çərşənbə günü, 11 noyabr 2026
     

İrana dron zərbələri rejimin devrilməsini tezləşdirəcək...

Image


Məlum olduğu kimi, cari il yanvarın 29-na keçən gecə naməlum dronlar İsfahanda İran Müdafiə Nazirliyinin obyektlərindən birinə hücum edib. Daha sonra Azərşəhr şəhərində fabrikdə yanğın və Kərəcdə partlayışlar qeydə alınıb. Tehran hücumlarda və hərbi əməliyyatlarda rəsmi olaraq İsraili günahlandırıb. Lakin İsrail bunu təsdiq etmir.

Mövcud vəziyyətdə İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini bildirib ki, Tehran İsfahandakı hərbi zavoda hücumu cavabsız qoymayacaq. Meşkini Ukrayna prezidentinin müşaviri Mixail Podolyakın Kiyevin hücumda iştirakı ilə bağlı eyhamını da şərh edib: “Onlar gözlənilməz heç nə deməyiblər. Ukrayna hakimiyyətinin Qərbin hegemonluğu ilə uzlaşan mövqe tutması bizim üçün sürpriz deyil”. Qeyd edək ki, hələ ötən il dekabrın 24-də Podolyak İranın dron zavodlarına zərbə endirməyə çağırmışdı. O bəyan etmişdi ki, İran Rusiyaya raket və PUA-ların tədarükünü artırmağı planlaşdırır və beynəlxalq sanksiyalar institutunu həyasızcasına aşağılayır. Ukrayna hesab edir ki, İran Rusiyaya “Şahid-136” və “Mühacir-6” pilotsuz təyyarələri verir. Mövcud vəziyyətdə  təhlilçilər deyirlər ki, İrandakı hərbi obyektə İsrailin endirdiyi güman edilən dron hücumu Tehranın qarşısını almaq üçün yeni cəhddir. Çünki BMT-nin Atom Enerjisi Agentliyinin (BAEA) məlumatına görə, İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış və sonradan Donald Tramp administrasiyasının birtərəfli qaydada çıxdığı nüvə razılaşmasını bərpa etmək cəhdləri nəticə vermədikdə, Tehran bir neçə nüvə silahı düzəltməyə yetəcək qədər zənginləşmiş uran toplayıb. İran eyni zamanda Rusiya ilə hərbi bağlarını gücləndirib. İranın Rusiya ordusunu, Ukraynada apardığı müharibədə istifadə üçün döyüş dronları ilə təchiz etdiyi bildirilir. ABŞ-ın kəşfiyyat dəyərləndirmələrində deyilir ki, İran Moskvaya güclü ballistik raketlər də göndərmiş ola bilər. O da xatırlanır ki, ötən il İranın daxilində bir çox insident baş verib. Onların arasında sabotaj və kiberhücumlar, İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin, alim və mühəndislərin qətlləri də var. Tehran bu insidentlərin bir qisminə görə İsraili günahlandırıb. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun qonaq təqaüdçüsü Həmidrza Əzizi bildirir: “Ötən ilədək İsrailin önləmə strategiyasının iki əsas aspekti var idi: quru və hava konvoylarını hədəfə almaqla İranın silah və avadanlığının Suriya və Livana transferinin qarşısını almaq və İranın nüvə alimləri və müəssisələrini hədəfləməklə onun nüvə proqramını pozmaq”.
Tehran həm Suriya prezidenti Bəşər əl-Əsədin, həm də Livanın “Hizbullah” silahlı qruplaşmasının aktiv dəstəkçisidir. Əzizi qeyd edir ki, İsrail son bir neçə ayda İranın daxilində nüvə deyil, hərbi obyektləri hücuma məruz qoyub. Onun sözlərinə görə, bu, İsrailin İranla bağlı siyasətində üçüncü elementin meydana gəlməsindən xəbər verir: “Görünür, bu hücumlar İslam Respublikasının müasir raket və dronlar istehsalını sabotaj etməyə yönəlib”.
ABŞ mətbuatı adını çəkmədiyi amerikalı kəşfiyyat rəsmilərinə istinadən İsfahandakı hərbi obyektə hücumun arxasında İsrailin olduğunu yazıb. Həmin obyektdə raket tədqiqat və istehsal mərkəzi yerləşirdi. Pentaqon bu hücumda iştirakı olmadığını bildirib. Hərbi obyektə vurulmuş zərərin həcmi açıqlanmayıb. İranın Müdafiə Nazirliyi bildirib ki, emalatxanadakı partlayış yalnız az həcmdə zərər vurub və ölüm hallarına səbəb olmayıb. Sosial mediada paylaşılan videolarda ərazidəki partlayış görüntülənib. Hücum Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uillyam Börnsün İsrailə səfərinin ardınca baş verib. Daha öncə isə ABŞ Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivan İsrailə səfər etmişdi. ABŞ Dövlət Katibi Entoni Blinken yanvarın 30-da İsrailə səfəri zamanı müxbirlərə İsrailin yeni sağçı hökuməti ilə İranın regionda və onun xaricində sabitliyi pozucu fəaliyyətinə qarşı əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı danışıqlar apardığını deyib. Onu da bildirək ki, Tehran hücuma görə suçlamanı dərhal səsləndirməyib. Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahian deyib ki, “qorxaqcasına dron hücumunun” məqsədi İslam respublikası daxilində təhlükəsizliyi pozmaq olub. Hücum hökumət əleyhinə etirazların amansızlıqla yatırılmasından dolayı İranın Qərb dövlətləri ilə əlaqələrinin daha da pisləşməsi və Rusiya ilə əməkdaşlığının güclənməsi fonunda baş verib. İran Rusiyaya dronlar göndərdiyini etiraf etsə də, bunu Moskvanın Ukraynaya hücuma başlamasından öncə etdiyini bildirir. Ukraynada İran dronları vurulub yerə salınsa da, Moskva Ukraynada İran dronlarından istifadə etdiyini danıb. Həmidrza Əzizi isə deyir ki, İranın eyni miqyasda cavab vermək qabiliyyəti yoxdur: “Güman ki, İsrail bunu bilir və buna görə də bu hücumları davam etdirir”. Ancaq Əzizi həm də əlavə edib ki, İslam Respublikası həm daxildən, həm də xaricdən güclü təzyiqlər səbəbindən cavab verməməyin onun mövcudluğu üçün daha böyük təhlükə olması qənaətinə gələ bilər: “Hələ ora çatmamışıq, ancaq risq var və o get-gedə daha real hala gəlir”. Keçmişdə İran İsrailə məxsus gəmilərə dron zərbələri endirməklə və İsrailin infrastrukturuna kiberhücumlar təşkil etməklə cavab verib. Ötən il İran İraqın şimalındakı Ərbil şəhərinə raket zərbəsinə görə məsuliyyəti öz üzərinə götürmüşdü. Tehran burada İsrailə məxsus “strateji mərkəzi” vurduğunu iddia etmişdi.  Amma indi vəziyyət dəyişib. Rusiyalı politoloq və şərqşünas Mixail Şereşevski qeyd edir ki, İrana xaricdən edilən hücumlar daxili müxalifətə rejimi sarsıtmağa kömək edə bilər, müasir şəraitdə bu mümkündür. Amma bu hücumların gedişatından çox şey asılıdır: “Burada xaricdən hansı növ zərbələrin olacağı, hücumların mülki əhaliyə ziyan vurub-vurmaması çox mühümdür. İsraillilər və ya amerikalılar SEPAH-ın qərargahını məhv edərlərsə, bu yaxşı, zərbələrdən yaşayış məhəllələri, şəhərlər təsirlənirsə, bu, tamam başqa nəticəyə gətirib çıxarar. Bundan əlavə, İran daxilində kürd, bəluc və ya ərəb kimi ayrı-ayrı silahlı qruplar var. Onlar bu zərbələrdən öz məqsədləri üçün istifadə edə bilərlər”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ