Cümə günü, 09 oktyabr 2026
     

Qeyri-maddi irsin qorunması üzrə portala ictimai dəstək...

Image


Qiymət Məhərrəmli: “Qeyri-maddi mədəni irsin qorunması təkcə dövlətin işi deyil, dövlətlə yanaşı, ictimaiyyət də bu işə dəstək verməlidir”
Ənvər Çingizoğlu: “Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələrinin qorunmasında, təbliğində, dəyərlərimizin gələcək nəsillərə çatdırılmasında ictimaiyyət əməli işlər görməlidir”

 

Bütün dünyadakı xalqlar, dövlətlər qədim tarixi, maddi və qeyri-maddi irsinə sahib çıxır. Azərbaycanda dövlət tərəfindən bu məsələ diqqətdə saxlansa da, təəssüf ki, ictimaiyyət hələ də maddi və qeyri-maddi mədəni irsimizin qorunmasında gərəyi olan rolu oynaya bilmir.

Ümumiyyətlə, maddi və qeyri-maddi irsin qorunması, mühafizəsi sahəsində dövlətlə ictimaiyyət, cəmiyyət paralel addımlamalı, dövlətin dəyər verdiyi sərvətimizi ictimaiyyət talan etməyə cəhd göstərməməlidir. Ümumiyyətlə, qeyri-maddi mədəni irsə ictimaiyyətin diqqətinin lazımi səviyyədə olmaması əlaqədar qurumları da ciddi narahat edir. Sözsüz ki, qloballaşma dövründə, eləcə də mədəniyyətlərin bir-birilə rəqabət apardığı bir zamanda bütün xalqlar öz maddi və qeyri-maddi irsinə sahib çıxmaq uğrunda mübarizə aparır. 

Dövlət bu sahədə böyük işlər görür və hətta bu günlərdə bu məqsədlə yaradılan “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı da ictimaiyyətin ixtiyarına verildi. Bu, dövlətin qeyri-maddi mədəni irsimizə verdiyi dəyərin və onun qorunması, təbliğ edilməsi sahəsində gördüyü sistemli işlərin nəticəsidir.

Qeyd edək ki, mədəniyyət nazirinin müavini Rafiq Bayramov mətbuata bildirib ki, qloballaşan dünyada xalqların öz mədəni-mənəvi varlığını qoruması prioritet məsələdir. “Çünki xalqın dili, adət-ənənələri, mədəni irsi onun milli identikliyinin əsas göstəricisidir. Azərbaycan xalqının zəngin mədəni irsi zaman-zaman müxtəlif qüvvələr tərəfindən mənimsənilməyə məruz qalıb. Bu baxımdan, qeyri-maddi və maddi mədəni irs nümunələrimizin qorunması və təbliği dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. Ölkəmiz UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasına qoşulub. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahəyə diqqət və qayğısı nəticəsində təşkilatın müvafiq siyahılarına mədəni irsimizlə bağlı 11 nominasiya daxil edilib və bəşəriyyətin mirası olaraq qorunur” - deyə bildirən R.Bayramovun sözlərinə görə, son illər bu sahədə aparılan işlər daha geniş xarakter alıb. O vurğulayıb ki, Mədəniyyət Nazirliyi tərəfindən istifadəyə verilən “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı da mədəni irsin sistemli şəkildə qorunması və təbliği işinə töhfədir: “Dövlət Reyestrinin yaradılması qeyri-maddi mədəniyyət nümunələrini dövlət qeydiyyatına salmaq, onların təbliğini təşkil etmək, eləcə də bədnam qonşular tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün lazımi informativ bazanı formalaşdırmaq ehtiyacından irəli gəlib. Nəsildən-nəslə ötürülən belə nümunələr xalqın uzaq keçmişinə, qədim tarixinə söykənən təcrübə əsasında yaradılıb. Portalda Azərbaycan milli-mənəvi mədəniyyətinin müxtəlif sahələrini əhatə edən irs nümunələrinin siyahısı əksini tapıb.

Elektron resurs Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatları, həmçinin, mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, UNESCO siyahılarındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, münaqişəyə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları, qeyri-maddi irs sahəsində yenilikləri özündə ehtiva edir. Bundan əlavə, məlumat bazasında Azərbaycanın şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında bilgilər də yer alıb”.

Dövlətlə yanaşı, ictimaiyyətin də qeyri-maddi irsin qorunmasında, onun nəsildən-nəslə ötürülməsində əsaslı rol oynamalı olduğunu deyən filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli hesab edir ki, ictimaiyyət xalqın irsinin qorunmasına çalışmalıdır. O qeyd etdi ki, qeyri-maddi irs nümunələrinin qorunması işinə dövlət dəstəyi sahəsində xeyli iş görülüb. “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının da yaradılmasının bu əsas işlərdən biri olduğunu qeyd edən alimin sözlərinə görə, hər bir azərbaycanlı qloballaşma şəraitində öz mədəniyyətinin, maddi və qeyri-maddi irsinin yaşaması üçün əlindən gələni etməlidir. “Qloballaşma dövründə milli mədəni irsimizin qorunması çox vacibdir. Biz onun əriməsinə, yox olmasına imkan verməməliyik. Qeyri-maddi mədəni irsin qorunması təkcə dövlətin işi deyil, dövlətlə yanaşı, ictimaiyyət də bu işə dəstək verməlidir. Çünki zaman-zaman maddi və qeyri-maddi mədəni irsimizi, dəyərlərimizi xalqımız yaşadaraq nəsildən-nəslə ötürüb. Bu gün nazirlik tərəfindən “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı yaradılaraq istifadəyə verilib. Bu çox müsbət bir işdir. Bilirsiniz ki, indiyə qədər belə bir reyestrimiz olmayıb. Bu gün isə var. Burada xalçaçılıqla, milli bayramlarımızla, muğam və aşıq sənəti ilə, habelə tikmə və s. sənətlərimizlə bağlı maraqlı məlumatlar yerləşdirilib” - deyə Q.Məhərrəmli bildirdi.

Etnoqraf-alim, tədqiqatçı Ənvər Çingizoğlu da hesab edir ki, bu gün qeyri-maddi irsimizin dünyada tanıdılması istiqamətində böyük işlər görülür. Bu sahədə Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun həyata keçirdiyi işlərin xüsusilə seçildiyini deyən Ə.Çingizoğlunun sözlərinə görə, bu məsələdə ictimiayyətin də rolu hiss olunmalıdır. İctimaiyyətin bu kimi vacib məsələlərə bir qədər barmaqarası yanaşdığını deyən Ə.Çingizoğlunun bildirdiyinə görə, bu gün muzeylərdə, müxtəlif mədəniyyət ocaqlarında qorunan qeyri-maddi irs nümunələri xalq sənətkarları tərəfindən ərsəyə gətirilib. O qeyd etdi ki, Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri diyarşünaslıq, folklor və sənətkarlıq olmaqla üç kateqoriyaya ayrılır. “Azərbaycanın qeyri-maddi mədəni sərvətləri bizim hər birimiz üçün xüsusi dəyərə malik olmalıdır. Dövlət bu sahədə çox böyük işlər görüb. Heydər Əliyev Fondu tərəfindən 11 obyekt UNESCO-da müxtəlif nominasiyalar üzrə qeydiyyata alınıb. Bunlar çox müsbət göstəricilərdir. Çox arzu edərdik ki, ictimaiyyətin qeyri-maddi dəyərlərə münasibəti dəyişsin. Bəzi insanlar o örnəklərə ancaq alver nöqteyi-nəzərindən baxır. Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəni irsi dövlət tərəfindən qorunur, təbliğ edilir. O dəyərlər yaddaşlarda da qorunmalıdır ki, xalqımız onu sabaha da daşıya bilsin. Hesab edirəm ki, Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələrinin qorunmasında, təbliğində, dəyərlərimizin gələcək nəsillərə çatdırılmasında ictimaiyyət əməli işlər görməlidir” - deyə Ə.Çingizoğlu bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ