Rusiyada planlaşdırılan təmir və texniki xidmət işləri ilə əlaqədar olaraq Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Bu barədə "Qazprom Armenia" QSC məlumat verib.
"Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya magistral qaz kəmərində aparılan kompleks planlı təmir və texniki xidmət işləri ilə əlaqədar olaraq, bu kəmər vasitəsilə Ermənistana təbii qazın tədarükü sentyabrın 15-dən 25-dək müvəqqəti olaraq dayandırılacaq."
Göstərilən müddət ərzində daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə təbii qaz həcmləri hesabına respublika istehlakçılarına məhdudiyyət qoyulmadan fasiləsiz və etibarlı qaz təchizatı təmin ediləcək”, - deyə bəyanatda bildirilir.
Tahir TAĞIYEV