Cümə axşamı günü, 08 oktyabr 2026
     

“Nizaminin İran-fars şairi adlandırılması siyasiləşmiş söhbətdən başqa bir şey deyil”

Image


Buludxan Xəlilov: “Amerika kimi böyük bir ölkənin dövlət katibi belə bir çaşdırıcı mövqe tutursa...”

 

“Bu gün Nizami Gəncəviyə iddia edənlər çoxdur. Çünki Nizami o qədər əzəmətlidir, o qədər dahidir ki, hər bir millət onu özününkü hesab edir. Nizaminin İran-fars şairi adlandırılması siyasiləşmiş söhbətdən başqa bir şey deyil. Söhbət həqiqi elmdən gedirsə, elm həqiqəti sevir. Nizami böyük Azərbaycan-türk şairidir, Azərbaycan xalqının oğludur”.

Bunu “Bakı-Xəbər”ə ABŞ dövlət katibi Maykl Pompeonun öz “Twitter” hesabında İran xalqını qışın gəlməsi münasibətilə təbrik edərkən böyük Azərbaycan şairi Nizami Gəncəvini fars şairi adlandırmasına münasibət bildirərkən Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Buludxan Xəlilov deyib.

Qeyd edək ki, Maykl Pompeo təbrikində “Məğrur İran xalqı bu gün ən uzun gecəni və işığın zülmətə qalib gəlməsini qeyd edir. Onlara rifah və azadlıq arzu edirəm. Fars şairi Nizami belə deyib: “Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır”. Yalda bayramınız mübarək!” - deyə bildirib.

B.Xəlilov bildirdi ki, o, dünya elminin siyasətə çevrilməsinə təəssüf edir. “Artıq dünya elə bir vəziyyətə gəlib çatıb ki, dünya siyasətinə nüfuz edən adamlar mənbələri oxumurlar. Amerika kimi böyük bir ölkənin dövlət katibi belə bir çaşdırıcı mövqe tutursa, bu o deməkdir ki, o, Nizaminin əsərlərindən xəbərsizdir. Nizami özü dönə-dönə deyib ki, əsl-nəcabətim türkdür mənim, inam-etiqadım qurddur mənim. Burada o həm mənsub olduğu soykökə işarə vurur, həm də əcdadlarımızın qurdu totem saydığını bildirir. Bilirsiniz ki, qurd totemi türklər üçün ən müqəddəs totemlərdən biridir. Çox arzu edərdim ki, həm dünya siyasətçiləri, həm ədəbiyyatşünaslar Nizamini dönə-dönə oxusunlar. Əgər oxuyarlarsa, görəcəklər ki, Nizami qədər ikinci bir türkçü, onun qədər türk sözünün mənalarını izah edən və bundan qürur duyan şair yoxdur. Bu da onun türk-etnik kökünə bağlı olmağından qaynaqlanır. Çox təəssüflər olsun ki, xalqların tarixini dünya başa düşmək istəmir.  Amerikanın timsalında isə heç başa düşə bilməyiblər. Onlar bir şeyi yanlış izah ediblər. Biri var fars dilində yazıb, biri də var fars dilində hansı kökənli xalqın şairi yazıb”. Onun vurğuladığına görə, Çingiz Aytmatov, Oljas Süleymenov, Çingiz Abdullayev, Çingiz Hüseynov və digər yazıçılar rus dilində yazıb, ancaq bu anlama gəlmir ki, onlar rusdurlar, yaxud onların bu dildə yazmağı qətiyyən bu qələm adamlarının milli kimliyinə kölgə salmır. “Kim bilmir ki, Çingiz Aytmatov qırğızdır, yaxud Oljas Süleymenov qazaxdır, Çingiz Abdullayev və Çingiz Hüseynov azərbaycanlıdırlar. Yaxud dünya ədəbiyyatında yapon, koreyalı, fransız və s. yazıçılar var ki, onlar ingilis dilində yazıblar. Bu o demək deyil ki, onlar ingilisdirlər. Bu dildə yazmağın özü o deməkdir ki, həmin dil sözügedən dövrdə nüfuzlu olub” - deyə bildirən B.Xəlilov qeyd etdi ki, yazıçılar dövrün nüfuzlu dillərində yazmaqla özlərinə geniş oxucu auditoriyası toplamaq niyyəti güdüblər. “Nizami Gəncəvinin öz dövründə fars dilində yazması həmin dövrdə fars dilinin auditoriyasının genişliyi ilə bağlıdır. Fars dili şeir, poeziya dili idi. Nizami Gəncəvi bu dildə yazmaqla öz oxucu auditoriyasını gücləndirirdi. Nizami hansı dildə yazmalı idi? O dövrün oxunaqlı dili fars dili idi. Amma nəzərə almırlar ki, fars dilində yazan Nizami Gəncəvinin milli kimliyi kimə söykənir, o, hansı xalqın övladıdır. O, türk oğlu türkdür. Təbii ki, həmin dövrdə azərbaycanlılar türk adlanırdılar. Bu insanın yaşadığı ərazi Gəncə olub. Gəncə də Azərbaycan torpağı və ərazisidir. Həmin ərazinin mədəniyyət mərkəzi olması da təbiidir və Gəncənin özünün başına nə qədər bəlalar gəlib. Zəlzələlər olub, möhtəşəm kitabxanalar dağılıb. Gəncə vaxtilə çox inkişaf etmiş bir mərkəz olub və Nizami də orada yaşayıb-yaradıb. Çox təəssüf ki, dünya Azərbaycan bölgəsini yaxşı mənimsəyə bilmir. Yəni onlar bizim təbii şəraitimizi, çoğrafiyamızı, xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətini bilmirlər. Onlar bilmirlər ki, qədimdən başlayaraq, orta əsrlərin müəyyən dövrləri də daxil olmaqla, Azərbaycan ədəbiyyatının xeyli hissəsi fars dilində yazılıb. Bunun mahiyyətini başa düşmədikləri üçün iddia edirlər ki, fars dilində yazıbsa, Nizami elə İran-fars şairidir”. B.Xəlilov hesab edir ki, Nizami Gəncəvi irsinin beynəlxalq aləmdə təbliğinə ehtiyac var. Onun sözlərinə görə, Nizami irsini müxtəlif dillərə tərcümə edərək, xaricdəki səfirliklərimizin, mədəniyyət mərkəzlərimizin xətti ilə yayaq ki, dünya onun Azərbaycan xalqına məxsus olduğunu bir daha bilsin.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ