çərşənbə günü, 11 noyabr 2026
     

Qərbi azərbaycanlılara hansı status müzakirə olunur...

Image


Qərbi azərbaycanlıların statusunun bərpası məsələsi aktuallaşıb. Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımız öz statuslarının geri qaytarılmasını gözləyir.  Məsələ artıq Milli Məcslisə də çıxarılacaq. 

Milli Məclisin yaz sessiyası müddətində Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması təklif edilib.

Trend-in məlumatına görə, bu təkliflə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentin plenar iclasında çıxış edib.

O qeyd edib ki, statusla bağlı qanunvericiliyə ediləcək dəyişikliklər Qərbi Azərbaycana qayıdış konsepsiyasına öz töhfəsini vermiş olacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yekun iclasında Qayıdış Konsepsiyası qəbul edilib.

Konsepsiyaya əsasən, indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların törəmələrinin öz vətənlərinə qayıtmaq hüququ var. İcma Azərbaycan Respublikasının və Qərbi azərbaycanlıların məskunlaşdığı digər dövlətlərin əhali reyestr xidmətlərinin yardımından istifadə edərək və müvafiq beynəlxalq metodologiya əsasında İcma üzvlərinin siyahıyaalınmasını həyata keçirəcək. Bu cür siyahıyaalınmada effektiv vasitələrdən birinin aidiyyəti şəxslərin özünü təqdim etməsi olduğu nəzərə alınaraq, onları bu addıma təşviq etmək üçün vətənindən qovulmanın ciddi hüquq pozuntusu olması barədə geniş informasiya kampaniyası aparılacaq və təhlükəsiz və ləyaqətlə geri qayıtmaq yanaşmasının mahiyyəti geniş ictimaiyyətə izah ediləcək.

Qərbi azərbaycanlılara nə kimi status veriləcək?

  • Aydın Quliyev: “İnsan hüquqları uğrunda mübarizə aparan toplum" olduqlarının tanıdılması çox vacibdir”

Qeyd edək ki, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Qərbi azərbaycanlılara “hüquqları uğrunda mübarizə aparan toplum” beynəlxalq statusu...” məqaləsində hesab edir ki, Qərbi azərbaycanlılara BMT-də hüquqları uğrunda mübarizə aparan toplum statusunun verilməsi də məqsədəuyğun olardı: “...Məlumdur ki, Qərbi azərbaycanlıların qayıdışı çoxpilləli və üzün prosesdir. Onun uğurlu həllinə, yəni indiki Ermənistandakı ata-baba torpaqlarına beynəlxalq təhlükəsizlik mexanizmlərinin müdafiəsi altında qayıdış anlarına qədər bəzi məsələlərin beynəlxalq hüquqi müstəvidə qərarlaşması vacibdir. Məsələn, Qərbi azərbaycanlıların təqdim olunmuş rəsmi adlı siyahısı əsasında onlara "qaçqın" statusunun verilməsi əhəmiyyətli və mümkündür.

Yaxud, müstəmləkə dövründə öz azadlığı və müstəqilliyi uğrunda vuruşan xalqlara BMT-nin "döyüşən xalqlar" statusu tanıması kimi praktika var idi. Məsələn, Fələstin Azadlıq Təşkilatı müəyyən bir dövr bu status altında fəaliyyət göstərdi və tanındı. Unutmayaq ki, Qərbi azərbaycanlılar öz tarixi torpaqlarında dövlət qurmaq kimi məqsəd qoymasalar da, öz insan hüquqlarından kütləvi məhrum edilmiş böyük toplumdur. İcmanın öz insan hüquqları uğrunda mübarizəsinin statuslaşdırılması, yəni hüquqi terminlərə uyğun ad verilməsi indi əsas vəzifəmiz olmalıdır. Yəni özünün "İnsan hüquqları uğrunda mübarizə aparan toplum" olduqlarının tanıdılması çox vacibdir”.

A.Quliyev qeyd edir ki, bu sahədə beynəlxalq təcrübə var və onu tətbiq etmək mümkündür.

  • Əziz Ələkbərov: “Qərbi azərbaycanlıların qaçqınlıq statusu ləğv edilməyib, durur, bu, “Vətəndaşlıq Haqqında” Qanunda da öz əksini tapıb”

Konkret olaraq söhbətin hansı statusdan getdiyini öyrənmək üçün isə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərovla əlaqə saxladıq. Ə.Ələkbərov “Bakı-Xəbər”ə bildirdi ki, Qərbi azərbaycanlıların statusu ləğv edilməyib. “Bu məsələ müzakirə zamanı məlum ola bilər. Ümumiyyətlə, Qərbi azərbaycanlıların qaçqınlıq statusu ləğv edilməyib, durur, bu, “Vətəndaşlıq Haqqında” Qanunda da öz əksini tapıb. Bu qanunda açıq şəkildə yazılıb ki, 1988-1992-ci illərdə indiki Ermənistandan (Qərbi Azərbaycandan) gələn qaçqınlara Azərbaycan vətəndaşlığı verilir, lakin onların qaçqınlıq statusu qalır, onlar geriyə öz vətənlərinə qayıtmaq hüququnu saxlayırlar. Götürüb “Vətəndaşlıq Haqqında” Qanuna baxa bilərsiniz.  Sadəcə olaraq, reallıq yaranıbdı, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul olunub və qayıdış konsepsiyasına uyğun olaraq ola bilər ki, müəyyən dəyişikliyə ehtiyac olsun. Mən bu məsələnin müzakirəyə çıxarılmasının tərəfdarıyam. Onu səsləndirmişəm”.

Ə.Ələkbərovun sözlərinə görə, məsələ Milli Məclisdə müzakirəyə çıxarlarkən ictimaiyyətdən gələn bütün təkliflərə diqqət  yetiriləcək. “Əgər Milli Məclisdə bu məsələ müzakirəyə çıxarılacaqsa, bu barədə parlament qərar verəcək. İctimaiyyət tərəfindən verilən bütün təkliflər bizim tərəfimizdən toplanıb, toplanır və təbii ki, nəzərə alınır. Biz təkliflərə açığıq və təklifləri qəbul edirik, ümumiləşdiririk, sistemləşdiririk...

2001-ci ilə qədər Qərbi azərbaycanlılar bütün vergi güzəştlərindən və kommunal ödənişlərdən azad edilib. Həmin ilin 1 yanvar tarixinə kimi bütün güzəştlər qalırdı. Statusla güzəştləri qarışdırmaq olmaz. Onu da deyim, Heydər Əliyevin 2001-ci ildə fərmanı var və o fərmanda göstərilir ki, qaçqınların statusu saxlanılır. Bu gün də qaçqınların bir neçə güzəştləri var. Təhsil güzəştləri var, ev alanda notarius xərcindən azad olmaq güzəşti var... Düzdür, burada kommunal güzəştlər yoxdur. Amma bir-iki detal var. Demək status var ki, güzəştlər də mövcuddur”-deyə Ə.Ələkbərov bildirdi.

Aytəkin KƏRİMLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ