Cümə günü, 09 oktyabr 2026
     

Arxeoloji abidələrə vətəndaşların özbaşına müdaxilə problemi…

Image


Fariz Xəlilli: “Qara arxeologiya” ilə mübarizədə mütləq inzibati tədbirlər də həyata keçirilməlidir ki, bu işdə iştirakı olan adam törətdiyi cinayətə görə məsuliyyət daşısın”
“Hesab edirəm ki, bu qanunsuz halların qarşısımın alınması üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hüquq-mühafizə orqanları ilə birgə genişmiqyaslı reydlər keçirməlidir”
“Eyni zamanda da bu cinayəti törədən insanlarla bağlı çox yüksək məbləğdə cərimələr müəyyən edilməlidir”

 

“Qara arxeologiya” qara bazara işləyən bir sahədir. Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də “qara arxeologiya” qaçılmaz bir hala çevirilib.

Bir qisim vətəndaşlarımız uzun illərdir ki, yerlərdəki arxeoloji abidələrə qanunsuz müdaxilələr edir, müxtəlif vasitələrdən istifadə edərək bir qədər gözdən uzaq abidələri dağıdır, oradan tapdıqları əşyaları, eləcə də qızıl-ziynət əşyalarını, bəzək məmulatlarını qara bazara daşıyırlar. Bu olduqca ağrılı bir faktdır.

Uzağa getməyək, elə bu günlərdə Yardımlıda arxeoloji abidəyə qanunsuz müdaxilə olunub. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən mətbuata verilən məlumata görə, hadisə Yardımlı rayonunun Arvana kəndində baş verib. Qurum tərəfindən kənd ərazisindəki Sərək yaşayış məntəqəsində mövcud olan arxeoloji abidədə qazıntı işlərinin aparıldığı aşkarlanıb. Hər zaman olduğu kimi, bu dəfə də xoşagəlməz hadisəni törədən nəməlum şəxslərdir. Məlumata görə, belə şəxslər tərəfindən XII-XVI əsrlərə aid, ölkə əhəmiyyətli, inventar nömrəsi 1213 olan arxeoloji abidədə qanunsuz olaraq qazıntı işləri aparılıb.

Abidə mühafizəçisinin əraziyə gəldiyini görən naməlum şəxslər ərazidən uzaqlaşıblar. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.

Sözügedən tarixi abidənin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunduğu qeyd edilir.

Yuxarıda bildirdiyimiz kimi, bu hadisə ölkəmizdə ilk dəfə deyil ki, baş verir. Analoji hadisə keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq indiyə kimi davam edir. Bu abidələrdən aşkarladıqları arxeoloji materialları, üstündə insan, heyvan təsvirləri olan saxsı qabları, eləcə də bəzək əşyalarını götürən şəxslər müxtəlif vasitələrlə onları qara bazara ötürür, bu azmış kimi, hətta müxtəlif yollarla xarici ölkələrə daşıyır. Bir sıra mütəxəssislər qeyd edir ki, Azərbaycanın cənub bölgəsində arxeoloji abidələrə qanunsuz müdaxilə nəticəsində əldə edilən bir sıra materiallar keçən əsrin 90-cı illərindən əsasən İran ərazisinə daşınıb. Əlbəttə, bütün bunlar olduqca mənfi hallardır.

Azərbaycanda “qara arxeologiya”nın qarşısını necə almaq olar? Vətəndaşların arxeoloji abidələrə qanunsuz müdaxiləsi hansı vasitələrlə dayandırıla bilər?

MİRAS - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq, mədəni irs üzrə mütəxəssis Fariz Xəlilli ölkəmizdə “qara arxeologiya” ilə mübarizənin vacib olduğunu bildirdi. F.Xəlillinin sözlərinə görə, arxeoloji abidələrin qorunması, mühafizəsi ilə bağlı ayrıca qanunun olmasına və bu məsələnin konstitutsiyamızın 77 bəndində əks olunmasına baxamayaraq, hələ də arxeoloji abidələrə qanunsuz müdaxilələr mövcuddur. F.Xəlilli hesab edir ki, arxeoloji abidələrə qanunsuz müdaxilə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xüsusi bənd əlavə edilməlidir ki, vətəndaş gördüyü işin cinayət tərkibli olduğunu bilsin və bir də o əmələ əl atmasın.

“Konstitutsiyamızın 77-ci maddəsində qeyd edilir ki, arxeoloji abidələri qorumaq, mühafizə etmək hər bir vətəndaşın borcudur. Bundan əlavə, “Tarix və mədəiyyət abidələrinin mühafisəzi Haqqında” Qanun da qəbul edilib. Bu qanunda da arzeoloji abidələrlə necə davranılmalı olunduğu, onlara münasibət və s. təsbit olunub. Ancaq təəssüflər olsun ki, sözügedən qanunla bağlı ictimaiyyət arasında maarifləndirmə işləri aparılmadığı üçün insanlar belə bir qanunun mövcud olmasından xəbərsizdir. Ümumiyyətlə, arxeoloji abidələrin qorunması ilə bağlı maarifləndirmə işi yox səviyyəsindədir. Deyim ki, orta məktəb şagirdləri öz yerində, heç orta məktəb müəllimlərinin çoxunun belə arxeoloji abidələrin qorunması ilə bağlı minimum məlumatı yoxdur. Biz Təhsil Nazirliyi və digər qurumlarla birgə arxeoloji abidələrin mühafizəsilə bağlı maarifləndirici tədbirlər keçirərkən bunu aşkar şəkildə görürük. Hansı vətəndaşın qarşısına arxeoloji abidə çıxırsa, o həmin abidəyə ciddi, həssas münasibət göstərməlidir. Bilməlidir ki, abidələr bizim tarixi-maddi mədəni irsimizdir, ona zorakı münasibət göstərmək, qanunsuz müdaxilələr etmək olmaz. Ancaq çox təəssüf, bəzi insanlar bunu dərk etmir və düşünürlər ki, abidələrə qanunsuz müdaxilə edib, onu dağıdıb içindəki materialları götürsələr bundan heç kəs xəbər tutmayacaq və bunlar külli miqdarda vəsait əldə edəcəklər. Ümumiyyətlə, Azərbaycanda arxeoloji materialların alışı, satışı, bir sözlə, alveri qanunla qadağan edilir. Vətəndaş bunu tapırsa, heç zaman onu aşkar sata bilməz, çünki onu satan da, alan da konkret olaraq cinayət məsuliyyəti daşıyır. Antikvar mağazaların özləri də “qara arxeologiya” nümunələrini almaq istəsələr cinayət məsuliyyəti daşıyırlar. Bizim vətəndaşlar bundan xəbərsizdir. Elə bilirlər ki, abidələri qazıb tapdıqları materialları satsalar külli miqdarda vəsait əldə edəcəklər. Camaat “qazıntı” zamanı əldə etdikləri bəzək əşyalarını da, qızıl-zinəti də, silahı da antikvar kimi satmaq niyyəti güdür.

Üzərində müxtəlif heyvan təsvirləri olan saxsı qablara maraq böyükdür. Yardımlıdakı abidəyə qanunsuz müdaxiləyə gəlincə, deyim ki, cənub bölgəsi Ərdəbilə, Təbrizə yaxın olduğu üçün onlar heyvan təsvirli qabları ora satmaq məqsədi güdürlər. Bilirsiz, cənub bölgəsindəki abidələrdə saxsı qablar çoxdur və onların üzərində çox möhtəşəm təsvirlər var. İstər Yardımlıda, istərsə də cənub bölgəsinin digər rayonlarında elə bir hadisələr baş verirsə mütləq bura inzibati müdaxilə olunmalıdır. Hesab edirəm ki, problemin qarşısının alınması üçün rayon icra hakimiyyətləri, eləcə də hüquq-mühafizə orqanları yerli camaatla görüş keçirməli və baş verənlərin cinayət tərkibli olduğunu onlara anlatmalıdır”-deyə bildirən F.Xəlilli hesab edir ki, hətta yeri gəlsə, bu işlə məşğul olan adamların arxeoloji abidələrə müdaxiləsinin qarşısının alınması üçün o şəxsləri müvəqqəti təcridxanaya salmalıdırlar.

F.Xəlillinin sözlərinə görə, “qara arxeologiya” ilə məşğul olan istənilən şəxsin yüksək məbləğdə cərimələnməsi, bir neçə günlük azadlıqdan məhrum edilməsi və s. tədbirlər bu işin qarşısını ala bilər.

O qeyd etdi ki, vətəndaşlar bir sıra hallarda öz həyətyanı sahələrində quyu və s. qazarkən arxeoloji abidələrə rast gəlirlər. O hesab edir ki, vətəndaşlar belə halla qarşılaşarkən mütləq aidiyyəti qurumlara müraciət etməlidir. “Bilirsiz, bizim camaatda qəribə bir xasiyyət var. Həyətyanı sahəsində quyu qazarkən tapdıqları əşyalar barədə nə aidiyyəti qurumlara məlumat verir, nə də o əşyaları muzeylərə təhsvil verir, dərhal onu qara bazarda necə satacağını, gəlir əldə edəcəyini düşünür. Bu isə əsasən əhalinin maariflənmə səviyyəsinin aşağı olması ilə bağlıdır. “Qara arxeologiya”nın qarşısının alınması üçün ilk növbədə maarifçilik işinə ehtiyac var. Bundan başqa, “qara arxeologiya” ilə mübarizədə mütləq inzibati tədbirlər də həyata keçirilməlidir ki, bu işdə iştirakı olan adam törətdiyi cinayətə görə məsuliyyət daşısın.  Mən özüm vətəndaşların belə qanunsuz əməlləri ilə çox rastlaşmışam. Hətta Nərgizavada da qanunsuz qazıntı işləri aparan vətəndaş vardı və biz ona dedik ki, əldə etdiklərini dövlətə təhvil ver, o dirəniş göstərdi və bu işə hüquq-mühafizə orqanları müdaxilə etdikdən, onu bir neçə gün müvəqqəti saxlanma təcridxanasında saxladıqdan sonra həmin şəxs könüllü olaraq həmin əşyaları gətirib Azərbaycan Tarixi Muzeyinə təhvil verdi. Sözümün canı odur ki, bu işə inzibati müdaxilə olmalıdır. Eyni zamanda da bu cinayəti törədən insanlarla bağlı çox yüksək məbləğdə cərimələr müəyyən edilməlidir. Mən özüm tez-tez vətəndaşların arxeoloji abidələrə müdaxiləsi ilə bağlı məlumatlar alıram. Hətta gedib o adamlarla danışıram, etdiklərinin cinayət olduğunu onlara bildirirəm. Bir müddət əvvəl Şamaxının 7 Gümbəz Türbə Kompleksinə də qanunsuz müdaxilə edilib. Şamaxı xanı Mustafa xanın ailə üzvlərinin dəfn edildiyi bu günbəzi içərisindən balta, ağır çəkiclə və s. ilə dağıdıblar, gümbəzi əməlli-başlı sındırıblar. İnanın ki, gümbəzə qarşı əməlli-başlı vandalizm törədilib. Mən özüm oradan şənbə günü qayıtmışam, hətta türbədəki kitabənin də üzü qaşınıb.

Qanunsuz müdaxilə bu ilin fevral ayında baş verib, hazırda hüquq-mühafizə orqanları bu məsələni araşdırır. Camaat elə bilir ki, Mustafa xan türbəyə qızıl-gümüş qoyub. Bu halların qarşısının alınması birmənalı olaraq vacibdir. Vətəndaşa öz məsuliyyətini anlatmaq çox vacibdir. Arxeoloji abidələrə qanunsuz vətəndaş müdaxilələri baş alıb gedir, bunun qarşısı qətiyyətlə alınmalıdır.  Hesab edirəm ki, bu qanunsuz halların qarşısının alınması üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hüquq-mühafizə orqanları ilə birgə genişmiqyaslı reydlər keçirməlidir. Bunun nəticəsində nəyə isə nail olmaq olar. Məncə, Cinayət Məcəlləsinədə arxeoloji abidələrə qanunsuz müdaxilə ilə bağlı əlavə bənd daxil edilməlidir”-deyə F.Xəlilli onu da vurğuladı ki, bizim ən böyük problemimiz yerlərdə hansı abidənin harada yerləşdiyini reyestrə salmamağımızla bağlıdır. O qeyd etdi ki, abidələrin heç də hamısı dövlət qeydiyyatına alınmayıb. 2001-ci ildən indiyə qədər ölkəmizdəki arxeoloji abidələrin reyestri aparılmır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ