çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistan Qafqazı yenə savaşın astanasına gətirdi...

Image


Avropa İttifaqı (Aİ) missiyasının Ermənistana gəlişi ilə bağlı Rusiya İrəvana kifayət qədər sərt xəbərdarlıq edib. Kreml açıq mətnlə bildirib ki, bu, regionda geosiyasi qarşıdurmanın daha da kəskinləşməsinə, sabitliyə ciddi təhdid yarada bilər. lakin İrəvan hələ də bu xəbərdarlıqdan lazımi nəticələr çıxarmır. Erməni siyasi texnoloq Vigen Akopyan vurğulayır ki, bu hal Ermənistana baha başa gələcək.

Onun fikrincə, Aİ-nin Ermənistana missiya göndərməsi ilə bağlı Rusiya indiyədək görünməmiş sərt bəyanatla çıxış edib: “Bu xəbərdarlıqdır və görünür, sonuncu xəbərdarlıqdır”. Ekspertin sözlərinə görə, Dövlət Departamentinin Moskvanın bəyanatına cavab verməsi, ABŞ-ın sülhməramlılarla heç bir əlaqəsinin olmadığını, başqa məsələlərdə iştirak etməyə hazırlaşdığını bildirməsi təsadüfi deyil. Akopyan qeyd edib ki, bu, ABŞ-ın Rusiyanın çağırışını qəbul etdiyini göstərir: “Ermənistan ərazisi bilavasitə geosiyasi toqquşmalar meydanına çevrilir. Ermənistan hakimiyyəti ölkəni tədricən Suriyaya çevirdi, artıq bizdən çox şey asılı ola bilməz. Döyüşlər sözün əsl mənasında Ermənistan ərazisində baş verə bilər”. Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov qeyd edir ki, 2022-ci ilə qədər Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ məsələsi Rusiya ilə Qərbin əməkdaşlıq etdiyi postsovet məkanında yeganə unikal məqam idi: “Bu ona görə baş verdi ki, Ermənistan-Azərbaycan münaqişəsi NATO-nun genişlənməsi kontekstində nəzərdən keçirilmədi və Qərbdə Rusiya revizionizmi kimi qiymətləndirilmədi. Qərb mətbuatı xəbərlərində sülhməramlı missiyadan və Rusiyanın sərhədlərin demarkasiyası, delimitasiyası ilə bağlı gördüyü böyük işdən ümumiyyətlə bəhs edilmir. Amma artıq vəziyyət dəyişib. Aydındır ki, Ukrayna istiqamətində, eləcə də sanksiyaların artması, Qərblə dayanmadan qarşıdurma şəraitində olan Rusiya Türkiyə və Azərbaycandan çox asılıdır. Rusiya əlavə problemlər istəmir, yumşaq reaksiya verməlidir. Bu mənada biz Ermənistan cəmiyyətində böyük gözləntilər görürük. Fransa birdən Ermənistanın ümidinə çevrilir. Makronun Ermənistanı dəstəklədiyi sosial şəbəkələrdə 5-10 paylaşım etməsi vəziyyəti dəyişmir. Erməniər bunu bilməlidirlər”. Məhz bunlar fonunda Beynəlxalq Böhran Qrupu ermənilər üzündən Qafqazda yenidən müharibənin alovlana biləcəyinə dair növbəti dəfə xəbərdarlıq edib.Qurum bildirir: “Avropa İttifaqı 2023-cü ilin yanvarında Ermənistan-Azərbaycan sərhədinə yeni missiya göndərəcəyini açıqlayıb. Ötən ilin sentyabrında 300-dək hərbçinin ölümü ilə nəticələnmiş sərhəd toqquşmaları yüksək səviyyəli diplomatiya sayəsində irimiqyaslı müharibəyə çevrilmədi. Ancaq hazırda sülh danışıqları axsayır, Bakı daha güclü hərbi mövqedədir və buna görə də toqquşmaların yenidən başlaması risqi yüksəkdir”. “Ermənistanla Azərbaycan arasında yeni müharibənin qarşısını necə almalı” adlı hesabatda deyilir ki, daha bir müharibə nəhəng insan itkiləri ilə sonuclanar, Aİ, Rusiya və ABŞ-ın regionda gərginliyi azaltmaq niyyətinə zərbə vurar, onsuz da təlatümlü Avrasiyada sabitsizliyi gücləndirər. Qurum qeyd edir ki, Rəsmi Bakı Aİ-nin sərhəd missiyasına qarşı çıxıb, bunun öncədən razılaşdırılmadığını əsas gətirib: “Bu səbəbdən Brüssel Bakının bu missiya ilə əməkdaşlığına nail olmalı, sərhədin digər tərəfinə çıxış əldə olunmalı, mümkün olarsa, Rusiya sərhədçiləri ilə missiya arasında əlaqə yaradılmalıdır. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də, Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb. Ötən ilin oktyabrından dekabrınadək Azərbaycan-Ermənistan sərhədinə Aİ-nin iki aylıq missiyası yerləşdirilib. Amma Azərbaycanın daha böyük hərbi üstünlüyü şəraitində, Rusiyanın diqqətinin Ukraynadakı müharibəyə qarışdığı bir vaxtda Bakının danışıqlardan təngə gələrək yeni cəbhə boyunca irəliləməyəcəyinə səbəb azdır. Bu isə iki ölkəni böyük insan itkisilə sonuclana biləcək müharibəyə sürükləyə bilər”.

Beynəlxalq Böhran Qrupu Qarabağın taleyinin danışıqlarda əsas məsələ olaraq qaldığını qeyd edir: “İrəvan Qarabağ sakinləri üçün xüsusi hüquqlar və qoruma tələb edir. Bakı isə onların statusunu daxili məsələ sayır, ikitərəfli müzakirəsinə qarşı çıxır. Danışıqlarda digər mübahisəli məsələlər “Soyuq müharibə” bitəndən bəri heç vaxt tam demarkasiya olunmayan sərhədlər, Ermənistanın cənubundan Azərbaycanın Naxçıvan eksklavına keçməsini nəzərdə tutan nəqliyyat dəhlizi ilə bağlıdır. Azərbaycan bu yola Zəngəzur dəhlizi deyir, Ermənistan isə suveren ərazisindən heç bir ölkəyə dəhliz verməyəcəyini bildirir. Bu vəziyyətdə tərəflər arasında yeni toqquşma ehtimalı hər kəsi düşündürsə də, sentyabr sərhəd toqquşmalarının elə həmin xətt boyunca yenidən baş verməsinə əsaslı risq var. Bakı öz tərəfinə hərbi güc və inam toplayır. Ermənistan isə 2020-ci il münaqişəsindən sonra silah ehtiyatlarını yenidən doldurmağa çalışır, bu arada onun ənənəvi təhlükəsizlik tərəfdaşı Rusiya silah-sursatını Ukraynadakı müharibəyə yönəldir. Rusiya sülhməramlıları və sərhədçilər də toqquşmaları effektli önləyə bilməyiblər: Onlar 2022-ci ildə Azərbaycanın irəliləməsini dayandıra bilmədilər. Moskva isə aydın şəkildə dedi ki, Bakını, yaxud müttəfiqi Ankaranı özündən uzaqlaşdırmaq istəmir. Belə vəziyyətdə İrəvan KTMT, Bakı isə ATƏT-in müşahidə missiyasını rədd edib. Aİ isə Ermənistanın dəstəyilə missiyanı elan elədi. Ancaq Bakı əməkdaşlıq etməsə, missiyanın sərhəd zonasının müəyyən ərazilərinə, eləcə də Azərbaycan ərazisinə çıxışı olmayacaq. Hazırda Rusiyanın Ukraynadakı müharibəsinə sinə gərən qitədə daha bir müharibə təhdidi çox realdır. Tezliklə Cənubi Qafqazda qar əriyəcək, yeni əməliyyatlara yol açılacaq. Yeni döyüş başlamamışdan Brüssel missiyasını yerləşdirməlidir”. Bundan əvvəl isə Azərbaycan Aİ-nin sərhəd missiyası ilə bağlı bildirib ki, qurum tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir. Bakı hesab edir ki, Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir. Xatırladaq ki, rəsmi Bakı, iki aylıq missiyadan fərqli olaraq, bu missiyanı təsdiqləməyib. Ermənistanın ABŞ-dakı səfirinin keçmiş müavini Armen Xarazyan isə qeyd edir ki, Rusiya mümkün yeni savaşda neytral qalsa, İrəvanı daha böyük problemlər gözləyir: “Ermənistan Rusiyanı dəvət etməli və məsələləri sivil şəkildə müzakirə etməlidir. Amma Ermənistan imkan verməməlidir ki, Rusiya Ermənistanın sərhədlərində Aİ-nin hansı missiyasını yerləşdirməsinə qərar versin”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ