Cümə günü, 09 oktyabr 2026
     

Daha bir maddi-mədəni irs nümunəmiz UNESCO-ya daxil edilmək ərəfəsindədir…

Image


“Şəki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi çox müsbət hal olardı”

 

Fariz Xəlilli: “Bu məsələnin gündəmə gətirilməsi, yüksək səviyyədə müzakirəyə çıxarılmasının özü əhəmiyyətli bir işdir”

 

Azərbaycan və UNESCO arasında uzun illərdən bəri davam edən əməkdaşlığın bir sıra uğurlu nəticələri var. İndiyə qədər Azərbaycana aid bir neçə maddi və qeyri-maddi irs nümunəsi UNESCO-nun müvafiq siyahılarına daxil edilib.

Azərbaycanın maddi və qeyri-maddi irsinin bəşəriyyətin nadir inciləri sırasında qorunması, təbliğ edilməsi onların bütün dünya üçün əhəmiyyətini ortaya qoyur. Ölkəmizin bu qurumun Ümumdünya İrs Siyahısına daxil edilən abidələri sırasına Şəki Xan Sarayının da qoşulması gözlənir.    

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayevin mətbuata verdiyi məlumata görə, hazırda Şəki Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində iş aparılır.

Nazirin bildirdiyinə görə, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub: “UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında hansısa maddi mədəniyyət nümunəsi, irsi ilə bağlı qərar çıxarılırsa, bu həm də həmin ölkənin bəşəriyyətin tarixinə adını yazdırması deməkdir”.

Yeri gəlmişkən bildirək ki, Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ildə, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu isə 2007-ci ildə UNESCO-nun İrsi Siyahısına salınıb.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək.

Azərbaycanın qədim diyarlarından, mədəniyyət mərkəzlərindən biri olan Şəki öz əsrarəngliyi, qədimliyi, sənətkarlığı ilə nəinki bölgəmiz, eləcə də bütün dünya üçün maraq doğurur. Onu da vurğulayaq ki, orta əsrlər dövründən miras qalan Şəki Xan Sarayı dünən də, bu gün də dünya turistlərinin, mədəniyyətə, tarixi irsə böyük əhəmiyyət verən insanların diqqət mərkəzində olub.  

Şəki Xan Sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması ilə bağlı Azərbaycanın apardığı işin əhəmiyyətli olduğunu deyən MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq, mədəni irs üzrə mütəxəssis Fariz Xəlilli bizimlə söhbətində bildirdi ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın müzakirə edilməsi mühüm haldır. O hesab edir ki, Şəki Xan Sarayı sözügedən nominasiya üzrə UNESCO-nun Ümumdünya İrs Siyahısında öz layiqli yerini tutacaq.

F.Xəlilli onu da bildirdi ki, Şəkinin tarixi orta əsrlərdən deyil, daha qədimlərdən götürülməlidir. O hesab edir ki, UNESCO-nun  Ümumdünya İrs Siyahısına Şəki abidələrinin hamısı salınmalıdır. Alimin sözlərinə görə, Şəkinin mərkəzi yerləri arxeoloqlar, mütəxəssislər tərəfindən öyrənilsə də, hələ də ətraf yerlərində öyrənilməsi gərəkli olan məkanlar var: “Bu prosesdən xəbərim var və uzun müddətdir bu istiqamətdə işlər aparılır. Burada söhbət təkcə Şəki Xan Sarayından getmir. Yəni təkcə Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün yetərli deyil. Bura Şəkiətrafı abidələr də daxil edilməlidir. Şəkidəki abidələrin əksəriyyəti, Şəki Xan Sarayının ətrafı hələ lazımi səviyyədə öyrənilməyib. Bizim ancaq yerüstü memarlıq abidələrindən xəbərimiz var. Halbuki, orada daha qədim dövrlərə aid abidələr var. Hazırda Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısında İçərişəhər memarlıq kompleksi və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu yer alıb. Şəki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi çox müsbət hal olardı. Ümid edirəm ki, bu iş reallaşacaq. Düşünürəm ki, bura Şəki Karvansarası da daxil ediləcək. Onu da deyim ki, 2007-ci ildən bəri bizim heç bir maddi-mədəni irsimiz UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməyib. Belə demək mümkünsə, bu iş bir qədər dondurulmuş vəziyyətdə idi. Ancaq indi Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin bu quruma daxil edilməsi üçün işlərin başlaması, həyata keçirilməsi bu sahədə canlanma yaranmasına səbəb olub. Bu məsələnin gündəmə gətirilməsi, yüksək səviyyədə müzakirəyə çıxarılmasının özü əhəmiyyətli bir işdir. İnanıram ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzidə UNESCO-nun Ümumdünya İrs Siyahısında yer ala biləcək. Çünki bu işlə məşğul olan qrup peşəkarlardır və bu məsələni ətraflı şəkildə öyrəniblər və təqdim edə biliblər. Onlar bu işin əhəmiyyətini göstərə biləcək gücdədirlər”.

F.Xəlilli, həmçinin, qeyd etdi ki, bütövlükdə Naxçıvanın Səlcuq dövrü abidələrinin, eləcə də Şamaxının, Qəbələnin, Bərdənin və digər qədim şəhərlərimizin də memarlıq, maddi-mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi böyük zərurətə çevrilib. Alim hesab edir ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısında yer aldıqdan sonra müvafiq qurumlar sözügedən şəhərlərimizin abidələrinin də burada yer almasına çalışacaqlar. Onun bildirdiyinə görə, abidələrimizin bu siyahıda yer alması ölkəmizə daha çox turist gəlməsinə böyük şərait yaradacaq.

“Şəki son orta əsr şəhəri kimi görünür, ancaq əslində isə o mütəxəssislər Şəkini olduğu kimi, yəni qədim tarixi ilə göstərmək gücündədirlər. Şəki çox qədim tarixə malik bir şəhərdir. Çox arzu edərdim ki, UNESCO-nun Ümumdünya İrs Siyahısında Naxçıvanın Səlcuq dövrü abidələri ayrıca təmsil olunsun. Daşlaşmış yaddaşımız olan Şamaxı şəhərinin də bura daxil edilməsi müsbət hal olardı. Özünün Torpaq qalası, Nüşabə qalası və digər abidələri ilə tanınan Bərdənin, Qafqaz Albaniyası dövrü və ondan sonrakı dönəmlərin şəhər mədəniyyətini özündə ehtiva edən Qəbələnin    UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alması vacibdir” - deyə bildirən F.Xəlilli hesab edir ki, biz hazırda işğal altında olan Azıx mağarasının, birmənalı olaraq, UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasına çalışmalıyıq. Ümumdünya İrsinə daha çox abidələrimizi salmalı olduğumuzu deyən F.Xəlilli hesab edir ki, çox zaman ölkələrə gələn turistlər həmin ölkələrin UNESCO-nun Ümumdünya İrs Siyahısında olan abidələrinə baxıb gəlirlər. Azərbaycanda bəşər əhəmiyyətli abidələrin olduğunu bir daha vurğulayan F.Xəlillinin fikrincə, bu istiqamətdə işlər daha intensiv xarakter almalıdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ