çərşənbə günü, 11 noyabr 2026
     

Qərbi Azərbaycan İcması böyük hədəflərə doğru ilk beynəlxalq təsirli addımı atdı... - MÜSAHİBƏ

Image


Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.

Bu barədə mətbuata icmadan məlumat verilib. Müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrıseçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

Bildirilib ki, müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur: “Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Bu uğur icmamızı sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmaq istiqamətində səylərini davam etdirməyə daha da ruhlandırır. Qərbi Azərbaycan İcması qeyd edilən müraciətin yayılmasına şərait yaratmasına görə BMT-nin katibliyinə təşəkkür edir”.

Bu sənədin BMT-nin əsas dillərində, bu qurumun üç mühüm strukturunun - BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının adından, özü də 6 mühüm bəndi altında yayılması çox müsbət haldır. Qeyd olunduğu kimi,  sənəd silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrıseçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

  • “Bu sənədin yayılması qərbi azərbaycanlıların problemlərinin beynəlxalq səviyyəsdə ictimailəşdirilməsi baxımından böyük perspektivə malikdir”

Məsələ ilə bağlı tədqiqatçı-alim Nazir Əhmədlinin fikirlərini öyrəndik...

- Nazir müəllim, Qərbi Azərbaycan icmasının beynəlxalq ictimaiyyətə müraciətinin BMT-nin üç mühüm qurumunun sənədi olaraq yayılmasının əhəmiyyəti nədir?

- Bu müraciətin BMT-nin üç mühüm qurumunun sənədi kimi yayılmasını, beynəlxalq ictimiayyətə bu şəkildə çatdırılmasını çox yüksək qiymətləndirirəm. Bunun əhəmiyyəti çox böyükdür. Qərbi Azərbaycandan deportasiya olan azərbaycanlıların səsi, nəhayət ki, yüksək tribunalardan, BMT-dən eşidilməyə başlayıbsa, bunu yalnız müsbət dəyərləndirmək olar. Əvvəlki tarixə nəzər salaq, Çar Rusiyasının işğalından sonra tədricən azərbaycanlıları ordan sıxışdırdılar, 1828-ci ildə İrandan və Türkiyədən gətirilən ermənilərin hesabına milli etnik tərkibdəki balansı dəyişdilər. Azərbaycanlıların bir vaxtlar böyük üstünlüyə malik olduğu bir ölkədə azlıqda qaldılar. Zaman-zaman erməniləri ora gətirməklə kifayətlənməyib, 1918-ci ildə daşnak Andronikin terrorçu, qatil dəstəsi orada qanlı qırğınlar törədib, ölən ölüb, yaralanan yaralanıb, yurdundan perik düşən də perik düşmüşdü. Daşnaklar mənim doğulduğum Dərələyəz mahalında, Zəngəzurda, bir sözlə, hər yerdə qanlı qırğınlar törədiblər. Camaat öz yurdundan didərgin düşdü. Sovet hökuməti qurulandan sonra yurdundan didərgin düşənlərin, hamısı olmasa da, müəyyən hissəsi qayıda bildi. Onları da 1948-1953-cü illərdə deportasiya etdilər. Öz vətənlərində qalan azərbaycanlıların qalanı da 1988-1991-ci illərdə deportasiyaya məruz qaldı. Deportasiya edilənlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirirlər. Amma rəsmi statistikaya görə, 165 min azərbaycanlını əsrlər boyu yaşadığı, tarixi vətənləri olan  Qərbi Azərbaycandan sıxışdırıb çıxardılar, didərgin saldılar. Qərbi Azərbaycan İcmasının yaradılmasını 2022-ci ilin ən böyük hadisələrindən biri hesab edirəm. İcmanın yaradılması qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıtması üçün ideoloji və təşkilati işlərlə məşğuldur. Bu müraciətin BMT-nin üç mühüm təşkilatının rəsmi sənədi kimi yayılması icmanın əldə etdiyi ilk beynəlxalq nəticədir. Bunu da çox  yüksək qiymətləndirirəm.

- Belə demək olarmı ki, icma artıq hədəfinə doğru irəliləyir?

- İnanıram ki, vaxt gələcək, doğrudan da Qərbi Azərbaycan İcması qarşıya qoyduğu hədəfə yetişə biləcək, qərbi azərbaycanlılar öz doğma yurd-yuvalarına dönə biləcəklər.

-  Bu sənəd BMT-nin aparıcı dillərində-ingilis, fransız, rus, çin, ərəb və ispan dillərində yayılıb. Onun bu dillərdə yayılmasının əhəmiyyəti barədə nə demək olar? Biz bununla bu məsələni beynəlxalq aləmə tam çatdıra biləcəyikmi?

- Bildiyiniz kimi, BMT-nin 6 işlək dili var. Bu sənədin də sözügedən dillərdə yayılmasının məsələnin beynəlxalq aləmin diqqətinə çatdırılmasında çox mühüm rolu olacaq. Bu, qərbi azərbaycanlıların problemlərinin beynəlxalq aləmə çatdırılması baxımından çox mühümdür. Bu həm də Qərbi Azərbaycan İcmasının qaşıya qoyulan vəzifələrin öhdəsindən gəldiyini göstərir. Bu icmanın  operativ işləməsinin göstəricisidir ki, onun beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin üç mühüm qurumu adından, bu təşkilatın 6 mühüm dilində yayılıb. Təbii ki, BMT-nin üç qurumu adından yayılan sənəd vasitəsilə dünya ictimaiyyəti, beynəlxalq aləm bu müraciətdən xəbər tutacaq və problemin əsl mahiyyətini başa düşəcəklər. Çünki bu, geniş auditoriyası olan dillərdə yayılıb. Bəlkə də bu məsələdə gecikmişik, gecikmiş olsaq da belə, əsas odur ki, ilk böyük addım atılıb. Bu müraciət öz müsbət nəticəsini mütləq verəcək. Yaxşı haldır ki, BMT-nin bütün işlək dillərində sənəd yayılıb. Necə deyərlər, davamı gəlsin.

- Artıq dünya ictimaiyyəti yavaş-yavaş məlumat alacaq ki, Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından ermənilər tərəfindən qovulublar, başları hər cür müsibətlər çəkib...

- Bəli. Bilirsiz ki, Qərbi Azərbaycanda qalan torpaqlarımızın Azərbaycan türklərinə məxsus olduğunu sübut edən və Ermənistanın milli arxivində saxlanılan sənədlərin nəşri ilə məşğulam. Kameral təsvir adlanan o sənədlər bir növ həmin ərazilərin pasportudur, bir növ tapu sənədidir, çıxarışıdır. Orada müxtəlif dövrlərdə, xüsusən də 1831-ci ildə qeydə alınan azərbaycanlı və erməni millətindən olanların hamısı adbaad göstərilir...Bu sənədlərdə açıq şəkildə ermənilərin sayının çox az olduğu əks olunub, sonradan İrandan və Türkiyədən erməniləri kütləvi olaraq köçürüb gətiriblər, amma yenə də milli üstünlük Azərbaycan türklərinin xeyrinə olub. Zaman-zaman bu proses davam edib. Dediyim kimi, azərbaycanlıları deportasiya etməklə, qırğınlara, soyqırımlara məruz qoymaqla bu cür faciəvi sonluq meydana gəldi. Qərbi Azərbaycan İcmasının yaradılması, onun dövlət tərəfindən dəstəklənməsi çox müsbət haldır. Eyni zamanda da icmanın bu müraciətinin BMT tərəfindən yayılması alqışa layiqdir. Biz xalq olaraq, ictimaiyyət, tədqiqatçılar olaraq bu işə töhfəmizi verməliyik ki, bu iş uğurla nəticələnsin.

- Müraciət BMT-nin əsas orqanların gündəliyinin - silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrıseçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Buna münasibətiniz necədir?

- Bu sənəddə müxtəlif bəndlərin yer alması da çox müsbətdir və bunun da əhəmiyyəti böyükdür. Bu bəndlərin hamısının ayrı-ayrılıqda sənəddə əks olunması onu göstərir ki, erməni vəhşiliyi, erməni vandalizmi, bizə qarşı törətdiyi deportasiya və soyqırım cinayətləri ifşa olunur. Bunlar hamısı öz adı ilə təqdim olunub.

Hesab edirəm ki, sənəddə bu bəndlərin əks olunmasında bizim aidiyyəti qurumların, dövlət orqanlarının da xüsusi rolu olub. Məsələnin bu şəkildə BMT-yə çıxarılmasında hökumət üzvlərinin, Xarici İşlər Nazirliyinin də rolu olub. Onlar bu işdə Qərbi Azərbaycan İcmasına dəstək verirlər. Bunu yüksək qiymətləndiririk. Əlbəttə, bu işdə hökumətin köməyi olmasa bu mərtəbələrə gəlib çata bilməzdik. Qərbi azərbaycanlıların probleminin BMT səviyyəsinə qaldırılması, onun üç qurumu tərəfindən səsləndirilməsi çox böyük uğurdan xəbər verir.

- Bütövlükdə, BMT səviyyəsində gündəmə gətirilməsi, səsləndirilməsi bu problemin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından nə kimi perspektiv açır? 

- Bütün işlərin hamısı informasiyadan başlayır. Biz beynəlxalq ictimaiyyətə öz dərdimizi, problemimizi çatdırmalıyıq ki, dünya insanları da bizim probelmlərimizi bilsin. Dünyada 7 milyarddan artıq  insan yaşayır. Dünyanın da çox ölkələrdə baş verənlərdən xəbəri yoxdur. Bizə elə gəlir ki, 30 ildir Ermənistanla münaqişədəyik, dünyanın da bundan xəbəri var. Xeyr, bu belə deyil. Dünya üçün Azərbaycan da, Qafqaz regionu da kiçik bir ərazidir, onlar hər şeydən xəbər tutmaya bilər. Amma biz dünya ictimaiyyətini məlumatlandırmalıyıq. Məsələnin birinci mərhələsində dünya ictimaiyyətini  məlumatlandırmalıyıq ki, belə bir məsələ var.

Dəfələrlə demişəm ki, o torpaqların Azərbaycan türklərinə məxsus olduğunu təsdiq edən bütün əsərlər xarici dillərə, ən azı ingilis dilinə tərcümə olunub Azərbaycandakı xarici ölkə səfirliklərinə verilməlidir və Azərbaycanın xaricdəki səfirlikləri vasistəsilə dünya ictimaiyyətinə çatdırılmalıdır. İkinci mərhələdə artıq bu işin izahı, təbliğatı, mahiyyəti dünya ictimaiyyətinə çatdırılmalıdır. Üçüncü mərhələ isə Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışını təşkil etməkdir. Bizim beynəlxalq ictimaiyyətə verdiyimiz informasiya işin birinci mərhələsidir. Bundan sonrakı mərhələlər də, fikrimcə, hökumətin düzgün yönləndirməsi, dəstəyi ilə İcma tərəfindən uğurla həyata keçiriləcək. Bu, zaman tələb edən bir məsələdir. İnanıram ki, bu sənədin yayılması Qərbi azərbaycanlıların problemlərinin beynəlxalq səviyyəsdə ictimailəşdirilməsi baxımından böyük perspektivə malikdir. Bu, işin beynəlxalq ictimiyyətin diqqətinə çatdırılması, ayrı-ayrı  ölkədə gündəmə gətirilməsi, tanıdılması üçün imkanlar açır. Bu işin uğuruna, işıqlı sonluğuna inanıram.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ