Bazar ertəsi günü, 02 noyabr 2026
     

Azərbaycandan Ermənistana növbəti sərt diplomatik zərbə - dünya separatçı qüvvələrin bədnam “seçki”sini tanımır...

Image


Azərbaycan diplomatik müstəvidə işğalçı Ermənistanı tam məğlub duruma saldığını bir daha dünya miqyasında nümayiş etdirdi. Elə Ermənistanda da etiraf edilir ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox dövləti öz yanında cəmləşdirə bilib. Bu hal Ermənistanın martın 31-də işğal edilmiş ərazilərimizdə qondarma "seçkilər" keçirməsi fonunda özünü qabarıq şəkildə nümayiş etdirdi.

Dünya ölkəmizin işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsini Azərbaycan Konstitusiyasının, eləcə də  beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması olduğunu bir daha bəyan etdi. O da xüsusi vurğulandı ki, bu baxımdan "seçkilər" heç bir hüquqi qüvvəyə malik deyil.  Xatırladaq ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bundan öncə təşkil etdiyi "seçki" şoularını da birmənalı şəkildə rədd edib. Rəsmi Bakı isə bildirir ki, Dağlıq Qarabağ bölgəsində seçkilər yalnız Azərbaycan Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yurduna qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli də yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycanın bu mövqeyi, qeyd olunduğu kimi, bütün dünya ictimaiyyəti tərəfində də tam qəbul olunur.

Yeri gəlmişkən qeyd edək ki, məsələyə Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri də münasibət bildirib. Həmsədrlər Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilərlə” bağlı bəyanat yayıblar. Onlar Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində həmsədrlərin  9 mart tarixli bəyanatında əksini tapmış prinsip və elementlərə uyğun olaraq, regionun gələcəyinin həllində bölgə əhalisinin rolunu tanıdıqlarını bəyan ediblər. Həmçinin vurğulayıblar ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır: “Həmsədrlər bu “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər”. ATƏT-dən başqa İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da bəyan edib ki, Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” tanımır. Bəyanatda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi martın 31-də Azərbaycanın işğal edilmiş bölgəsində seçkilərin keçirilməsini BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə zidd hesab edir. Bu məsələdə İƏT-in Baş Katibliyi İslam Əməkdaşlıq Təşkilatının və ATƏT-in münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllini dəstəkləyən qətnamə və qərarlarına istinad edir. Avropa İttifaqı da Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Avropa İttifaqı 2020-ci il 31 mart tarixində Dağlıq Qarabağda keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə əlaqədar qeyd edir ki, təşkilat “seçkilərin” keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır. Həmçinin qeyd olunur ki, Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun və xüsusilə də onun həmsədrlərinin göstərdiyi cəhdləri dəstəkləyir. Qeyd olunur ki,  Avropa İttifaqı  Dağlıq Qarabağ münaqişəsinin tezliklə və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməyə davam etməyə hazırdır.

Müxtəlif təşkilatlarla yanaşı, ayri-ayri dövlətlər də “seçkiləri” pisləyən mövqe sərgiləyir. Məsələn, Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altındakı ərazilərində keçirilən qondarma “seçkilərlə” bağlı açıqlama yayıb. Burada  Rumıniya XİN Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilən qondarma “prezident və parlament seçkiləri”ni qanunsuz hesab edir, həmçinin bu “seçkilərin” münaqişənin sülh və danışıqlar yolu ilə həlli prosesinə xələl gətirməyəcəyinə inandığını bildirir. Rumıniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsində münaqişənin dinc və davamlı həllinə töhfə verə biləcək yeganə formatı - ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini bir daha bəyan edir və tərəfləri bu prosesdə lazımi siyasi iradə nümayiş etdirməyə çağırır. Böyük Britaniya da mart ayının 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş qondarma “seçkiləri” tanımır. Britaniyanın Xarici İşlər Nazirliyi qeyd edir ki, Böyük Britaniya ATƏT-in Minsk Qrupunun sülh prosesindəki rolunu tam dəstəklədiyini bir daha təsdiqləyir, bu prosesdə Azərbaycanı və Ermənistanı etimadın yaradılması, eləcə də münaqişənin danışıqlar yolu ilə həlli üçün səyləri artırmağa çağırır.

İran da bildiririr ki, regionda gərginliyin artması istiqamətində atılan istənilən addımın əleyhinədir. Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən “parlament və prezident seçkiləri”nə münasibət bildirən  İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi qeyd edib ki, rəsmi Tehran münaqişənin sülh yolu ilə və beynəlxalq sənədlər çərçivəsində həllinə tərəfdardır. O qeyd edib ki, İran münaqişənin yenidən qızışmasına səbəb ola biləcək addımların əleyhinədir. Bildirilib ki, münaqişənin həllini mürəkkəbləşdirən əməllərdən çəkinmək lazımdır. Ukrayna Xarici İşlər Nazirliyi də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” qətiyyətlə pisləyib. Ukrayna XİN-in bəyanatında qeyd olunur ki, bu qondarma “seçkilər”in nəticələri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu üçün onun heç bir hüquqi əsası yoxdur.

Ukrayna Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Qondarma “seçkiləri” pisləyən təşkilat və dövlətlərin sayını daha da artırmaq mümkündür. Bu bir daha təsdiq edir ki, dünya Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Elə bu da ölkəmizin Ermənistan üzərində növbəti diplomatik qələbəsi sayıla bilər. Bunu “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver də xüsusi olaraq vurğulayır. O xatırladır ki, BMT, Avropa İttifaqı və ATƏT birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan mötəbər beynəlxalq təşkilatlardır. Təcavüzkar Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərində qondarma “seçkilər” keçirməsinin heç bir hüquqi əsası yoxdur: “Hazırda bütün dünya yeni növ koronovirusla mübarizə (COVID-19) aparır. Rəsmi məlumatlara görə, bu gözəgörünməz bəla Ermənistanı da cənginə alıb. Belə bir şəraitdə öz xalqının sağlamlığının qorunması ilə bağlı tədbirlər görmək əvəzinə Azərbaycan ərazisində saxta “seçkilər” keçirmək siyasi əxlaqdan və mədəniyyətdən uzaq olmağın daha bir göstəricisidir. Sülhsevər dünya ictimaiyyəti yaxşı bilir ki, bu “seçkilər” heç bir hüquq normasını əks etdirmir. Ermənistanın Dağlıq Qarabağ regionunda mövcudluğu beynəlxalq konvensiyalara zidd olduğu üçün bu bölgədə Azərbaycandan başqa heç bir tərəfin seçki keçirmək hüququ yoxdur”. Artıq Avropa İttifaqının Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı bəyanat verərək bu seçkiləri tanımadığını diqqətə çatdıran Vəqfin sədri əminliklə vurğulayıb ki, digər beynəlxalq təşkilatlar da eyni qərarlar qəbul edəcəklər. Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç isə bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində qondarma “prezident və parlament” seçkilərinin keçirilməsi siyasi əxlaqsızlığın son həddidir. Bu addım BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə təhqirdir. Bu saxta “seçkilərin” Azərbaycanlıların Soyqırımı Gününə təyin olunmasını erməni riyakarlığının növbəti təsdiqi kimi dəyərləndirən səfir deyib: “Separatçı rejimin növbəti qanunsuz addımı açıq-aydın BMT və ATƏT-in Minsk Qrupuna qarşı hörmətsizlikdir. Bütün bu hüquqazidd əməllərin məsuliyyətini işğalçı Ermənistan daşıyır. Ermənistan hakimiyyəti bir tərəfdən dünya ictimaiyyətini aldadır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Digər tərəfdən isə Azərbaycan torpaqlarının iyirmi faizini işğalda saxlayır və başqa bir ölkənin ərazisində qondarma “seçkilərin” keçirilməsinə şərait yaradır. Beynəlxalq hüquqa zidd olan bütün bu hadisələrin yaranmasının səbəbi dünyadakı ikili standartlardır”.

Ermənistanın işğalçı siyasətini Qafqazda sülhə və inkişafa təhdid kimi dəyərləndirən səfir vurğulayıb ki, regionda baş verə biləcək bütün xoşagəlməz hallara görə məsuliyyəti Ermənistan və ona havadarlıq edən qüvvələr daşıyır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ