çərşənbə günü, 11 noyabr 2026
     

Qərbi azərbaycanlılar vətənə dönür, toponimlər bərpa edilir - dövlətçilik tariximizin silinməz səhifəsi…

Image


Qədim dövlətçilik ənənəsinə malik olan Azərbaycanın ərazisi çox geniş olub. İndiki Ermənistan da daxil olmaqla, hazırda qonşu olduğumuz bir çox ölkələr Azərbaycan torpaqlarına sahibləniblər. Çox zaman bir söz işlədilir ki, Azərbaycan dünyada yeganə dövlətdir ki, öz tarixi torpaqları ilə həmsərhəddir. Düşündürücü faktdır. Qədim tarixə, zəngin mədəniyyətə, unikal adət-ənənəyə malik olan Azərbaycan xalqı tarixdə özünəməxsus izlər qoyub.

Qərbi Azərbaycan ərazisində xalqımız çox zəngin mədəniyyət yaratmaqla yanaşı, burada həm də zəngin toponimlərə, yer-yurd, dağ-çay, ərazi adlarına sahibdir. Qərbi Azərbaycan toponimləri ermənilər tərəfindən total şəkildə saxtalaşdırmaya məruz qalsalar da, onların hər birinin adı, mənşəyi barədə məlumatlar tarixi mənbələrdə, arxivlərdə, xəritələrdə, elmi-tədqiqat əsərlərində mövcud olduğu üçün onları yenidən bərpa etmək tam mümkündür. Onu da vurğulayaq ki, artıq müvafiq qurumlarda bərpa prosesinə başlanılıb.

Hazırda Qərbi Azərbaycan türkləri öz ata-baba yurdlarına Böyük Qayıdışa hazırlaşırlar. Hər kəs o gözəl günü həstətlə gözləyir ki, bircə qayıdış vaş versin, onlar öz uçmuş, viran qalmış evlərinə, sönmüş ocaqlarına sahib çıxsınlar.

  • Qərbi Azərbaycan toponimlərinin bərpası gündəmdə…

Məlum olduğu kimi, artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib və soydaşlarımızın geridönüşünün reallaşmasına az qalıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib ki, Qərbi Azərbaycana Qayıdış böyük bir prosesdir. “Buna beynəlxalq zəmanətlə yanaşı, Ermənistan dövlətinin də təminatı lazımdır. Sonuncu deportasiya zamanı o ərazilərdən qovulmuş soydaşlarımızın əksəriyyətinin bölgələrdəki evi, əmlakı, mülki əvəzi ödənilmədən əllərindən alınıb. Ona görə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında həmin soydaşlarımızın mülkiyyət hüququnun bərpa olunması məsələsi qoyulub. Eyni zamanda, onların torpaq sahələrinin icmalara qaytarılması məsələsi konsepsiyada öz əksini tapıb ki, Qərbi Azərbaycan İcması olaraq biz təkcə bu köçürülmə prosesində fəal iştirak etməklə işimizi bitmiş hesab etməyəcəyik. Soydaşlarımız həmin ərazilərə qayıtdıqdan sonra da Qərbi Azərbaycan İcması olaraq fəaliyyətimizi davam etdirəcəyik - təbii ki, beynəlxalq təşkilatlarla, o ərazidə yerləşən, yəni, Qərbi Azərbaycan İcmasının etibar etdiyi dövlətin sülhyaratma missiyası ilə bir yerdə. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə bir yerdə vətəndaşlarımızın həmin ərazidə təhlükəsiz yaşaması məsələsi həll olunmalıdır”.

Ə.Ələkbərli vurğulayıb ki, son 200 ildə soydaşlarımız etnik təmizləmələrə, deportasiyalara, soyqırımlara məruz qalaraq həmin coğrafiyalardan zorla köçürüldükdən, çıxarıldıqdan sonra bu ərazilərdəki Azərbaycan izləri ermənilər tərəfindən silinib, məhv edilib. “Toponimlərimiz dəyişdirilib, abidələrimiz saxtalaşdırılıb, məhv edilib. Bu ərazilərdəki tarixi-mədəni abidələrimizin vəziyyəti dəyərləndirilməlidir. Onların bərpası məsələsi gündəmə gəlməlidir. Hansı ərazilərə ki, soydaşlarımız köçürüləcək, o ərazilərin toponimlərinin geri qaytarılması, Azərbaycan adlarının bərpa olunması məsələsi də Qayıdış Konsepsiyasında öz əksini tapıb”-deyə icma rəhbəri vurğulayıb.

  • “Toponimlərin bərpası işi çox vacib və zəruridir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının içində qədim oğuz-türk toponimlərinin bərpası ilə bağlı məsələyə yer verilməsi müsbət haldır. Q.Hacıyev qeyd etdi ki, ermənilər 195 il bundan əvvəl bizim torpaqlara köçürüldükdən sonra Çar Rusiyanın “xeyir-duası” ilə burada kök salmağa başlayıblar. O, vurğuladı ki, bundan sonra tədricən Azərbaycan türklərinin tarixi ərazilərində milli toponimlərimiz tədricən erməniləşdirməyə başlanılıb. Professor Hacıyevin sözlərinə görə, Çar Rusiyası dövründə kəndlərimizə, şəhərlərimizə Çar ailəsi üzvlərinin, çarın həyat yoldaşının adı verilirdi, nəticədə isə həmin kəndin, mahalın tarixi adı qəsdən aradan çıxarılırdı. O, bildirdi ki, o vaxt xeyli yerlərin adları dəyişmişdi. Çar Rusiyasından sonra isə bu saxtalaşdırma işinə ermənilərin daha geniş şəkildə qoşulduğunu deyən Q.Hacıyevin sözlərinə görə, ermənilər həm Sovet dövründə, həm də ondan sonra bütün toponimlərimizin adlarını dəyişdirməyə çalışıblar və buna 1988-ci ildən sonra tam nail olublar: “Toponim hər bir xalqın o ərazidə qədimliyini təsdiqləyən amildir. Qərbi Azərbaycanda minlərlə, onminlərlə toponimlər olub ki, onların adları, etmologiyası Azərbaycan-türk tarixi ilə bağlı olub. Bu toponimlərə bizim ulu babalarımız, əcdadlarımız ad qoyublar.  1988-ci ildən sonra ermənilər bizim toponimləri tam olaraq saxtalaşdırıblar, onları qondarma adlarla əvəzləyiblər. Çox təəssüf ki, onların bu saxtakarlığına bizdən başqa reaksiya verən olmayıb. Bu gün artıq vəziyyət başqadır. Söhbət soydaşlarımızın yenidən öz tarixi ərazisinə, Qərbi Azərbaycana qayıdışından gedir. Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib və burada geriqayıdışın bütün detalları öz əksini tapıb. Əlbəttə, toponimlərin bərpası işi çox vacib və zəruridir. Bu çox əhəmiyyətlidir. Əslində, o toponimlərin hər birinin adı var, bilinir. Bu gün elmi-tədqiqat institutlarında xüsusi şöbələr yaradılıb, onların əsas işlərindən biri Qərbi Azərbaycan toponimlərinin bərpası ilə bağlıdır. Hesab eidrəm ki, bərpa prosesi çətin olmayacaq, çünki dediyim kimi, bütün adlar var, toponimlər dəyişdirilsə də, onların tarixi adları unudulmayıb. Soydaşlarımız öz kəndlərinə, ev-eşiklərinə döndükdən sonra yaşadıqları ərazidə olan bütün milli toponimlər öz adları ilə olacaq və bunlar xəritələrdə milli adlarla qeyd ediləcək. Çünki sənədlər, sübutlar, kitablar var.

Toponimlərin bərpası ilə bağlı cənab Prezidentin də tövsiyələri var. Əlbəttə, Prezident də dəfələrlə deyib ki, tarixi ərazilərimiz öz tarixi adları ilə ifadə olunmalıdır və bu adlar rəsmən bərpa olunur. Proses gedir, Qərbi Azərbaycan İcmasının bu işi təqdirəlaydir. Hesab edirəm ki, proses uğurla başa çatacaq” - deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ