çərşənbə günü, 11 noyabr 2026
     

Molla rejimi bir yandan, zəlzələ digər yandan Xoy azərbaycanlılarından qisas alır...

Image


Güney Azərbaycanın Xoy şəhərində zəlzələdən zərər çəkən soydaşlarımızın vəziyyəti çox acınacaqlıdır. Zəlzələdən əziyyət çəkən, ev-eşiyini itirən, soyuqda, şaxtada evsiz-eşiksiz, ac-sussuz qalan soydaşlarımızın taleyi ilə molla rejimi qətiyyən maraqlanmır. Zəlzələ nəticəsində evləri tarımar olan soydaşlarımız küçələrdə yaşamağa məcbur olub.

Bəziləri çadırlara sığınsalar da, böyük əksəriyyəti sığınacaqsız vəziyyətdədir. Bir tərəfdən soyuq, bir tərəfdən aclıq soydaşlarımızı əldən salıb, uşaqların vəziyyəti də çox acınacaqlıdır. Soydaşlarımızın molla rejiminə səslənməsinə baxmayaraq heç bir tədbir görmür. Hətta Güney Azərbaycandan olan məşhur kinorejissor Məhəmməd Əlimuradi Xoyda zəlzələdən əziyyət çəkən əhalinin vəziyyəti ilə maraqlanıb və rejim rəsmilərini modul tipli sığınacaqlar quraşdırmağa çağırıb. Azad İran teleqram kanalında yayılan görüntülərə görə, Xoy şəhərinin Var kəndində zəlzələ nəticəsində evsiz-eşiksiz qalan insanların vəziyyəti ürək dağlayır. Hazırda çarəsiz soydaşlarımız şaxtalı qış günlərində küçələrdə qalmağa məhkum olub. Azad İran yazır ki, molla rejimi zəlzələdən əziyyət çəkən soydaşlarımıza ögey münasubət göstərir. Bu azmış kimi mollalar özlərini elə göstərirlər ki, guya soydaşlarımızın “qayğısına” qalırlar, amma heç bir tədbir görmürlər.

Azərbaycan xalqına qarşı düşmən münasibət göstərən molla rejimi soydaşlarımızı acınacaqlı vəziyyətdə qoymaqla onlardan qisas alır. Molla rejimi soydaşlarımızı çörəklə imtahana çəkir, onlardan qisas alır. Hətta Azad İranda belə bir görüntü yayılıb ki, Xoy əhalisi çörək və ərzaqdan ötrü Qızıl Aypara Cəmiyyətinin binasına hücum edib. Təbii, bu, mollaların Azərbaycan türklərinə münasibətinin göstəricisidir.

  • “İran öz vətəndaşlarına sahiblik hissini itirmişdir”

“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, molla rejiminin soydaşlarımıza qarşı tutduğu mövqe qəbuledilməzdir. “Bütün dövrlərdə İran-fars dövlətinin yerli Azərbaycan türklərinə münasibəti həmişə bəlli bir aqressiya, quldarlıq təfəkkürü ilə müşayiət olunub. Eyni zamanda 1828-ci ildən başlayaraq, davamlı şəkildə İran Cənubi Azərbaycanda müstəmləkə siyasəti yürüdür, soydaşlarımıza qul kimi yanaşır. Bu düşmənçilik siyasəti təkcə dil, mədəniyyət, təhsil qadağaları ilə bitməyib, çoxsaylı xüsusi qətliamlarla sonuclanıb. İranda Rza şah Pəhləvi tərəfindən həyata keçirilən 1925-ci il çevrilişindən sonra basqılar daha da güclənib və qanuniləşib. Ölkədə istər rəsmi, istərsə də ictimai həyatda türk dilindən istifadə qadağan edilib. Bütövlükdə, İranda soydaşlarımızın milli kimlik, dil, təhsil və bununla yanaşı sosial haqları işğal olunub. Yəni cənublu soydaşlarımızın daim hərtərəfli təzyiq altında saxlanılması İran siyasətinin təməl prinsiplərindəndir desək, daha doğru olar. Bu gün İranın Azərbaycan  xalqına münasibətində faşizm əlamətlərinin olduğu bütün dünyaya bəllidir.

Tarixdən məlumdur ki, İranın bu basqılarının əsasını soydaşlarımızın zaman-zaman alovlanan azadlıq duyğularının yaratdığı qorxu təşkil edir. Və indiki proseslər o istiqamətfdə gedir ki, 40 milyonluq bir türk toplumunun azadlıq arzusu və haqqı mütləq bərpa olunacaq. İranda Azərbaycan milli kimliyinə, dilinə mədəniyyətinə  tətbiq edilən qadağaları saxlamaq mümkün deyil. İkinci Qarabağ müharibəsi İranın Azərbaycana qarşı bir sıra gizli planlarının üstünü açdı. Bundan sonra İran düşmənçilik siyasətini aşkar surətdə aparmağa başladı”. D.Osmanlı vurğuladı ki, Azərbaycan torpaqlarını işğaldan azad etdiyi 44 günlük müharibə zamanı da İran Ermənistana dəstəyi ilə əsl riyakar düşmənçilik niyyətini göstərmiş oldu.

“Bu günlərdə Tehranda səfirliyimizə qarşı törədilən terror hadisəsi də İran xüsusi xidmət orqanlarının planları ilə baş tutub. İranda Azərbaycanın diplomatik korpusuna qarşı əvvəllər də müxtəlif xarakterli təhdidlər olub, bu haqda İrana müraciətlər olunub. Buna baxmayaraq, İran dövləti bu təhdidlərin qarşısının alınması istiqamətində heç bir tədbir görməyib. Nəticədə isə növbəti terror aktına imkan yaradılıb.

İranın şimal-qərbində Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən zəlzələnin nəticələrinə İran fars-molla rejiminin laqeyd münasibəti də məhz soydaşlarımıza qarşı ayrıseçkiliyin təzahürüdür. Dağıntılar zamanı həlak olanlar, xeyli sayda yaralananlar, evsiz-eşiksiz qalanlar vardır. İnsanların durumuna elektrik kəsilməsi və qar yağması da mənfi təsir göstərir. Cənublu soydaşlarımızın media orqanlarına verdikləri məlumatlara görə, güclü zəlzələ nəticəsində dağılan Xoy bölgəsinə dövlət orqanları heç bir yardım göstərmir. Şaxtalı qış günlərində bölgədə baş verən təbii fəlakətdən zərər çəkən əhaliyə yardım edən yoxdur.

Görünür ki, İran öz vətəndaşlarına sahiblik hissini itirmişdir. Ona görə də təbii fəlakətə məruz qalan və öz dövlətindən dəstək əvəzinə yalnız laqeydlik, təhdid və təzyiq görən cənublu soydaşlarımızın ümidləri beynəlxalq aləmdən gözlədiyi yardımlaradır. Baş verən olaylara rəğmən, yenə də İran Azərbaycana, Azərbaycan insanına qarşı məkrini davam etdirməkdədir.

Beynəlxalq aləmdən təcrid şəraitdə yaşayan İran hazırkı şəraitdə öz vətəndaşlarını konstitusion hüquqlarından təcrid olunmuş vəziyyətində saxlayır. Hətta İran hakimiyyəti başqa dövlətlərlə ikitərəfli münasibətlərdə belə səmimiyyət nümayiş etdirə bilmir. Adını müsəlman dövləti adlandırıb, anti-müsəlman, anti-Azərbaycan siyasəti ilə bütün islami dəyərləri tapdamaqla, rüsvay etməklə məşğuldur. Gerçəkdə Ermənistanla işbirliyi qurur, ona hərtərəfli dəstək verir, birgə iqtisadi layihələr həyata keçirir. Qarabağın işğaldan azad edilməsi də onu bərk narahat edir. Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına hər cür yardım göstərdiyini gördük. Qələbəmizdən sonra da İran erməni terrorçu qüvvələrə silah-sursat və başqa yardımları dayandırmadı, əksinə, ölkəmizi hədələyici fəaliyyətlər göstərdi.

Azərbaycanın  isə siyasəti bəllidir, həmişə öz soydaşlarına qarşı sahiblik münasibəti göstərib, onların qayğılarını diqqətdə saxlayıb və belə də davam edəcək.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir” - deyə müsahibimiz bildirdi.

Leyıa QARAXANLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ