Cümə günü, 09 oktyabr 2026
     

Böyük Türkiyə alimi, folklor tədqiqatçısı Azərbaycanda dövlətin mədəniyyətə dəstəyini necə görür... - MÜSAHİBƏ

Image


Əli Kafkasiyalı: “Azərbaycan Hökumətinin apardığı siyasəti çox ciddi şəkildə izləyirəm”
“Azərbaycan dövləti türk dövlətləri arasında sənətə, mədəniyyətə, ədəbiyyata, aşıq sənətinə, folklora, eləcə də sənətin digər qollarına çox böyük önəm verən, onların inkişafı üçün dəstək göstərən bir ölkədir”
“Azərbaycana ilk gəlişimin üstündən 31 il keçir, bu illər ərzində Azərbaycan çox inkişaf edib, yaxşı mənada dəyişib, gözəlləşib”
“Üzümü erməni xalqına tutub deyirəm ki, sizin dünyada edə biləcəyiniz bir doğru hərəkət varsa, o da türklərdən üzr istəyib, torpaqları qaytarıb, bizlərlə qonşuluğunuzu sülhlə davam etdirməyiniz olardı”

 

Azərbaycan Aşıqlar Birliyinin VI qurultayında iştirak etmək üçün Bakıya gələn və ölkəmizi həddindən artıq çox sevən türkiyəli professor, folklorşünas, Türk dünyasının ünlü alimi Əli Kafkasiyalı “Bakı-Xəbər”ə Azərbaycanla, ölkəmizin Türk dünyasındakı bəlli mövqeyi, Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətlə, habelə Dağlıq Qarabağ problemi ilə bağlı müsahibə verib.

- Əli bəy, Azərbaycan dövləti mədəniyyətə, aşıq sənətinə, eləcə də incəsənətin digər sahələrinə çox ciddi dəstək verir. Bu sahə tam olaraq dövlətin qayğısı ilə əhatə olunub. Azərbaycanla yaxın əlaqələrə malik olan bir alim kimi bunu necə dəyərləndirirsiniz?

- Azərbaycan dövləti türk dövlətləri arasında sənətə, mədəniyyətə, ədəbiyyata, aşıq sənətinə, folklora, eləcə də sənətin digər qollarına çox böyük önəm verən, onların inkişafı üçün dəstək göstərən bir ölkədir. Özü də bu qayğı siyasətinin təməli yeni qoyulmayıb, bu, illərdən bəri davam edən bir siyasət olub. Azərbaycan dövləti, Azərbaycan xalqı bir sıra mühüm məsələlərdə Türk dünyası üçün örnək olub. Bu həm siyasət, həm dövlətçilik, həm mədəniyyət, həm elm, həm də digər sahələrdə belədir. Siyasətə baxsaq görərik ki, Türk dünyasında ilk müstəqil respublika Azərbaycanda qurulub, qadınlara birinci dəfə səs vermək hüququ sizin ölkənizdə gerçəkləşib. Azərbaycanda 1918-ci ildə Cümhuriyyət qurulub. Bu il Cümhuriyyətin 100 illiyini böyük sevgi və fəxarətlə qeyd edirik. Bu, mədəniyyət, elm baxımından da belədir. Mən Türkmənistanda, Özbəkistanda, Qırğızıstanda bir neçə il işləmişəm. Tanış olarkən gördüm ki, onlarda musiqi məktəblərinin, konservatoriyaların qurulmasında Azərbaycan mütəxəssisləri böyük rol oynayıblar. Hətta deyərdim ki, o respublikalarda bu işi azərbaycanlı alimlər, bəstəkarlar, musiqiçilər qurub. Aşıq sənətinə gəlincə, Azərbaycan tarixən aşıq sənəti ənənələrinin mərkəzi olub, bu gün də missiyanı uğurla daşıyır. Azərbaycan deyəndə mən bura Marağanı, Ərdəbili, Urmiyanı, Dərbəndi, Güney Anadolunu, Qarsı, Sivası və s. aid edirəm. Bu bölgə tamamilə Azərbaycan mədəniyyəti üzərində pərvəriş tapıb. Bu səbəbdən də Azərbaycan həmişə öndər olub. Azərbaycan xalqı bütövlükdə milli mədəniyyətə, aşıq sənətinə dərin rəğbətlə yanaşır. Türk dünyasının öndəri olmaq haqqı Azərbaycanındır. Dədə Qorqud hekayələri bu coğrafiyadan Türk dünyasına, eləcə də bəşəriyyətə yayılıb. Dədə Qorqud coğrafiyası tamamilə Azərbaycanı əhatə edir. Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev Dədə Qorqud irsinə çox yüksək dəyər verərək, bu möhtəşəm abidənin 1300 illik yubileyinin keçirilməsini reallaşdırmışdı. Onun dövründə aşıq sənətinə, folklora, bu sahədə araşdırmaların genişləndirilməsinə böyük önəm verilirdi. Bu gün isə İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Hökuməti də bu sahədə çox çevik bir siyasət yürüdür. Bu da, sözsüz ki, bizi sevdindirir.

- Əli bəy, Siz Azərbaycanla, bizim folklorla, aşıq sənəti ilə sıx bağlı olan elm adamısınız. Dəfələrlə Azərbaycanda olmusunuz. Yeni gəlişinizdə ölkəmizi necə gördünüz?

- İlk dəfə Azərbaycana 1987-ci ildə gəldim. Onda hələ Sovetlər Birliyi dağılmamışdı, Azərbaycan bağımsızlıq əldə etməmişdi. O vaxt Ermənistanı, Gürcüstanı, Dağıstanı gəzdik və Azərbaycanda 71 gün qonaq qaldım. Burada olduğum müddətdə Mikayıl Azaflıdan tutmuş, Xalq şairi Bəxtiyar Vahabzadəyə qədər çox böyük sənətkarları tanıdım, gördüm. Azərbaycan aşıqlarını dinlədikdən sonra Türkiyə aşıqlarını dinləyə bilmədim.

- Bu nə ilə bağlı idi? Bu, aşıq sənətinin burada daha mükəmməl şəkildə inkişafı ilə bağlıydı, yoxsa  başqa səbəbi vardı?

- Burada aşıqların bu sənətin ənənələrini daha yaxşı şəkildə yaşatmaları, eləcə də aşıqlıqla bağlı bütün məqamları bilmələri, sənəti olduğu kimi icra etmələri məni cəlb etdi. Ozan sənətinin inkişafına görə Azərbaycan türk toplumunun önündə dayanır. Türkiyədə də böyük ozanlarımız var, ancaq orada ozanlarımız dövlət dəstəyi görmür. Yəni ozanların fəaliyyətinə rəsmi qurumlar heç bir dəstək vermir, ozanlar özləri özlərinə dayaq olurlar. Ancaq Azərbaycanda aşıq sənətini dövlət də dəstəkləyir, çeşidli qurumlar da.

Azərbaycana ilk gəlişimin üstündən 31 il keçir, bu illər ərzində Azərbaycan çox inkişaf edib, yaxşı mənada dəyişib, gözəlləşib. Bu məni ürəkdən sevindirir. Azərbaycanı həmişə inkişaf etmiş bir ölkə kimi görmək istəmişəm. Şükür, bunun şahidinə çevrildim.

- Əli bəy, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük bir problemi var. Bir türk aydını, alimi kimi Dağlıq Qarabağ münaqişəsi haqqında fikrinizi bilmək istəyirəm... 

- Qarabağ içimizdə bir yaradır (ağlayır)... Qarabağdan danışanda qəhər məni boğur, göz yaşlarımı saxlaya bilmirəm. Bu elə bir ağrıdır ki, onu ürəkdə daşımaq çox çətindir.

Qarabağ probleminin həllinə nail olmaq üçün çox şüurlu, məqsədyönlü şəkildə çalışmağımız lazımdır. Dağlıq Qarabağın hər yerində, o cümlədən də ermənilər tərəfindən Xocalıda törədilən qətliamlar bizi ağrıdır. Ancaq çox istəyirəm ki, dünya birliyi nəhayət ki, bu qətliamları törətdikləri üçün ermənilərdən haqq-hesab sorsun. Digər bir tərəfdən də, hesab edirəm ki, ermənilər Dağlıq Qarabağ məsələsində hansısa böyük güclərin əlində bir alətdir, maşadır. Bu problemi istəyənlər onları əllərində bir alətə çevirib. Dağlıq Qarabağ probleminin yaranmasında böyük güclərin marağı olub. Ermənilərin arxasında duran böyük güc Rusiyadır. Ermənilərə dəstək olan dövlətlərdən biri də Fransadır. Mən təxminən 6 il Fransada işləmişəm. Fransızların ermənilərə verdikləri dəstəyi öz gözlərimlə gördüm. Onlar erməniləri irəli atıb Azərbaycan xalqına zülm etdirirlər. Hətta təəssüf ki, müsəlman dediyimiz bəzi qonşu ölkələr də ermənilərdən öz dəstəklərini əsirgəmirlər. Mən başqa xalqlara deyil, üzümü erməni xalqına tutub deyirəm ki, sizin dünyada edə biləcəyiniz bir doğru hərəkət varsa, o da türklərdən üzr istəyib, torpaqları qaytarıb, bizlərlə qonşuluğunuzu sülhlə davam etdirməyiniz olardı. Türkiyədə erməni əsilli Hrant Dink adlı bir jurnalist vardı, o, açıq şəkildə deyirdi ki, bizi avropalılar aldadıb bu işə vadar etdilər. Sonra da bu sözə görə o jurnalisti öldürdülər. Ermənilər torpaqları qaytarmalıdır. Azərbaycan Hökumətinin apardığı siyasəti çox ciddi şəkildə izləyirəm, çox uğurlu, məqsədyönlü siyasət aparır. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həllində hər hansı bir iş görəcəyinə inanmıram. Bu gün türk birliyi Azərbaycana böyük dəstək verir. Çox şükürlər olsun, Sovetlər Birliyi dağıldıqdan sonra buradakı başqa türk respublikaları da müstəqillik əldə etdilər. Türkiyə Cümhuriyyəti də daxil olmaqla, bu gün güclü bir türk birliyi var və onlar bir-birinə dayaq olurlar. Qazaxın, özbəyin, türkmənin və digər türk xalqlarının birliyi nəticəsində Türkiyənin də, Azərbaycanın da etibarı artdı. Türk birliyi güclü işləyərsə və birliyini qoruyub saxlaya bilərsə, çox böyük işlər görə biləcəyik, Dağlıq Qarabağ probleminin də həllinə nail olacağıq. Hazırda çox böyük işlər görülür, bütün sahələrdə layihələr həyata keçirilir. Əminəm ki, biz bu birliyin gələcəkdə daha uğurlu işlərinin şahidi olacağıq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ