Cümə günü, 09 oktyabr 2026
     

Gürcüstan muzeylərində Azərbaycana aid tarixi əşyalarla bağlı mühüm qərar…

Image


Dəyanət Osmanlı: “Mən bu addımın atılmasını təqdir edirəm”

 

İndiki Gürcüstan Respublikası Azərbaycan türklərinin tarixən yaşadığı, öz maddi və qeyri-maddi mədəni irs nümunələrini yaratdığı, formalaşdırdığı bir dövlətdir. Məlumdur ki, bu gün həmin ölkənin ayrı-ayrı bölgələrində, o cümlədən də Borçalıda (Kvemo Kartli) yerli əhali, aborigen xalq kimi kompakt şəkildə yaşayan Azərbaycan türkləri Gürcüstan mədəniyyətinin zənginləşməsinə böyük töhfələr veriblər.

Bu gün Gürcüstan arxivlərində, eləcə də dövlət muzeylərinin fondlarında Azərbaycana, Azərbaycan türklərinə məxsus minlərlə maddi və qeyri-maddi mədəni irs nümunəsi saxlanır. Gizlin deyil ki, indiyə qədər bu irsin təbliğatı, tanıdılması, habelə qeydiyyata, siyahıya alınması, onların vahid reyestrinin hazırlanması reallaşmayıb. Halbuki, bu iş çoxdan həyata keçirilməli idi. Məlumatlara görə, artıq bu işə start verilməkdədir. Gürcüstanın dövlət muzeylərinin fondlarında saxlanan Azərbaycana aid maddi və qeyri-maddi mədəni irs nümunələri toplanacaq.

Qeyd edək ki, Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyevanın bu barədə təşəbbüslə çıxış etdiyi bildirilir. O bildirib ki, toplanacaq nümunələrin kataloq halına salınaraq nəşr olunması planlaşdırılır: “Muzeyin hazırladığı yeni fəaliyyət planına əsasən, Gürcüstanda yaşayan azərbaycanlılara məxsus maddi və mədəni irsin, xalq folklor nümunələrinin araşdırılması ilə də bağlı işlər həyata keçiriləcək”.

Gürcüstan muzeylərinin fondunda Azərbaycana aid maddi və qeyri-maddi mədəni irs nümunələrinin toplanmasını, onların kataloq şəklində çap edilməsini yüksək dəyərləndirən Borçalı kökənli ziyalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Dəyanət Osmanlı hesab edir ki, Borçalı türklərinə aid olan bütün dəyərlərin vahid reyestrinin hazırlanmasına ciddi ehtiyac var. D.Osmanlının sözlərinə görə, bu gün bu irsin toplanıb elektron və çap variantda ictimaiyyətə təqdim edilməsi bizim mədəniyyət tariximizə, milli-mədəni dəyərlərimizə qayıdış baxımından çox əhəmiyyətlidir. ”Ümumiyyətlə, artıq bütün dünyada belə bir proses gedir. Yəni müxtəlif xalqlara aid maddi və qeyri-maddi mədəni irs nümunələri araşdırılır, üzə çıxarılır və onların reyestri hazırlanır. Bu gün Gürcüstanın dövlət muzeylərində Azərbaycanla, daha dəqiq desək, Borçalı türklərilə bağlı maddi və qeyri-maddi mədəni irs nümunələrinin dəqiqləşdirilməsi, onların müəyyən edilərək kataloqlaşdırılması çox əhəmiyyətli bir işdir. Mən bu addımın atılmasını təqdir edirəm. Ancaq çox arzu edərdim ki, bu iş ancaq muzeylərdə saxlanan irs nümunələrinin kataloqunun hazırlanması ilə məhdudlaşmasın, Gürcüstan arxivlərində olan sənədlərimiz, eləcə də yerlərdə azərbaycanlılara aid olan maddi-mədəni irs nümunələri də siyahıya alınsın, onların da elektron və çap kataloqları hazırlansın. Azərbaycana aid maddi və qeyri-maddi mədəni irs nümunələrinin sistemləşdirilməsi bir sıra məsələlərə görə çox yaxşı haldır. Bu həm gələcəkdə bu sahə ilə məşğul olacaq alimlər, mütəxəssislər üçün bir mənbə rolunu oynayacaq, həm də biz özümüzün tarixi irsimizə bir daha qayıdacağıq. Gürcüstan muzeylərində Azərbaycana aid olan nümunələrin kataloqunun hazırlanması eyni zamanda da ona görə lazımdır ki, məlumatlar pərakəndə şəkildə olmasın və mütəxəssislər üçün əlçatan olsun. Yəni onlar biləcəklər ki, konkret olaraq harada nəyimiz var. Mütəxəssislər vahid sistemə daxil olacaq və istədiklərini asanlıqla əldə edəcəklər, xalqımızın keçmişi, tarixi ilə bağlı öz mülahizələrini irəli sürəcəklər. Hesab edirəm ki, bu baxımdan, Borçalı türklərinin tarixi, maddi və qeyri-maddi mədəni irs nümunələrinin toplanması, muzey fondlarından axtarılıb üzə çıxarılması, onların kataloq halına salınması bir-iki ilin işi deyil, bunun üçün xeyli zamana ehtiyac var” - deyə bildirən D.Osmanlının sözlərinə görə, Gürcüstanda Azərbaycan xalqına aid maddi və qeyri-maddi mədəni irs nümunələri çox zəngindir. Müsahibimiz bildirdi ki, gələcəkdə Gürcüstanda bizə aid olan maddi irsin UNESCO-da qeydiyyatdan keçirilməsinə böyük ehtiyac var. Onun sözlərinə görə, bu addım tarixən dostluq və səmimiyyət çərçivəsində münasibətlərə malik olan Gürcüstan və Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə xidmət edər. Gürcüstan dövlətinin Azərbaycan xalqına, bizim maddi və qeyri-maddi mədəni irs nümunələrimizə böyük sayğı göstərdiyini vurğulayan D.Osmanlının fikrincə, bu gün Azərbaycan kimi, Gürcüstan da ermənilərin həyata keçirdiyi mədəni terrordan əziyyət çəkir. Ermənilərin müxtəlif saxtakarlıqlar yolu ilə bizə aid olan irsi mənimsəməyə cəhd etdiyini deyən D.Osmanlının sözlərinə görə, bütövlükdə Gürcüstanda Azərbaycan xalqına aid maddi və qeyri-maddi mədəni irs nümunələrinin vahid reyestrinin hazırlanması ermənilərin bizə qarşı həyata keçirdiyi maddi-mədəni irs oğurluğunun qarşısının alınmasında əhəmiyyətli rol oynayardı. “Bu irsin çap edilməsi bir daha onu göstərər ki, Gürcüstan və Azərbaycan arasında dostluq möhkəmdir, əbədidir. Bu amil dövlətlərimiz arasında münasibətlərin daha da istiləşməsinə səbəb olacaq. Gürcüstanın dövlət muzeylərində Azərbaycana aid maddi və qeyri-maddi mədəni irs nümunələrinin kataloqunun hazırlanması işini ancaq alqışlamaq olar” - deyə D.Osmanlı bildirdi.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ