çərşənbə günü, 11 noyabr 2026
     

İrana qarşı “Oktopus doktrinası” işə düşdü...

Image


İranın strateji obyektlərinə dron hücumdan bir neçə gün keçsə də, dünya mediası hələ də hadisənin icraedicisinin axtarışındadır. Hücumun məqsədi kifayət qədər aydın olduğu üçün dünya ictimaiyyəti nəzərini İsrailə tərəf çevirib. İsrail özü isə bu haqda heç bir şərh vermir.

Bəs, İsraili bu hücumların müəllifi saymaq üçün hansı əsaslar var və bunun nəticələri necə ola bilər? Xatırladaq ki, yanvarın 29-na keçən gecə mərkəzi İsfahan əyalətindəki sursat istehsalı zavodu, Şərqi Azərbaycan əyalətindəki mühərrik yağı istehsalı zavodu, həmçinin, İranın qərbindəki Dizful şəhərindəki aviabaza vurulub. Tehran üç hücumdan ikisinin dəf edildiyini, üçüncü dronun isə "binanın damına cüzi ziyan vurduğunu" bildirir. Bununla belə, yağ zavodundakı yanğının görüntüləri və aviabazada baş verən partlayışların şahid ifadələri var. O ifadələr isə zərərin, əslində, çox bötyük olduğunu göstərir. Bu arada İsrail mediası, İran hakimiyyətinin bəyanatlarının əksinə olaraq, bütün zərbələrin hədəfə vurulduğunu iddia edir. Lakin bu, hücumun icraedicisinin İsrail olduğunun dolayı etirafı belə sayıla bilməz. Çünki jurnalistlər öz məqalələrində Qərb kəşfiyyat xidmətlərindəki mənbələrə istinad edir. “The New York Times” qəzeti adını açıqlamadığı mənbəyə istinadən, İsrail və ABŞ-ın İrana gecə zərbəsini müzakirə etdiyini yazır: “Bu müzakirədən isə hücumun arxasında İsrail kəşfiyyat xidməti MOSSAD-ın dayana biləcəyi iddia edilir”. Diqqət ona çəkilir ki, ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns İsrailə səfər edib, bazar gününə keçən gecə İranın hərbi obyektlərinə hücum baş verib. Bazar ertəsi günortadan sonra ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqdə bir sıra rəsmi görüşlər üçün İsrailə gəlib. Vaşinqton rəsmiləri ABŞ-ın İrana endirdiyi zərbələrlə heç bir əlaqələrinin olmadığını bildirirlər. Ümumiyyətlə, İranın hərbi obyektlərinə edilən hücuma Amerikanın reaksiyası olduqca qeyri-adidir. Aralarındakı qeyri-rəsmi anlaşmaya əsasən, İsrail irimiqyaslı hücumlar zamanı, xüsusən də söhbət İrandan və onun hərbi potensialından gedirsə, Vaşinqtonu planları barədə əvvəlcədən xəbərdar edir və ya ən azı əməliyyat bitdikdən sonra onu təsdiqləyir. Bu halda isə ya ABŞ Ağ Ev səviyyəsində neytral bir bəyanat verir, ya da şərh verməkdən çəkinir. İndiki halda dünya mətbuatının adını açıqlamadığı mənbələrə istinad etməsi və mənbələrin özlərinin də qeyri-müəyyən bəyanatları Vaşinqtonda bu hücumla bağlı məlumatın az olduğunu göstərir. Keçən ilin iyununda İsrail hökuməti İran məsələsində tam muxtariyyət hüququnu özündə saxlayan “Oktopus doktrinası” adlı fəaliyyət planını həyata keçirməyə başladığını açıqlamışdı. O dönəmki baş nazir Naftali Bennett bildirmişdi ki, oyunun yeni qaydalarına əsasən, bundan sonra düşmən tərəfinin birbaşa başını hədəf alacaqlar.

Yaxın Şərq regionunda İsraildən başqa İrana qarşı hərəkətə keçmək üçün motivləri və nəzəri imkanları olan yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Hərbi ekspertlər belə bir hücumun arxasında Səudiyyə Ərəbistanının dura biləcəyi ilə nəzəri cəhətdən razılaşır, lakin təcrübədə bunun mümkünlüyü ilə razı deyillər. Səudiyyə Ərəbistanının əvvəllər belə hücumlar etdiyi görünməyib, logistikanın mürəkkəbliyi və Səudiyyə kəşfiyyat xidmətlərinin imkanları nəzərə alınsa, bunu çətin ki, ərəb dövlətinin ayağına yazmaq mümkün olsun. Çünki 29 yanvar hücumu çox qüsursuz həyata keçirilib. İsrailli hərbi ekspert David Gendelman məsələni belə izah edir: “Belə bir əməliyyat dərin kəşfiyyat bacarığı tələb edir. Əgər onların pilotsuz təyyarələri həqiqətən də İran ərazisindən cəlb olunubsa, o zaman onlar partlayıcılarla birlikdə oraya çatdırılmalı idi. Ərazidə ya yerli əməkdaşlardan, ya təhkim olunmuş agentlərdən, ya da hər ikisindən nə etdiklərini bilən bir qrup olmalı idi". Mediada həmçinin belə fərziyyələr var ki, ola bilsin, amerikalı tərəfdaşlar İsraildən Ukraynaya Qərbin yardım kampaniyasına dəstək verməsini və Rusiyanın Ukrayna ərazilərini atəşə tutduğu “Şahed” dronlarının istehsalı üçün obyektləri sıradan çıxarmağı xahiş ediblər. Lakin ekspertlər bu versiyanı rədd edir. David Gendelmanın sözlərinə görə, İsrail dövləti və onun müdafiə ordusu Ukraynanın maraqlarını qorumaq məqsədi daşımır və bu səbəblərə görə genişmiqyaslı addımlar atmaz. Sadəcə olaraq, indiki məqamda İranın timsalında İsrail və Ukraynanın ortaq düşməni var. Yaxın gələcəkdə Rusiya İrandan əlavə "Şahed" dronlarının çatdırılmasını gözləyir. Lakin məlum hücumdan sonra bu çətin olacaq. İndi İsraili məlum hücumun arxasında onun dayandığına inanan İrandan hər hansı bir cavab gəlməsi ehtimalı narahat edir. Hətta belə olmadığı ortaya çıxsa belə. Yanvarın ortalarında İsrail Müdafiə Qüvvələri Baş Qərargahının yeni rəhbəri Herzi Halevi bildirib: "İsrail müdafiə qüvvələri yaxın və uzaq sərhədlərdə döyüşməyə hazır olacaq, biz ehtiyatlarımızı gücləndirəcəyik, döyüş ruhunu və peşəkarlığı qoruyacağıq". İsraildə qeyd edirlər ki, uzaq sərhədlər dedikdə o, İranın nüvə obyektlərini nəzərdə tutur. Bu fonda “Nurnyus” nəşri İranın Ali Milli Təhlükəsizlik Şurasının rəsmi saytına istinadən yazır ki, İrana dron hissələrini İraq Kürdüstanında yerləşən əksinqilabi təşkilatların nümayəndələri köçürüb, daha sonra isə dronlar İranda yığılıb. Məlumata görə, köçürmə İranın şimal-qərbindəki ucqar dağlıq ərazidən həyata keçirilib. Dron hissələrinin PKK-nın İran qolu vasitəsilə keçirildiyi ehtimal olunur. Qeyd edək ki, İran rəsmiləri zərbə endirən dronların İrandan qaldırıldığı haqda məlumat yaymışdılar.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ