ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Ukraynadakı münaqişənin həlli üçün danışıqlar prosesinin bütün aspektlərində iştirak edir. Bunu ABŞ prezidenti Donald Tramp İrlandiyadan ABŞ-a gedən Air Force One təyyarəsində bildirib.
Tramp jurnalistlərə MKİ rəhbərinin danışıqlarda mümkün iştirakı ilə bağlı suala cavab olaraq bildirib ki, "O, əla iş görür".
Ağ Ev rəhbəri əlavə edib ki, Ratkliff bütün proseslərdə iştirak edir. Tramp həmçinin danışıqlarda Vaşinqtonun nümayəndələri kimi iştirak edən xüsusi elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin işini də tərifləyib. ABŞ Prezidentinin sözlərinə görə, onlar da öz vəzifələrini "əla yerinə yetirirlər".
Tahir TAĞIYEV