çərşənbə günü, 11 noyabr 2026
     

Molla rejiminin amansız təqibindən Çikaqoya sığınmış güneyli jurnalistin mübariz taleyi - Cavad bəy... - MÜSAHİBƏ

Image


“Cənubi azərbaycanlı mühacirlər” rubrikasında müsahibimiz ABŞ-ın Çikaqo şəhərində mühacirətdə yaşayan jurnalist, TBA TV-nin rəhbəri Cavad İsmayılbəylidir.

1963-cü ildə Güney Azərbaycanın Muğan mahalının (Dəşti-Muğan) Biləsuvar şəhərində doğulan Cavad İsmayılbəylini qürbətə, vətəndən uzaqlara mühacir həyatı yaşamağa nələr vadar edib, o niyə doğma yuvasından ayrılıb dünyanın o başına gedib? Həyat hekayəsini Cavad bəyin öz dilindən eşidəcəyik.  

  • “İran xəfiyyə orqanlarının təhdidi altında idim”

Cavad İsmayılbəyli ilə vatsap üzərindən əlaqə saxlayıb müsahibə götürdük.

- Sizin axşamınız xeyir. Bizdə səhərdir.

- Bəli, fərqli saat qurşağında yaşayırıq, dünyanın bir ucunda səhər açılıb, başqa bir tərəfində axşamdır. Cavad bəy, ABŞ-ın Çikaqo şəhərində yaşayırsınız. İstərdik ki, mühacirətdən öncəki həyatınız barədə danışaq...

- Muğanın Biləsuvar şəhərində doğulmuşam. İndi ora Ərdəbil əyalətinə daxildir, o zaman Şərqi Azərbaycan deyirdilər, Təbrizə bağlı idi. İbtidai və orta təhsilimi öz şəhərimdə almışam. 12 il oxuduq.

- Fars dilində oxuyurdunuz?

- Bəli, fars dilində oxudum. İran-İraq müharibəsində könüllü olaraq yox, əsgər kimi iştirak etdim. Çünki  o dövrdə əsgər idim.  Bizi savaşın ən qızğın nöqtəsində 30 ay xidmətdə saxlayıblar. Əsgəri xidməti çətinliklər hesabına başa vurduqdan sonra evə qayıtdım. Əsgərlikdən qayıtdıqdan sonra universitetdə daxil olmaq istəyirdim. Bu məqsədlə Tehrana üz tutdum. O vaxt da ali məktəbə qəbul test üsulu ilə idi. Amma bu kifayət etmirdi. Gedib Tehranda Bədən Tərbiyəsi Universitetinə idman üzrə imtahan verdim. Demək olar ki, bütün həyatım futbol idi. Testdən keçdim, amma qondarma tələblərlə, bürokratik əngəllə qarşılaşdım, məni ali məktəbə götürmədilər. Ondan sonra düşündüm, bir ölkədə ki, 30 ay ön cəbhədə qanlı savaşda olasan və geri qayıdandan sonra sənə təhsil icazəsi verməyələr, onda burada qalmaq olmaz.

- Bakıya gəldiz?

- Keçən əsrin 90-cı illərində qapılar açıldı. Qərar verdim ki, gedib Bakı Dövlət Universitetində oxuyum. O cür də etdim. 1993-cü ildə Bakı Dövlət Universitetin hazırlığına, o biri il isə  jurnalistika fakültəsininə qəbul oldum və burada pulsuz oxumaq şansı qazandım. O zaman təhsil naziri Firudin Cəlilov idi. Radio və televiziya üzrə bakalavr və magistr pillələrini bitirdim. 

- Şimali Azərbaycana gələndən sonra baxışlarınızda nə kimi dəyişikliklər oldu?

- Biz fars dilində oxumuşuq və molla rejimi bizi özümüzə düşmən olaraq yetişdirib. Mən Bakıya gələndən sonra bildim ki, orada məktəbdə bizim öz qəhrəmanlarımızı bizə düşmən kimi tanıdırmışlar. Məsələn, məktəbdə Pişəvərini bizə düşmən kimi təqdim edirdilər. Bu, dərsliklərdə idi. Yadımdadır, 21 Azər hərəkatının ildönümündə bizi Biləsuvarda “mərz” deyilən yerə, yəni sərhəddə Pişəvəri hökumətinə, 21 Azər hərəkatına qarşı döyüşənlərin məzarlarına gül qoymağa aparırdılar. Sonra bildim ki, bunlar bizim xalqımıza xəyanət edənlərdir, bizi də onların qəbirlərini ziyarət etməyə aparıblar. Təsəvvür edin ki, bizə öz qəhrəmanlarımızı düşmən kimi qələmə verirdilər. Amma universitetdə oxuduğum dövrdə bütün düşüncələrim alt-üst oldu. Belə deyək, mən Bakıya gələnə qədər bir “türk düşməni” idim. Bakı həyatı məni özümə qaytardı, “manqurtluq”dan xilas etdi, öz milli kimliyimi dərk etdim. Nəhayət duydum ki, mənim də bir ölkəm və dövlətim var...

- Maraqlıdır, ailənizdə milli mənsubiyyətiniz, milli kimliyiniz, tarixi qəhrəmanlarımız barədə danışılmırdı ki?

- Bu barədə indi deyilir, indi danışılır. Azərbaycan müstəqil dövlət olandan sonra düşüncələr dəyişib. Mən sizə sərhədlərin bağlı olduğu, heç bir əlaqənin, təmasın olmadığı, İranda bütün təhsil sisteminin fars düşçüncəsi altında mövcud olduğu dövrdən danışıram. Biz bir sıra mənalarda orada assimilyasiya siyasətinə məruz qalmış insanlarıq. Kim durub desə ki, mən elə anadan milli düşüncəli doğulmuşdum, bu bir qədər insafsızlıq olardı. Sizə vəziyyəti izah edirəm.

Məsələn, biz heç vaxt İran televiziyasına baxmırdıq, Sovet dövründə də Azərbaycan televiziyasına baxırdım. Mən milli şüuru, millət nədir, milli məfkurə nədir, milli fəlsəfə nədir - bunları BDU-nun tələbəsi olarkən öyrəndim.

- Bəlkə də sizin Bakıya gəlməyiniz, burada təhsil almağınız bir alın yazısı idi ki, böyük mübarizəyə qoşulmaq üçün bu yolu keçməlisiniz.

- Deyim ki, Bakıda təhsili ciddi şəkildə planlaşdırmışdım, xeyr, bu belə deyildi. Məni taleyim Bakıya gətirdi. Universitetdəki mühit, müəllimlər baxışımı dəyişdi. Tələbə olarkən Bütöv Azərbaycan Birliyinə daxil oldum, eks-prezident Əbülfəz Elçibəyin başçılığı ilə fəaliyyət göstərən bir cərəyan idi. Orada İdarə Heyətinin, sonra isə Rəyasət Heyətinin üzvü oldum, ardınca isə mətbuat xidmətində çalışdım. Bütün bunlar məndə milli kimliklə bağlı geniş təsir oyatdı. 

- Ali təhsilinizi tamamladıqdan sonra Güneyə döndünüzmü?

- Xeyr, Güneyə qayıtmadım.

- Səbəb nə idi, niyə dönmədiniz?

- O zaman Heydər Əliyevin status verdiyi  Qədim Musiqi Alətləri Ansamblında ney ifaçısı kimi fəaliyyət göstərirdim.

- Rəhmətlik Məcnun Kərimovun ansamblını deyirsiz yəqin.

- Bəli. Tələbə idim, gəlib məni axtarıb tapdı, özünü təqdim etdi, dedi ki, bildiyim qədər, siz Azərbaycanda  neydə ifa edən yeganə adamsınız, sizi ansambla dəvət edirəm. O, Prezidentin bu ansambla necə qiymət verdiyindən danışdı. Bu ansamblda işləməyi böyük məmnuniyyətlə qəbul etdim və uzun müddət orada işlədim. Yadımdadır, biz orada dörd tarixi əsər yazdıq. Bunlar Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvinin əsərləri idi. Onlar XIV və XVI əsrlərə aid olan türk musiqisi idi ki, o zamanlar heç not yox idi, onlar əbcəd hərfləri ilə notları yazmışdılar. Bu əsərləri Musiqi Akademiyası Almaniyadan arxivlərdən çıxarıb gətirib, müasir notlara çevirib ifa üçün bizə verdi. Biz qrup olaraq o əsərləri ifa etdik. Gözəl əsərlər idi. O vaxt bu əsərlər lentə yazıldı, AzTV-nin arxivində olmalıdır, başqa arxivlərdə də olmamış deyil, amma təəssüf ki, mənim özümdə yoxdur. Demək istəyirəm ki, onlar çox maraqlı əsərlərdir, fərqli musiqidir. Hətta biz bir dəfə rəhmətlik Heydər Əliyevlə görüşdə “Heydərnamə” əsərini ona təqdim etdik. O, Şah İsmayıl Səfəvinin dövrünün əsəri idi, biz onu ifa etdik. Demək istəyirəm ki, təhsillə yanaşı orada bu sahələrdə də fəaliyyətim oldu. Sonra paralel olaraq rəhmətlik Novruz Novruzlunun rəhbərlik etdiyi “Savalan” musiqi qrupunda da çalışdım, onlarla da işlərimiz, çıxışlarımız oldu.

- Bakıdakı fəaliyyətiniz çox maraqlıdır. Siz Vətəndən Vətənə gəlmişdiniz və burada məşğuliyyətiniz də vardı. Bəs nə üçün Çikaqoya getdiniz?

- 2004-cü ildə məcburiyyət qarşısında qalıb BMT vasitəsilə ABŞ-a mühacirət etdim. Bəzi çətinliklərlə üzləşdim və mühacirət etmək barədə qərar qəbul etdim.

- Nə mənada?

- Bunun səbəbi maddi çətinlik deyildi. Azərbaycanda sənədsiz yaşayırdım, sənədlə bağlı  problemim vardı. Sənədsiz insan nə edə bilərdi ki? O zaman güneylilər sənəd ala bilmirdi, çünki həmin dövrdə Azərbaycan Prezident Aparatında Ramiz Mehdiyev kimi bəzi adamlar işləyirdi ki, onlar Güney Azərbaycan hərəkatına, Güneyə qarşı idilər. İranın təsiri ilə problemi də onlar yaradırdı. Getməyimin bir səbəbi sənədlə bağlı idisə, digər ciddi səbəb isə İran xəfiyyə orqanlarının təhdidi altında idim. İran xəfiyyə orqanları müxtəlif formada mənimlə əlaqəyə girirdilər. Mənə telefonla deyirdilər ki, bilirik, orda təhsil almısan, təhsilini bitirmisən, fəaliyyətin var, gəl sənə Təbrizdə şərait yaradaq burada işlə, sən “öz millətimizə” xidmət et, sənin orada nə işin var, səni orada “əsir” tutublar, tək sən deyilsən, ora gedənlərin hamısını Azərbaycan xəfiyyə orqanları “əsir tutub” (guya) və s. Əlbəttə, bütün bunlar hamısı yalan idi. Onlar mənə hara getməli olduğumu deyirdilər ki, ora gəl, biz gəlib səni götürək. Gördüm ki, bunların məqsədi məni aparıb həbs etməkdir, ona görə də BMT-nin Ali Komissarlığa müraciət etdim və özümü təhlükədə hiss etdiyimi, eyni zamanda sənədimin də olmadığını dedim. Yadımdadır, Luk adlı şəxs məndən müsahibə götürdü. Müraciətimi qəbul etdilər, dedilər ki, siz haqlısınız, biz sizin təhlükəsizliyiniz qoruyacağıq. Mənim Bakıdan getməyimin əsas səbəbi İran xəfiyyə orqanlarının məni telefon vasitəsilə təhdid etməsi idi. Digər səbəb isə sənədimin olmaması oldu. Həyatım təhlükədə olduğu üçün ABŞ-a mühacirət etdim.

- 19 ildən artıqdır ki, Çikaqoda yaşayırsınız. Qürbət həyatı necədir? Bəs ailə üzvləriniz hardadır, onlar da mühacirətə gedibmi?

- Qohumlarım Güneydədir. Bəziləri Biləsuvarda, bəziləri Ərdəbildə yaşayır, Tehrana köçənlər də var. Amerikaya gələndən sonra Günaz TV-nin qurucularından oldum, burada fəaliyyət göstərdim, peyk vasitəsilə səsimiz daha geniş yayıldı, Güney də bizə baxa bildi. Mən bu fəaliyyətə başlayandan sonra ailəmə qarşı basqılar başladı, qardaşlarımı işdən çıxardılar, başlarına müsibət gətirdilər. Hətta mənə aid olan əkin sahəsini, torpağı “yeri-yurdu bəlli olmayan bir şəxs”in mülkiyyəti olaraq qanunsuz olaraq müsadirə etdilər, rejim halal torpaq sahəmə əl qoydu. Necə “yeri-yurdu bilinməyən” idim ki, ən çox görünən mən idi, yerimi də, yurdumu da bilirdilər. Qardaşımın işdən çıxarılmasını absurd bir məsələ ilə izah edirdilər ki, Cavadın maliyyəsini bunlar verir. Halbuki, ayağımı Çikaqoya qoyandan işləməyə başladım və hər ay anama pul göndərirdim.

- Ananız yaşayır?

- Xeyr, rəhmətə gedib. Bura gələndən sonra özümə şərait yaratdım, ev aldım, ailə qurdum, iki övladım var, bir qız, biri oğlandır. Qızımın 10, oğlumun 6 yaşı var.

- Azərbaycan dilini bilirlər?

- Bəli. Burada yaşayan azərbaycanlıların çoxunun uşaqları Azərbaycan dilini bilmir. Ana dilini bilmədikdə bütün mədəni əlaqələr qırılır. Mən bunu anamla anamın qardaşı uşaqlarının timsalında görmüşdüm, o, farsların içində yaşadığı üçün uşaqları Azərbaycan dilini, anam isə fars dilini bilmirdi, onlar ünsiyyət qura bilmirdilər. Bu hadisə hər zaman gözümün önünə gəlirdi, uşaqlarım dili bilir, Azərbaycanı sevirlər. Hər yay Azərbaycana getməyə tələsirlər, yoldaşım Qaxdandır. Bu da onu göstərir ki, bir növ əlaqə var, bağlar mövcuddur.

- Güneydəki proseslərə münasibətiniz necədir?

- 2019-cu ilə qədər Günaz TV-də çalışdım, mənim orada proqramlarım vardı, 4 peykdən yayılırdı, demək olar ki, İranda hamı o proqramlara baxırdı. 2019-cu ildə Günaz TV-dən ayrıldım, sonra özümə Youtube kanal açdım, adını SM TV qoymuşdum. Sonra gördüm ki, insanlar daha çox siyasi proseslərlə maraqlanır. Mənim də bu sahədə təcrübəm vardı. TV-nin başlanğıcından onsuz da mən milli və siyasi məsələləri gündəmə gətirirdim. Bir neçə ay əvvəl isə bunu TBA TV (Təbriz, Bakı, Ankara) etdik, adını dəyişdik. Mən o kanalın rəhbəriyəm. Öz evimin zirzəmində studiya yaratmışam.

Mən orada gedən prosesləri yaxından izləyirəm. Mənim verilişlərimin təməli bunun üzərində qurulub ki, İran sistemi necə yaranıb, bu hakimiyyət ideoloji baxımdan hansı formada fəaliyyət göstərir? Bunu dəfələrlə demişəm, İran adı ilə mövcud olan ölkənin müsəlmanlardan başqa hamısı ilə əlaqəsi var. Amma müsəlman ölkələri ilə davadadır. Birində Zeynəbyun, birində Fatmeyun, birində Hüseyniyyəyun terror təşkillatı yaradıb. Bunlar İran büdcəsindən maliyyələşən terror təşkilatlarıdır. Amma nə qədər qeyri-müsəlman varsa hamısı ilə dostdur. Məsələn, Ermənistanla dostluq, qardaşlıq edir, Rusiya, Çin, Venesuela, Boliviya ilə çox yaxşı münasibəti var. Çünki Xomeyni ora missiya ilə gəlmişdi ki, sırf sünni-şiə məsələsini ortaya atsınlar və sair.

Bu gün ideoloji baxımdan İran artıq hər bir şeyini itirib, dünyadan təcrid olunub, bu təcrid çox sürətlə davam etməkdədir...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ