çərşənbə günü, 11 noyabr 2026
     

Lavrov üçün çox mürəkkəb tapşırıq - Bayramovla Mirzoyanın görüşü nə(sə) verəcək?

Image


Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında Moskvanın Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşünü təşkil etməyə hazır olduğunu deyib: “Bu barədə həm Bakıya, həm də İrəvana məlumat vermişik, açıqlamalar vermişik. Hesab edirik ki, ərazidə vaxtaşırı baş verən çətinliklər danışıqlar prosesində hansısa “donmalar” üçün bəhanə verəcək əngələ çevrilməməlidir”.

Daha sonra Zaxarova bunları deyib: “Özlərini gərginliyin azaldılması ilə bağlı bəyanatlarla məhdudlaşdıran əksər xarici oyunçulardan fərqli olaraq, Rusiya tərəfi yerlərdə real həll yolları axtarır və humanitar yardım göstərir. Ona görə də biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq mümkün qədər tez Laçın dəhlizinin blokadasını tamamilə açmağa çağırır və mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün Bakı və İrəvanı siyasi iradə nümayiş etdirməyə çağırırıq”.

Burada Zaxarova deyir ki, biz Laçın yolunda blokadanın tamamilə gütürülməsinə çalışırıq. Bu, Rusiyanın Laçın yolundakı vəziyyətdən ya real xəbərsizliyidi, ya da bununla bağlı vəziyyəti qəsdən təhrif etməsidir. Ən azından ona görə ki, axı orada blokada yoxdur. Blokada yoxdursa, onu necə açmaq olar ki? İkincisi, Rusiya rəsmisi Lavrovun egidası altında Azərbaycan və Ermənistan xarici işlər nazirlərini görüşməyə çağırır. Ermənistandan buna heç bir reaksiya yoxdu. Ermənistan indiki şəraitdə Lavrovun vasitəçiliyi ilə belə danlşıqlarda maraqlı görünürmü? Xüsusən də Avropa İttifaqının məlum missiyası Ermənistana gələndən sonra. Ən nəhayət, indiki vəziyyətdə xarici işlər nazirlərinin üçtərəfli görüşünün ümumiyyətlə baş tutması ehtimalı nə dərəcədə mümkündür? Görüş olsa belə, bunun hansısa real nəticəsi olacaq?

  • “Laçın yolunun blokadada olması barədə deyilənlər həqiqətdən uzaqdır və bunu Rusiya hamıdan yaxşı bilir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bütün bunlara birmənalı prizmadan yanaşmadı: “Əvvəla, bu məsələyə hüquqi, siyasi, humanitar və digər kontekstlərdən münasibət sərgilənə bilər. Laçın yolundakı azərbaycanlı ekofəallar, mətbuat və media nümayəndələri rəsmi Bakını deyil, vətəndaş cəmiyyəti, onun institutlarını, QHT- ləri təmsil edirlər. Bu aksiyalar da onların vətəndaş fəallığı və mövqelərindən, medianın isə baş verənləri işıqlandırmaq istəklərindən irəli gəlir. Tələblər tamamilə qanuni, anlaşılan və konstuktivdir: Qarabağdakı filiz və qızıl mədənlərinin qanunsuz istismarı dayandırılsın. Azərbaycan tərəfinin burada monitorinq keçirməklə bağlı qanuni tələbləri təmin edilsin. Çünki Qarabağ ərazisinin yuridik baxımdan Azərbaycana aidliyi beynəlxalq birlik tərəfindən qəbul edilib. Bu, bir faktdır. Hərçənd ki, bu fakta münasibətin özu də ikili xarakter daşıyır. Beynəlxalq hüquqdan daha çox, beynəlxalq güclərin regional maraqlarından qaynaqlanır. Etiraf edək ki, monitorinqin keçirilməsi tələbi ilə ilk əvvəl rəsmi Bakı çıxış edib. Bu tələbin yerinə yetirilməsi üçün bəlli maneələr aşkarlandıqdan sonra vətəndaş cəmiyyəti institutları bu missiyanı öz üzərlərinə götürdülər. Lakin tələblərin icra edilməsi üçün müraciət edilən tərəf, yəni sülhməramlılar bu problemlərin həlli üçün hüquqi konteksdə məsul tərəf deyillər. Ona görə də danışıqlar baş tutmur. Çünki sülhməramlıları bölgəyə göndərən rəsmi Moskva uçtərəfli bəyənatı vətəndaş cəmiyyəti institutları ilə deyil, münaqişə tərəfləri olan dövlət rəsmiləri ilə imzalayıb. Müvafiq olaraq bu dövlətlər qarşısında atəşkəs şərtlərinə riayət edilməsi, sabitliyin təmin edilməsi ilə bağlı öhdəliklər götürüb. Bunu rəsmi Bakı da bilir və geosiyasi zəmində arzuolunmaz halların yaşanmaması üçün şəxsən özü eskalasiyaya getmir. Milli təhlükəsizlik maraqlarımız baxımından, əlbəttə, düz edir. Lakin vəziyyətin nəzarət altında saxlanılması və təzyiqlərin arta biləcəyi ilə bağlı mesajlarını verir. Əlbəttə, bu mesajlar hüquqi deyil, daha çox humanitar səciyyə daşıyır”.

Politoloq onu da qeyd etdi ki, sülhməramlıların fəaliyyətində bilavasitə onların səlahiyyət və məsuliyyət sferalarına aidiyyəti olmayan məsələlər də var: “Bu da ictimaiyyətimizi düşündürür və narahat edir. Deyək ki, oradakı erməni icmasının sosial, iqtisadi təmayüllü problemlərinin həllində sülhməramlılar, dolayısı yolla isə rəsmi Moskva birbaşa iştirak edir. Bu isə Qarabağdakı separatçı rejimin müqavimət resurslarının artmasına xidmət edir. Hərçənd, sülhməramlılar bütün bunların humanitar dəstək pərdəsi altında edirlər. O cümlədən, Laçin yolu ilə Qarabağa daşınan yüklərin təyinatı ilə bağlı məsələlərdə də şübhə olduğundan, rəsmi Bakı vətəndaş cəmiyyəti institutlarının dəstəyi ilə bu məsələləri diqqət altında saxladığı ilə bağlı mesajlarını verir. Məsələnin geosiyasi və transmilli korporasiyalarla bağlı hissəsi də var. Məsələ burasındadır ki Qarabağdakı məlum qızıl, filiz yataqlarının müştərək istismarı ilə bağlı İngiltərənin məlum şirkəti ilə rəsmi Bakı arasında razılıqlar var. London təbii ki, onun vergi ödəyicisi olan transmilli korporasiyanın maraqlarından çıxış edərək, Azərbaycan tərəfini özünün beynəlxalq hüquqa söykənən haqlarindan çıxış etməklə problemi həll etməyə dəvət edir. Rəsmi Moskva isə bu məsələdə özünün emissarı, erməni əsilli Vardanyanın maraqlarından çıxış edir. Əslində dolayısı yolla Azərbaycan mədənlərindəki qiymətli təbii resurslardan mənfəət götürməyə çalışır. Geosiyasi cəhət isə ondan ibarətdir ki, Vardanyan Ermənistanda geosiyasi anlamda qızışmaqda olan qarşıdurmada Qərb üçün Moskvanın məsləhət bildiyi “Troya ati” ola bilər. Bir sözlə, Laçın yolunun blokadada olması barədə deyilənlər həqiqətdən uzaqdır və bunu Rusiya hamıdan yaxşı bilir. Üçtərəfli görüş isə o qədər də real görünmür və baş tutsa belə, elə bir ciddi faydası olmayacaq. Çünki tərəflər arasında ciddi fikir ayrılıqları var. Üstəlik, Ermənistan Aİ missiyasını bölgəyə gətirməklə açıq qarşıdurma mühiti yaradır”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ