çərşənbə günü, 11 noyabr 2026
     

Müzəffər orduya qarşı "erməni axçilər ordusu"...

Image


Ermənistan hökumətinin qadınların orduda iştirakını hədəfləyən tamamilə yeni könüllü hərbi xidmət institutunun yaradılmasını planlaşdırması bu ölkənin özündə geniş müzakirə, eyni zamanda ciddi tənqid hədəinə çevrilib. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələdə geri çəkilmək niyyətlərinin olmadığını bildirib.

O, ölkə ordusunun yaranma günü ilə bağlı etdiyi müraciətində qeyd edib ki, qadınların orduda iştirakı daha geniş miqyasda təmin ediləcək. Paşinyan ordunun professionallığı üçün hökumətin genişmiqyaslı addımlar atdığını vurğulayıb. Orduda başlanan islahatlara toxunan baş nazir, bundan başqa, indiyə qədər ehtiyatda olan hərbçilərlə bağlı üçaylıq yığımların da 25 günə endirilməsi ilə bağlı proseslərin getdiyini bildirib. O, ordunun müasir silahlarla təchiz olunması ilə bağlı addımların da atıldığını qeyd edib: “Ordumuzu müasir silah və texnika ilə təchiz etmək üçün tədbirlər görürük, imkan daxilində yerli istehsalçıları həvəsləndirməyə çalışırıq”. Paşinyan fikirlərinə 2023-cü il üçün müdafiə büdcəsinin 2018-ci illə müqayisədə 2 dəfədən çox artırıldığını da əlavə edib. Ordu islahatlarının elə də rəvan getmədiyini deyən Paşynyana görə, qeyri-sabit təhlükəsizlik mühiti özü ilə bəzən kobud qanun pozuntularına səbəb olan yeni hallar da gətirir. Bu fonda ordunun şəxsi heyətlə təmini üçün qadınlardan istifadə də artıq əsas hədəflərdən birinə çevrilib. Daha əvvəl Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan da bildirmişdi ki, Ermənistanda qadınların hərbi xidmətə cəlb olunması üçün qanun layihəsi hazırlanır. Sarkisyanın sözlərinə görə, qadınlar üçün hərbi xidmət yalnız könüllü olacaq. Nazirlik rəsmisi onu da əlavə edib ki, söhbət silahlı qüvvələrin döyüş hazırlığının artırılmasından gedir və qanun layihəsi hazır olduqdan sonra ictimaiyyətin müzakirəsinə veriləcək: “Biz qadınların müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə fəallığından ilham aldıq. Müdafiə Nazirliyi tərəfindən qadınlar üçün atıcılıq kursları təşkil olunub və nəticələr müdafiə idarəsinin rəhbərliyini xoş mənada təəccübləndirib. Bu və digər amilləri nəzərə alaraq, müvafiq qanunvericilik təşəbbüslərinin müzakirəsinə başlamaq qərara alınıb”.  “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko məsələ ilə bağlı olduqca maraqlı açıqlamalar verib. Onu sözlərinə görə, Nikol Paşinyanın qadınları orduya cəlb etmək qərarı kifayət qədər mübahisəli məsələdir. O bildirib ki, qadınların orduya cəlbində bəzi məsələlər açıqdır: “Əvvəla, necə? Döyüş, arxa cəbhə, yoxsa dəstək mövqeləri üçün? Snayperlər – dünyada heç bir ordu onları əsir götürmür. Tibb işçisi – daha normaldır. Rabitə mərkəzində telefon operatorları - icazə verilir. İkincisi, kişilər haradadır? Qoşunlardakı çatışmazlığı ilk növbədə qadınların yox, kişilərin hesabına tamamlamaq məntiqlidir. Üçüncüsü, qadınların hərbi hissələrdə xidmət etməsi üçün müvafiq yaşayış və digər şərait yaradılmalıdır. Yanğın nəticəsində erməni hərbçilərin kütləvi şəkildə ölməsi ilə bağlı son faciəli hadisə onu göstərdi ki, Ermənistan ordusunda, yumşaq desək, xidmət şəraitinin yaxşılaşması yalnız arzu ola bilər. Və ən başlıcası: İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması perspektivləri hələ də xülyadır, sərhədlər delimitasiya olunmayıb, Paşinyan üçtərəfli bəyanatı və ondan sonrakı razılaşmaları yerinə yetirmək istəmir. Yəni yeni toqquşmaların mümkün perspektivi daha böyükdür. Belə bir şəraitdə Ermənistan hökumətinin qadınların orduda xidmət etməsi ilə bağlı qərarı hərbi-siyasi populizm aktı kimi görünür”.

Məsələ ilə bağlı “Euarsianet” portalı yazır ki, tənqidlərə baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrində qadınların rolunu əhəmiyyətli dərəcədə artırmaqda israrlıdır: “Artıq müvafiq qanun layihəsi hazırlanır. Qanun layihəsi Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində məğlubiyyətə uğratdığı və daim təlatümlər içərisində olan erməni ordusunun yenidən təşkilinin bir hissəsidir. Daha çox qadının orduya cəlb edilməsi Ermənistanda qeyri-müəyyən təhlükəsizlik vəziyyəti şəraitində silahlı qüvvələrin sıralarını gücləndirmək məqsədi güdür. Ekspertlər isə belə patriarxal rejimdə gender bərabərliyinə nail olmaq cəhdinin qarşısına çıxacaq çətinliklərə diqqət çəkirlər. Ermənistanda iki illik hərbi xidmət 18-27 yaş arası respublikanın kişi vətəndaşları üçün məcburidir. Hazırda Ermənistan silahlı qüvvələrində qadınlar yalnız müqavilə əsasında xidmət edirlər. 2019-cu ildə onlar müqaviləli əsgərlərin ümumi sayının 9,1 faizini təşkil edib ki, bu da Müdafiə Nazirliyinin verdiyi ən son rəqəmdir. 2020-ci ildə Ermənistanın Azərbaycana məğlubiyyətindən sonra ölkə hərtərəfli hərbi islahatlar proqramını həyata keçirməyə başlayıb. Hökumətin 2021-26-cı illər üçün beşillik planını təqdim edən baş nazir Nikol Paşinyan qadınların döyüş ordu hissələrinə xidmətə daha fəal cəlb olunmasına çağırıb. Lakin təxminən iki il keçdikdən sonra orduda islahatların ümumi konsepsiyası qəbul edilmədi və yalnız cüzi irəliləyiş əldə edildi. İrəliləyişin olmaması qismən müharibədən sonra Ermənistan müdafiə departamentinin ali rəhbərliyində mütəmadi kadr dəyişikliyi ilə izah oluna bilər. O vaxtdan bəri müdafiə naziri və Baş Qərargah rəisi üç dəfə dəyişib. Ən dramatik məqam 2021-ci ilin fevralında, o zamankı Baş Qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyi ali ordu rəhbərliyinin müxalifətin Paşinyanın istefası tələbinə qoşulması ilə baş verdi. Bu münaqişə Qasparyanın istefası ilə başa çatdı. Bundan sonra Paşinyan istefa verdi və partiyasının qalib gəldiyi növbədənkənar seçkilər elan etdi. Ordunun Rusiya Silahlı Qüvvələrinin xətti ilə transformasiyası istiqamətində addımlar atıldı, lakin Rusiya ordusunun Ukraynadakı uğursuzluqları və Rusiyanın 2022-ci ilin payızında Azərbaycanın hücumu zamanı hərbi müttəfiqi Ermənistana kömək etməkdən imtina etməsindən sonra buna həvəs azalıb. Ordunun yenidən təşkili prosesinə Azərbaycanla sərhəddə vaxtaşırı baş verən toqquşmalar mane olur. Ordunun yenidən silahlanması prosesində problemlər var. Paşinyan Ermənistanın müttəfiqlərindən artıq pulunu ödədiyi silahları almamasından açıq şəkildə təəssüflənir. Söhbətin Ermənistan ordusuna ən böyük silah tədarükçüsü olan Rusiyadan getdiyi aydın olsa da, o, konkret dövlətin adını çəkməyib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, Ermənistanın 2015-2019-cu illər arasında aldığı silahların 94 faizi Rusiyada istehsal olunub. Hərbi ekspert və Ermənistan Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı Armine Marqaryan qeyd edir ki, “ənənəvi” gender ayrıseçkiliyi orduda qadınların həyatını çətinləşdirir: “Bu, qadın əsgərlərin peşəkar bacarıqlarının gözdən salınması üçün münbit zəmin yaradır və buna görə də onların peşəkar fəaliyyətinə mane olur. Məsələn, bir qadına “ənənəvi” olaraq “qadın” kimi qəbul edilən bir iş təyin edilə bilər. Burada problem qadınların heç də məhdud və ya inkişaf etməmiş qabiliyyətlərində deyil, kişi liderlərin böyük əksəriyyətinin bu qabiliyyətlərlə bağlı qərəzli münasibətindədir”. 10 illik xidmətdən sonra 2021-ci ildə hərbi xidmətdən təqaüdə çıxan bir qadın zabit orduda xidmət edən qadınlarla bağlı patriarxal və ayrıseçkilik xarakterli gender stereotiplərini dəyişməyin vaxtı gəldiyi ilə razılaşır: “Bu münasibətlə əsgərlikdə olarkən rastlaşdım. Qadın komandirlər iki-üç dəfə çox səy göstərməlidirlər ki, tabeliyində olan kişilər onu ciddi qəbul etsinlər, ona tabe olsunlar, əmrlərini yerinə yetirsinlər. Bu problem həqiqətən də var”. Marqaryanın fikrincə, patriarxal təfəkkürlə mübarizə yollarından biri kimi yalnız qadınlardan ibarət hərbi hissələr yaradılmalıdır”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ