Cümə günü, 09 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Ernest Heminquey

Image


Ernest Heminquey 1899-cu il iyul ayının 21-də Amerikanın İllinoys ştatında anadan olub. Atası Klarens Edmont Heminquey uşaq yaşlarından Ernesti təbiətə məhəbbət ruhunda tərbiyə edib. Onun ən böyük arzusu Ernestin həkim olması idi. Atası onu çox sevir və yanından ayırmırdı.

Gələcəyin məşhur yazıçısı 8 yaşı olanda artıq İllinoys ştatında olan bütün ağacların, quşların, balıqların və vəhşi heyvanların adlarını əzbərdən bilirdi. Təbiətlə yanaşı, Ernest həm də ədəbiyyat həvəskarı idi. Onu kitablardan ayrı təsəvvür etmək mümkün deyildi. Artıq 10 yaşında atasının şəxsi kitabxanasındakı bütün kitabları oxumuşdu. Amma atasından fərqli olaraq, Ernestin anası oğlunun musiqiçi olmasını arzulayırdı. Bu məqsədlə o, Ernesti violonçel sinfinə qoymuşdu və onu tez-tez kilsəyə apararaq, kilsə xorunda oxumağa məcbur edirdi.

12 yaşı olanda Ernestin həyatında önəmli bir hadisə baş verir. Babası ona ov tüfəngi bağışlayır. Bu hədiyyə nəvə ilə baba arasında möhkəm dostluğa səbəb olur. Babasının ov haqqında danışdığı maraqlı əhvalatların çoxu sonralar Ernestin əsərlərində öz təsvirini tapıb. Bir sözlə, babasının ov əhvalatları Ernestin ədəbiyyata olan həvəsini daha da artırıb və o, ömrü boyu babasını xoş hadisələrlə xatırlayıb. Atası da Ernestin ov həvəsinə mane olmayıb, əksinə, oğlunu bu işə daha da həvəsləndirib. Gənc Ernest bu təsir altında yazdığı ilk hekayəsini də ova həsr edib. Hekayənin qəhrəmanı obrazında isə əsasən atasını bir az da babasını canlandırıb. Hekayənin qəhrəmanı sonda ovda faciəli şəkildə həlak olurdu. Nə qədər qəribə olsa da, sonradan Ernestin atası Klarens də hekayədə təsvir edildiyinə oxşar şəkildə intihar etmişdi. Heminqueyin ilk hekayəsi “Skrijal” adlı məktəb jurnalında dərc edilmişdi. Hindu folkloru əsasında yazılan bu hekayə “Manitanın mühakiməsi” adlanırdı. Bunun ardınca məktəb jurnalında onun “Bütün iş dərinin rəngində idi” adlı hekayəsi dərc olunur. Hekayədə boksun pərdə arxasında aparılan çirkli kommersiya tərəflərindən danışılırdı.

1916-cı ildə Ernest sərbəst şəkildə Şimali Miçiqan ştatına səyahətə çıxır. Bu səyahət ona yeni əsərlərin yazılması üçün çoxsaylı mövzular verir. Səyahətdən qayıdandan sonra “Jinqan zəngirləri” adlı hekayəsini yazır. Bu hekayəsində o, Ocubey qəbiləsindən olan ovçunun intiqamından bəhs edir. Bunun ardınca Ernest “Trapesiya” adlı məktəb qəzeti üçün idman yarışları, konsertlər haqqında reportajlar hazırlamağa başlayır.

Ernest Heminquey məktəbi bitirdikdən sonra valideynlərinin universitetdə oxumaq tələblərinə məhəl qoymadan Kanzas Siti şəhərinə gedərək yerli “Star” qəzetində işləməyə başlayır. Gənc Ernest ona tapşırılan sahələrdə baş verən hadisələri geniş işıqlandırırdı. Reportajlar hazırlayarkən o, oğrular, muzdlu qatillər və digər cinayətkar ünsürlərlə tanış olurdu. Bu tanışlıqlar ona insanları cinayətə sürükləyən səbəblərlə yaxından tanış olmaq, onların ən cüzi jestlərini yadında saxlamaq və sonralar onlardan qəhrəmanlarının təsvirində istifadə etmək imkanı verib. Həmin dövrdə Ernestin hadisə yerindən hazırladığı operativ reportajlar onu həm redaksiya rəhbərliyinin, həm də oxucuların sevimlisinə çevirib.

Hərbi xidmət yaşı çatanda Ernest orduda xidmət etmək üçün müvafiq qurumlara müraciət edir. Ancaq o yaxşı görmürdü və ona görə də uzun müddət Ernesti hərbi xidmətə qəbul etməyiblər. Buna baxmayaraq, yaxın bir tanışı vasitəsilə “Qırmızı xaç”ın sürücüsü kimi İtaliyaya göndərilməsinə nail olur. Milan şəhərində onu və “Qırmızı xaç”la gələn digər könüllüləri partladılan hərbi sursatlar zavodunun ərazisini təmizləməyə göndərirlər. İlk dəfə ölümlə üz-üzə qalan Ernest sonralar yazdığı “Günortadan sonra ölüm” adlı əsərində bunu olduqca təsirli şəkildə təsvir edib. Ertəsi gün isə Ernesti sanitar maşınının sürücüsü kimi Şio şəhərinə birbaşa cəbhə xəttinə göndərirlər. Amma burada “Qırmızı xaç” könüllüləri günlərini daha çox əyləncələrlə keçirirdilər. Ernest isə belə həyata dözə bilmirdi. Ona görə də cəbhənin daha qızğın hissələrinə göndərilməsini tələb edib və buna nail olub. Ön hissədə Ernestə səngərlərə ərzaq daşımaq tapşırılıb. O, güllə yağışı altında bu işə həvəslə başlayıb. 1918-ci il iyul ayının 8-də Ernest yaralı italiyalı snayperi döyüş meydanından çıxararkən avstriyalı əsgərlərin pulemyot və minomyotlardan açdıqları atəş altında qalır və 26 qəlpə yarası alır. Amma həkimlər onun həyatını xilas edə bilir. Bu qədər yara ilə sağ qalmaq həqiqətən də möcüzə idi. Ernestin diz qalpağı çox ciddi zədələndiyindən, həkimlər onu alüminium protezlə əvəz edirlər. Sağalandan sonra hərbi xidmətə yararsız adam kimi ordudan tərxis olunur. Onun barəsində İtaliya cəbhəsində vuruşan ilk qəhrəman kimi bütün Amerika qəzetləri geniş yazılar verirdi. İtaliya kralı isə öz həyatını təhlükə altında qoyaraq yaralı italiyalı snayperi cəbhə xəttindən çıxardığı üçün Ernest Heminqueyi “Fədakarlığa görə” gümüş medalı və “Hərbi xaç” ordeni ilə təltif edib.

Müharibədən qayıtdıqdan sonra təxminən 1 il ərzində Heminquey yaralarını müalicə etdirməklə məşğul olub. 1920-ci ildə o, yenidən jurnalistika fəaliyyəti ilə məşğul olmaq üçün Toronto şəhərinə gedir və bu şəhərdə çıxan “Toronto star” qəzetində işə başlayır. Qəzetin təsisçisi ona istənilən mövzuda yazmağa icazə verib. Fəqət o, yalnız dərc olunan yazıya görə qonorar verəcəyini söyləyib. Əvvəlcə Ernest amerikalıların incəsənətə qeyri-ciddi yanaşmalarını ələ salan satirik xarakterli məqalələr yazıb. Sonra isə evdə oturaraq heç kimə lazım olmayan müharibə veteranları, həmçinin qanqsterlər və səviyyəsiz məmurlarla bağlı daha ciddi mövzuları qələmə almağa başlayıb.

1921-ci il sentyabrın 21-də Ernest gənc pianoçu Hedli Riçardsonla evlənir və onunla birgə çoxdan arzusunda olduğu Parisə gedir. Parisdən “Toronto star” qəzeti üçün hekayələr və müxtəlif səviyyəli reportajlar hazırlayaraq göndərir. Avropa həyatını təsvir edən belə yazılar Amerikada böyük maraq və həvəslə oxunurdu.

Ernest Heminquey ədəbiyyat sahəsində ilk böyük uğuru 1926-cı ildə əldə edib. Həmin il onun 1920-ci illərdə İspaniyada və Fransada yaşayan, cəmiyyət üçün itirilmiş gənclərin həyatından bəhs edən “Və Günəş doğur” adlı romanı çap edilib. 1927-ci ildə Heminqueyin “Qadınlarsız kişilər”, 1933-cü ildə isə “Qalib heç nə almır” adlı seçilmiş hekayələri çapdan çıxır. Bütün bunlar onu oxucular arasında qısa hekayələr müəllifi kimi məşhurlaşdırır. Bu hekayələr arasında “Qatillər”, “Frensis Makomberanın uzun sürməyən xoşbəxtliyi” və “Klimancaronun qarı” daha çox oxucu sevgisini qazanıb. Amma Qərbdə Heminqueyə 1929-cu ildə yazdığı “Əlvida silah” romanı daha böyük şöhrət gətirib. Romanda amerikalı könüllü ilə ingilis tibb bacısının arzuolunmaz sonluqla bitən sevgisindən bəhs edilir. Bu kitab, həmin dövrdə dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, qısa müddətdə satılıb.

Ernest Heminquey 1930-cu ilin payızında avtomobil qəzasına düşür və başından, həmçinin bədəninin müxtəlif yerlərindən ağır zədələr alır. O, yarım il müalicə olunur, amma ağır qəza və uzun müalicə onun ədəbi yaradıcılığına mane ola bilmir. 1932-ci ildə Heminquey “Günortadan sonra ölüm” adlı romanını yazır. Bu roman çapdan çıxan kimi yazıçıya Amerika və ondan kənarda yeni şöhrət qazandırıb.

Ernest Heminqueyin ruhunda, qanında daşıdığı ovçuluğa böyük həvəs onu heç zaman tərk etmir. Ona görə də yazıçı daima ova can atıb. 1933-cü ilin sonlarında o, Afrikadakı Tonqanika gölü ətrafında ova gedib. Amma ovda xəstələnib və 1934-cü ilin yanvar ayında vəziyyəti ağırlaşıb. Yazıçının olduğu Dar-əs-Salam şəhərinə təcili xüsusi təyyarə göndərərək, onu İngiltərənin bölgədəki hospitalına aparıblar. Həkimlər onu çətinliklə də olsa sağaldaraq ovçuluqla məşğul olmağı qadağan etsələr də, yazıçının ovu uğurlu olub. O, Afrikada 3 şir, 27 antilop və digər heyvanlardan ovlaya bilib. 1935-ci ildə yazıçının Afrikaya ov səfəri təəssüratları barədə “Afrikanın yaşıl təpələri” adlı kitabı nəşr olunub.

Həmin dövrdə yazıçı dünyada baş verən siyasi proseslərlə də yaxından maraqlanıb. Bu maraq onu İspaniyaya aparıb. O burada Frankoya qarşı vuruşan respublikaçıların sırasına qoşulub. Heminqueyin çağırışı əsasında Şimali Amerika Qəzetçilər Assosiyasıyası İspaniyada baş verənləri işıqlandırmaq üçün rejissor Yoris İvensin rəhbərliyi altında çəkiliş qrupu göndərir. Nəticədə, bölgədə baş verən hadisələri əks etdirən və ssenari müəllifi Heminquey olan “İspaniya torpağı” adlı sənədli film çəkilir. Yazıçı “Beşinci kolonna” adlı pyesini də İspaniyada yazıb.

Ernest Heminquey 1949-cu ildə Kubaya gedərək burada yaşamağa başlayır. 1952-ci ildə ona dünya şöhrəti gətirəcək “Qoca və dəniz” povestini yazıb. Bu povestdə dənizdə təkbaşına taleyin hökmünə buraxılan və köpək balıqları ilə yaşamaq uğrunda mübarizə aparan qoca balıqçıdan bəhs edilir. Bu mübarizə o qədər təsirli təsvir edilib ki, oxucunun özü də bilmədən ruhən baş verən hadisələrin iştirakçısına çevrilir. “Qoca və dəniz” povesti beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olub. 1953-cü ildə bu povestə görə Ernest Heminqueyə beynəlxalq “Pulitser” mükafatı verilib. 1954-cü ildə isə Ernest Heminquey hər bir yazıçının arzuladığı Nobel mükafatına layiq görülüb. Bu, yazıçının fəth etdiyi ən yüksək zirvə, yaradıcılığına verilən əvəzsiz töhfə idi. Bundan sonra, 1956-cı ildə Heminquey “Həmişə səninlə olan bayram” adlı avtobioqrafik əsərini yazıb. Əsərdə onun 1920-ci illərdə Parisdə keçirdiyi həyatından bəhs edilir.

1960-cı ildə Kuba ətrafında baş verən hadisələr Heminqueyi ABŞ-a qayıtmağa məcbur edir. O, bu dəfə özünə yaşamaq üçün Aydaxo ştatından Ketçum şəhərini seçir. Amma artıq həyat yazıçını yeni sınaqlara çəkməyə hazırlaşırdı. Heminquey həyatında dəfələrlə ölümlə üzləşib və qəzalara uğrayıb. Fəqət hər dəfə ölümdən qaça bilib. Bu qəzalar zamanı, həmçinin I Dünya Müharibəsində aldığı yaralar onun sağlamlığına mənfi təsir edib, yazıçı depressiyadan əziyyət çəkməyə başlayıb. Ona elə gəlirdi ki, hər yerdə ABŞ-ın Federal Tədqiqat Bürosunun (FTB) əməkdaşları tərəfindən izlənir. Onu xəstəxanaya aparıb, cərəyan verməklə müalicə etməyə başlayıblar. Bu isə ağır nəticə verib. 2-ci seansdan sonra Heminquey yaddaşını itirib. O, öz fikrini sərbəst şəkildə ifadə etmək üçün bir kəlmə belə yaza bilmirdi. Vəziyyətinin ağırlaşdığını gördükdə isə özünü öldürmək qərarına gəlib. Heminqueyin həyatını tədqiq edən yazıçı F.Yanq yazır ki, “Məşhur yazıçının bütün həyatı ölüm və intihardan qaçmaqdan ibarət olub. Bu amil də onun yaradıcılığında güclü iz buraxıb. Heminqueynin psixikasında özünü göstərən qorxu hissləri və nevroz dəfələrlə qəzaya düşməsi, Afrikaya səfəri zamanı ağır xəstələnməsi və bir də I Dünya Müharibəsi zamanı ağır yaralanması ilə əlaqədar olub.”

Heminquey ilk dəfə özünü 1961-ci il aprel ayının 16-da öldürmək istəyib. Yazıçının həyat yoldaşı Meri təsadüfən qonaq otağına girəndə onun tüfəngə patron qoyduğunu görüb. Meri tələsik yazıçını müalicə edən həkimi çağırıb və o, çətinliklə də olsa, Heminqueyi fikrindən daşındıra bilib. Buna baxmayaraq, yazıçı ertəsi gün qonaq otağının qapısını arxadan bağlayaraq yenidən özünü öldürmək istəyib. Ancaq yaxınları bundan vaxtında xəbər  tutaraq onun əlindən silahı ala biliblər. Bundan sonra Heminqueyi yenidən psixiatrik klinikaya müalicəyə göndəriblər. Ancaq hər yerdə onun gözünə FTB-nin izləyiciləri görünürdü. O, klinikadan dostuna zəng edərək, xəstəxanada da FTB əməkdaşlarının onu izləmələrindən şikayət edib. 2 aydan artıq davam edən müalicədən sonra yazıçını evə buraxıblar. Bundan bir neçə gün sonra - 1961-ci il iyuluın 21-də yazıçı əhatəsində olan yaxınlarının və onun hər addımını nəzarət altında saxlayan həyat yoldaşı Merinin diqqətindən yayınaraq özünü öldürüb.

Ruhu şad olsun!

Fazil QARAOĞLU
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ