çərşənbə günü, 11 noyabr 2026
     

Kremlin İrəvandan qisası çox amansız olacaq...

Image


Rusiya və Ermənistan arasında münasibətlərin artıq olduqca gərgin mərhələyə daxil olması heç kimə sirr deyil. Belə vəziyyətdə Kremlin İrəvanı cəzalandırmaq üçün hansı addımlar atacağı indi daha çox maraq doğurur. Erməni politoloq Arqişti Kiviryan qeyd edir ki, Kremlin addımları amansız olacaq.

O qeyd edir ki, Ermənistan hakimiyyəti cəmiyyətə antirusiya əhval-ruhiyyəsi aşılayıb: “Bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq, çünki bu addımlar nəticəsində Ermənistanın rəqibləri sırasına Rusiya da əlavə oluna bilər. Rusiya nə qədər qəddar düşməndir, Ukrayna hadisələrini izləyən insanlar bunu təsdiq edə bilər. Rusiya Cənubi Qafqazı tərk etmək fikrində deyil və bu baş versə belə, müvəqqəti olacaq”. “Respublika Naminə” partiyasının sədr müavini Ruben Mehrabyan isə qeyd edir ki, Ermənistanda Rusiya faktoru daralır və çox dağıdıcı xarakter alır:
“Regionda boşluq var və Rusiya ilə yaxın münasibətdə olan subyektlər, bəli, təhlükə altındadır. Bütün region sadəcə olaraq Rusiyada və ya İranda çox yüksək təlatümlü proseslərin baş vermə ehtimalı ilə əhatə olunub”. Baş verənlərlə bağlı “armenianreport” portalı yazır ki, Ermənistan artıq Rusiyaya güvənmir: “Görünən odur ki, Nikol Paşinyanın Ermənistanı Rusiyanın təsir zonasından çıxarıb Qərbə təslim etməsi reallaşmağa başlayır. Belə bir geosiyasi dönüşün baş verməsi çoxdan gözlənilirdi. Söhbət Avropa İttifaqının ölkəmizə 100 nəfərlik uzunmüddətli missiya göndərmək qərarından gedir. İlk baxışdan bu addımın sırf sərhəd təhlükəsizliyi məsələlərinə görə atıldığı bildirilir. Axı həm Aİ, həm də İrəvanın açıq şəkildə bəyan etdiyi kimi, Ermənistan ərazisində yerləşəcək tamhüquqlu Aİ mülki missiyası patrul xidməti həyata keçirəcək. Yəni təhlükəsizliyin təmin edilməsinə və Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasına köməklik göstərəcək. Bu, müəyyən dərəcədə doğrudur. Amma gəlin vəziyyətə digər tərəfdən baxaq. Xatırlayırsınızsa, Rusiya və KTMT də Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyi təklif etmişdi. Lakin Ermənistan tərəfi qəti şəkildə rədd cavabı vermişdi. Moskvanın və KTMT-dəki “müttəfiqlərimizin” son iki il yarımda sərgilədiyi davranış erməni xalqını və hökumətini qane etmir. Moskva indi Bakı və Ankara ilə eyni komandada çıxış edir. Və belə bir vəziyyətdə Ermənistanda heç kim Rusiyanı istəmir. Yəni bizim hakimiyyət rusları rədd edib avropalıları seçməklə bir tərəfdən Moskvaya qara ləkə vurdu, digər tərəfdən də dünyaya Ermənistanın üzünü Qərbə çevirdiklərini göstərdi. Amma hələlik yalnız Aİ-yə doğru. Bəlkə yaxın gələcəkdə NATO haqqında da danışacağıq. Brüssel regional məsələlərdə daha mühüm rol oynamaq istəyir və İrəvan buna qarşı çıxmır. Bəli, biz yaxşı bilirik ki, Ermənistan vasitəsilə regionumuza nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir. Ermənistanın birmənalı olaraq Qərbə üz tutması artıq Moskvada başa düşülüb. Lavrov və Zaxarovanın qəzəbi təsadüfi deyil. Təbii ki, Rusiyanın hələ də Ermənistana qarşı çoxlu təzyiq rıçaqları var. Unutmayaq ki, ölkəmiz sözün əsl mənasında Rusiya hərbçiləri və FTX-si ilə doludur. Yaxın günlərdə İrəvana qarşı bütün bu təzyiq rıçaqlarından istifadə olunacaq. Və bu kontekstdə Rusiyanın ərazimizdə hərbi mövcudluğunun dayandırılması məsələsi yenidən kəskin şəkildə ortaya çıxır”. Qeyd edilir ki, buna Kremlin qəzəbi kəskin olacaq.

Kremlin əsas istəklərindən biri də Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaqdır. Nüfuzlu “Vaşinqton Times” qəzeti də yazır ki, Rusiya Ermənistan hökumətini Moskvanın nümayəndəsi ilə əvəz etməyə çalışır. Bu nümayəndənin kimliyi də bəllidir: “Moskva Ermənistana hakim olmaq üçün regionda çaxnaşma yaradır. 2022-ci ilin noyabrında Moskvanın məsləhəti ilə Ruben Vardanyan Qarabağa yeni “administrasiya rəhbəri” təyin edilib. Vardanyan indi Kreml tərəfindən İrəvanın xarici siyasətini Qərbə yönəltməklə Moskvanı özündən uzaqlaşdıran baş nazir Nikol Paşinyanın yerinə hazırlaşır. O, Ermənistanın yeni lideri olduğunu iddia edir, Kremlin tam diplomatik, maliyyə və media dəstəyi ilə növbəti parlament seçkisində iştirak etməyə yönəlib. Rusiyanın ən varlı adamlarından biri olan Vardanyan Putinə yaxınlığı ilə tanınır. O, ölkənin “prezident ekspert şuraları”nda çalışıb və Kremlin rəhbərlik etdiyi Primakov Xarici Siyasət Əməkdaşlıq Mərkəzinin həmtəsisçisi olub. Mərkəz Sovet hakimiyyətinin ən aqressiv antiqərb şəxslərindən birinin adını daşıyır. Vardanyan isə ofşor şirkətlər vasitəsilə pulların yuyulmasında və Putinin nüfuzlu yaxınlarına pul köçürməsində ittiham olunur. 2022-ci ilin martında Avropa Parlamentinin üzvləri Vardanyanın 2011-ci ildə “Sberbank”ın tərkibinə daxil olan “Troyka Dialoq” investisiya bankının rəhbəri kimi fəaliyyətinin araşdırılmasına çağırıblar. Nəticə etibarı ilə məlum olub ki, “Troyka Dialoq” Rusiyadan pulların yuyulması ilə məşğul olan geniş ofşor şirkətlər şəbəkəsi yaradıb. Qarabağa “rəhbərlik” edəndən sonra Vardanyan qanunsuz yolla regionun Azərbaycana məxsus mis, molibden və qızıl yataqlarını ələ keçirib. Rusiya hərbçiləri tərəfindən qorunan sərvətlər ətraf mühitin mühafizəsi qaydalarına zidd olaraq talan edilib. Azərbaycan hakimiyyəti ekspertlərə mədənlərə giriş icazəsi verilməsini tələb etsə də, bu, dəfələrlə rədd edilib. Azərbaycan ekofəalları separatçı anklavdan təbii sərvətlərin çıxarılmasının qarşısını almaq üçün aksiyalar keçirməklə onlara cavab verib”. O da bildirilir ki, Vardanyan Qərbin digər düşməni olan İranla da sıx münasibətlər yaradıb:  “Onun İranla əlaqələri müxtəlif ölkələrdə, o cümlədən İrəvanda Tehran rəsmilərinin iştirakı ilə tədbir təşkil edən Rusiyanın Qorçakov Fondu vasitəsilə bəlli olur. Azərbaycana qarşı isə İran getdikcə daha çox düşmənçilik edir və Rusiyanın bütün Cənubi Qafqazda neoimperiya siyasətini dəstəkləyir”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ