Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ədəbiyyatımızda Heydər Əliyev obrazı…

Image


 “Heydər Əliyevin obrazını bədii nəsrdə yaratmağa yazıçı cəsarəti lazımdır”

“Əbədiyyət dastanı” həcminə, bədii keyfiyyətinə görə Azərbaycan ədəbiyyatında Heydər Əliyevə həsr olunan əsərlərin ən yaxşısı hesab edilməlidir”

 

Nüfuzlu şəxsiyyətlər yalnız yaşadıqları dövrdə deyil, bütün zamanlarda öz örnək həyat və fəaliyyətləri ilə diqqət mərkəzində dayanırlar. Bu şəxsiyyətlər ancaq öz ölkələrinin ictimai, siyasi, tarixi, mədəni həyatı üçün yox, bütün bəşəriyyətin rifahı naminə titanik fəaliyyət göstərirlər. Azərbaycan xalqının xilaskarı, böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, qurucusu və onun əsas müdafiəçisi kimi xalqımızın qəlbində yaşayır.

Heydər Əliyevin tarixi obrazı xalqımızın qəlbində özünə əbədiyaşarlıq qazanıb. Bu şübhəsiz belədir.

Müasir Azərbaycan ədəbiyyatında Heydər Əliyevin bədii obrazı yaradılıbmı?

Bədii ədəbiyyatda, xüsusən də nəsrin roman, povest və hekayə janrlarında Heydər Əliyev obrazının hansı səviyyədə yaradılması məsələsini araşdırdıq.  

Onu da qeyd edək ki, H.Əliyev haqqında səhnə əsərləri də yaranıb. Onların sayı elə də çox deyil. Hidayətin “Burdan min atlı keçdi”, Aqşin Babayevin “Xilaskar”, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, İftixar Piriyevin “Qurtuluş dastanı” kimi pyeslərində Heydər Əliyevin obrazı canlandırılıb.

H.Əliyevin obrazı nəsrlə müqayisədə poeziyada daha qabarıq şəkildə ifadə olunub. Məsələn, Söhrab Tahirin, Nəriman Həsənzadənin, Fikrət Qocanın, Mirvarid Dilbazinin, Nəbi Xəzrinin, Qabilin, Cabir Novruzun, Rəfiq Zəka Xəndanın, Hüseyn Kürdoğlunun, Məstan Günərin, Səyavuş Məmmədzadənin, Musa Urudun, Vahid Əzizin, Baba Vəziroğlunun, Vaqif Bəhmənlinin, Əli Rza Xələflinin, Yusif Nəğməkarın, Ağacəfər Həsənlinin, Vüqar Əhmədin, Oqtay Rzanın, Xanım İsmayılqızının, Elman Həbibin, Ramiz Məmmədzadənin, Ramiz Heydərin, Ramiz Duyğunun, Elxan Zal Qaraxanlının dahi şəxsiyyətə həsr etdikləri poetik nümunələri qeyd edə bilərik.

Heydər Əliyevin tarixi memuar janrında obrazının yaradılması diqqəti cəlb edir. Bu janrda yazılan əsərlərdən Xalq yazıçısı Anarın “Unudulmaz görüşlər”, Xalq yazıçıs Elçinin “Tarixlə üz-üzə dayanmış adam”, Xalq yazıçısı Mövlud Süleymanlının “Qırx ilin yeddi görüşü”, mərhum Xalq yazıçısı İsa Hüseynovun “Həyatımdan səhifələr”, yazıçı Vidadi Babanlının “Unutmadığım günlər”, Hafiz Paşayevin “Bir səfirin manifesti”, Səyyad Aranın “Heydər Əliyevin Amerika fəthi”, Hüseynbala Mirələmovun “İşığın izi ilə” əsərlərini qeyd edə bilərik.

Tanınmış ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir “Bakı-Xəbər”ə bildirdi ki, H.Əliyevin obrazı daha çox nəsrin bədii publisistika janrında öz əksini tapıb.

“Bədii nəsrdə Heydər Əliyevin obrazı daha çox bədii publisistikada yaradılıb. Bu əsərlər sırasında Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” bioqrafik silsiləsindən çap olunan “Heydər Əliyev” kitabı, həmçinin, Xalq yazıçısı Elmira Axundovanın 6 cildliyi bu sahədə xüsusi yer tutur. Bu, “Heydər Əliyev: şəxsiyyət və zaman” kitablarıdır. Heydər Əliyevin obrazı bir sıra memuar nəsri nümunələrində də yaradılıb. Biz burada Xalq yazıçısı Anarın memuar janrında yazdığı “Qalib gəldi, qalib getdi” əsərini qeyd etməliyik. Bu əsər öz sanbalına görə çox seçilir. Həmin kitabda Heydər Əliyevin ədəbiyyata, mədəniyyət və incəsənətə əvəzsiz qayğısından da söhbət açılıb. Heydər Əliyevin obrazının canlandırıldığı bədii əsərlər arasında xüsusilə Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poeması xüsusi yer tutur. “Əbədiyyət dastanı” həcminə, bədii keyfiyyətinə görə Azərbaycan ədəbiyyatında Heydər Əliyevə həsr olunun əsərlərin ən yaxşısı hesab edilməlidir. Bu əsərin içində Heydər Əliyevlə yanaşı, İlham Əliyev haqda da bir dastan yaradılıb. Bunlar ikisi bir yerdə “İki ömrün dastanı” adlanır, janrca diologiyadır. Sonra şair Ramiz Duyğun da Heydər Əliyevə poema həsr edib, bu əsərdə əsasən ulu öndərin ürəyindən əməliyyat keçirməsi məsələləri bədii şəkildə ifadə edilib” - deyə bildirən Ə.Cahangir qeyd etdi ki, bütövlükdə, bədii ədəbiyyatda Heydər Əliyevin obrazı çox dolğun və möhtəşəm yaradılmalıdır ki, bu uca şəxsiyyətin hünərləri, xilaskarlıq missiyası, müstəqil Azərbaycanın memarı olması, xalqımız uğrunda verdiyi mücadilələr və s. tam ifadə olunsun.

Ə.Cahangirin sözlərinə görə, publisistika, memuar nəsrin bir qolu olsa da, roman, povest və hekayə janrlarında hələ Heydər Əliyevin obrazı yaradılmayıb. “Heydər Əliyevin fəaliyyəti tariximizin bir səhifəsidir. Görünür, buna da bədii nəsr, xüsusilə də roman səviyyəsində cavab vermək üçün vaxt lazımdır. Həm də bizim yazıçılarda bu dahi şəxsiyyətin obrazını yaratması üçün cəsarət olmalıdır. Heydər Əliyevin obrazını bədii nəsrdə yaratmağa yazıçı cəsarəti lazımdır. Heydər Əliyevin şəxsiyyəti, tarixdəki rolu, yeri bədii təfəkkür tərəfindən tamamilə dərk olunmayıb. Yəni Heydər Əliyev şəxsiyyətini bədii təfəkkür, söhbət romandan gedirsə, dərk etməlidir ki, sonra yazıçı o obrazı yaratsın. Çünki biz böyük tarixi şəxsiyyətlərin yaşadıqları tarixi dönəmdən uzaqlaşdıqca, o tarixi şəxsiyyətlərə yaxınlaşırıq. Onların yaxınlığında olanda onları görə bilmirik, lakin bu dahi şəxsiyyətləri uzaqdan daha aydın görə bilirik. Hesab edirəm ki, Heydər Əliyevin roman səviyyəsində bədii obrazının yaradılmaması səbəblərindən biri də bundan ibarətdir. Digər tərəfdən də, ola bilsin ki, birbaşa olmasa da, bədii formada yaradılan roman və povestlərdə Heydər Əliyevin şəxsiyyətinə bu və digər dərəcədə işarələr var. Məsələn, Sabir Əhmədlinin keçən əsrin sonlarında “Kef” romanı dərc edilmişdi. Həmin əsərdə müsbət planda əks olunan Kişi obrazı vardı. Obrazın adı elə Kişi idi. Mənə elə gəlir ki, Kişi obrazı həm yazıçının özünün obrazı idi, həm də bu əsərdə Heydər Əliyevə məxsus çalarlar vardı. Bu, bədii ümumiləşdirmə idi. Yazıçının şəxsiyyəti ilə dövlət başçısının şəxsiyyəti adekvatlaşmışdı, eyniləşmişdi. Bu, xüsusi ədəbi priyom idi”. 

Ə.Cahangir qeyd etdi ki, o özü də Heydər Əliyevlə bağlı “Möhtəşəm məktub” adlı geniş məzmunlu esse yazıb. Bu essedə Heydər Əliyevin uşaqlığından başlayaraq, onun birinci dəfə Azərbaycana rəhbərlik etməsinə, Kremlə dəvət edilməsinə və sonradan xalqının xilaskarı kimi ölkəmizə qayıtmasına qədər olan məqamlar bədii-publisistik şəkildə öz əksini tapıb.

Ə.Cahangir qeyd etdi ki, H.Əliyev obrazına ən çevik reaksiya jurnalistlər tərəfindən verilib.  O vurğuladı ki, bu dahi şəxsiyyət haqqında yüzlərlə məqalə, yazılar yazılıb. “Heydər Əliyev obrazının yaradılmasına jurnalistika daha aktiv cavab verib, nəinki bədii nəsr” - deyə Ə.Cahangir bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ