02/06/2020 08:20
728 x 90

Koronavirus Ermənistanın axırına çıxır - Paşinyandan narazılar ordusunun sıraları genişlənir...

img

 Demoqrafiya sarıdan ciddi problem yaşayan, sosial-iqtisadi durumu daha da ağırlaşan Ermənistanın çöküşünü bu dəfə koronavirus sürətləndirir.  Çünki ölkədə genişlənən bu problemi Ermənistan həll etmək iqtidarında deyil.

Ermənistanda nəşr olunan “İrates” qəzeti də vəziyyətin ağır olduğunu yazır: “Ermənistan hakimiyyəti koronavirus pandemiyasının nəzarətdə olduğunu bildirsə də, əslində hökumət böyük çaxnaşma içərisindədir”. Nəşr Paşinyan hökumətinin vəziyyətdən çıxış üçün hələ də lazımlı imkanlarının və tədbirlər planının olmadığını vurğulayır: “Bəzi rəsmi mənbələr Paşinyan hökumətinin epidemiya səbəbilə ortaya çıxan problemləri həll edə bilməyəcəyini istisna etmir. Hökumətdəki mənbələr, artıq xalqın Paşinyanın canlı yayımlarındakı şirin sözlərinə və atdığı yemi udmaq üçün əvvəlki inamının olmadığını söyləyir, bildirir ki, heç özünün də özgüvəni qalmayıb. Çünki hazırda ortaya çıxmış problemləri aradan qaldırdıqdan sonra daha da böyük bir dalğa gözlənilir. Ağır iqtisadi problemlər Nikol Paşinyan üçün real təhlükəyə çevrilir. Çünki cəmiyyətin təmin olunmamış təbəqələrinin qiyamı Paşinyanın hakimiyyətinin sonunu gətirə bilər”.

Qeyd edək ki, son məlumatlara əsasən, Ermənistanda koronavirusa yoluxanların sayı 550-ni keçir. Amma qeyri-rəsmi mənbələr bu göstəricinin ən azı iki dəfə çox olduğunu bildirir.  Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan  son sutka ərzində koronavirusa 50 nəfərin yoluxduğunu bildirib. Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasının 2 deputatı da infeksiyaya yoluxub. Dağlıq Qarabağa getmək istəyən millət vəkilləri koronavirus testindən keçirilib. Bu zaman onların xəstə olduğu üzə çıxıb. Ermənistan "Azad" İnformasiya Mərkəzinin direktoru və təsisçisi Şuşan Doydoyan isə bildirir ki, ölkədə koronavirusa yoluxanlar və bu infeksiyadan ölənlərlə bağlı əhaliyə saxta informasiya verilir. Onun sözlərinə görə, rəsmi mənbələrin yalan informasiya yayması jurnalistlərdə və ictimaiyyətdə çaşqınlıq yaradır: “Bu isə yanlış informasiyaların yayılmasına səbəb olur. Hər gün virusdan ölən və ona yoluxanlarla bağlı müxtəlif mənbələrdən məlumat yayılır.  Nəhayət qərarlaşdırın, hansı rəsmi informasiya mənbəyi daha uyğundur - Vahid informasiya mərkəzi, Səhiyyə Nazirliyinin mətbuat katibinin “Facebook” səhifəsi, Səhiyyə Nazirliyinin, yaxud hökumətin “Facebook” hesabı, yoxsa hökumətin iclasından birbaşa yayım. Bizə dəqiq, vaxtında və bitkin informasiya lazımdır. Amma bu yoxdur. Ölkədə bu fonda virusa çox adamın yoluxması, hökumətin isə bunu gizlətməyə çalışması tam həqiqətdir”. Ermənistanın Elmi Travmatologiya və Ortopediya Mərkəzinin direktoru, professor Vaçaqan Petros da qeyd edir ki, əhalinin əsas hissəsi virusa yoluxacaq: “Əziz həmvətənlər, koronavirus bütün dünyada sürətlə yayılır. Pandemiya elan edilib. Pandemiya virusun çox dəhşətli olduğu demək deyil. Bu o deməkdir ki, virusun yayılması ölkələrin əksəriyyətini əhatə edir. Onun təhlükəsi çox sürətlə yayılmasındadır. Ermənistanda da bu gedişlə virusa yoluxanların sayı çox olacaq. Əhalinin böyük əksəriyyəti buna hazır olmalıdır”. Erməni ictimai xadim Ruben Melikyan fövqəladə vəziyyətin də bir işə yaramadığını qeyd edir:“Bu cür fövqəladə və həssas vəziyyətdə yanlış mesajlar insanların ayıqlığını kütləşdirir və vəziyyətin daha da pisləşməsinə töhfə verir.

Paşinyanın  “pinset-ev arağı”nı xatırlatması da lazımsız oldu. Onların “sayəsində” mart ayının ilk yarısında vətəndaşların ayıqlığı zəiflədi, cəmiyyətimizə pandemiyanın yayılmasının həqiqətən də qarşısının alınması imkanından məhrum edərək təhlükəyə barmaqlarının arası ilə baxmağa imkan verdi. Yaxşı, bunu hələlik keçək. Bəs indi niyə yanlış mesajlar verirsiniz? Məsələn, niyə hakimiyyət nümayəndələri, xüsusilə də komendant durmadan iddia edir ki, “hökumətin səyləri effektivdir”? Deyin ki, vəziyyət daha da pisləşəcək. Deyin ki, infeksiyaya qarşı hələ uzun mübarizəmiz var. Deyin ki, karantini daha bir həftə uzatmaq lazımdır. Düzünü deyin”.

Nahid SALAYEV

 

 

Son xəbərlər