilər, dedilər başqa ad seçin. Bu tələbdən əsəbiləşdim, dava-dalaş edib çölə çıxdım, gözlədim. Biz üç qardaşıq, bizdən böyük qardaşımız çölə çıxıb dedi ki, məsələni həll etdim...Mən də sevindim ki, nə yaxşı istədiyim adı qəbul etdirdim. Mən onlara başa salmışdım ki, bu adın kökü ərəbcədəndir, sizin sözlükdə də var və s. Amma qəbul etmədilər. Qardaşım sənədi göstərəndə gördüm ki, qızıma başqa bir ad veriblər, Şəlalə yox, Şərarə. Şərarə sözünün də anlamı bambaşqadır. “Od parçası” deməkdir. Demək istəyirəm ki, biz qızıma rəsmi İran sənədində Şəlalə adını ala bilmədik, adı Şərarə qaldı. Sonra İsçevə gəldiyimizdə burada onun adını Şəlalə yazdırdıq. Demək istəyirəm ki, bizim övladlarımıza verdiyimiz adları da molla rejimi qəbul etmədi...

- İsveçə getdiniz və molla rejiminin bürokratik əngəlləri bitdi, elə deyilmi?

- Deməzdim. İkinci qızım İsveçdə doğuldu. Onun adını da Laçın qoyduq. Laçının 15 yaşı olanda anası ilə Güney Azərbaycana getmək istədilər. Anası darıxdı, ora getmək istəyirdi, bu səbəbdən də İran pasportu almaq məcburiyyətində qaldılar. İran səfirliyinə gedəndə Laçın adını qəbul etmədilər. Dedilər ki, başqa ad seçin. Biz qəbul etməyib xeyli müddət gözlədik, lakin bunlar getməkdə israrlı idilər deyə qızım özünə Sara adını seçdi...

- Demək molla rejimi bu cür mərhumiyyətlər yaşadır, ata-ananın ad arzusuna belə qarışırlar.

- Bəli. Biz bunu yaşamışıq, amma yaşamayanlar buna inanmırlar. Təsəvvür edin ki, fars düşüncə sistemində türkə hər zaman düşmənçilik edilib. Türkə qarşı içlərində görünür qorxu var, bu səbəbdən də tarix boyu belə olub. Biz də bunu xalqımıza çatdırmaq istəyirik. Biz İranda normal vətəndaş kimi yaşamaq istəyirdik, amma onlar bu imkanı bizə vermirdi, bizi aşağılayırdılar. Mən gedim İsveçdə universitetdə ana dili müəllimliyi oxudum. Bizim qrupda iranlılar da  vardı. Biz iki-üç nəfər türk idik, qalanlar müxtəlif millətlərin nümayəndələri idilər. Bizim qrupda türkiyəlilər, finlandlar, ərəblər vardı. Mən orada İran təhsil sistemindən danışanda ki, bizim durumumuz belədir çox adam inanmırdı. Məsələn, finlandlar inanmırdılar ki, necə ola bilər 40 milyonluq bir xalqın dili qadağandır, yasaqdır? Siz bizim problemi bilirsiz. Mən ad məsələsini təsadüfi demədim, çünki görsünlər ki, biz nə qədər əziyyət çəkmişik. Biz elə bir vəziyyətdə gəlib İsveçdə məskunlaşdıq. Biz o vaxt hələ Azərbaycan dilini yaxşı bilməmişik, danışıq dilini ata-anamızdan öyrənmişdik, amma ədəbi dili, yazmağı burada öyrəndik. Əlifbamızı öyrəndik. Sonra uşaq kitabları ilə tanış olduq, “Tülkü həccə gedir”, “Şəngülüm, Şüngülüm” Məngülüm” və başqa nağıllarımızı çətinliklə də olsa, uşaqlarımıza oxuduq. Burada Azərbaycan dilində siniflər təşkil etdik, uşaqlar ora ata-anaları ilə gəlirdilər. Orada dilimiz, nağıllarımız, musiqimiz öyrədilirdi. Fəaliyyətlərimiz cəmiyyət qurana qədər davam etdi. Biz o vaxt cəmiyyət qurduq. “Vətən” Cəmiyyəti ilə də əlaqəmiz oldu. Fəaliyyətimiz mədəniyyət sahəsində çox yüksək səviyyədə idi. O zaman Azərbaycandan bura gələn tanınmış müğənnilərin hamısı, siyasətçilərin əksəriyyəyti, bir sıra dövlət adamları da qonağımız olub. Azərbaycan hələ müstəqillik qazanmamışdan əvvəl rəhmətlik xalq şairi Bəxtiyar Vahabzadə və xalq yazıçısı Elçin bizdə qonaq olublar. Burada fəaliyyət çox geniş olub. 1988-ci ildə ermənilərin torpaqlarımızı işğal məsələsi başlayanda bizim çox önəmli bir sloqanımız vardı, isveçcə yazmışdıq: “Tehran, Moskva, Azərbaycandan çıx”. 1989-cu ildə İstanbulda bizi bir qurultaya çağırdılar. O zaman Xalq Cəbhəsi İstanbula tanışlığa gəlmişdi. Türk Dərnəkləri Birliyi adlı bir təşkilat qurultay keçirirdi, biz də orada idik. Oradan biz birinci dəfə İsveçə Azərbaycan bayrağını və kasetdə Azərbaycan himnini gətirdik. Birinci dəfə idi bayrağımızı görürdük, himnimizi eşidirdik. 1990-cı ildə biz burada 21 Azər Hərəkatının ildönümü münasibətilə bir tədbir keçirdik.

- 21 Azər Hərəkatı unudulmaz bir fəaliyyətlə yadda qalıb, onun ideyaları yaşamalıdır, gerçəkləşməlidir...

-  Maraqlı idi ki, biz tədbirdə bir tərəfdə Məhəmməd Əmin Rəsulzadənin, bir tərəfdə Seyid Cəfər Pişəvərinin şəkillərini asdıq, Azərbaycan bayrağını qoyduq. O mərasimi biz Azərbaycanın himni ilə açdıq. Ora 110 nəfər adam gəlmişdi. Belə fəaliyyətlərimiz davam etdi. Çox təəssüf ki, həmin dövrdə Azərbaycan torpaqları işğal olundu. Bu işğal bizi burada çox incitdi.

- Belə başa düşürük ki, mühacirətdə olduğunuz dövrdə həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycan uğrunda mücadilələr vermisiniz, Azərbaycan dövlətinin sueveren ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini və Cənubi azərbaycanlıların fars molla rejiminin təzyqi altında olduğunu yaşadığınız cəmiyyətə çatdırmısınız. Bu işi paralel aparmısınız. Səhv etmirik ki?

- Tamamiılə o cür olub. Biz bu işi paralel aparmışıq. Xalqımızın adət-ənənələrini də təbliğ etmişik. Beş il İsveçin qarlı günlərində ilin axır çərşənbəsini qeyd etmişik.

 Fevral ayı ən soyuq aylardan biridir, biz soyuğa, şaxtaya  baxmayaraq hər il Xocalı soyqırımı ilə bağlı şəhərin mərkəzinə toplaşmışıq, Ermənistana qarşı etiraz bəyanatları, tələblər səsləndirmişik. Bacardığımız qədər iş görmüşük. Fəaliyyətimiz həmişə bu cür olub. 1995-ci ildə Azərbaycan Federasiyasını yaratmaq üçün çox toplaşdıq, çox cəhdlər etdik. Nəhayət, 1998-ci ildə biz onu qurmağa nail olduq, məni başqan seçdilər. 1 il istisna olmaqla 1998-ci ildən 2008-ci ilə qədər  federasiyada təmsil olundum, idarə heyətində oldum. Dünya Azərbaycanlılarının I Qurultayında da iştirak etdik. Rəhmətlik Heydər Əliyevin çağırdığı qurultayı deyirəm. Sonra da cənab Prezidentin davam etdirdiyi qurultayların hamısında, eləcə də Şuşada keçirilən Zəfər qurultayında iştirak etmişəm. Birinci Qurultayın idarə heyətinə məni də seçmişdilər. Möhtəşəm Zəfər Qurultayının da xüsusi bir anlamı var. 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olundum.

- Güneydə baş verənlərə münasibətiniz necədir?

- Molla rejimi Azərbaycan türkünün olduğunu qəbul edir, amma eyni zamanda da “burda siz yoxsunuz” deyir. Bizi soyqırıma, boy qırıma uğratmaq istəyir. Bu həm Pəhləvi dövründə də belə olub, indi də belədir. Hər yerdə deyirəm: Əgər normal bir hakimiyyət olsaydı üç dövlət, bir millət demək olardı. Çünki həm Türkiyə, həm Şimali Azərbaycan, həm də Güney Azərbaycan. İranın içində 40 milyon türk yaşayır. Onlar ki, yüz ildir türk düşmənliyi sistemi qurublar, türk düşmənliyi də onların canından çıxmır. Biz orada heç bir hüquqa malik deyilik. Azərbaycan türkcəsi, bizim ilk haqqımız orada tapdalanır, o qadağandır, o yasaqdır.

- Molla rejimi 44 ildir ki, hakimiyyətdədir. Bu rejim nə üçün Azərbaycan türkcəsindən, Azərbaycan xalqının öz hüquqlarına qovuşmasından qorxur?

- Molla rejiminin qorxusu bizə qarşı düşmənlikdən irəli gəlir. Farslar özlərini “ən yüksək mədəniyyətli” adamlar bilirlər, başqa xalqları, o cümlədən də türkün var oluşunu qəbul etmirlər. Pəhləvi dövründən başlayan və bu gün də davam edən bir siyasətləri olub - dillə bizi məhv etmək. Fars dili ilə bizi öz dilimizdən tarixi keçmişimizdən, türklüyümüzdən ayırmaq istəyiblər. Türkiyənin, Qüzey Azərbaycanın var oluşu molla rejimini narahat edir.

- Sonuncu dəfə Güney Azərbaycana nə zaman getmisiniz?

- 40 ildir ki, Güney Azərbaycana getməmişəm. Anam dəfələrlə dedi ki, gəl səni bir görüm, nəinki sağlığında, hətta o rəhmətə gedəndə belə dəfninə gedə bilmədim...

- Ananız sizə, siz də ananıza həsrət qaldınız, görüşə bilmədiniz?

- Bəli. Təkcə mən deyiləm bu taleyi yaşayan. Mühacirətdə minlərlə insan var ki, səslərini çıxarmırlar, ata-anaları rəhmətə gedir, gedib onların qəbrinə bir dəstə gül qoya bilmirlər. Bu dəhşətli bir haldır, inanılmaz bir durumdur. Biz özümüz bu sözü deyəndə bəzən adam özü özünə inanmır. Belə bir şey olarmı? Nə yazıq elə bir sistem, elə bir durum var.

- Güney Azərbaycanla bağlı nə işlər görülür?

- Fəaliyyətimiz var, gəlişmə də var. Xaricdə 9 partiya yaranıb. Düzdür, hələ zəifdirlər, amma get-gedə daha da güclənəcəklər. Xaricdə də insan haqları ilə işləyən bir-iki təşkilatımız var. Biri “Ərk” təşkilatıdır ki, artıq BMT-də özünə yer tutub. Onun əsas işi Güney Azərbaycanda insan haqları ilə bağlıdır. Fəaliyyətlər davam edir. Bacardığımız qədər sözümüzü çatdıra bilmişik. Biz əvvəl Güney Azərbaycan deyəndə, İran sözünü deyəndə heç kəs bilmirdi, amma indi yavaş-yavaş tanıyırlar. Bunlar özləri istədikləri üçün “Kürdüstan” sözünü İsveçdə radioda səsləndirirlər. Kürd ölkəsi olmadan bunlar deyirlər. Amma Güney Azərbaycanı dilə gətirmək istəmirdilər, amma yavaş-yavaş məcbur olub adını çəkəcəklər.

- Mübarizəniz davam edir...

- Bəli. Biz bu sahədə daha da professional olmalıyıq. Bu içəri ilə daha çox bağlıdır (Güney Azərbaycanı nəzərdə tutur-İ.S). İçəridə olan hərəkat xaricdə də böyük əks-səda verir.

- Yurdun içi ilə əlaqələr varmı?

- Əlaqə gizli və məhdud şəkildədir. Çünki İranda soydaşlarımıza çox kəskin, ağır basqı var. İçəridə bir dənə partiya qura bilmirlər, siyasi fəaliyyətlər yoxdur. Bütün fəaliyyətlər gizlindir. Biz elə davranmalıyıq ki, bu təmaslardan rejim xəbər tutmasın. SMS göndərəndə belə ehtiyat edirsən. Amma bu belə davam edə bilməz, bu rejim dağılacaq, çökəcək...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ