Bazar ertəsi günü, 14 sentyabr 2026
     

40 ildir Güney həsrətlisi İsveçdən “Bakı-Xəbər”ə danışdı... - I yazı

Image


“Cənubi azərbaycanlı mühacirlər” rubrikasında dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla müsahibələr təqdim edirik. Budəfəki qonağımız İsveçdə mühacir həyatı yaşayan, 40 ildir Güney Azərbaycana gedə bilməyən ictimai-siyasi fəal, İsveçdəki Azərbaycan Federasiyasının sabiq rəhbəri Səttar Sayın Sevgindir.

Səttar bəy İsveçin Stokholm şəhərində yaşayır, onunla vatsap üzərindən söhbətləşdik. 40 ildir hər gün GüneyAzərbaycana qovuşmaq ümidi ilə yaşayır. Öz vətənində müəllim işləyib, ana dililimizin keşiyində dayanıb. Bu gün də yaşadığı İsveçdə bütöv Azərbaycan naminə mücadilə verir. Həyat hekayəsini Səttar bəyin özündən eşidək...

- Səttar bəy, sizi tanımaq istəyirik, xahiş edirik özünüz barədə məlumat verəsiniz. 

- 1958-ci ildə Qərbi Azərbaycanın Sayınqala şəhərində doğulmuşam. Orada Azərbaycanı Şərqi və Qərbi Azərbaycan adı altında əskidən iki yerə bölürdülər. İndi də o var. Təhsilimi Sayınqalada aldım. 6 il Güney Azərbaycanda ibtidai məktəbdə müəllim işlədim. İlkin gəncliyimdə Bakı həsərəti ilə yaşamışam, Azərbaycan-Azərbaycan deyib Azərbaycan radiosuna, “Bulaq” verilişinə çox qulaq asmışam. Biz Azərbaycan musiqisini dinləmişik, rəqslərinə, incəsənətinə valeh olmuşuq, amma o vaxtlar onları televizorda görə bilməmikik, amma görmək istəmişik. Bizim oralarda televor çəkmirdi, çünki bir az sərhəddən uzaqdır. Amma radio vsaitəsilə Şimali Azərbaycanla əlaqəmiz olub. Bakını özümüz üçün bir cənnət görmüşük, Bakı həsrəti ilə yaşamışıq.

- Siyasi proseslərə nə zaman qoşuldunuz?

- 1979-cu ildə İran İslam İnqilabı dövründə aktiv bir gənc kimi siyasətə qoşulmuşam. Müəllim olmağıma baxmayaraq, oradakı hərəkatlarda, siyasi proseslərdə yaxından iştirakım olub. Həm inqilabdan əvvəl, həm də inqilabdan sonra fəaliyyət göstərmişəm. İnqilabdan sonra elə bir vəziyyət yarandı ki, artıq siyasi rejim adamları ilə aramız açıldı, biz onlara siyasi müxalifət olduq. O zaman tam milli düşüncəli insanlar olmasaq da, ancaq dərdimiz “Azərbaycan, Azərbaycan, Azərbaycan” idi. Quzey Azərbaycanı sosialist sistemdə gördüyümüz üçün istər-istməz bir az o tərəfə axırdıq, musiqimizi sevirdik, gələnəklərimizi sevirdik. Biz İranda olan bir partiyanın Moskvanın əli ilə fəaliyyətdə oldğunu bildikdə ordan tamamilə qırıldıq və bütövlükdə milli hərəkata üz tutduq.

- Siz hansı partiyanı nəzərdə tutursunuz?

- İranda “Tudə” partiyası vardı. “Tudə” partiyasının Moskvanın, rusların əli ilə Azərbaycana etdiyi xəyanət bağışlanılmaz bir hadisədir.

- Nə ediblər ki?

- Demokratik Firqə 1945-ci ildə hakimiyyətə gəldi. O tarixi, yəqin ki, bilirsiniz.

- Bəli.

- O partiya 1945-ci ildən sonra Azərbaycan Demokrat Firqəsini öz içində əritməyə çalışıb, o bununla bizi firqədən uzaqlaşdırmaq məqsədi güdüb. 1979-cu ildə, mən də daxil olmaqla, bu inqilabı gənclər həyata keçirdi.

- Siz o zaman Şəriətmədarinin yanında idiniz?

- Yox, o dövrdə “Fədailər” dəstəsi vardı. Sosialist düşüncəli fədalilərin qrupu ilə fəaliyyətə başladıq. Sonra Şərtiətmədari məsələsi də Azərbaycanda olanda, çox təəssüf ki, “Fədailər” Şəriətmədarini dəstəkləmədilər. Təbrizdə radio işğal olunanda şəxsən mən Təbrizdə idim. Düzdür, biz radionu tutanlardan deyildik, ancaq Təbriz Radiosu tutuldu, Şəriətmədariçilər oranı aldılar. Ancaq gənc “Fədailər”, kommunistlər, sosialist düşüncəlilər onu dəstəkləmədilər. Bu məsələdə ən çox xəyanət edən “Tudeyilər” oldu. Yəni “Tudeyilər” bütün sol qrupun əksəriyyətini, o cümlədən də “Fədailər”in çoxunu  özləri ilə çəkib apardılar. “Əksəriyyət” deyilən bir qrup vardı, bu baxımdan insanları çəkib aparmaqda başarılı oldular. Bu da bizə bir zərbə vurdu. Amma bunun da bütün səbəbkarı qurulan molla rejimi idi. Rejim yeni qurulanda bir az açıqlıq yaratdı, qurumları, təşkilatları, partiyaları, şəxsləri - hamını tanıdı. Bizlər kitab satmaqla, musiqimizi yaymaqla məşğul olurduq. Biz o vaxt heç  zaman farsca da nə danışdıq, nə yazdıq. Amma bizə gələn nəşrlərin hamısı farsca idi. İlk dövrlər türkcə nəşrlər gəlirdi, amma molla rejimi hakim olandan sonra bir-bir dənləməyə başladı...

- Yəni qısa müddətdən sonra molla rejimi öz əsl simasını göstərməyə başladı...

- Bəli. Hakimiyyətə gəlmələrindən çox keçmədi, 3-4 ildən sonra əsl simalarını göstərdilər.Bir az ayaqları yer tutdu və bizə qarşı hərəkətə başladılar. Başlanğıcda da silahlı mübarizəyə etiqadları olanları və başqa qrupları bir-bir dənlədilər, “Tudə” partiyasını isə sona saxladılar.

- Səbəb nə idi?

- Çünki molla rejiminin əli ilə bizə qarşı çox “böyük işlər” gördülər, bu partiya onlara “xeyir” verdi. Ordunun içində də, başqa yerlərdə də onları axıra saxladılar. Mən orada bir neçə dəfə həbs olundum. Ən son dostlarımla birgə Sayınqalada zindanda olduğumuzda bir gecə bizi gözübağlı apardılar və gözümüzü açıb bizə televizya izlətdilər. O zaman zindanda  televizyaya baxmaq imkanları verilməzdi. Ancaq o gecə istisna idi.

- Sizə nə göstərdilər?

- Bir də gördük ki, “Tudə” partiyasının sədri Kəyanuri başda olmaqla bütün idarə heyəti orada oturub. Bütün tanınmış adamlar da tövbə etdilər ki, biz Moskvaya işləmişik, bütün hərəkətlər Moskvanın əli ilə olub, İranda casusluq işləri ilə məşğul olmuşuq və s. Bunu onlar deyirdilər. Bu sözləri onların dilindən eşidəndən sonra artıq bizim qol-qanadımız sındı...

- Siz molla rejiminin hansı təzyqlərini görmüsünüz?

- Məni müəllimlik vəzifəsindən çıxardılar. İran-İraq savaşında məcburi bir hal vardı, birincisi bizi zorla yardım yığmağa məcbur edirdi. İkincisi isə, mənim onlarla ixtilafım vardı. Bizə göstəriş vermişdilər ki, məktəbdə Azərbaycan türkcəsində danışmamalısınız, müəllimlər farsca danışmalıdır. Bu söhbət neçə il bundan əvvəlin söhbətidir. Sayınqalaya televizya gələndə mənə elə gəlir 12-13 yaşım vardı, o da çox yerdə tutmurdu.

Biz məktəbdə oxuyanda da dərslər farsca idi, amma müəllimlərimiz bizi başa sala bilmirdilər. Çünki məktəbə gedəndə biz farsca heç bilmirdik. Ona görə ki, ata-analarımız da bu dili bilmirdi, onlar türkcə danışırdılar. Farsca və türkcə tamamilə fərqli dildir. Mən özüm müəllim olduğum dövrdə də görürdüm ki, uşaqlar çox əziyyət çəkir. Uşaqlarla türkcə danışırdım. Molla rejimi də göstəroş vermişdi ki, müəllimlərin türkcə danışmaq ixtiyarı yoxdur. Axı, farsca uşaqlara bir şey öyrətmək mümkün deyildi. Orada hamı farscanı bilməyən insanlar idi. Həm ana dili məsələsi ilə bağlı, həm də molla rejimi ilə müxalif olduğum üçün işdən çıxarıldım. İşdən çıxarılandan sonra isə Sayınqalada yaşaya bilmədik. O vaxt bizi o şərtlə buraxdılar ki, hər həftə gəlib özünüzü bizə göstərməlisiniz. Tehrana yaxın Qəzvin adlı bir şəhər var, ora da türk şəhəridir. Gedib bir müddət orada işlədim ki, ailəmi dolandırım. O zaman evli idim. Məndən böyük qardaşım şah dönəmində problem yaşadığı üçün İranı tərk edib əvvəlcə Fllipinə getmişdi, orada da çətinliklə üzləşdi. Rejimlə işləyən, orada İran səfirliyi ilə işləyən fars düşüncəli adamlar ona problem yaşatdı. O rejimə müxalif olduğu üçün ona yardım göndərə bilmədik. Qardaşım yardım göndərirdi. BMT-nin yardımı ilə qardaşım İsveçə getdi.

- Siz mühacirətə nə vaxt getdiniz?

- Vəziyyətimiz ağır olduğu üçün İradan mühacirətə getmək zorunda idik. Ölkədən çıxıb getmək üçün yol axtarırdıq. Biz özümüzü Almaniyaya, ordan da İsveçə çatdırdıq. 1985-ci ilin mart ayında, bayram günündə İsveçə yetişdik. 1985-ci ildə İsveçdə yerləşdik...Xatirimdədir, biz İsveçə təzə yetişmişdik. Keçmişdəki “Tudeyilər”in hələ də qalıntıları var idi. Onlar gəlib bizi orada tapdılar.

- Necə qarşıladınız?

- Bizim çox qonaqpərvər olmağımıza baxmayaraq, onlara bir az pis üz göstərdim, soyuq davrandım. Gəlib bizdə oturdular, çay içdilər. Onlara əlaqəmizin olmayacağını dedim və o tarixdən də onlarla əlaqələrimizi qırdıq. Düzdür, əvvəlcədən qırmışdıq əlaqələri, amma onlar yenə də çalşırdılar bizi, xaricdə yaşayanları  öz sıralarına çəkələr və s. Biz ilk başlanğıcdan bunlarla müxalif olduq və Şimali Azərbaycanla əlaqəyə girdik.

- Bu əlaqəni necə yaratdınız?

- İlk əlaqəmiz 1985-ci ildə “Vətən” cəmiyyəti ilə oldu. “Vətən” Cəmiyyətini tapdım. O zamanlar xalq yazıçısı Elçin Əfəndiyev ona rəhbərlik edirdi. Onlardan qəzetlər, jurnallar, uşaq kitabları aldıq, əlifbanı öyrəndik. Böyük qardaşımın araçılığı ilə İsveçdə kiril əlifbasını öyrəndik, birinci sinif kitablarını oxuduq: “Tutu, topu at” və s...

Əlifbanı öyrəndik, öyrətdik. Mənim bir qızım Güney Azərbaycanda, Qəzvin şəhərində anadan olub. Bununla bağlı bir tarixcə danışmaq istəyirəm ki, siz molla rejiminin bizim xalqımıza qarşı nifrətini bir daha sezəsiniz...

- Buyurun.  

- Qızım anadan olmamışdan əvvəl artıq onun adını seçmişdik. Deyirdik ki, qız olarsa adını Şəlalə qoyacağıq.  Amma qız, ya da oğlan olduğunu bilmirdik. Gedib doğum haqqında şəhadətnamə aldığımız zaman bürpkratik əngəllə üzləşdik.

- Nə mənada?

- Qızıma Şəlalə adını qoymağa icazə vermədilər, dedilər başqa ad seçin. Bu tələbdən əsəbiləşdim, dava-dalaş edib çölə çıxdım, gözlədim. Biz üç qardaşıq, bizdən böyük qardaşımız çölə çıxıb dedi ki, məsələni həll etdim...Mən də sevindim ki, nə yaxşı istədiyim adı qəbul etdirdim. Mən onlara başa salmışdım ki, bu adın kökü ərəbcədəndir, sizin sözlükdə də var və s. Amma qəbul etmədilər. Qardaşım sənədi göstərəndə gördüm ki, qızıma başqa bir ad veriblər, Şəlalə yox, Şərarə. Şərarə sözünün də anlamı bambaşqadır. “Od parçası” deməkdir. Demək istəyirəm ki, biz qızıma rəsmi İran sənədində Şəlalə adını ala bilmədik, adı Şərarə qaldı. Sonra İsçevə gəldiyimizdə burada onun adını Şəlalə yazdırdıq. Demək istəyirəm ki, bizim övladlarımıza verdiyimiz adları da molla rejimi qəbul etmədi...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ