çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistan BMT məhkəməsinin “mina qərarının” icrasına məcbur edilə bilərmi...

Image


Yanvarın 31-də Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə açıq dinləmələr keçirilib.

Bu barədə mətbuata Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bu dinləmələr Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki ərazilərində minaların və partlayıcı tələlərin qəsdən yerləşdirilməsinin davam etməsi nəticəsində “artan itkilərin qarşısını almaq üçün təcili tədbirlər görmək” məqsədilə Azərbaycanın Məhkəməyə 4 yanvar 2023-cü il tarixli ikinci müraciəti ilə əlaqədar təşkil olunub. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra böyük əksəriyyəti mülki şəxslər, o cümlədən 3 jurnalist olmuş 282 nəfər azərbaycanlı mina və ya digər partlayıcı qurğuların qurbanı olub. 

Azərbaycanın müraciətində Ermənistan tərəfindən 2021-ci ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş məlumatlara zidd olaraq və hətta 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanata əsasən bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəldikdən sonra belə, Azərbaycan ərazisində minalar yerləşdirməyə davam etdiyini göstərən yeni sübutlar əks olunub. Azərbaycanda 2022-ci ilin avqustundan etibarən 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar edilib. Ermənistanın davranışı İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın və digər beynəlxalq qanunlar üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır. 

Azərbaycan ərazisinə qeyri-qanuni olaraq gətirilmiş bu minaların 1600-ü, həmçinin mina tələlər Ermənistanın etnik təmizləmə kampaniyası və Azərbaycan ərazilərinin qanunsuz işğalı nəticəsində 30 il əvvəl azərbaycanlıların qovulduğu mülki ərazilərə basdırılaraq, bu məcburi köçkün ailələrinin və icmaların öz evlərinə geri qayıtmasının qarşısını alıb.

Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan yaratmaq məqsədilə Azərbaycanın Laçın və Kəlbəcər rayonlarının və əvvəllər işğal olunmuş digər rayonlarının azərbaycanlı mülki şəxslərin qayıdacaqları şəhər, kənd və digər ərazilərində minaların, mina tələləri və hər hansı bir digər partlayıcı qurğuların yeri, miqdarı, növü və xüsusiyyətləri barədə məlumat verməklə Azərbaycanın operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməni həyata keçirməsi istiqamətində Ermənistan tərəfindən dərhal bütün lazımi addımlar atılması Beynəlxalq Ədalət Məhkəməsindən sorğu edilib. 

Azərbaycan, həmçinin, Laçın yolundan istifadə də daxil olmaqla, bununla kifayətlənməyərək, Azərbaycan ərazisində azərbaycanlı mülki vətəndaşların qayıdacaqları bu ərazilərdə mina və mina tələləri basdırmaq və ya onlara sponsorluq etmək və ya onların yerləşdirilməsini dəstəkləmək üçün hər hansı növbəti səyləri dərhal dayandırması və bundan imtina etməsi ilə bağlı Ermənistana göstərişin verilməsini məhkəmədən xahiş edib.

Bundan əvvəl, 7 dekabr 2021-ci il tarixində Məhkəmə Ermənistanın davam edən İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozuntularına qarşı qorunmaq üçün müvəqqəti tədbirlər haqqında Azərbaycanın ilk sorğusunu təmin edərək, azərbaycanlılara qarşı yönəlmiş irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi Ermənistana tapşırmışdı.

Burada iki məsələ var. Onlardan biri Azərbaycanın qaldırdığı minalar məsələsidir ki, bunun üzərində ictimai müzakirə bitib. Növbəti mərhələdə məhkəmənin açıq iclasında problmə baxılacaq. 2021-ci ildə də BMT Ermənistana tapşırıq müəyyən edən qərar qəbul edib. Söhbət Ermənistanda ayrıseçkilik, nifrət kimi məsələlərin təbliğinin dayandırılması barədə qərardan gedir.

Minalar məsələsi ilə bağlı dinləmələr bitib və növbəti prosesdə BMT məhkəməsi qətnamə qəbul edəcəksə, Ermənistanı bu qətnamələrin icrasına necə məcbur etmək olar?

  • “Beynəlxalq məhkəmənin əlində kifayət qədər mexanizmlər, rıçaqlar var ki, bunlar vasitəsilə Ermənistana təsir etmək mümkündür”

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Beynəlxalq Ədalət Məhkəməsi həm Ermənistanın illərdir nümayiş etdirdiyi irqi ayrıseçkilik davarışlarına, həm də Azərbaycana qarşı mina terroruna obyektiv yanaşmalı və bu ölkəni lazımı şəkildə cəzalandırmalıdır. “Düzdür, Beynəlxalq Ədalət Məhkəməsinin qəbul edəcəyi qərarlar hüquqi prosedurdur. Beynəlxalq hüquq baxımından bu məsələ araşdırılmalı və şərh edilməlidir. Amma hüquqi baxışla yanaşı, buna siyasi baxışın olması da vacibdir.

Reallıq belədir ki,  Ermənistan tərəfi Azərbaycanın mülki ərazilərində minalar və partlayıcı tələlər quraşdırıb, özü də bunu qəsdən ediblər. Bu ölkənin terror əməlləri davam edir”.

M.Göyüşlü qeyd etdi ki, torpaqlarımız işğalda olduğu dövrdə BMT Təhülkəsizlik Şurasının çıxardığı 4 qətnamə, eləcə də başqa beynəlxalq qurumların çıxardığı qərarlar siyasi mahiyyət daşıyır. O qeyd etdi ki, bu sənədlərdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaldılması məsələsi əks olunsa da, bunlar ermənilər tərəfindən icra olunmadı: “Bu sənədlərdə əks olunan məsələlərin heç biri Ermənistan tərəfindən icra olunmadı, əksinə, öz cinayətkar əməllərini daha da genişləndirdi. Təəssüflər olsun ki, o vaxtlar Ermənistan bu qərarların icrasına məcbur edilmədi və ona qarşı məcbuertmə mexanimi tətbiq olunmadı. Beynəlxalq təşkilatların da kifayət qədər imkanı var idi ki, Ermənistanı buna məcbur etsin, amma etmədi.

Hesab edirəm ki, Beynəlxalq Ədalət Məhkəməsinin növbəti mərhələdə Ermənistana qarşı qətnamə qəbul edərsə bu yaxşı hal olar. Düşünürəm ki, prosesə  baxn mütəxəssislər, hakimlər vicdanlarının və həqiqətin diqtəsinə qulaq asarlarsa, həm Ermənistana qarşı sərt qərar qəbul edilə, həm də bu ölkə qəbul edilən qətnamənin icrasına məcbur oluna bilər. Şübhəsiz, beynəlxalq məhkəmənin əlində kifayət qədər mexanizmlər, rıçaqlar var ki, bunlar vasitəsilə Ermənistana təsir etmək mümkündür. Məhkəmə Ermənistanın Azərbaycana qarşı mina terroruna ədalətli, beynəlxalq hüquqa uyğun şəkildə baxarsa, bizim xeyrimizə qətnamə qəbul edə bilər. Bütün hər şey məhkəmənin əlindədir. Əgər ermənipərəst mövqe olmazsa, ədalətli yanaşma olarsa Ermənistanı buna məcbur etmək olar. Burada həm ədalətli qərar çıxarılması, həm də beynəlxalq ictimaiyyətin obyektiv siyasi iradəsi olmalıdır. Beynəlxalq Ədalət Məhkəməsinə təsir imkanı olan aparıcı ölklərin obyektiv rəyi olarsa ədalətli qərar qəbul edilməsi və Ermənistanın cəzalandırılması mümkündür. Azərbaycanın tələbləri yerinə yetirilməlidir. Azərbaycan bütün danılmaz faktları bu məhkəməyə təqdim edib və onlar da buna ədalətli yanaşmalıdır. Biz xalq olar Ermənistanın mina terrorundan ciddi əziyyət çəkirik. Əlbəttə, Ermənistan qurduğu mina tələlərinə, mina terroruna görə cavab verməlidir. Amma mənim BMT-nin Ədalət Məhkəməsinin Ermənistan əleyhinə qərar çıxaracağına inamım zəifdir. Fikrimcə, əgər çıxarsa da belə, Ermənistanın bunu icra etməyə məcbur edilməsinə inamım tam deyil. Çünki biz Qərb ölkələrinin Azərbaycanın haqq işinə laqeyd münasibətini görmüşük. Bu baxımdan inamım zəifdir. Əgər məhkəmə qərar qəbul edərsə, Ermənistan bunu icra etməzsə, onda gərək Azərbaycan özü məcburetmə mexanizmini işə sala, bu ölkəni icraya məcbur edə. Yaxud da Beynəlxalq Ədalət Məhkəməsi ədalətli qərar çıxararsa bundan biz siyasi təsir vasitəsi kimi istifadə edə bilərik”-deyə M.Göyüşlü vurğuladı.

Leyla QARAXANLI   




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ