Cümə axşamı günü, 08 oktyabr 2026
     

2018-ci il Azərbaycanın mədəniyyət siyasəti tarixində nə ilə qalacaq…

Image


Təranə Əlizadə: “Əsas istiqamətlərdən biri xaricdə Azərbaycan mədəniyyətini daha geniş şəkildə təbliğ etmək idi”

 

Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyət siyasəti nəticəsində xalqımızın tarixi mədəniyyəti həm cəmiyyətimizdə, həm də xarici ölkələrdə təbliğ edilir. Dövlətimiz 2018-ci ildə bütün sahələrdə olduğu kimi, mədəniyyət sferasında da bir sıra uğurlara nail olub. Əslində, mədəniyyət siyasətimizin əsas istiqamətlərindən biri xalqımızın və dövlətimizin simasını özündə əks etdirən milli mədəniyyətimizi daha çox ölkələrdə tanıtmaq, təbliğ etmək olub. Humanitar dəyərlərimizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği istiqamətində görülən işlər dövlətçiliyə, diplomatiyaya yaxından xidmət edir.

2018-ci ildə Azərbaycan dövləti tərəfindən daha aktiv, daha genişmiqyaslı mədəniyyət siyasəti yürüdülüb desək yanılmarıq. Yuxarıda vurğuladığımız kimi, əsas məqsəd Azərbaycan mədəniyyətinin dünyada tanıdılması olub ki, bu sahədə xeyli iş görülüb.

“2018-ci ildə həm Rusiyada, həm də Avropa ölkələrində Azərbaycanın tanıdılması ilə…”

Sənətşünas Təranə Əlizadənin sözlərinə görə, dövlət tərəfindən görülən işləri təhlil edərkən görürük ki,  əsrlər ərzində qazanılmış ənənələrin qorunması və inkişafı, beynəlxalq təbliğat, habelə sahənin mahiyyət etibarilə modernləşməsi və xalqın milli özünəməxsusluğunun qorunub saxlanması Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinin əsas vəzifələrindəndir. O qeyd etdi ki, dövlət əhəmiyyətli məqsədlərin reallaşmasında mədəniyyət siyasətinin rolu hər zaman özünü göstərir. T.Əlizadə qeyd etdi ki, son 1 ildə Azərbaycanda həyata keçirilən mədəniyyət tədbirlərinin həm yerli, həm də beynəlxalq əhəmiyyəti çoxdur. “Azərbaycan dövlətinin son bir ildə həyata keçirdiyi məqsədyönlü mədəniyyət siyasəti nəticəsində bir sıra uğurlara nail olmuşuq. Əsas istiqamətlərdən biri xaricdə Azərbaycan mədəniyyətini daha geniş şəkildə təbliğ etmək idi və buna nail olduq. Deyim ki, 2018-ci ildə həm Rusiyada, həm də Avropa ölkələrində Azərbaycanın tanıdılması ilə bağlı saysız iş görülüb. Bir sıra dövlətlərin ali məktəblərində, elmi mərkəzlərində dövlətimizin dəstəyilə azərbaycanşünaslıq mərkəzlərinin yaradılması, Azərbaycanın mədəniyyət inciləri ilə bağlı sərgilərin təşkil edilməsi, paytaxtımızda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Humanitar Forum və digər qlobal xarakterli möhtəşəm tədbirlərin təşkil edilməsi Azərbaycanın əldə etdiyi nailiyyətlər sırasına daxildir. Heç şübhəsiz ki, mədəniyyət tarixində iz qoyan incəsənət xadimlərinin, görkəmli sənətkarların yubileylərinin ən yüksək səviyyədə təşkil olunaraq keçirilməsi, bir sıra mədəniyyət adamlarına ödüllərin, təqaüdlərin, mükafatların verilməsi bu sahədə atılan addımlardan biridir. 2018-ci ildə həm də mədəniyyət sahəsində yeni müəssisələrin açılması, təmir olunması, bölgələrdə kino mərkəzlərinin yaradılması uğurlarımızdandır”.

Azərbaycan tarixində xüsusi əhəmiyyətli bir il…

2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında əsasnamənin təsdiqlənməsi haqqında ölkə başçısının imzaladığı fərmanın da böyük əhəmiyyət daşıdığını deyən müsahibimizin vurğuladığına görə, 2018-ci il ölkəmizin mədəni həyatında əlamətdar hadisələrlə zəngindir. O qeyd etdi ki, Müsəlman Şərqində ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi bu ilin əlamətdar hadisələrindəndir. O bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması Azərbaycanın dövlətçilik tarixinə, milli yaddaşa dərin ehtiramının bariz nümunəsidir. Cümhuriyyətin 100 illiyi respublikamızla yanaşı, xarici ölkələrdə də qeyd olunur, bu münasibətlə mədəni tədbirlər, təqdimatlar keçirilib. “Bu il may ayının 28-də Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Bu səbəbdən də 2018-ci il Azərbaycan tarixində xüsusi əhəmiyyətli bir il kimi yadda qalacaq. Paytaxtın bütün rayonlarında, qəsəbələrində, ali və orta təhsil ocaqlarında, dövlət müəssisələrində müxtəlif adda mədəniyyət tədbirləri, konsert proqramları nümayiş olundu, festivallar, sərgilər keçirildi, çoxsaylı mədəniyyətyönlü layihələr təqdim olundu”-deyə o, qeyd etdi.

Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri UNESCO-ya daxil edildi…

T.Əlizadə vurğuladı ki, bu il, həmçinin, Azərbaycan Milli İncəsənət Muzeyinin növbəti korpusunun təntənəli açılış mərasimi də baş tutub. O, həmçinin, qeyd etdi ki, mədəniyyət işçilərinə göstərilən qayğı, bütövlükdə, Azərbaycan mədəniyyətinə diqqətdir. Mədəniyyətimiz bu gün dünyada tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bu il Azərbaycanın dahi bəstəkarlarının əsərlərinin xarici ölkələrdə səsləndirildiyini deyən müsahibimiz qeyd etdi ki, 2018-ci ildə mədəniyyət sahəsində qazanılan uğurlardan biri də Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili qorunma siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylının isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsidir. O dedi ki, bütün bunlar müstəqilliyimizin bizə bəxş etdiyi imkanlar nəticəsində mümkün olub.

Azərbaycan mədəniyyətinin təbliğinin bununla məhdudlaşmadığını deyən müsahibimiz vurğuladı ki, dekabrın 20-də İçərişəhərdə yerləşən “Kiçik QalArt” qalereyasında “Milli irsimiz” layihəsinin kuratoru Əsli Səmədovanın təşəbbüsü ilə “Kəlağayı: Dünən, bu gün, sabah” adlı sərginin açılması da yaddaqalan mədəniyyət hadisəsidir. O dedi ki, sərgi özündə Azərbaycan və xarici muzeylərdən və şəxsi kolleksiyalardan olan nadir materialları, muzey təcrübəsi sahəsində innovasiyaları birləşdirir. Sərginin əsas diqqət mərkəzində maarifləndirici və interaktiv komponentlər dayanır.

“Bu il Azərbaycanda baş verən ən mühüm mədəniyyət hadisəsi “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılışının keçirilməsidir. Bu il Naxçıvanda bir sıra önəmli tədbirlər keçirildi. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması bir tərəfdən bu qədim türk yurdunun zəngin tarixi-mədəni irsi ilə bağlıdırsa, digər tərəfdən də müasir dövrdə bu dəyərlərin qorunub-yaşadılması sahəsində görülən işlərin nəticəsidir. 2018-ci ildə həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycanın 2019-cu ildə  UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasına evsahibliyi etməsinə nail olmasıdır” - deyə müsahibimiz bildirdi.

Müashibimiz qeyd etdi ki, bu il Bakı Kitab Mərkəzinin fəaliyyətə başlaması, X Beynəlxalq Musiqi Festivalının keçirilməsi, Nəsimi - seir, sənət və mənəviyyat Festivalının təşkil edilməsi (Bakıda və Moskvada), IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının düzənlənməsi 2018-ci ilin yaddaqalan mədəniyyət hadisələrindəndir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ